Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-240/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Maraqlarına toxunan şəxs Zərərçəkmiş şəxs nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə Məhkum və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Qasımlı Anar Elman oğlunun iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından maraqlarına toxunan şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən (sədrlik edən hakim V.İ.Həsənov) Məhkum Azərbaycan Respublikası CM-in178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinmiş və ona CM-in 17 8.2.2, 178.2.4-cü maddələri ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması, CM-in 320.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 49.3 və 66.2-ci maddlərinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablanmaqla təyin edilmiş cəzaların qismən toplanılaraq Məhkum qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlanıldığı 10 ay 15 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasınd an çıxılması və üzərində qəti olaraq 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, iş üzrə maddi subut kimi tanınmış və DİN-in BDYPİ-in Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan "Mitsubishi Pajero" markalı, **-BA-*** və "BMW 5251" markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbslərin götürülməsi, "Mitsubishi Pajero" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X25, "BMW 5251" markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə faktiki sahibi X26 qaytarılması, iş üzrə maddi sübut kimi DİN-in Dövlot Yol Polisi İdarəsində saxlanılan xx xxxxxx 2017-ci il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun reyestrdə 1S-702605 nömrə ilə ƏN-İ 684551 nömrəli blankda X20 adından Məhkum adına rəsmi lədirilmiş etibarnamənin, xx xxxxxx 2017-ci il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun reyestrdə 7E-24870 nömrə ilə ƏN-İ 684551 nömrəli blankda X20 adından Məhkum adına rəsmiləşdirilmiş etibarnamənin surətinin Bakı şəhəri 48 saylı notariat kontoru tərəfindən reyestrdə 1S-702605 nömrəli ilə qeyd edilib təsdiq edilməsi barədə etibarnamənin və xx xxxxxx 2017-ci il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun reyestrdə 7E-24871 nömrə ilə ƏN-İ 684552 nömrəli blankda X21 adından Məhkum adına rəsmiləşdirilmiş etibarnamənin surətinin Bakı şəhəri 48 saylı notariat kontoru tərəfındən reyestrdə 1S-702528 nömrəli ilə qeyd edilib təsdiq edilməsi barədə etibarnamələrin cinayət işinə tikilməsi, cinayət işi üzrə mülki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı X11 və X6 təqsirlənd irilən şəxs və mülki cavabdeh Məhkum qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməsi, mülki iddiaçı X20 mülki cavabdeh Məhkum qarşı maddi zərərin və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə mülki iddiaçı X20 tələbdən imtina etdiyinə görə mülki iddia üzrə icraata xitam verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 233 manat 52 qəpiyin təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, hökmün icrasının Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən maraqlarına toxunan şəxs Zərərçəkmiş şəxs və mülki iddiaçı X12 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), F.G.Zeynallı və E.M.Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum barəsində ittiham hökmü çıxarmışdır ki, o, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq qərarına gəlib, bu məqsədlə işlədiyi «xxxx» MMC-yə müvəqqəti olaraq icarə müqaviləsi əsasında X15 etibar etdiyi «BMW 525i» markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, 19 saylı Notariat X2 adına verdiyi 7E24871 reyestr nomrəli etibarnamənin üzərində mexaniki üsulla pozma, aparıb həmin avtomobilin X30 tərəlindən ona etibar edilməsi barədə avtomobilüzərində sərəncam vermək hüququ verən, xx xxxxxx 2017-ci il tarixli, 7E-24871 reyestr nömrəli rəsmi sənəd hesab edilən etibarnaməni istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlamış, daha sonra öz adından X22 adına xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, 6 saylı notariat kontorunda rəsmiləşdirilmiş 7E-7H074 reyestr nömrəli etibarnamənin surətinin əsli ilə düzgünlüyünün Bakı şəhəri 48 saylı notariat kontorunda 7S-702528 reyestr nömrə ilə təsdiq etdirdikdən sonra bu barədə məlumatları texniki qurğuların vasitəsilə kompüterə köçürüb qrafık proqram təminatından istifadə etməklə xx xxxxxx 2017-ci il tarixli XıdırovVüqarSəyyad oğu tərəfındən onun adına daşınar əmlakın etibar edilməsi barədə olan saxta mülki etibarnamənin surəti nin guya əsli ilə düzgünlüyünün xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 48 saylı notariat kontorunda təsdiq edilməsi barədə məlumatları axınlı printerdə çap edərək reyestrdə 1S-702528 nömrə ilə qeydə alınması barədə yalan məlumatları daxil edərək saxta sənəd hazırlamış, həmin saxta mülki etibarnamə və onun təsdiq edilməsi barədə saxta sənəddən bilə-bilə istifadə etməklə avtomobili həmin tarixdə ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində özgəninkiləşdirərək, zərərçəkmiş şəxs Vüqar Xıdırova 21.000 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgəəmlakinı aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq qərarına gəlib, bu məqsədlə işlətdiyi «xxxx» MMC-yə müvəqqəti olaraq icarə müqaviləsi əsasında X23 etibar etdiyi «Mitsubishi Pajero» markalı, **-BA-*** qeydiyyat nişanlı avtomobili xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, 19 saylı Notariat X1 adına verdiyi 7E-24870 reyestr nömrəli etibarnamənin üzərində mexaniki üsulla pozma aparıb həmin avtomobilin X tərəfindən ona etibar edilməsi barədə avtomobil üzərində sərəncam vermək hüququ verən xx xxxxxx 2017-ci il tarixli, 7E-24870 reyestr nömrəli rəsmi sənəd hesab edilən etibarnaməni istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlamış, daha sonra öz adından X16 adına xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, 5 saylı notariat kontorunda rəsmiləşdirilmiş 7E-18556 reyestr nömrəli etibarnamənin surətinin əsli ilə düzgünlüyünü Bakı şəhəri, 48 saylı notariat kontorunda 7S-702605 reyestr nömrə ilə təsdiq etdirdikdən son ra bu barədə məlumatları texniki qurğuların vasitəsilə kompüterə köçürüb qrafik proqram təminatından istifadə etməklə, hazırladığı xx xxxxxx 2017-ci il tarixli X35 tərəfindən onun adına daşınar əmlakın etibar edilməsi barədə olan saxta mülki etibarnamənin surətinin guya əsli ilə düzgünlüyünün xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, 48 saylı notariat kontorunda təsdiq edilməsi barədə məlumatları axınlı printerdə çap edərək reyestrdə İS-702528 nömrə ilə qeydə alınması barədə yalan məlumatları daxil edərək saxta sənəd hazırlamış, həmin saxtamülkietibarnamə və onun təsdiq edilməsi barədə saxta sənəddən bilə-bilə istifadə etməklə avtomobili həmin tarixdə ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində özgəninkiləşdirərək, zərərçəkmiş şəxsRamizBaxışova 22.000 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, xx xxxxxx 2017-ci ildə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "Abşeron Gənclər şəhərciyi" yaşayış kompleksinin qarşısında X14 etibarından sui-istifadə edərək "X51"-dan kirayə götürdüyü "BMW 530" markalı **-KG-*** qeydiyyat nişanlı avtomobilin dostuna məxsus olmasını və satmaq istədiyini deyib aldatmaqla, avtomobili X1 verərək beh adı ilə onun 4000 manat pulunu ələ keçirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Maraqlarına toxunan şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, “Mitsubishi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və həmin avtomobilin saxlanılması üçün AR DİN Baş Dövlət Yol Polisinin dayanacağına təhvil verilməsi barədə qərar qəbul edilməsi və X27 barəsindəki cəzanın ağırlaşdıraraq ona 7 il müddətində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, “Mitsubishi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin X25 qaytarılması barədə qərarın ləğv edilməsi, “Mitsubishi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmələr onun mülkiyyətində olan “Mitsubishi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobi li qanunsuz olaraq X25 verib və onun mülkiyyətini qanunsuz olaraq digər zərərçəkmiş şəxsə verməklə Məhkumı “zərəri ödəmiş” kimi göstərərək onun mülkiyyətini heç bir hüquqi əsas olmadan, avtomobilin texniki pasportuna əsasən avtomobil onun mülkiyyətində ola-ola avtomobilini digər şəxsə vermişdir. Həyat yoldaşı X, Zərərçəkmiş şəxs verdiyi etibarnamədən istifadə edərək X3 adlı şəxsdən “Mitsubishi Pajero” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili onun mülkiyyətinə almışdır. Sonradan məlum olmuşdur ki, X3 Məhkum tanışıdır. Həmin vaxt o, etibarnamə əsasında hərəkət edərək həmin vaxt dövlət qeydiyyat nişanlı **-BA-*** “Mitsubishi Pajero” markalı avtomobili ona satmış, avtomobil onun mülkiyyətinə keçdikdən sonra avtomobilin dövlət qeydiyyat sənədini dəyişərək **-MA-*** olmuşdur. Şik ayət müəllifi vicdanlı alıcıdır, Məhkum isə etibarnaməni saxtalaşdırmışdır. Alqısatqıdan sonra avtomobil daxili işlər Nazirliyi Dövlət Qeydiyyat İmtahan İdarəsində onun mülkiyyətinə keçərək bu barədə mülkiyyət hüququnu təsdiq edən sənəd-texniki pasport verilmişdir. Bir müddət sonra avtomobili xx.xx.2017-ci il tarxdə həyat yoldaşı X7 X3, X7 onun verdiyi baş etibarnamədən istifadə etməklə avtomobilə dair X2 baş etibarnamə vermişdir. X2 DYP postundan keçən zaman polislər onu saxlamış, avtomobilin axtarışda olduğunu bildirərək ondan almışdır. Sonradan faktla bağlı cinayət işi açılmışdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmünə görə ona qarşı iddia qaldırılmamış, avtomobilin onun mülkiyyətində olması ilə bağlı texniki pasport mübahisələndirilməmiş, heç bir hüquqi əsas olmadan mülkiyyət ində avtomobilin dövlət qeydiyyat nömrəsi əvvəlki nömrə ilə göstərilərək X21ə verilmiş, avtomobilin qanunsuz alınıb X21ə verilməsi vurulmuş zərərin ödənilməsi kimi qiymətləndirilmiş, nəticə olaraq Məhkum yüngül cəza verilmişdir. Avtomobili alarkən tam bazar dəyərini ödəmiş, avtomobilin qanunsuz yolla əldə edilmiş etibarnamə əsasında satılmasından məlumatı olmamış, avtomobilin alqı-satqısı DYP-də qanunu şəkildə rəsmilləşdirilmiş, avtomobil çıxarış verilərək onun sahibliyinə verilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayəti və ona əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə maraqlarına toxunan şəxsin nümayəndəsi Nümayəndə, kassasiya şikayətinin təmin edilməməsi barədə Məhkum və müdafiəçi X2nın, k assasiya şikayətinin qanunun tələblərinə uyğun olaraq həll edilməsi barədədövlət ittihamçısı Xin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Kassasiya şikayətində işin faktiki halları və əməlin tövsifi deyil, Məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas o lmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və ağırlığı nəzərə alınmadan ona yüngül cəzanın təyin edilməsi mübahisə edilir və “Mitsubishi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılmasının təmin edilməsi üçün apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunur. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı qeyd etməyi zəruri hesab edir ki, cinayət prosessual qanunvericiliyi maraqlarına toxunan şəxsin hökmdən və ya məhkəmənin digər yekun qərarından yalnız onlara ziyan vurmuş şəxsə və hərəkərlərə aid hissədən şikayət vermək hüququnu nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 12 mart 2015-ci il tarixli Qərarında deyilir: “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CPM-in 449.2.3-cü maddəsinin tulan “digər şəxslər” müddəası elə şəxsləri nəzərdə tutur ki, onlar prosesdə iştirakçı və tərəf deyildir. Buna ilk növbədə, CPM-in X Fəslində nəzərdə tutulan cinayət prosesində iştirak edən digər şəxslər; hal şahidi; şahid; mütəxəssis; ekspert; tərcüməçi və sair aiddir. CPM-in X Fəslində nəzərdə tutulan cinayət prosesində iştirak edən digər şəxslərin siyahısını qəti siyahı hesab etmək olmaz. “Digər şəxslər”ə həmçinin törədilmiş və ya hazırlanan cinayət barədə məlumat verən şəxs (CPM-in 204.3-cü maddəsi); cinayət əməlinin həmin şəxs tə rəfindən törədilməsini birbaşa göstərən şəxs (zərərçəkmiş şəxsdən başqa) (CPM-in 148.2.2-ci maddəsi); meyitin müayinəsində iştirak edən həkim (CPM-in 238.4-cü maddəsi); eksqumasiya olunmalı olan şəxsin yaxın qohumları və ya onun qanuni nümayəndələri (CPM-in 237.2-ci maddəsi); şahidin nümayəndəsi (vəkili) (CPM-in 95.6.11ci maddəsi); yetkinlik yaşına çatmamış şahidin qanuni nümayəndəsi (CPM-in 228.2-ci maddəsi); yetkinlik yaşına çatmayan şahidin, şübhəli və ya təqsirləndirilən şəxsin dindirilməsində iştirak edən müəllim, həkim (psixoloq) (CPM-in 228.2-ci maddəsi); hərbi hissə komandiri (CPM-in 171-ci maddəsi); yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən şəxsin himayəsinə verildiyi etibar edilmiş şəxs (şəxsi zamin) (CPM-in 166.2-ci maddəsi); girov qoyan şəxs (təqsirləndirilən şəxsdən başqa) (CPM-in 164.3-cü maddəsi); tanınmaya təqdim olunan şəxs (CPM-in 239.5-ci maddəsi), həmçinin hər hansı bir formada özünün prosessual hüquq və ya vəzifəsini həyata keçirən bütün digər şəxslər aid edilir. Vətəndaşların konstitusiya ilə təmin edilən hüquq və azadlıqlarının pozulması faktı xüsusi əhəmiyyət kəsb etdiyinə görə, məhkəməyədək icraat zamanı məhkəməyə müraciət etmək üçün kifayət qədər əsas verir. Göstərilən xüsusiyyətlər (meyarlar) nəzərə alınmaqla qanunda şikayət vermək hüququ dəqiq qeyd edilmiş şəxslərlə yanaşı, şikayət vermək hüququ olan şəxslərə həmçinin cinayət-prosessual fəaliyyətin o iştirakçıları da aid edilmişdir ki, onların hüquqi statusu qanunda qismən tənzimlənmişdir.Yaxud da ki, qanunda onların adı çəkilsə də, hüquqi vəziyyətləri ümumiyyətlə müəyyən edilməmişdir. Göstərilən şəxslər ibtidai araşdırma orqanının hərəkəti və ya qərarları ilə faktiki olaraq cinayət-prosessual münasibətlərinin subyekti vəziyyətinə düşürlər və bu münasibətlər gedişində onların hüquq və mənafeləri pozulur və ya pozula bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə, bu qərar və ya hərəkətl ərdən şikayət vermək hüququnu istisna etmir.” Şərh olunanlardan görünür ki, maraqlarına toxunan şəxslərin, yalnız onların konstitusiya ilə təmin edilən hüquq və azadlıqlarının pozulması halında hüquqlarının pozulduğunu hesab etdiyi hissədən məhkəmə qərarlarından şikayət vermək hüquqları vardır. Ona görə də məhkəmə maraqlarına toxunan şəxsin məhkəmlər tərəfindən məhkuma təyin edilmiş cəzadan şikayət etmək hüququ olmadığından məhkəmə kollegiyası kassasiya şikayətinin həmin hissəsini əsassız hesab edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin “Mitsubishi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin X25 qaytarılması barədə qərarın ləğv edilməsinə dair hissəsi ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Vicdanlı əldə edən” adlanan 182-ci maddəsində əsasən: “182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.” İş materiallarında olan Dövlət Yol Polisi İdarəsinin sənədlərindən görünür ki, 90-BA-91 q eydiyyat nişanlı, 2007-cı il buraxılışlı, qara metallik rəngli, JMYLRV93W8J709035 ban nömrəli "Mitsubishi Pajero" markalı avtomobilin sahibi X33 olmuş, avtomobil xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə qeydiyyatdan çıxmışdır. xx.xx.2017-ci ildə X17 adına qeydiyyata alınmaqla avtomobilə **-MA-*** qeydiyyat nişanı və ADl 15610 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobili idarə etmək üçün xx.xx.2017-ci ildə X8 adına etibarnamə verilmişdir. İş materiallannda olan xx xxxxxx 2017-ci tarixli Bakı şəhərində bağlanmış "Nəqliyyat vasitəsinin alqı-satqı" müqaviləsindən görünür ki, X33 **-BA-*** qeydiyyat nişanlı, 2007-cı il buraxılışlı, qara metallik rəngli, JMYLRV93W8J709035 ban nömrəli "Mitsubishi Pajero" markah avtomobili Zərərçəkmiş şəxs 17000 manata satmışdır. İş materialla rında olan xx xxxx 2017-ci il tarixli Bakı şəhori, 28 saylı Notariat Kontorunda təsdiq edilərək Reyestrdə 7E-3538 nömrəsi ilə qeydə alınmış etibarnamədən görünür ki, X33 ona məxsus "Mitsubishi Pajero" markalı **-BA-*** qeydiyyat nişanlı avtomobillə bağlı istənilən şəxsə yol vərəqəsi verməyi "xxxx" MMC-yə 3 ay müddətinə etibar etmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli Bakı şəhəri 19 saylı Notariat Kontorunda təsdiq edilərək Reyestrdə 7E-702605 nömrəsi ilə qeydə alınmış etibarnamədən görünür ki, X33 bütün daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və sair hüquqları Məhkum 1 il müddətinə etibar etmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli Bakı şəhəri 19 saylı Notariat Kontorunda təsdiq edilərək Reyestrdə 7E-24870 nömrəsi ilə qeydə alın mış etibarnamədən görünür ki, Məhkum bütün daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və sair hüquqları X9 1 il müddətinə etibar etmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli Bakı şəhəri 19 saylı Notariat Kontorunda təsdiq edilərək Reyestrdə 7E-24870 nömrəsi ilə qeydə alınmış etibarnamədən görünür ki, X33 bütün daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və sair hüquqları Məhkum 1 il müddətinə etibar etmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, Bakı şəhər Səbail rayon Polis İdarəsi tərəfındən "Mitsubhishi Pajero" markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və saxlanılması üçün dayanacağa təqdim edilmişdir. İş materiallarında olan xx xxx 2018-ci il tarixli aktdan görünür ki, "Mitsubishi Pajero" markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanılması üçün DİN-in BDYPİ-in Siqnal İdarəsinin 14 saylı dayanacağına təqdim edilmişdir. İş materiallarından görünür ki,Zərərçəkmiş şəxs "Mitsubishi Pajero" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili Ramiz Mirzəyev vasitəsi ilə Məhkum, saxta olduğunu həmin anda və sonradan bilmədiyi etibarrnamə əsasında əldə etmişdir. Maşının əldə olunmasından sonra bütün prosedurlar qanunvericiliyə uyğun həyata keçirilmişdir. İş materiallarından görünür ki, avtomobilin əvvəlki sahibi olan və iş üzrə zərərçəkmiş kimi tanınmış X33 təqsirləndirilən şəxs Məhkum qarşı mülki iddia qaldırmış və sonradan mülki iddiasından imtina etmişdir.Zərərçəkmiş şəxs qarşıhər hansı bir iddia qaldırılmamış,onun qeyd olunan avtomobili almasına dair olan xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin mülki mühakimə icraatı qaydasında ləğv edilməsinə dair məhkəmə qərarı iş materiallarında yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs qarşı qaldırılmış hər hansı bir iddianın olmadığı, avtomobilin X28 mülkiyyətində olmasını təsdiq edən texniki pasportun mübahisələndirilməsivə həmin sənədin ləğv edilməsinə dair heç bir hüquqi əsas olmadığına baxmayaraq,aşağı instansiya məhkəmələri tərəfindən əsassız olaraq X20 qeyd olunan avtomobilin faktiki sahibi olması nəticəsinə gəlinmiş və iş üzrə maddi sübut olan "Mitsubishi Pajero" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil X25 qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin və apellyasiya instasiyası məhkəmələrinin mübahis ə predmeti olan maşını həmin əşya üzərində heç bir hüquqi əməliyyat edilməmiş kimi X25 qaytarması qanunsuzdur. Belə ki, yuxarıda qeyd olunduğu kumi,xx xxxxxx 2017-ci tarixli "Nəqliyyat vasitəsinin alqı-satqı" müqaviləsindən görünür ki, X33 **-BA-*** qeydiyyat nişanlı, 2007-cı il buraxılışlı, qara metallik rəngli, JMYLRV93W8J709035 ban nömrəli "Mitsubishi Pajero" markah avtomobili Zərərçəkmiş şəxs 17000 manata satmışdır. Mülki qanunvericiliyə əsasən həmin müqavilənin etibarsızlığına dair hər hansı bir mübahisə olarsa, həmin mübahisə mülki mühakimə icraatı qaydasında həll olunmalıdır. Lakin hazırki iş üzrə Məhkum ilə Zərərçəkmiş şəxs arasında bağlanmış alqı satqı müqaviləsinin mübahisələndirilmədiyi aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmamış və həmin müqavilənin predmeti olan a vtomobil heç bir hüquqi əsas olmadan Rasim Baxışova qaytarılmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X31rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı in stansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı iş üzrə maddi subut kimi tanınmış və DİN-in BDYPİ-in Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan "Mitsubishi Pajero" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi, "Mitsubishi Pajero" markalı, **BA-*** dövlət" qeydiyyat nişanlı avtomobilin faktiki sahibi X25 qaytarılması və cinayət işi üzrə müİki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı X20 mülki cavabdeh Məhkum qarşı maddi zərərin və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə mülki iddiaçı X20 mülki iddia tələbi üzrə icraata xitam verilməsihissəsində ləğv edilsin. Cinayət işi baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına t əyin edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-240/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-240/2020
11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver