Məhkəmə qərarları › İş №1(102)-240/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-240/2019

20.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-240/2019 20.02.2019 ALİ MƏHKƏMƏ 1(102)-240/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 20 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X16, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, məhkum Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.S.Zeynalov) X23 (xx xxxxxx 1992-ci il tarixdə ünvan3ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər ünvan4-də qeydiyyatda olan) məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 03 may 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə X24 və X9 da məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Abbasov, hakimlər Q.X.Babayev və V.Ə.Mursaqulovdan ibarət məhkəmə tərkibi) məhkumlar Təqsirləndirilən şəxs və X24 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli hökmü Təqsirləndirilən şə xs aid hissədə dəyişdirilərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 sentyabr 2016-cı il tarixdən 03 aprel 2017-ci il tarixədək həbsdə saxlanıldığı 7 (yeddi) ay ona hökmlə cinayətlərin məcmusu üzrə təyin olunmuş 4 (dörd) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ona aid qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli hökmü məhkum X17 münasibətdə də cəzanın təyin edilməsi hissəsində dəyişdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X25, X26 və X20 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, xx xxxxxx 2016-cı il tarixdə saat 12:00 radələrində XXX35na məxsus ünvan 1 ünvanında yerləşən evdə heç kimin olmamasını qabaqcadan müəyyən etdikdən sonra o, və XXX75 ətrafı müşahidə edib kənar şəxslər gəldikdə XXX45 və XXX55a xəbər vermək ilə binanın həyətində gözləmiş, XXX45 isə özü ilə gətirdiyi kəlbətin və vintaçanla mənzilin qapısının kilidini sındırıb XXX85 ilə birlikdə qanunsuz evə daxil olaraq oradan vətəndaş XXX65ya məxsus bir ədəd 600 manat dəyərində televizoru, bir ədəd 650 manat dəyərində «İphone 5» markalı mobil telefonu, bir ədəd 500 manat dəyərində «Blackberry 9900» markalı mobil telefonu, bir ədəd 300 manat dəyərində «Blackberry» markalı telefonu, bir ədəd 500 manat dəyərində «Samsung» markalı planşeti, bir ədəd 1.350 manat dəyərində «Samsung» markalı noutbuku, bir ədəd 850 dəyərində ağ qızıldan olan bir cüt qadın sırğasını, 165 manat nağd pulu və 100 ABŞ dolları, yəni milli pul vahidi ilə 159 manat pulu bir qrup şəxs halında gizli olaraq talayıb zərərçəkmiş XXX65ya 5.074 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X25 və X26 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, xx xxxxxx 2016-cı il tarixdə, saat 21:00 radələrində X6 məxsus ünvan 2 ünvanında yerləşən evdə heç kimin olmamasını qabaqcadan müəyyən etdikdən so nra XXX45 özü ilə gətirdiyi kəlbətin və vintaçanla mənzilin qapısının kilidini sındırmış, daha sonra XXX85 və XXX45 ilə birlikdə qanunsuz evə daxil olaraq oradan vətəndaş XXX95ya məxsus bir ədəd 1.000 manat dəyərində «LG» markalı televizoru, bir ədəd 400 manat dəyərində «LG» markalı televizoru, bir ədəd 100 manat dəyərində «Toshiba» markalı noutbuku və 1.450 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş XXX95ya 2.950 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tanışı X21 və istintaqa məlum olmayan şəxslərlə cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, xx xxxxxx 2016-cı il tarixdə, saat 16:00 radələrində ünvan5 ünvanında yerləşən «MM» adlı kafedə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik edərək, əsaslı səbəb olmadan ictimai qaydalara qar şı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozub XXX25 zor tətbiq etməklə hədələyib qərəzli xuliqanlıq hərəkətləri edərək, birlikdə X1 və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq XXX15in sol təpə-gicgah nahiyəsinin və sağ göz yuvası ətrafı-almacıqyanaq nahiyəsinin dərialtı hematomaları, sağ göz almasının ağlı qişasına qansızma, burun nahiyəsini qançırı, boyun nahiyəsinin, sağ bazunun, hər iki dirsək oynağının, sağ saidin, sağ əlin, döş qəfəsinin sol yarısının sıyrıqları ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib xuliqanlıq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məq sədi ilə tanışları X26 və X20 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında xx xxxxxx 2016-cı il tarixdə, saat 22:00 radələrində X7 məxsus ünvan 6 ünvanında yerləşən evdə heç kimin olmamasını qabaqcadan müəyyən etdikdən sonra o, və X20 ətrafı müşahidə edib kənar şəxs(lər) gəldikdə XXX45a xəbər vermək məqsədi ilə binanın həyətində gözləmiş, XXX45 isə özü ilə gətirdiyi kəlbətin və vintaçanla mənzilin qapısının kilidini sındırıb qanunsuz evə daxil olaraq, oradan vətəndaş XXX26ya məxsus bir ədəd 450 manat dəyərində «LG» markalı televizoru, bir ədəd 600 manat dəyərində «Acer» markalı noutbuku, bir ədəd 240 manat dəyərində «Tissot» markalı kişi qol saatını, bir ədəd 850 manat dəyərində 585 əyarlı briliyant qaşlı qızıl qadın nişan üzüyünü, bir ədəd 80 manat dəyərində gümüş boyunbağını, hər biri 40 manat olan ümumi 80 manat dəyərində iki ədəd gümüş qolbağını və 1.700 manat nağd pulu bir qrup şəxs halında gizli olaraq talayıb zərərçəkmiş XXX26ya 4.000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X25 və X26 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, xx xxxxxx 2016-cı il tarixdə saat 16:00 radələrində X18 məxsus ünvan 7 ünvanında yerləşən evdə heç kimin olmamasını qabaqcadan müəyyən etdikdən sonra o, əvvəl binanın həyətində gözləmiş, X26 isə özü ilə gətirdiyi kəlbətin və vintaçanla mənzilin qapısının kilidini sındırdıqdan sonra XXX45 və XXX85 ilə birlikdə qanunsuz evə daxil olaraq oradan vətəndaş XXX96ya məxsus bir ədəd 780 manat dəyərində «LG» markalı televizoru, bir ədəd 185 manat dəyərində «Canon» markalı kseroks aparatını və bir ədəd 280 manat dəyərində «Sony» markalı fotoaparatı gizli olaraq talayıb zərərçəkmiş XXX96ya 1.245 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X25, X26 və X20 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, xx xxxxxx 2016-cı il tarixdə, saat 14:00 radələrində X19 məxsus ünvan 8 ünvanında yerləşən evdə heç kimin olmamasını qabaqcadan müəyyən etdikdən sonra o, və X20 binanın həyətində gözləmiş, XXX45 isə özü ilə gətirdiyi kəlbətin və vintaçanla mənzilin qapısının kilidini sındırıb XXX85 ilə birlikdə qanunsuz evə daxil olaraq oradan vətəndaş XXX86 məxsus bir ədəd 2.400 manat dəyərində «Samsung» markalı televizoru, bir ədəd 1.116 manat dəyərində «Acer» markalı noutbuku, bir ədəd 450 manat dəyərində «Sony» markalı fotoaparatı, bir ədəd 700 manat dəyərində İtaliya istehsalı 750 əyarlı qaşsız qadın nişan üzüyünü, bir dəst 1.500 manat dəyərində İtaliya istehsalı 750 əyarlı qaşsız sırğa və kulonu, bir ədəd 300 manat dəyərində İtaliya istehsalı 750 əyarlı qaşsız qızıl boyunbağını, bir ədəd 200 manat dəyərində «Pulsar» markalı kişi qol saatını və 670 manat nağd pulu bir qrup şəxs halında gizli olaraq talayıb zərərçəkmiş XXX86 7.336 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X21 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, xx xxxxxx 2016-cı il tarixdə, saat 18:00 radələrində X2 məxsus ünvan 9 ünvanında yerləşən evdə heç kimin olmamasını qabaqcadan müəyyən etdikdən sonra XXX76 ətrafı müşahidə edib kənar şəxslər gəldikdə ona xəbər vermək məqsədi ilə binanın həyətində gözləmiş, o, isə özü ilə gətirdiyi kəlbətinlə mənzilin qapısının kilidini sındırıb qanunsuz evə daxil olaraq oradan vətəndaş XXX66ya məxsus bir ədəd 30 manat dəyərində gümüş üzüyü, bir ədəd 70 manat dəyərində gümüş üzüyü və 100 manat dəyərində bijuteriyaları gizli olaraq talayıb zərərçəkmiş XXX66ya 170 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2017-ci il tarixdə, saat 17-18 radələrində X3 məxsus, onun yaşadığı ünvan10-ün giriş qapısının kilid ini sındıraraq qapını açıb mənzilə qanunsuz daxil olaraq, yataq otağındakı paltar şkafındakı dəyəri 3.000 manat olan brilyant qaşlı qızıl kişi qol saatı və hər birinin dəyəri 1.500 manat olan 2 ədəd qadın subasını gizli yolla talayıb, zərərçəkmiş XXX76ya 6.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2017-ci il tarixdə, saat 19:00 radələrində X8 məxsus ünvan11-cı mənzilin giriş qapısının qıfılını sındırma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oradan, XXX56ya məxsus dəyəri 360 manat olan 1 ədəd 585 əyarlı 6 qram qızıl boyunbağı, dəyəri 240 manat olan bir ədəd 585 əyarlı 4 qram qızıl boyunbağı, dəyəri 480 manat olan 1 cüt 750 əyarlı qızıl sırğa, dəyəri 220 manat olan bir cüt 585 əyarlı 3,8 qram qızıl sırğa, dəyəri 130 manat olan bir cüt 585 əyarlı 1,3 qram qızıl sırğa, dəyəri 260 manat olan bir ədəd 750 əyarlı 3,3 qram qadın qızıl üzüyü, dəyəri 320 manat olan 750 əyarlı bir ədəd 4 qram qadın qızıl üzüyü, dəyəri 260 manat olan 585 əyarlı bir ədəd 4,2 qram qadın qızıl üzüyü, dəyəri 300 manat olan 585 əyarlı bir ədəd 5 qram qadın qızıl üzüyü, dəyəri 60 manat olan bir ədəd bənövşəyimtil-yaşıl rəngli mirvari qolbaq, dəyəri 60 manat olan bir ədəd ağ rəngli mirvari qolbaq, dəyəri 110 manat olan bir ədəd bənövşəyimtil-yaşıl rəngli mirvari boyunbağı, dəyəri 100 manat olan bir ədəd ağ rəngli mirvari boyunbağı, dəyəri 60 manat olan bir ədəd “Keneksi” markalı mobil telefonu gizli olaraq talayıb oğurluq etməklə zərərçəkmiş XXX56ya ümumilikdə 2.960 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X9 və X24 qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2017-ci il tarixdə, saat 22:00 radəiərində zərərçəkmiş şəxs X27 məxsus olan ünvan12in qapısının kilidini sındıraraq həmin mənzilə qanunsuz daxil olaraq oradan XXX46 məxsus 421 manat pul, 280 manat dəyərində bir cüt 4 qram qızıl sırğa, 50 manat dəyərində-bir ədəd gümüş sırğa, 30 manat dəyərində bir ədəd gümüş üzük, 300 manat dəyərində samovar, iki ədəd birinin dəyəri 100 manat, digərinin dəyəri 80 manat olan «Nokia» markalı mobil telefonlar, 700 manat dəyərində «Sony» markalı noutbuku, bir ədəd 30 manat dəyərində kişi pul kisəsi, bir ədəd 20 manat dəyərində qadın pul kisəsini gizli talayaraq ümumilikdə zərərçəkmi ş şəxs XXX46 2.011 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X11 və X24 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2017-ci il tarixdə, saat 16:00 radəiərində Zərərçəkmiş şəxs məxsus ünvan13-a qapının qıfılını dəmir kəsən qayçı ilə kəsməklə açma yolu ilə qanunsuz daxil olaraq oradan bir ədəd dəyəri 170 manat olan «Casper» markalı noutbuku, bir ədəd dəyəri 200 manat olan qadın qızıl boyunbağı, bir ədəd dəyəri 80 manat olan «Kristian Kiel» markalı qadın qol saatı, bir cüt dəyəri 80 manat olan qadın qızıl sırğası, bir ədəd dəyəri 20 manat olan sadə qadın sırğasını gizli talayıb Zərərçəkmiş şəxs 1.150 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X11 və X24 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədilə xx xxxxxx 2017-ci il tarixdə, saat 16:00 radələrində X4 məxsus ünvan14-ə qapının qıfılını dəmir kəsən qayçı ilə kəsməklə açma yolu ilə qanunsuz daxil olaraq oradan bir ədəd dəyəri 250 manat olan «Samsung» markalı televizoru, bir ədəd dəyəri 50 manat olan ütünü gizli talayıb zərərçəkmiş şəxs XXX36a 300 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən işin halları araşdırılmamış, nəticədə brəsində ədalətsiz hökm və qərar çıxarılmışdır. Həmçinin, məhkum kassasiya şikayətində barəsində çıxarılmış məhkəmə aktlarının ədalətsi z olduğunu göstərən, yəni onun cəzasının yüngülləşdirilməsini tələb edən hal kimi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinin bir sıra maddələrinin sanksiyalarının yüngülləşdirilməsinə istinad etmişdir. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2018-ci il tarixli qərarının dəyişdirilməsi, barəsində ədalət prinsipinin tələblərinə cavab verən qərarın çıxarılması haqqında tələb irəli sürməklə, faktiki olaraq şikayətində cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kas sasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadığı üçün həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi, cəzasının yüngülləşdirilməsi haqqında kassasiya təl əbini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını məhkum Təqsirləndirilən şəxs aid hissədə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Aapellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Təqsirləndirilən şəxs münasibətdə birinci instansiya m əhkəməsinin hökmünü ona görə dəyişdirmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraatda 03 sentyabr 2016-cı il tarixdən 03 aprel 2017-ci il tarixədək – 7 ay müddətində həbsdə saxlanıldığı halda, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin ziddinə olaraq həmin müddəti qəti cəza müddətinə hesablamamış, ona qəti cəza olaraq həddindən artıq ağır - 4 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarını Cinayət Məcəlləsinin 69.3-cü maddəsi ilə və cəzanın təyin edilməsi məsələlərini tənzimləyən digər normaları və cinayətprosessual qanunun müvafiq müddəaları ilə müqayisə etdikdə, məhkəmənin haqlı olaraq Təqsirləndirilən şəxs məhkəməyədək icraatda həsdə saxlanıldığı müddəti cinayətlərin məcm usu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxıb Təqsirləndirilən şəxs qəti cəza müddətini 4 il 1 ayadək azaltdığı müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Binəqədi Rayon Məhkəməsinin hökmünü yuxarıda göstərilən qayda da dəyişdirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin təsvir edilən normalarının tələblərinə cavab verən, ədalət prinsipinin (CM, maddə 8) təmin edilməsinə xidmət edən nəticə kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərara “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunundan irəli gələn dəyişiklik edilməli və bu dəyişiklik Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın azaldılmasında özünü göstərməlidir. Belə ki, zərərçəkmiş X7 qarşı oğurluq hadisəsi (4000 manat məbləğində ziyan vurulmaqla) törədilən vaxt qüvvədə olmuş Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsi oğurluq, habelə bu maddədə qeyd olunan digər cinayətlərdə yer alan “xeyli miqdar” əlaməti altında üç min manatdan yuxarı, lakin on min manatdan artıq olmayan məbləğ nəzərdə tutduğu halda, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inə edilmiş dəyişikliyə görə artıq “xeyli miqdar” əlaməti altında beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geri yə qüvvəsi vardır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inə edilmiş həmin dəyişiklik Təqsirləndirilən şəxs sözügedən (4000 manat məbləğində ziyanın vurulması ilə nəticələnən) əməlinin “xeyli miqdar” əlaməti üzrə tövsif edilməsini istisna etməklə onun vəziyyətini yaxşılaşdırır. Odur ki, Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 177cı maddəsinə edilmiş dəyişikliyin qüvvəsi geriyə şamil edilməli və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs XXX26ya qarşı (təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxslə, yaşayış sahəsinə qanunsuz daxil olmaqla) törətdiyi oğurluq cinayətindən xeyli miqdarda ziyan vurma əlaməti xaric edilməli və ittihamın bu şəkildə (bir oğurluq epizodundan bir tövsifedici əlamətin xaric edilməsi hesabına) yüngülləşdirilməsinə, habelə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallara, təqsirkarın əməlində cinayətlərin residivi kimi cəzanı ağırlaşdıran halın olmasına, şəxsiyyətini səciyyələndirən digər məlumatlara görə ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə və cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətləri bir ay azaldılmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkum Təqsirləndirilən şəxs və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs və X12 barəsində olan 16 iyul 2018-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şə xs aid hissədə yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında dəyişdirilməsinin əsası kimi məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsinin tələbini nəzərə almaqla CPM-in 416.0.15-ci maddəsində göstərilən halı tətbiq edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.3-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs və X12 barəsində olan 16 iyul 2018-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilsin, Təqsirləndirilən şəxs təqsirli bilindiyi zərərçəkmiş X7 qarşı törədilmiş oğ urluq epizodundan xeyli miqdarda ziyan vurma əlaməti xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 3 (üç) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsaən həmin cəza Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, ona cinayətlərin məcmusu üzrə 4 (dörd) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraatda 03 sentyabr 2016-cı il tarixdən 03 aprel 2017-ci il tarixədək həbsdə saxlanıldığı 7 (yeddi) ay o na hazırki qərarla təyin olunmuş cəzadan çıxılsın, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar Təqsirləndirilən şəxs aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar