Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-24/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X13 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-208/2022 nömrəli, 10 may 2022-ci il tarixli qərarından Məhkum hüquqi varisi X3 müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1978-ci il tarixdə Göygöl (keçmiş Xanlar) rayonunun Toğana kəndində anadan olmuş, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmuş və faktiki yaşamış, 30 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında vəfat etmişdir. 2. 25 iyun 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 29,120.2.1, 29,120.2.3, 29.120.2.4, 29,120.2.7, 29,120.2.11, 28,214.2.1, 28,214.2.3, 28,214.2.6, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 28,277, 277, 279.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmi şdir ona görə ki, o, tanışı Şahid1 ilə birlikdə sonuncunun yaşadığı Rusiya Federasiyası, mütəmadi səfərlər etdiyi Azərbaycan Respublikası və İran İslam Respublikası ərazilərində 2007-ci ildən etibarən İslam dininin müddəalarını, Azərbaycan Respublikasında cinayətkarlıqla mübarizə sahəsində görülən qanuni cinayət təqibi tədbirlərini qəsdən yanlış ifadə edərək sivil müstəvidə radikal istiqamətə yönəldib Azərbaycan Respublikası Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin dini radikalizm zəminində zorla dəyişdirilməsinə, Azərbaycan Respublikasında şəriət qanunları ilə idarə olunan dövlətin yaradılmasına yönələn hərəkətlərin reallaşdırılmasına nail olmaq üçün təbliğat xarakterli fəaliyyət göstərərək, Rusiya Federasiyasının Moskva şəhərində əvvəllər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi X15 xidmətdə olmaqla, cinayətlərinə görə məhkum olunmuş X21, tanışları Şahid2, Şahid3, X33, X14, X18, Azərbaycan Respublikasında Şahid4, X25, X26, Şahid8, X9, Şahid9, Şahid6, Şahid5, Şahid10 İsrayıl oğlu, X19, Təqsirləndirilən şəxs, İran İslam Respublikasının Qum şəhərində X20 və özü ilə eyni əqidəni bölüşən qeyriləri ilə mütəşəkkil dəstədə birləşib davamlı olaraq şəxsi görüşlər, söhbətlər, internet məkanının x2un admini olduğu “Azdiaspora Forumu” və digər sosial şəbəkələrində yazışmalar həyata keçirərək həmin şəxslərlə Azərbaycan Respublikasında hakimiyyətin zorla devrilməsinin yollarını müzakirə edib, qanuni hakimiyyət səlahiyyətlərini həyata keçirən şəxslərin fiziki cəhətdən arada n götürülməsi taktikasını seçərək, bu məqsədlə Azərbaycan Respublikasının dövlət hakimiyyət strukturlarına qarşı silahlı partizan mübarizəsi və terrorçuluq həyata keçirməyin yollarını öyrənməyi qərara alıb fəaliyyətlərinin koordinasiyası üçün Şahid2 xx.xx.2010-cu il tarixdə Gəncə şəhərindən dəstə üzvü kimi Moskva şəhərinə gedərək Şahid1, x2 və digərləri ilə birlikdə görüşlər keçirib məqsədlərinə nail olmaqdan ötrü x2un saxta sənədlər əsasında Azərbaycan Respublikasına gələcəyi, dəstə üzvlərinin canlı hədəfi məhv etmək funksiyasına malik odlu silah, döyüş sursatı, partlayıcı maddələrlə təchiz olunmaları, bu silah və sursatlardan istifadə vərdişlərinin öyrənilməsi barədə təlimatlandırılmış, Şahid1 2012-ci ilin qış aylarında x2, Şahid3, x3lə birlikdə Rusiya Federasiyasının Smolensk vilayətind ə meşə şəraitində yaşamaq və fəaliyyət göstərmək üçün lazımi vərdişlərə, topoqrafik xəritələrdən istifadə qaydalarına yiyələnmək üzrə təlimlər keçməsindən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı qrupun yaradılmasına yönəlmiş hərəkətlərə başlamasında, bu niyyətlə ətraflarına adamlar toplamaq, onları odlu silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz etməkdən ötrü Şahid1 2012-ci ilin may ayından etibarən Bakı və Gəncə şəhərlərində ətraflarına toplamaq üçün əlavə şəxslərin, odlu silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika, əsgəri ləvazimat, rabitə qurğuları axtarılmasını təşkil etməsi ilə əlaqədar göstərişləri əsasında Gəncə şəhərində dəstə üzvləri Şahid2 və x4la birlikdə həmin ərəfədə 1.200 manat müq abilində Şahid40 və qeyrilərindən satın alınmaqla qanunsuz əldə edib saxladıqları, daşıdıqları və gəzdirdikləri 1 ədəd “Kalaşnikov” konstruksiyalı, AKM modelli, PT 4734 nömrəli 7,62 mm kalibrli avtomatdan, 1 ədəd “Makarov” markalı, 9 mm kalibrli, 1581 nömrəli və 1 ədəd “Marqolin” markalı tapançalardan ibarət istifadəyə yararlı yivli odlu silah, 508 ədəd avtomat və tapança patronlarından ibarət istifadəyə yararlı döyüş sursatı, eləcə də odlu silahlar üçün 9 ədəd sandıqça, 1 ədəd sink materialdan patron qutusu və 1 ədəd əleyhqazdan ibarət silah-sursatdan 56 ədəd 7,62 mm kalibrli patronu ilə birlikdə “Kalaşnikov” markalı avtomatı və 8 ədəd 9 mm kalibrli patronu ilə “Makarov” markalı tapançanı Gəncə şəhərində Şahid1 təqdim edərək sonuncunun həmin silah-sursatı onlardan qəbul edib Bakı şəhərinə, anası X1 məxsus olmaqla dəstə üzvləri x2, x3 və Şahid3 qaldıqları Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsində yerləşən mənzilinə aparmasını təmin etmiş, Şahid1 x2la birlikdə dəstəyə əlavə şəxslərin cəlb olunması üçün Bakı şəhərində çoxsaylı görüşlər keçirməsi ilə yanaşı, həmçinin gələcəkdə istifadə məqsədilə x3 vasitəsilə Moskva şəhərindən Azərbaycan Respubilkasına göndərdiyi meşə şəraitində yaşayarkən istifadə olunması üçün su qabları, balıq tutmaq üçün qarmaqlar, çadır, hərbi çanta, hərbi geyim, telefonlara qulaq asmaq üçün xüsusi cihaz və sair ləvazimatları dəstə üzvləri Şahid2, x4 və digərləri ilə birlikdə saxlanılmasından ötrü Şahid5 vermiş, istintaqa məlum olmayan mənbədən əldə olunmuş 2 ədəd əl qumbarasının Daşkəsən rayonunun Bayan kəndində gizlədilməsini, eyni zamanda həmin kə nddə yerləşən meşəlik ərazidə partlayıcı maddələrin hazırlanaraq odlu silahlarla birlikdə sınaqdan keçirilməsini, bu prosesin videogörüntülərinin digər şəxslərə də nümayiş etdirilərək qətiyyət və əminlik yaradılması üçün mobil telefonla çəkilib Şahid1 çatdırılmasını təmin etməklə mütəşəkkil dəstə tərkibində qanunsuz əldə olunaraq saxlanılan və hazırlanan odlu silah, döyüş sursatları, partlayıcı maddələrdən istifadə edilməklə hakimiyyətin zorla ələ keçirilməsinə, dini radikalizm zəminində odlu silahdan istifadə olunmaqla terrorçuluğa, terror aktına hazırlıq əməllərini törətmiş, Şahid1 2016-cı ilin əvvəllərində Moskva şəhərində olarkən mütəşəkkil dəstənin digər üzvlərinin, o cümlədən X4 bilavasitə məlumatı və maddi dəstəyi, cinayətlərinə görə həbsli axtarışda olan X5 dəvəti ilə İran İslam Respublikasına gedərək orada Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti ilə seçilən radikal dini dairələrdə fəallıq göstərən Azərbaycan Respublikası vətəndaşlarından X10 və X2 müxtəlif ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında terrorçuluq və digər cinayətlərin törədilməsi niyyətilə yaratdıqları “Hüseyniyyun” adlandırılan sabit silahlı qrupun-cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olmasından, həmin cinayətkar birliyin-sabit qrupun tərkibində Azərbaycan Respublikasının vətəndaşları X16, “Musa” ləqəbli X22, əslən Daşkəsən rayonundan olan Rusiya Federasiyası vətəndaşı X29, istintaqla şəxsiyyətləri müəyyənləşdirilən azərbaycanlılar və qeyrilərindən ibarət dəstədə “Müslim” kod adı altında 2016-cı ilin fevral ayından iyul ayının sonunadək olan müddət ərzində qəsdən di ni məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda, Suriya Ərəb Respublikasının Dəməşq, Hələb, Palmera və digər yaşayış məntəqələrində aparılan döyüş təlimlərində və silahlı münaqişələrdə qanunsuz iştirak edib, terrorçuluq, dövlət xadimlərinin və ictimai xadimlərin həyatına sui-qəsd (terror aktı) cinayətlərinin törədilməsi üsulları, odlu silahlardan, qumbaraatanlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim keçməsindən, həmçinin Moskva və Gəncə şəhərlərində yaratdıqları mütəşəkkil dəstəyə rəhbərliyi ələ alan X10 və X2 dəstəyə daxil etdikləri x12, x13, x14, x15 və qeyriləri ilə birlikdə apardıqları vəzifə bölgüsü, v erdikləri göstəriş və tapşırıqlarına əsasən xx.xx.2016-cı il tarixdə İran İslam Respublikasından qayıdan Şahid1 Gəncə şəhərində gizli yaşaması üçün mütəşəkkil dəstənin üzvləri Şahid2, x4, Şahid9, şahid 11, Şahid10 köməyi ilə y1-a və ünvan 2 ünvanların kirayə edilməsini, eləcə də dəstə üzvlərinə məxsus evlərdə yaşamasını təmin etmiş, Şahid10 verdiyi mobil telefon nömrəsindən istifadə edən Şahid1 açıqladığı, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsini, dini radikalizm zəminində dövlətin konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsini, bu niyyətlə mütəşəkkil dəstədə odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə olunmaqla ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə dini radikalizm zəminində insanların həlak olması, onların sağlamlığına zərər, habelə əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətlər (terror aktı) törətməyi nəzərdə tutan plana uyğun olaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs1, Azərbaycan Respublikası Milli Məclisinin üzvü X6, Gəncə şəhər Baş Polis idarəsinin Xüsusi təyinatlı bölüyünün komandir müavini, polis polkovnikleytenantı X11 və qeyrilərini xidməti və siyasi fəaliyyətlərinə son qoymaq məqsədilə dövlət xadimləri kimi qətlə yetirməklə terror aktları törətmək barədə Şahid1 açıq mətnlə və telefonla etdiyi söhbətlərdə mütəşəkkil dəstənin üzvləri ilə birlikdə iştirak etmiş, eyni zamanda mütəşəkkil dəstəyə rəhbərik edən Tohid İbrahimbəyli, İsgəndər Hüseynov və qeyrilərindən alınmış tapşırıqlara müvafiq olaraq hakimiyyətin zorla ələ keçirilməsi, dövlətin konstitusiya quruşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsi kimi ağır nəticələrə səbəb olması nəzərdə tutulan terrorçuluq, qəsdən adam öldürmə, terror aktları və digər ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqla əlaqədar internet şəbəkələrində gizli yazışmalar yolu ilə dəstə üzvlərinin fəaliyyətini əlaqələndirən, Bakı və Gəncə şəhərlərində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan sabit silahlı qrupun formalaşdırılmasını başa çatdırmaq istiqamətində fəaliyyətini davam etdirən Şahid1 təşkilatçılığı ilə Şahid2 1 ədəd 7,62 mm kalibrli “AKM” markalı qundaqsız avtomat, 56 ədəd 7,62 mm kalibrli pat ron, 1 ədəd 9 mm kalibrli “Makarov” markalı nömrəsi silinmiş tapança, 8 ədəd eyni kalibrli patron, UZRQM tipli alışdırıcısı ilə birlikdə 1 ədəd RQD-5 tipli əl qumbarası, Şahid3 alışdırıcıları ilə birlikdə 2 ədəd “F-1” tipli əl qumbarası, Şahid8 1 ədəd AE-3480K nömrəli 9 mm kalibrli “Makarov” markalı tapança, 9 mm kalibrli 8 ədəd patron, 1 ədəd bircərgəli patron sandığı, alışdırıcıları ilə birlikdə 2 ədəd “F-1” tipli əl qumbarası, 1 ədəd trotil şaşkası, “PSM” markalı tapançalarda istifadə edilməsi üçün nəzərdə tutulmuş 6 ədəd patron, Şahid5 8 ədəd patronu ilə birlikdə “Makarov” markalı 9 mm kalibrli tapança, eləcə də 2018-ci ilin iyul ayının sonlarında tutulması üçün müvafiq əməliyyat tədbirlərinin gedişində silahlı müqavimət göstərdiklərinə görə zərərsizləşdirilmiş x4un 1 ədəd “Marqolin” m arkalı 5,6 mm kalibrli tapança, 47 ədəd 5,6 mm kalibrli patron, 9 mm kalibrli yivli odlu silahlara uyğunlaşdırılmış və səsboğucu ilə təchiz edilmiş MP-371 modelli nömrəsiz siqnal tapançası və 14 ədəd 9 mm kalibrli patron, AKM tipli avtomatlara aid 8 ədəd sandıqça, 377 ədəd 5,45 mm kalibrli patron, 6 ədəd 7,62 mm kalibrli patron, 1 ədəd sink materialdan olan patron qutusu, 1 ədəd öz torbasında əleyhqaz komplekti, 21 ədəd 3,2 sm və 1 ədəd 3,8 sm uzunluqda patron, Ağa Sərxaninin “Makarov” markalı AK-2522 saylı 9 mm kalibrli tapança, 19 ədəd eyni kalibrli patron və alışdırıcıları ilə birlikdə 2 ədəd “F-1” tipli əl qumbarasından ibarət qanunsuz əldə edilib gəzdirilən, daşınan və saxlanılan istifadəyə yararlı yivli odlu silahlar, döyüş sursatı, partlayıcı maddə, hərbi avadanlıq və əsgəri ləvazim atla təchiz olunmasında iştirak etmiş və mütəşəkkil dəstədə nəzərdə tutulan cinayətlərdə iştirakının olmadığı görünüşünü yaratmaq məqsədilə xx.xx.2017-ci il tarixdə Rusiya Federasiyasına getmiş, Şahid1 mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Zərərçəkmiş şəxs1 qanunauyğun xidməti fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq üçün dövlət xadimi kimi öldürməklə terror aktı törətməkdə ifadə olunan mərhələsini başa çatdırmaq üçün Zərərçəkmiş şəxs1 özü şəxsən davamlı izləyib onun hərəkət marşrutunu, işdən çıxma vaxtını və hər axşam işdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parkda gəzişdiyini müəyyənləşdirərək, mütəşəkkil dəstədə Zərərçəkmiş şəxs1 qətlə yetirdikdən sonra hadisə yerindən qaçıb gizlənməsin in təmin ediləcəyi barədə verilmiş vədə görə əvvəlcədən əldə etdiyi konspirasiya vasitələrini və ərzaq ehtiyatını Gəncə şəhəri, 2 saylı orta məktəbin yaxınlığındakı dərədə gizlətməklə hazırlıq tədbirləri gördükdən sonra xx.xx.2018-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parkın meydançasında çoxsaylı insanların əhatəsində olan Zərərçəkmiş şəxs1 həyatdan qəsdən məhrum etmək üçün mütəşəkkil dəstədə qanunsuz olaraq əldə edib saxladığı və çantasında gəzdirdiyi 9 mm kalibrli “Makarov” markalı PB1954 nömrəli odlu silahının qoruyucusunu açaraq, pillələr ilə qalxmaqla sürətlə yaxınlaşıb Zərərçəkmiş şəxs1 və bu zaman onun təhlükəsizliyini təmin edən mühafizəçisi Zərərçəkmiş şəxs2 kənar şəxslərin həyatı üçün real təhlukə törətməkl ə iki dəfə atəş açaraq Zərərçəkmiş şəxs2 mühafizədə müqavimətini qırıb uzaqlaşdırmaqla Zərərçəkmiş şəxs1 növbəti atəşləri açarkən silahın çaxmaq mexanizminin kilidlənməsinə baxmayaraq, cinayətkar əməlini qətiyyətlə davam etdirib onun baş nahiyəsinə tapançanın metal dəstəyi ilə zərbələr endirərək daş pillələr üzərindən aşıb yıxılmasına nail olub Zərərçəkmiş şəxs1 qəsdən açıq kəllə-beyin travması, sol təpə sümüyünün sınması, epidural, subdural, subaraxnoidal qansızma ilə müşaiyət olunan sol təpə nahiyəsinin əzilmiş yarası, sol təpə, gicgah və ənsə nahiyələrinin hematoması və şişkinliyi ilə müşayiət olunan və həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid, Zərərçəkmiş şəxs2 isə qəsdən sol əng-alın nahiyələrinin başbeyinə qansızma, sol əng, sol almacıq və sol alın sümüklərinin qə lpəli sınıqları ilə müşaiyət olunan iki ədəd dəlib-çıxan odlu silah yaralarından ibarət həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi, lakin ətrafda olan polis əməkdaşları tərəfindən tərksilah edilərək tutulduğundan, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vaxtında xəstəxanaya çatdırılaraq tibbi yardım göstərilməklə həyatları xilas edildiyindən, mütəşəkkil dəstənin onları terrorçuluqla əlaqədar xidməti vəzifələrini yerinə yetirmələri ilə bağlı ümumi təhlükəli üsulla həyatdan qəsdən məhrum etməkdən ibarət cinayətkar niyyətini özlərinin iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib iki şəxsi ağırlaşdırıcı hallarda qəsdən öldürməyə cəhd etməsi ilə mütəşəkkil dəstə tərkibində Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyy ətin zorla ələ keçirilməsi, dini radikalizm zəminində dövlətin konstitusiya quruşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsi niyyəti ilə odlu silahdan istifadə olunmaqla ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər, habelə əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri ilə terrorçuluq və dövlət xadiminin həyatına sui-qəsd etməklə terror aktı əməllərini törətməsi ilə mütəşəkkil dəstənin x16 və x17 siyasi və xidməti fəaliyyfətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə onların həyatına sui-qəsd edilməsində (terror aktlarında) ifadə olunan ümumi cinayətkar niyyəti hazırlıq mərhələsində qalmış, bununla da y uxarıda qeyd olunan müxtəlif illərdə mütəşəkkil dəstədə Şahid1 və qeyriləri ilə birlikdə törətdikləri cinayət əməllərinin niyyəti və məqsədi ilə Gəncə şəhərində xx.xx.2018-ci il tarixli xüsusilə ağır cinayətləri ilə müşayiət olunan kütləvi iğtişaşa səbəb olmaqla, sabit transmilli mütəşəkkil cinayətkar qrupun ümumi niyyətini həyata keçirmişdir. 3. 21 sentyabr 2020-ci tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum gələcəkdə istifadə məqsədilə x3 vasitəsilə Moskva şəhərindən Azərbaycan Respubilkasına göndərdiyi meşə şəraitində yaşayarkən i stifadə olunması üçün su qabları, balıq tutmaq üçün qarmaqlar, çadır, hərbi çanta, hərbi geyim, telefonlara qulaq asmaq üçün xüsusi cihaz və sair ləvazimatları dəstə üzvləri Şahid2, x4 və digərləri ilə birlikdə saxlanılmasından ötrü Şahid5 vermiş, istintaqa məlum olmayan mənbədən əldə olunmuş 2 ədəd əl qumbarasının Daşkəsən rayonunun Bayan kəndində gizlədilməsini, eyni zamanda həmin kənddə yerləşən meşəlik ərazidə partlayıcı maddələrin hazırlanaraq odlu silahlarla birlikdə sınaqdan keçirilməsini, bu prosesin videogörüntülərinin digər şəxslərə də nümayiş etdirilərək qətiyyət və əminlik yaradılması üçün mobil telefonla çəkilib Şahid1 çatdırılmasını təmin etməklə mütəşəkkil dəstə tərkibində qanunsuz əldə olunaraq saxlanılan və hazırlanan odlu silah, döyüş sursatları, partlayıcı maddələrdən is tifadə edilməklə hakimiyyətin zorla ələ keçirilməsinə, dini radikalizm zəminində odlu silahdan istifadə olunmaqla terrorçuluğa, terror aktına hazırlıq əməllərini törətmişdir. Təqsirləndirilən şəxs Namiq oğlunun Şahid1 törətməyə hazırlaşdığı cinayət əməlindən məlumatı olmuş, lakin ona heç bir vəd vermədən xüsusilə ağır cinayətin törədilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir.
5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-7/2022 nömrəli, 10 yanvar 2022ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 28,277, 277-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddələrlə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 28,214.2.1, 28,214.2. 3, 28,214.2.6, 228.3 və 279.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 44.2.1-1ci maddəsinə əsasən cinayət əməlini törətdikdən sonra öldüyündən həmin maddələrlə cəza təyin edilməməsi hökm edilmişdir.
6. Həmin hökmlə Təqsirləndirilən şəxs Namiq oğlu da təqsirli bilinərək məhkum edilmişdir.
7. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı apellyasiya şikayəti verib hökmün ləğv edilməsini və vəfat etmiş Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6, 228.3 və 279.1-1-ci maddələri ilə bəraət verilməsini xahiş etmişdir.
8. Hökmdən həmçinin Təqsirləndirilən şəxs Namiq oğlunun müdafiəçisi apellyasiya şikayəti vermişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-208/2022 nömrəli, 10 may 2022-ci tarixli qərarı ilə Məhkum müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs Namiq oğlunun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-7/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Namiq oğluna aid hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs Namiq oğlunun əməli Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilmiş və o, Azərbaycan Respublikası CM -nin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir, hökm qalan hissələrdə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum hüquqi varisi X3 müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Kassasiya şikayətində müdafiəçi Sadıqova Zibeydə Söhbət qızı Məhkum təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-208/2022 nömrəli, 10 may 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanunil iyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Kassasiya şikayətində Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müra ciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-208/2022 nömrəli, 10 may 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
23. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası müdafiəçinin Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair dəlillərini əsassız hesab edir.
24. Belə ki, müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6, 228.3 və 279.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi ekspert rəyləri, istintaq hərəkəti protokolları, məxfi məktublardan çıxarışlar və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6, 228.3 və 279.1-1-ci maddələrinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəaların dan çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlin in törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir.
28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləy ib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-208/2022 nömrəli, 10 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum hüquqi varisi X3 müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-208/2022 nömrəli, 10 may 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.