Məhkəmə qərarları › İş №1(102)-24/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-24/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-24/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Müdafiəçi – Müdafiəçi2 iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rafail Əliyev (sədrlik edən), Nahid Mirzəyev (məruzəçi) və Bilal Məmmədovdan ibarət tərkibdə) 18 oktyabr 2022-ci il tarixli, 1(091)-176/2022 nömrəli hökmü ilə xx xxxx 1987-ci il tarixdə Gürcüstan Respublikası Dmanisi rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, Gürcüstan Respublikası Dmanisi rayonu, 9 aprel küçəsi ev 189 ünvanında qeydiyyatda olan və tutulanadə k Bakı şəhəri, Sabunçu rayonu,Yeni Ramana qəsəbəsində kirayədə yaşayan, 3 may 2024-cü ildə cəzasını çəkib qurtarmış, Məhkum оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, CM-in 52.1-ci maddəsinə əsasən Məhkum əcnəbi olduğundan, barəsində əlavə cəza olaraq Azərbaycan Respublikasının hüdudlarınd an kənara məcburi çıxarma cəzasının tətbiq edilməsi və ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra məcburi qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması, iş üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 30,945 qram çəkidə narkotik vasitə olan heroinin, 189,015 qram çəkidə psixotrop maddə olan metamfetaminin, içərisində metamfetamin hissəcikləri olan 01(bir) ədəd şüşə lampanın və 79,874 qram çəkidə narkotik vasitə olan tiryəkin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərcinin Məhkum tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(091)176/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərardan təqsirləndirilən şəxs Məhkum tərəfindən kassasiya şikayəti, onun müdafiəçisi Müdafiəçi2 tərəfindən isə kassasiya şikayətinə əlavə verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2023cü il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə) 3 may 2024-cü il tarixli, 1(107)-84/2024 saylı qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilmiş, Məhkum barəsində olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(091)-176/2022 nömrəli hökmü dəyişdirilmiş, Məhkum elan edilmiş ittihamın ikinci epizodu, yəni “19 mart 2022-ci il tarixdə 15:40 radələrində Zaqatala RPŞ-in inzibati binasının həyətində idarə etdiyi “Mercede sBenz E 220” minik markalı GE FF-534-XX qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sol ön oturacağın altındakı qara rəngli sellofan torbanın içərisindən yapışqan parça lentə bükülmüş iki ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 17,271 və 13,774 qram, ümumi təmiz çəkisi 31,045 qram olan narkotik vasitə heroin, yapışqan parça lentə bükülmüş bir ədəd sellofan bükümdə təmiz çəkisi 184,358 qram olan psixotrop maddə metamfetamin və yapışqan parça lentə bükülmüş bir ədəd sellofan bükümdə, təmiz çəkisi 79,974 qram olan narkotik vasitə tiryək aşkar edilməsi” hissəsində Məhkum təqsirinin sübuta yetirilməməsi əsası ilə həmin hissə ittihamdan xaric edilmiş, Məhkum ona verilmiş ittihamın -“19 mart 2022-ci il tarixdə saat 15:05 radələrində Zaqatala RPŞ-in inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sol yan cibindəki siqaret qutusunun içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,757 qram olan psixotrop maddə metamfetamin və içərisində cüzi miqdarda metamfetamin hissəcikləri olan 01 ədəd şüşə lampa aşkar edilməsi” ilə bağlı birinci epizodu üzrə əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona həmin maddə ilə 2(iki) il 3(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qərarla maddi sübutların taleyi və digər məsələlər həll edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfind ən kassasiya protesti verilmişdir. Həmin qərardan məhkum edilmiş şəxs Məhkum tərəfindən kassasiya şikayəti verilməmiş, müdafiəçi tərəfindən etiraz verilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 189,115 qram olan psixotrop maddə metamfetamin, külli miqdarda, yəni ümumi təmiz çəkisi 31,045 qram olan narkotik vasitə heroin və külli miqdarda, yəni ümumi təmiz çəkisi 79,974 qram olan narkotik vasitə tiryək əldə etmiş, qeyd edilənlərdən psixotrop maddə olan metamfetaminin 4,757 qram çəkidə hissəsini üzərində, qalanını, yəni 184,358 qram çəkidə olan hissəsini, eləcə də çəkisi 31,045 qram olan narkotik vasitə heroin və çəkisi 79,974 qram olan narkotik vasitə tiryəki 19 mart 2022-ci il tarixdə, saat 14:20 radələrində Zaqatala şəhəri, Bakı küçəsində idarə etdiyi “Mercedes-Benz E 220” markalı GE FF-534-XX qeydiyyat nişanlı avtomobildə satış məqsədilə qanunsuz olaraq saxlayıb daşıyarkən Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin avtomobillə birgə Zaqatala Rayon Polis Şöbəsinə gətirilib üzərində həmin gün saat 15:05 radələrində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sol yan cibindəki siqaret qutusunun içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,757 qram olan psixotrop maddə metamfetamin və içərisində cüzi miqdarda metamfetamin hissəcikləri olan 01 ədəd şüşə lampa, daha son ra həmin gün saat 15:40 radələrində idarə etdiyi “Mercedes-Benz E 220” minik markalı GE FF-534-XX qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sol ön oturacağın altındakı qara rəngli sellofan torbanın içərisindən yapışqan parça lentə bükülmüş iki ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 17,271 və 13,774 qram, ümumi təmiz çəkisi 31,045 qram olan narkotik vasitə heroin, yapışqan parça lentə bükülmüş bir ədəd sellofan bükümdə təmiz çəkisi 184,358 qram olan psixotrop maddə metamfetamin və yapışqan parça lentə bükülmüş bir ədəd sellofan bükümdə, təmiz çəkisi 79,974 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və protestə etirazın dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, tədqiqat üçün təqdim edilmiş materiallar ın məhkəmə eskpertizasının 20 mart 2022-ci il tarixli, 17/253 nömrəli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərinde "Məhkum üzərində şəxsi axtarış aparılarkən aşkar olunmuş təmiz çəkisi - 4,757 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop - maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində "Məhkum idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş, 02 (iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 17,271 qr., 13,774 qr., ümumi təmiz çəkisi 31,045 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 184,358 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop madde - metamfetamindir. Tədqiqata teqdim edilmiş, 01 (bir) ədəd sellofan büküm də, təmiz çəkisi - 79,974 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasite tiryəkdir. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan metamfetamin ilə digər 01 (bir) ədəd zərfin içərisindəki yapışqan parça lentlə bükülmüş 01 (bir) ədəd sellofan bükümdə olan metamfetamin tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, başlığı deşilmiş 01 (bir) eded şüşə lampanın içərisindən aşkar edilmiş metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlə digər 02(iki) ədəd bükümlərdə olan metamfetaminlərin müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır (cild 01, iş vər. 53-56). Yuxarıda qeyd olunan ekspert rəyindən də görünür ki, Məhkum üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminlə avtomobildən aşkar edilərək götürülmüş metamfetamin eyni tərkiblidir. Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ildə Gürcüstan Respublikasından Bakı şəhərində işləməyə gəlmiş, "Sədərək" bazarında müəyyən müddət satıcı işləmişdir. 14 yaşından qurudulmuş marixuana istifadə etmiş və 2020-ci ildən isə psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə əvvəllər məhkum olunmuş, 2014-cü ildə azadlığa çıxmışdır. Pandemiya əlaqədar Bakı şəhərində qalmış və Novruz Bayramından sonra Gürcüstan Respublikasına getməyi planlamışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində "İnstagram" sosial şəbəkəsindе tanış olduğu İran vətəndaşından bank kartına pul köçürmə yolu ilə 125 manata 5 qram psi xotrop maddə olan metamfetamin almış, həmin narkotik maddəni əynində olan ilə İlə gödəkçənin sol yan cibində saxlamışdır. Həmin şəxs Yasamal rayonu ərazisində yerləşəu "Ülvi" şadlıq sarayının yanındakı zibilliyə narkotik vasitələri atdığını bildirmiş və o, narkotik vasitələri gedib oradan götürmüşdür. İran vətəndaşı ilə ancaq "İnstagram" sosial şəbəkəsi əlaqə saxlamış, həmin şəxsin profil adı "PatıKoki" olmuşdur. Daha sonra o, həmin gün tanımadığı həmin şəxsdən nisyə olaraq təxminən 300 qram çəkidə psixotrop maddə metamfetamin, narkotik vasitə heroin və tiryək almışdır. O, həmin narkotik vasitələri və psixotrop maddəni idarə etdiyi "Mersedes-Benz E 220" markalı GE FF-534-XX dövlət qeydiyyat nişanlı avtomobildə oturacağın altında saxlamışdır. О, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində idarə etdiyi avtomobil ilə Zaqatala şəhərinə gəlmiş, xx.xx.2022-ci il tarixde saat 13 radələrində həmin avtomobillə Zaqatala şəhər mərkəzi bazarında olduğu zaman 5 polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitəsinin istifadəsində və daşınmasında şübhəli olmasını bildirərək onu polis şöbəsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Zaqatala Rayon Polis Şöbəsinə gəlmiş, polis şöbəsində onu şübhəli şəxs qismində tutmuş, ona dövlət hesabına vəkil təqdim edilmiş, həmçinin Gürcüstan vətəndaşı olduğu üçün tərcüməçi də dəvət edilmişdir. Müdafiəçinin, tərcüməçinin və polis əməkdaşlarının iştirakları ilə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz əşya, maddə, narkotik vasitə olub-olmaması soruşulmuşdur. O, əyni ndə olan gödəkçənin sol cibində siqaret qutusunun içərisində olan sellofan bükümdəki metamfetamini və metamfetamini çəkmək üçün istifadə etdiyi lampanı təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkiləndə sellofan bükümlə birlikdə ümumi çəkisi 5.01 qram təşkil etmişdir. Aşkar edilən kütlə və lampa 1 ədəd zərfdə qablaşdırılaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan sonra, rayon Polis Şöbəsində onun razılığı əsasında idarə etdiyi "MersedesBenz E 220" markalı GE FF-534-XX dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobilin sol ön oturacağının altında qara rənqli sellofan torbanın içində 4 ədəd kütlə aşkar edilmişdir. O, məsuliyyətdən yayınmaq üçün baxış zamanı həmin kütlələrin ona aid olmadığını bildirmişdir. Baxış zamanı yapışqan lentə bükülmüş 4 ədəd kütlələr polis əməkdaşları tərəfindən kəsilərək açılmış, 2 ədep kütlənin içində narkotik vasitə olan heroin, 1 ədəd kütlənin içində narkotik vasitə metamfetamin və digər kütlədə isə narkotik vasitə olan tiryək aşkar edilmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Məhkum əvvəllər də satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri əldə etmə cinayət əməlinə görə məhkum olunmuş, bundan sonra da qeyd olunan qeyri-qanuni fəaliyyətini Respublika ərazisində də davam etdirmiş, külli miqdarda narkotik vasitə və proxotrop maddələrin dövriyyəsində iştirak etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Məhkum Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmüne əsasən CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddət ə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin matariallarında olan, yuxarıda sadalanan prosessual sənədlərden görünür ki, Məhkum saxlanılması və bundan sonrakı diger prosessual herəkətlər Cinayət Prosessual qanunvericiliyin tələblərinə uyğun aparılmış, onun hüquqlarının pozuntusu hallarına yol verilməmişdir. Məhkum avtomaşına baxış zamanı aşkar edilən narkotik vasitənin onuu olmadığını bildirməsinə baxmayaraq, verdiyi ifadəsində məsuliyyətdən yaxa qurtarmaq məqsədilə bunu etdiyini qeyd etmiş və faktiki olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. Bundan başqa, Məhkum qətimkan tədbiri məsələsinə baxılması üçün rayon məhkəməsinə aparılan zaman orada da narkotik vasitəni İran İslam Respublikası vətəndaşından al dığını bildirmişdir. Apellyasiya kollegiyası qəbul etdiyi qərarı belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar 19 mart 2022-ci il tarixde qəbul olunsa da, 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə təqdim olunmalı olduğu halda təqdim olunmamışdır. Eyni zamanda "Baxış keçirilməsi haqqında" protokolun mahiyyətinə əsasən də müəyyən olunur ki, əməliyyat müvəkkillərinin Məhkum idarə etdiyi "Mersedes-Benz E 220" markalı GE FF-534-XX dövlət qeydiyyat nişanlı avtomobildə apardıqları istintaq hərəkətləri axtarış istintaq hərəkətinə xarakterikdir. Zaqatala Rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 prosessual qanunvericiliyin tələblərini pozaraq faktiki olaraq axtarış istintaq hərəkəti apar ıldığı halda baxış istintaq hərəkəti keçirilməsi barədə protokol tərtib etmişdir və bununla da axtarış istintaq hərəkəti barədə müvafiq prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyasının yuxarıda qeyd etdiyi prosessual pozuntular ancaq CinayətProsessual qanunvericiliyin pozuntusu sayıla bilər və bu fakta CPM-nin 303-cü maddəsinin tələbləri baxımından qiymət verilməli idi. Sadalanan həmin pozuntuların mövcuduğu Məhkum tərəfindən törədilən və toplanmış sübutların məcmusu ilə öz tesdiqini tapan, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət faktını aradan qaldırmamışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplan mış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Dövlət ittihamçısı yuxarıda qeyd edilənləri nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin 3 may 2024-cü il tarixli qərarının ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmasını xahiş edir. Müdafiəçi etirazında bildirmişdir ki, CPM-in 21-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Konstitusiya Məhkəməsinin 09 sentyabr 2005-c i il tarixli Qərarındakı hüquqi mövqeyinə görə "təqsirsizlik prezumpsiyasını nəzərə alaraq təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Cinayət prosessual qanunvericiliyin mahiyyəti və tələbi ondan ibarətdir ki, cinayətin sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qalırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməldir." Bundan əlave, KM-in 15 fevral 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi belədir ki, "CPM-in 145.2 və 145.3-cü maddələrinin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. CPM-nin 419.10-cu maddəsinə əsasən, cinayət prosesi tərəflərinin çıxışından sonra kassasiya instansiyası məhkəməsinin hakimləri yerində müşavirə apararaq və ya məhkəmənin müşavirə otağında aşağıdakı qərarlardan birini çıxarırlar: 419.10.1. apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq. Yuxarıda göstərdiklərimə əsasən, Azərbyacan Respublikasının CM-nin 36-cı və CPM-nin 92, 419-cu maddələrini rəhbər tutaraq, hüquqlarını müdafiə etdiyim Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilib təqsirli bilinməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 1(107)-84/2024 saylı xx.xx.2024-cü i l tarixli qərarından Dövlət ittihamının müdafiəsi üzrə idarənin Apelyasiya instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən xx.xx.2024-cü il tarixli kassasiya protestinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısınınvə kassasiya protestinin təmin olunmaması barədə müdafiəçinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qəna ətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələlərd ən biri Məhkum törətdiyi cinayət əməlinin əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə dair apellyasiya instansiyası məhkəmsinin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandı rma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməm əsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarlarında müəyyən olunan hallar əsasında Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törə tməkdə təqsirli olması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya protestinin Məhkum həmin maddə ilə düzgün tövsif olunmaması barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protetində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum törətdiyi əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Gəncə Apellyasiya Məhkəməsi gəldiyi nəticə ilə bağlı öz qərarında göstərmişdir ki, “...Birinci instansiya məhkəməsinin Məhkum ittiham olunmuş əməlin törədilməsində t əqsirliliyi barədə yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi sübutlar təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri, “Şəxsi axtarış və götürmə haqqında” və “Baxış keçirilməsi haqqında” 19 mart 2022-ci il tarixli protokollar, müvafiq ekspertiza rəylərindən və cinayət işi üzrə toplanılmış digər sübutlardan ibarətdir. Təqsirləndirilən şəxs Məhkum CM-in 234.4.3-cü maddəsi ilə bağlı verilmiş ittiham 2 epizod üzrə bağlı olmuşdur. Birinci epizod şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə olan 4,757 qram metafetamin ilə bağlı, ikinci epizod isə onun idarə etdiyi “Mercedes-Benz E 220” markalı GE FF-534-XX qeydiyyat nişanlı avtomobilə baxış zamanı 184,358 qram psixotrop maddə olan metafetamin, 31,045 qram olan nark otik vasitə heroin və 79,974 qram olan narkotik vasitə tiryəkin aşkar edilməsi ilə bağlı olmuşdur. Cinayət işi materiallarından müəyyən olunur ki, şəxsin ilkin olaraq üzərindən psixotrop maddə aşkar edilmiş, daha sonra onun idarə etdiyi avtomobildən üzərindən aşkar edilmiş psixotrop maddə ilə eyni tərkibli olan metafetamin, narkotik vasitə olan heroin və tiryək aşkar edilmişdir. Məhkəmə kollegiyası ilkin olaraq birinci epizod üzrə şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə olan 4,757 qram metafetamin ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli qərarında həmin epizod ilə bağlı qeyd edilmişdir ki, Məhkum üzərindən tapılmış 4,757 qram çəkidə psixotrop maddə olan metamfetaminin ona aid olmasına dai r bütün instansiya məhkəmələrində verdiyi ifadələrə, həmçinin kassasiya şikayətində də etiraf etməsinə dair qeyd edilənlərə qiymət verərək məhkəmə kollegiyası hesab etmişdir ki, CPM-in 141.2-ci maddəsində göstərilmişdir ki, cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. Göründüyü kimi qeyd edilən norma proses iştirakçıların (həm ittiham, həm də müdafiə tərəfinin) razılığı ilə sübutlar tədqiq edilmədən işin hallarının təsdiq ol unması imkanını əks etdirir. Belə olduğu halda baxılan iş üzrə faktiki sübutlar tədqiq edilmədən baş vermiş halın - yəni narkotik vasitənin məhkumun üzərindən çıxması halı mübahisəsiz təsdiqini tapmış olur. Hazırkı cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə video çəkilişlə Məhkum üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı şəxsin əynində olan gödəkçənin sol yan cibindəki siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,01 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd şüşə lampa aşkar edilərək götürülmüş, müvafiq foto şəkillər və şəxsi axtarışın əks olunduğu CD disk protokola əlavə olunmuşdur. Göründüyü kimi təqsirləndi rilən şəxs Məhkum məhkəməyədək icraat zamanı, yəni ilkin şübhəli şəxs qismində, o cümlədən barəsində məhkəmə nəzarəti qaydasında Zaqatala Rayon Məhkəməsində, yəni istintaq orqanı tərəfindən kənarda vermiş olduğu ifadəsində də üzərindən aşkar edilmiş metafetaminin ona məxsus olmasını bildirmiş, həmçinin bütün məhkəmə instansiyaları zamanı etmiş olduğu əməlin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası Məhkum üzərindən təmiz çəkisi 4,757 qram metafetamin aşkar edilməsi ilə bağlı istinaq orqanı tərəfindən CPM-in tələblərinin pozulmaması qənaətindədir...” Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi barədə irəli sürülmüş dəlillərdə qanuni əsaslar mövcud deyil və kassasiya protestinin bu barədə dəlilləri tam əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apelyasiya məhkəməsi Məhkum əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Aşağı instansiya məhkəmələrinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsu z olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsir karın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 11-ci mаddəsində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Sözügedən plen um qərаrınа əsаsən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılаşmаqlа iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd оlunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələ rində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirаk etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelya siya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum narkotik vasitəni məhz satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqi bi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhə miyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsi Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əs assızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın d əyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-84/2024 saylı, 3 may 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar