Məhkəmə qərarları › İş №1(102)-240/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-240/2022

06.04.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-240/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun, Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkil İsayev Samir Nadir oğlunun, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Ələsgərov Ş akir Çərkəz oğlunun, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Cəfərov Səlahəddin İsmayıl oğlunun, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Qocayev Ramil Alim oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1 və 181.3.3-cü maddələri ilə, X8 CM-nin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3 və 170.3-cü maddələri ilə, X3 CM-nin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Ceyhun Əliyevin kassasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi X9 nümayəndəsi Azadəliyev Elxan Cəbrayıl oğlunun kassasiya şikayətinə, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi İsayev Samir Nadir oğlunun kassa siya şikayəti və müdafiəçi Ələsgərov Şakir Çərkəz oğlunun, müdafiəçi İsayev Samir Nadir oğlu ilə birlikdə verdikləri kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Novruz Ağakərim oğlu Kərimov, hakimlər Rasim Əkrəm oğlu Sadıxov və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə) 19 mart 2021-ci il tarixli hökmü ilə 10 sentyabr 1987-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3 və 170.3-cü maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələri ilə 17 il 6 ay müddət ə, Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə 06 ay müddətə, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 12 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 18 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx xxxxxxx 2001-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 3 ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələri ilə 10 il müddətə, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 10 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsini 85.5-ci maddəsinə əsasən qəti olaraq 10 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 19 noyabr 2001-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran şəhəri, Arif Bağırov küçəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələri ilə 10 il müddətə, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 10 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbl əri nəzərə alınmaqla Cinayət Məcəlləsini 85.5-ci maddəsinə əsasən qəti olaraq 10 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, vəkil Azadəliyev Elxan Cəbrayıl oğlu, məhkum X3 müdafiəçisi Mirzəyev Altay Soltanağa oğlu, məhkum X8 müdafiəçisi İsmayılova Elmira Fətulla qızı, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi İsayev Samir Nadir oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (K.H.Əkbərov (sədrlik edən və məruzəçi), F.A.Qasımov və E.E.Rəhimovdan ibarət tərkibdə) 28 iyul 2021-ci il tarixli qərarı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs münasibətdə dəyişdirmiş, Təqsirləndirilən şəxs əməli Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X9 nümayəndəsi Azadəliyev Elxan Cəbrayıl oğlu tərəfindən kassasiya şikayəti, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi İsayev Samir Nadir oğlu tərəfindən kassasiya şikayəti, müdafiəçi Ə ləsgərov Şakir Çərkəz oğlu digər müdafiəçi İsayev Samir Nadir oğlu ilə birlikdə kassasiya şikayətinə əlavə və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmünə əsasən, X19, X14 və Təqsirləndirilən şəxs 23 sentyabr 2019-cu il tarixdə saat 01:15 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar onlar üçün aşkar surətdə köməksiz vəziyyətində olan Zərərçəkmiş şəxs sonuncunun yaşadığı ünvan 5 ünvanında yatarkən ona basqın edərək onun bədən səthinə bıçaqla ardıcıl zərbələr vuraraq sağlamlığa zərər vurmayan sifətin sağ yarısında, sağ çənəaltı nahiyədə və sağ əldə yerləşən qançır, sağlamlığa yüngül zərərvurmaya aid qarının sol yan səthində olan qarın boşluğuna nüfuz etməyən 3 ( üç) ədəd, həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vuran qarının sol yan səthində olan qarın boşluğuna nüfuz edən böyük piyliyin zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd, qarının sol yan səthində olan qarın boşluğuna nüfuz edən və daxili üzvlərin zədələnməməsi ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, ölümünə səbəb olmuş döş qəfəsinin sol yan səthində olan döş boşluğuna nüfuz edən və sol ağciyərin yaralanması ilə müşayiət olunan 1 (bir) ədəd, ümumilikdə 6 ədəd deşilmiş-kəsilmiş xəsarətlər yetirib zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürmüş, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmiş, mənzildə axtarış apararaq həmin tarixə olan məzənnə ilə 18739 manat təşkil edən 10.000 AVRO, 10 200 manat təşkil edən 6000 ABŞ dolları və ümumilikdə 10,219 manat (on min iki yüz on doqquz) manat dəyərində qızıl-zinət əşyalarını, həmçinin içərisində 10 manat dəyərində SİM-kart olan 665 manat dəyərində “Honor 5x” markalı mobil telefon, içərisində 10 manat dəyərində SİM-kart olan 350 manat dəyərində “Hoffmann X-PLAY” markalı mobil telefon, 35 manat dəyərində bir ədəd qara rəngli pul kisəsini ələ keçirib hadisə yerini tərk etmiş, bu hərəkətləri ilə onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq etməklə və Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmaqla hücuma məruz qalmış şəxsin həyatı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi, yəni Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürm üş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişlər. Bundan başqa, X19 23 sentyabr 2019-cu il tarixdə saat 01:00 radələrində ünvan 6 ünvanında bir qrup şəxs halında Zərərçəkmiş şəxs quldurluqla əlaqədar qəsdən öldürərək mənzildən götürüləcək pulun bir hissəsini yetkinlik yaşına çatmayan X5 verəcəyini vəd etməklə sonuncunu xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutları Cinayət Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiyindən və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar aşk ar surətdə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla qəsdən öldürməsi əməlinin tövsifində səhvə yol verdiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, mübahisələndirilən yekun qərardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs əməlinin tövsifinin əsaslarından biri kimi, məhkum edilmiş şəxs xx ifadələrində, “... Mayanı öldürən vaxt bundan Təqsirləndirilən şəxs xəbəri ola bilməzdi, lakin sonradan xəbəri olsa da xəbər verməmişdir....” deməsinə istinad etmişdir. Məhkəmə kollegiyasının bu dəlilinə münasibətdə qeyd olunmalıdır ki, apellyasiya şikayətləri üzrə məhkəmə baxışı apellyasiya instansiyasında məhkəmə istintaqı aparılmadan keçirilmiş, məhkum edilmiş şəxs xx məhkəməyədək icraat və işə birinci instansiya məhkəməsində baxılarkən verdiyi ifadələrində “... Mayanı öldürən vaxt bundan Təqsirləndirilən şəxs xəbəri ola bilməzdi, lakin sonradan xəbəri olsa da xəbər verməmişdir....” kimi məlumat bildirməmişdir. Bundan başqa, protestin dəlillərindən biri kimi Təqsirləndirilən şəxslə xxarasında qanuni nümayəndələri və müdafiəçilərinin iştirakı ilə keçirilmiş üzləşmə zamanı, sonuncu göstərmişdir ki, “... Biz hər ikimiz (özü və Təqsirləndirilən şəxs nəzərdə tutulur) əvvəlcə Faridə qadını öldürmək istəməsi ilə etirazımızı birdirdik.... Farid isə qadın yatmasa onu öldürəcəyini dedi.... ” X18 Heydərlə üzləşmə zamanı göstərdiyi bu məlumat Təqsirləndirilən şəxs iş materiallarında olan cinayəti etiraf ifadələri ilə uzlaşmaqla, onların xx qabaqcadan əlbir olan bir qrip şəxs halında quldurluqla əlaqədar köməksiz vəziyyətdə olan zərərçəkmiş Zərərçəkmiş şəxsm xüsusi amansızlıqla qəsdən öldürmələrini dəlalət edir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı gəldiyi nəticə özünün istinad etdiyi sübutla (bu halda xx məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə) uyğunsuzluq təşkil edir. Sübutların tədqiq edilməsi qaydalarının pozulması ilə əldə olunmuş işin faktiki hallarına və əməlin hüquqi tövsifinə dair nəticə isə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Bütün bunları nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarını Təqsirləndirilən şəxs aid hissədə ləğv edib cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 nü mayəndəsi Azadəliyev Elxan Cəbrayıl oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxsin hüquqi varisi və digər ailə üzvləri çıxarılan hökmlə, daha dəqiq məhkum xx təyin edilən cəza ilə barışmır, onu ədalətli hesab etmir. Bu cür cəza onun törətdiyi əməl ilə, mərhumun həyatının son anlarında keçirdiyi dəhşət və zülmlə, mərhumun yaxınlarının keçirdiyi şok və iztirab, ömürlük məruz qaldıqları acı və üzüntü ilə bir araya sığmır. Belə ki, məhkum xx adam öldürmə əməli mürəkkəb tərkiblidir, o, adam öldürmə maddəsində nəzərdə tutulan bir neçə tərkibi, o cümlədən ən ağır tərkib olan əməl törətmişdir. İnsani baxımdan da o, heç bir güzəşt və ya rəhmə layiq olmadığı halda ona aşağı cəza təyin edilmişdir. Həmçinin ziyan hissəsində də məhkəmənin qərarı ilə razı deyil, oğurlanmış əm laklar düzgün qeyd edilməmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, X15 təyin olunmuş cəza hissəsində ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin etməklə və ziyan hissəsində (talanmış əmlak hissəsində) ziyanı ittiham aktı ilə müəyyən edilən əmlak və valyuta həcmində müəyyən etməklə dəyişdirilməsini və buna dair yeni qərar qəbul edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi İsayev Samir Nadir oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarla birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməyən hissəsindən görünür ki, məhkəmənin araşdırdığı dəlillər yalnız digər iki təqsirləndirilən şəxsin, yəni xx və xxn əməllərinin sübuta yetirilməsinə yönəlmişdir. Hökmlə müəyyən olunur ki, guya müdafiə etdiyi Təqsirlən dirilən şəxs onun təqsirləndirildiyi əməllərin, yəni zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı quldurluğun törədilməsində Fx və Rx ilə birlikdə bilavasitə iştirak etmişdir. Belə ki, cinayət işində olan sübutlardan - təqsirləndirilən şəxslər xx və xx ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələrindən, Təqsirləndirilən şəxs özünün ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələrindən, məhkəmənin sübut olaraq istinad etdiyi hadisə yerinə yaxın ərazidə təqsirləndirilən şəxslərin gəldiyi avtomaşının videogörüntülərindən, xx və Təqsirləndirilən şəxs istifadə olan mobil telefon nömrələrindən çıxan və gələn zənglərin anten dairəsi barədə Mobil operatorlar olan Bakcell MMC və Azercell MMC-dən alınmış nəlumatlardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkən şəxs Zərərçəkmiş şəxs yaşadığı və qət lə yetirildiyi evdə olmamış, hər hansı şəkildə zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı quldurluq əməllərinin törədilməsində iştirak etməmişdir. Sadalanan və məhkəmə baxışında araşdırılmış və məhkəmə hökmü ilə qiymətləndirilən digər sübutlar Təqsirləndirilən şəxs cinayətin törədildiyi yerdə olduğunu, törədilən cinayətlə hər hansı əlaqəsini təsdiq etmir. Buna baxmayaraq, Bakı Apeliysaiya Məhkəməsinin qərarı və birinci instansiya məhkəməsinin hökmü ilə guya Təqsirləndirilən şəxs ağırlaşdırıcı hallarda quldurluq cinayətini bilavasitə törətdiyini müəyyən etmişdir. Bundan başqa, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsində araşdırılan sübutları qiymətləndirərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qətlə yetirmə cinayətində iştirak etmədiyi, bu cinayətdə təqsirsizliyi nəticəsinə gəlmiş, laki n eyni hərəkətlərlə Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətinin törədilməsində iştirak etdiyi nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmənin Təqsirləndirilən şəxs əməlinin CM-nin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələrindən həmin Məcəllənin 307.1 maddəsinə tövsif edilməsi üçün əsaslandığı dəlillər, onun təqsirləndiyi əməlin CM-nin 181.3.3-cü maddəsindən həmin Məcəllənin 307.1 maddəsinə tövsif edilməsinə əsas verəcək dəlillərdir. Lakin məhkəmə öz qərarında əsassız olaraq bu xüsusata qiymət verməmiş, Təqsirləndirilən şəxs əməlinin CM-nin 181.3.3.-cü maddəsindən həmin Məcəllənin 307.1 maddəsinə tövsif etməli olduğu halda bunu etməmişdir. Ona görə də, apelyasiya məhkəməsinin qərarını Təqsirləndirilən şəxs məhkum edildiyi hissədə dəyişdirilməsi, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CMin 181.3.3-cü maddəsindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Ələsgərov Şakir Çərkəz oğlunun İsayev Samir Nadir oğlu ilə birlikdə verdikləri kassasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərə, o cümlədən, Təqsirləndirilən şəxs bir qrup şəxs halında adam öldürməklə quldurluq cinayəti törətmələri barədə ittiham elan edərkən Zərərçəkmiş şəxs qarşı törədiləcək quldurluq cinayətini birgə planlaşdırmaları, cinayətin üsulu, yeri və aləti barədə ümumi razılığa gəlmələri, aralarında olan vəzifə bölgüsünə uyğun hərəkət etmələri, aralarında vəzifə bölgüsü olması, vəzifə bölgü sünə əsasən Təqsirləndirilən şəxs avtomobildə gözləməklə onların cinayətkar əməllərinə mane ola biləcək hər hansı halları vaxtında müəyyənləşdirib qrup üzvlərinə məlumat verməli olmasının tapşırılmasını göstərmişdir. Lakin cinayət işinin materiallarında bunları təsdiq edəcək heç bir sübut yoxdur. İstintaqçı öz fərziyyə və ehtimallarını sübut kimi göstərərək bu nəticəyə gəlmiş, məhkəmə instansiyaları isə bunlara qiymət verməmişdir. İş materiallarından görünür ki, hadisə ərəfəsində xx quldurluq məqsədilə Zərərçəkmiş şəxs mənzilində olarkən Təqsirləndirilən şəxs və xxə ona məxsus avtomobillə gəzintiyə çıxmışlar. Hətta xx evin pəncərəsindən baxaraq onları görməmiş və əsəbiləşmişdir. Təqsirləndirilən şəxs avtomobildə gözləməklə onların cinayətkar əməllərinə mane ola biləcək hər hansı halları va xtında müəyyənləşdirib qrup üzvlərinə məlumat vermək vəzifəsi daşımasını bu xüsusat tam təkzib edir. Belə bir vəzifəsi vardısa, Təqsirləndirilən şəxs gəzintiyə getməməli idi. Bu, həm də onu göstərir ki, belə bir vəzifə bölgüsünün olması istintaq orqanının ehtimalıdır. Bundan başqa, apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə təqsirli bilərkən onun ibtidai istintaq zamanı verdiyi ifadələrinə, Təqsirləndirilən şəxs mobil telefonundan onun telefonuna hadisə ərəfəsində zənglər gəlməsinə, habelə, həmin zənglərin hadisə vaxtı Bakı şəhəri, Yasamal rayonu D.Bünyadzadə küçəsi 230E anten dairəsində olmasına istinad etmiş, başqa dəlillər göstərməmişdir. Məhkəmə nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs və digər təqsirləndirilən şəxslərin ifadələ rindən görünən odur ki, Zərərçəkmiş şəxs qarşı quldurluq törədilməsi onun iştirakı olmadan planlaşdırılmış, cinayətin törədilməsi ilə bağlı onun üzərinə hər hansı vəzifə qoyulmamış, quldurluq basqını nəticəsində əldə edilmiş əmlakın bölüşdürülməsində iştirak etməmişdir. Onun telefonuna zənglər gəlməsi isə xx telefon aparatı olmaması ilə bağlı olmuşdur. xx hadisə ərəfəsində onun telefonuna zəng edərək xx danışmışdır. Beləliklə də, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs quldurluq cinayətində iştirak etməmişdir. Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs adam öldürmə cinayətində iştirak etməməsi, həmin cinayəti bilib xəbər verməməsi nəticəsinə gəlsə də, eyni sübutlar əsasında onun digər təqsirləndirilən şəxslərlə cinayət əlaqəsinə girərək quldurluq cinayətini etmə si nəticəsinə gəlmiş, əməli cinayəti bilib xəbər verməmə kimi qiymətləndirməmişdir. Ona görə də, apelyasiya məhkəməsinin qərarını Təqsirləndirilən şəxs məhkum edildiyi hissədə dəyişdirilməsi, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CMin 181.3.3-cü maddəsindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətlərinin dəlilərinin əsassız olduğunu bildirib, kassasiya protestini müdafiə etdiyini və pr ostestin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs müdafiəçisi Ş.Ç.Ələsgərov kassasiya şikayətinin və şikayətə əlavəninin dəlillərinə uyğun çıxış edərək kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2021-ci il tarixli qərarının Təqsirləndirilən şəxs CM-in 181.3.3-ci maddəsi ilə məhkum edilməsi hissəsində dəyişdirərək onun əməlinin Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs digət müdafiəçisi S.N.İ sayev kassasiya şikayətinin və şikayətə əlavəninin dəlillərinə uyğun çıxış edərək kassasiya protestinin təmin olunmamasını, müdafiə tərəfindən verilmiş kassasiya şikayətinin və şikayətə əlavənin isə təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Kassasiya instansiyası məhkəməsində çıxış edən məhkum X3 müdafiəçisi S.İ.Cəfərov digər məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri tərəfindən verimiş kassasiya şikayətinə və kassasiya protestinə dair qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirib, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində çıxış edən məhkum X8 müdafiəçisi R.A.Qocayev kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tə rəfindən verilmiş kassasiya şikayətinə etiraz etdiyini, digər şikayətlər barədə isə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirib, protestin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq ya lnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi kassasiya şikayətində göstərdiyi dəlilləri məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlə ndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21 və 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla, dövlət ittihamçısı kassasiya protestində, məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri kassasiya şikayətində göstərdiyi halları Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Odur ki, məhkəmə kollegiyası həm kassasiya protestini, həm də zərərçəkmiş şəxsin hüquqi varisi nümayəndəsinin kassasiya şikayətini və məhkum Təqsirləndirilən şəxs müdafiəçilərinin kassasiya şikayətini (həmçinin əlavəni) CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2021-ci il tarixli qərarının qanunil iyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 nümayəndəsi Azadəliyev Elxan Cəbrayıl oğlu kassasiya şikayətində X15 təyin olunmuş cəza hissəsində ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və ziyan hissəsində (talanmış əmlak hissəsində) ziyanı ittiham aktı ilə müəyyən edilən əmlak və valyuta həcmində müəyyən etməklə dəyişdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifə ləri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ic timai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum X15 cəza təyin edilərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitin ə təsiri, cəzanın məqsədi barədə qanunun tələbləri nəzərə alınmış, X8 himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə əsasən X8 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin X15 ən ağır cəza olan ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunması ilə bağlı kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş azadlıqdan məhrumet mə cəzasının şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə ona ittiham olunduğu maddənin sanksiyasının həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinin baş vermiş cinayət hadisəsi nəticəsində talanmış əmlakın ittiham aktı ilə müəyyən edilən əmlak və valyuta həcmində dəyişdirilməklə ziyanın müəyyən edilməsi hissəsini də əsaslı hesab etmir və qeyd edir ki, cinayət əməli nəticəsin də talanmış əmlak cinayət işi üzrə maddi sübutlar kimi tanınmış və birinci instansiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılması hökm edilmişdir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq cinayət əməli nəticəsində dəymiş ziyanla bağlı nəticəni əsaslı hesab etmişdir. Dövlət ittihamcısı tərəfindən verilmiş kassasiya protestində mübahisələndirilən məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələrinin tərkibinin olmaması və onun əməlinin əsassız olaraq göstərilən maddələrdən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin səhv olması barədədir. Eyni ilə məhkum Təqsirləndirilən şəxs mü dafiəçiləri də onun əməlinin hüquqi tövsifini və ya təqsirlilik məsələsini mübahisələndirərək, məhkəmələrin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 183.3.3-cü maddəsi ilə təqsirli bilməklə səhf nəticəyə gəldiyini, onun əməlinin yalnız həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilməsinin qanuniliyini əsaslandırmağa çalışmışlar. Kassasiya məhkəmə kollegiyası həm kassasiya protestində, həm də Təqsirləndirilən şəxs müdafiəçilərinin kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə məhkumun təqsirlilik və əməlin hüquqi tövsifi məsələsi mübahisələndirildiyi nəzərə alıb qeyd edilən dəlillərə ümumi hüquqi qiymət verilməsini mümkün hüsab edir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3- cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası A li Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 24-cü bəndinə əsasən şəxs quldurluq basqını zamanı zərərçəkmişi öldürərsə, onun əməli AR CM-nin 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirl i olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Cinayət-Prosessual Məcəlləsi nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin tələbinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət işinin materiallarından və məhkəmə qərarlarından görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3-cü maddələri ilə təqsirli bilərək məhkum etmiş, apellyasiya instansiya məhkəməsi isə Təqsirləndirilən şəxs əməlini Cinay ət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edərək onu həmin Məcəllənin 307.1 və 181.3.3-cü maddələri ilə təqsirli bilmişdir. Apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutlara yenidən qiymət verərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində deyil, məhz həmin cinayət əməllərinin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməməkdə təqsirli bilmiş, bu səbəbdən onun əməlini göstərilən maddələrdən Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs CM-in 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaması barədə nəticəyə gələrkən cinayət təqibi üzrə toplanməş sübutların tədqiq edilməsinə dair Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmamış, qeyd edilən cinayəti törətməməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutları yenidən qiymətləndirərək düzgün istinad etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestində göstərdiyi məhkum Təqsirləndirilən şəxs əməlində CM-nin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələrinin tərkib əlamətləri olmasına dair dəlilləri ilə razılaşmır və bu barədə apellyasiya məhkəməsinin gə ldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bununla belə apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq etməklə və Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmaqla hücuma məruz qalmış şəxsin həyatı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməkdə (CM-in 181.3.3-cü maddəsi) təqsirli bilərək məhkum olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilən quldurluq cinayətində onun iştirakçı olmasını sübuta yetirilmiş hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayətdə iştirakçılığın obyektiv əlamətlərindən biri də cinayətdə iştirak edənlərin birgə iştirakı ilə bağlıdır. İştirakçılıqla törədilən cinayət lərdə baş verən nəticə birgə fəaliyyətdən doğduğundan bütün iştirakçıların məsuliyyəti də baş verən nəticəyə görə yaranır. Hər bir iştirakçı törətdiyi əmələ görə fərdi məsuliyyət daşıyır, yəni cinayətdə iştirakçılıq cinayət məsuliyyətinin əlavə əsaslarını yaratmır. Apellyasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamamış, məhkəmənin gəldiyi nəticələr üçün əhəmiyyətli olan sübutların arasındakı ziddiyyətə qiymət verməmişdir. Apellyasiya məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlini CM-nin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələrindən həmin Məcəllənin 307.1 maddəsinə tövsif edilməsi barədə qərar qəbul etsə də, eyni hərəkətlərlə törədilmiş əməlin CM-nin 181.3.3-cü maddəsi ilə tövsüf edilməsini dəyişdirmədən saxlamaqla, birinci instansiya məhkəməsinin hökmündə və ikinci instansiya məhkəməsinin qərarında şərh edilmiş hallarla, onun gəldiyi hüquqi nəticələr arasında əhəmiyyətli ziddiyyətli nəticəyə gəlmişdir. Belə ki, cinayət işində oian sübutlardan – məhkumların ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələrindən, məhkəmənin sübut olaraq istinad etdiyi hadisə yerinini videogörüntülərindən, Farid Axundovun və Təqsirləndirilən şəxs istifadə olan mobil telefon nömrələrindən çıxan və gələn zənglərin anten dairəsi barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkən şəxs Zərərçəkmiş şəxsnm yaşadığı və qətlə yetirildiyi evdə olmamış, hər hansı şəkildə zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı quldurluq əməllərinin törədilməsində iştirak etməmişdir. Apellya siya instansiyası məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs iştirakçılıqla törədilən quldurluq əməli zamanı aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi, yəni Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmə cinayətinin törədilməsində (Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələri ilə) təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Digər tərəfdən isə həmin məhkəmə, Təqsirləndirilən şəxs quldurluq zamanı aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla qəsdən öldürmə cinayət əməlinin törədilməsi barədə bilməklə bu cinayət barədə xəbər verməmə cinayət əməlinin subyekti kimi tanıyaraq, bununla da onun hərəkətlərində Cinayət Məcəlləsinini 307.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibinin ol ması nəticəsinə gəlmişdir. Bundan əlavə apellyasiya məhkəmə kollegiyası hökmündə məhkəmə baxışı zamanı araşdırılmış sübutları şərh edərkən Təqsirləndirilən şəxs cinayət əməlini təsdiq edən halların nədən ibarət olduğunu qeyd etməmiş, belə halların və ya Təqsirləndirilən şəxs cinayət əməlini təsdiq edən sübutların nədən ibarət olduğunu, törədilən cinayətdə Təqsirləndirilən şəxs hansı hərəkət yə hərəkətsizliklə iştirak etdiyini açıqlamamışdır. Buna baxmayaraq, məhkəmə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ağırlaşdırıçı hallarda qətl və quldurluq cinayətlərini bilavasitə törətmişdir. Bu cinayətləri törədərkən hansı əməllərə yol verdiyini məhkəmə göstərməmiş və bunu təsdiq edən sübutları şərh etməmişdir. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsinin işin faktiki hallarına uyğun olmayan əməlin hüquqi tövsifinə dair gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 28 iyul 2021-ci il tarixli qərarın nəticəvi hissəsində “...Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi” göstərilmişdir. Göründüyü kimi məhkəmə kollegiyası qərarın nəticəvi hissəsində Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə məhkuma təyin edilən cəzanı n məhz hansı cəza ilə tamamilə və ya qismən toplanması və ya əhatə etmək yolu təyin edilməsi qeyd edilməmiş bununla da cinayət qanunvericiliyinin istinad edilən normasının tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci (törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya şikayətində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın qismən, Təqsirləndirilən şəxs məhkum olunduğu hissədə ləğv edilməsini və apellyasiya baxışının həmin hissədə yenidən keçirilməsini zəruri hesab edir. Kassasiya məhkəmə kollegiyası həmçinin müdafiəçilərin kassasiya şikayətində göstərdiyi apellyasiya məhkəməsi tərəfindən məhkəmə baxışının məhkəmə istintaqı apa rılmadan keçirilməsinə, bu barədə verilən vəsatətlərin təmin olunmamasına dair dəlillərə dair aşagıdakıları məqsədə müvafiq hesab edir. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəf indən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxsin əməlinin tövsif edilməsi haqqında tələblər əsa slandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkumlara bəraətin verilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi mane ə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Belə mülahizə üçün cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi, və ədalətliliyi prinsipi (CPM, maddə 28), cinayət prosesində tərəflərin çəkişməsi prinsipi (CPM, maddə 32), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM, maddə 33), apellyasiya baxışında məhkəmə istintaqının aparılması və sübutların tədqiq edilməsi əsaslarına aid cinayət-prosessual qanunun 392.3, 400.2, 397.3-cü maddələri ilə yanaşı İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu təsbit edən 6-cı maddəsi və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsi də əsas yaradır. Yuxarıda təsvir olunanlar milli qanunvericilikdə öz əksini tapmaqla imperativ qaydada vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymətin öz əksini tapmasını müəyyən etmiş, eyni zamanda cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsinin yol verilməz olduğunu təsdiq etmişdir.(CPM-nin 121.2-ci maddə) Azərbaycan Re spublikası CPM-in 392.3-cü maddəsinə görə “birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər”. Eynilə, məhkəmə araşdırması zamanı CPM-nin 323.5.1-ci maddəsi cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda məhkəmələr üçün həmin vəsatətin təmin edilməsini imperativ qaydada məcburi hesab etmişdir. Məhkəmələrin müdafiə tərəfinin təklif etdiyi sübutların tədqiqindən yuxarıda şərh olunan qaydada imtina etməsi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-ci maddəsində göstərilən pozuntu kimi çıxış edir. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, cinayət-prosessual qanun məhkəmə istintaqının keçirilməməsi barədə əvvəl qəbul edilmiş qərar ləğv edilmədən də məhkəmə baxışının gedişində zərurət yarandığı hallarda (məsələn, CPM-in 400.2.2-ci maddəsinin nəzərdə tutduğu vəziyyətdə) apellyasiya məhkəməsi tərəfindən həmin məsələyə yenidən baxılmasının və məhkəmə istintaqının keçirilməsi barədə qərarın qəbul edilməsinin qarşısını almır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və zərərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin təmin edilmələri üçün hər hansı bir qanuni əsas mövcud olmadığından təmin edilməməsi qənaətinə gəlir. Lakin müdafiəçi İsayev Samir Nadir oğlu tərəfindən verilmiş kassasiya şikayətinin və müdafiəçi Ələsgərov Şakir Çərkəz oğlunun İsayev Samir Nadir oğlu ilə birlikdə verdikləri kassasiya şikayətinə əlavənin qismən təmin edilərək yuxarıda şərh olunanlara əsasən məhkum Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol verildiyinə görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2021-ci il tarixli qərarının Təqsirləndirilən şəxs məhkum olunması hissəsində ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı Ceyhun Əliyevin kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X9 nümayəndəsi Azadəliyev Elxan Cəbrayıl oğlunun kassasiya şikayət i təmin edilməsin. Müdafiəçi İsayev Samir Nadir oğlu tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçi Ələsgərov Şakir Çərkəz oğlunun İsayev Samir Nadir oğlu ilə birlikdə verdikləri kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2021-ci il tarixli qərarı Təqsirləndirilən şəxs məhkum olunması hissəsində ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar