Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-240/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olun ması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər-Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə) 20 sentyabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1963-cü il tarixdə Fizuli rayonu, Əhmədallar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olub yaşamış, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası tə yin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, Nəsimi Rayon Məhkəməsinin 9 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı Xətai Rayon Məhkəməsinin 1 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, vaxtından əvvəl şərti olaraq azad edildiyi 1 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutularaq 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin olunmuş 2 (iki) il m üddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə qəti olaraq 2 (iki) il 10 (on) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 18 aprel 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğl u və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 21 dekabr 2022-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, Məhkum Nəsimi Rayon Məhkəməsinin 9 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığı n məhdudlaşdırılması cəzasının 1 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı Xətai Rayon Məhkəməsinin 1 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, vaxtından əvvəl şərti olaraq azad edildiyi 1 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutularaq 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə qəti olaraq Məhkum 5 (beş) il 10 (on) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İbtidai həbs müddəti cəz açəkmə müddətinə daxil edilməklə Məhkum cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2022-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 5 bükümdə ümumi təmiz çəkisi 3,561 qram küllü miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində daşımaqla saxlamış, 18 aprel 2022-c i il tarixdə saat 18:00 radələridə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3vanında yerləşən Xətai RPİ-nin 35-ci PB-nə aparılmış və orada üzərində müdafiəçinin iştirakı və video çəkilişlə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən, 1 ədəd siqaret qutusunun içərisində 5 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,712 qram, 0,796 qram, 0,713 qram, 0,690 qram, 0,650 qram olmaqla ümumi təmiz çəkisi 3,561 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə herion aşkar edil ərək götürülmüşdür. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, Apellyasiya məhkəməsinin istinad etdiyi mobil məlumatlar düzgün araşdırılmamış, gələn sms-lərə cavablar, həmin sms-ləri göndərən şəxslərin danışıqları, daxil olan və çıxan zənglər, şəxslər barədə məlumatlar müəyyən edilməmişdir. SMS-lərin mətnində onun narkotik vasitə satmasını təsdiq edən məlumatlar yoxdur. Apellyasiya məhkəməsi əsassız olaraq aşkar edilən narkotik vasitənin miqdarına görə onun satış məqsədi olması nəticəsinə gəlmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, məhkum edilmiş şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməsi, həmin maddənin sanksiyası çərçəvəsində qanuni, ədalətli, humanist cəza təyin edilməsi, ya da mübahisələndirilən qərarın ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə əlavədə qeyd edilir ki, təqsirli bilindiyi cinayət işində ondan nə vaxtsa, hardasa, hansısa miqdarda narkotik vasitə və ya psixotrop maddə alması, yaxud da borc götürdüyünü iddia edən şərti alıcı məhkəməyə təqdim olunmamış, hər hansı bir miqdarda narkotik vasitənin alqı-satqısı ilə bağlı istehlakçı ilə əvvəlcədən sövdələşib razılaşmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olarkən bilavasitə iş başında yaxalanmamış, üzərindən və ya evindən nömrələnmiş pul nişanları aşkar edilməmişdir. Satış məqsədinin olması yalnız məhkəmənin mülahizələrinə əsaslanır. Şəxsin C M-in 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün narkotik vasitəni satması, satış məqsədi olması, qanunsuz etməsi, narkotik vasitənin külli miqdarda olması kimi şərtlər mövcud olmalıdır. Onun satış niyyətini təsdiq edən sübutlar mövcud deyil. Narkotik vasitənin miqdarı isə artırılmışdır. Sübut kimi istinad olunan mobil telefonunda sms məlumatlarına münasibətdə qeyd edir ki, onun tərəfindən sms-lərə cavab verilməmişdir. Kassasiya şikayətinə əlavədə göstərdiyi halların tam, hərtərəfli, obyektiv araşdırılması və ədalətli qərar qəbul edilməsi xahiş olunmuşdur Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya sı məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə cinayət işi üzrə sübutların düzgün araşdırılmamasını və əməlinin hüquqi tövsifini mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlə rinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdir mək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessu al qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mü hüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmi şdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, cinayət işinin materiallarında olan və apellyasiya instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş: Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, uzun illərdir ki, narkotik vasitələrdən istifadə edir, bir sözlə narkotik vasitənin aludəçisidir, uzun illərdir ki, heroindən istifadə edir. Narkotik vasitələri tanımadığı şəxslərdən alır. Hər dəfə narkotik vasitə alan zaman bir neçə gün istifadə etmək üçün bir neçə qram alır. Hadisə günü, yəni, 18 aprel 2022-ci il tarixdə yenədə öz istifadəsi üçün narkotik vasitə olan h eroini almaq üçün axşam vaxtı Dərnəgüldə, tanımadığı şəxsdən öz istifadəsi üçün az miqdarda təqribən 1.5 qram bir bükümdə narkotik vasitə heroin almış və evə gedərkən evin yanında onu polis əməkdaşları saxlamışlar. Üzərinə baxış keçirmişlər, üzərində həmin vaxt heç nə aşkar olunmamış, çünki, o, narkotik vasitə olan həmin bükümü maşında külqabının içinə qoymuşdur. Sonra maşında külqabının içərisindən siqaret qutusunun içindən bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümü onun cibinə qoyduqdan sonra birlikdə polis bölməsinə gəlmişlər. Polis bölməsində cibinə qoyulan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşlarına hər şeyi olduğu kimi danışdıqdan sonra həmin bir büküm açıldıqda içərisində 5 ədəd xırda bükümlər aşkar olunmuşdur. O həmin bükümlərin 5 ədəd olması ndan xəbərsiz olmuş, satan şəxs özü həmin maddələri ayrı ayrı bükümlərə bükərək bir selofan bükümün içərisinə yerləşdirmişdir. Polis idarəsində ona ifadəsini gətirib imza etməyi tələb edərək onu ev dustaqlığına buraxdıqlarını bildirdikdə o heç bir ifadə oxumamış göstərilən yerlərdən imza etmişdir. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, hər zaman tanımadığı şəxslərdən öz istifadəsi üçün narkotik vasitə almış, əksərən də o narkotik vasitələrin heroin növündən istifadə etmişdir. Təqsirləndirilən Məhkum ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmişdir. 20 il olar ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. Təxminən 1 ay olar ki, “İnstagram” sosial şəbəkə sində İran İslam Respublikası vətəndaşı kimi tanıdığı ‘‘Sano” adlı şəxslə tanış olmuş və aralarında münasibət yarandığı üçün “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamışlar. Sano ona istifadə etdiyi +**********71 saylı mobil nömrəni verərək bildirmişdir ki, narkotik vasitə lazım olanda onun üçün təşkil edə bilər. Buna görə də ona narkotik vasitə olan heroin lazım olduqda "Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamış və Sano ona verdiyi hesaba "milli ön" aparatı vasitəsi ilə pul göndərib çekin şəklini çəkərək sonuncuya atmışdır. Sonra Sano ona narkotik vasitənin qoyulduğu yeri bildirirmiş və həmin yerə gedərək narkotik vasitəni götürmüşdür. 16 aprel 2022-ci il tarixdə yenidən narkotik vasitə olan heroin əldə etmək qərarına gəlmiş və "Whatsapp” proqramı vasitəsi ilə Sano ilə əlaqə saxla mışdır. Sanonun verdiyi bank hesabına “milli ön" aparatı vasitəsi ilə 150 manat pul göndərib çekin şəklini çəkərək sonuncuya atmışdır. Sano da ona Bakı şəhəri, Binəqədi rayonu, “Dərnəgül yolu” deyilən yerdə narkotik vasitə olan heroinin qoyulduğu yeri bildirib, həmin yerin foto şəklini çəkərək ona atmışdır. O, həmin ünvana gedərək oradan siqaret qutusunun içərisində olan 5 ədəd bükümdə narkotik vasitə olan heroini götürüb üzərində saxlayaraq gəzdirmişdir ki, bədənində ağrılar olan zaman istifadə etsin. 18 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində yaşadığı ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 35-ci Polis Bölməsinə getmişdir. Orada narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığım başa düşüb əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunu, sağ yan cibindən 1 ədəd "Xiaomi Redmi" markalı mobil telefonu və 100 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Bunda n sonra təqdim etdiyi siqaret qutusunun içərisinə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli maddə olan 5 ədəd sellofan büküm aşkar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir şey aşkar edilməmişdir. Sorğu zamanı o, 5 ədəd bükümdə olan maddənin narkotik vasitə heroin olmasını, həmin maddəni İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu "Dərnəgül yolu” adlı yerdən qoyulduğu yerdən götürdüyünü bildirmişdir... O, həmin narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Sano adlı şəxsin verdiyi bank hesabına "milli ön" aparatı vasitəsi ilə pul göndərdikdən sonra Bakı şəhəri, Binəqədi rayonu, "Dərnəgül Yolu" adlanan ərazidə qoyulduğu yerdən götürmüş dür. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, Sano ilə əlaqə saxlayıb sonuncudan narkotik vasitə olan heroin istəsə də, sonuncunun ona bildirdiyi ünvanlara narkotik vasitələrin kim tərəfindən qoyulmasını bilməmişdir. Sadəcə olaraq Sano onun bildirdiyi hesaba pul ödədikdən sonra narkotik vasitənin qoyulduğu yeri sonuncu ona bildirmiş və o da həmin yerə gedərək götürmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Məhkum narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yarad ılmışdır. 18 aprel 2022-ci il tarixdə yaradılmış əməliyyat qrupu Məhkum ünvan 6 ünvanda saxlayaraq onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu, Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə gətirmişlər. Orada Məhkum üzərində saxladığı qeyri qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Məhkum həmin vaxt cibindən siqaret qutusunda olan bükümü təqdim etmiş və həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Məhkum bildirmişdir ki, 20 ildir ki, narkotik vasitələrdən istifadə edir, üzərində olan narkotik vasitəni də şəxsi istifadəsi üçün İran vətəndaşından almışdır. Həmin bükümün içində 5 ədəd bükümün olmasından məlumatı olmamış, hazırda təqdim edərkən bükümün içərisindən 5 ədəd büküm olduğunu o da indi gör ür. Sonra həmin maddə qablaşdırılaraq möhürlənmiş və tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır; “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci i tarixli protokoldan görünür ki, 18 aprel 2021-ci il tarixdə Məhkum üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən, siqaret qutusunda içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan 5 ədəd sellofan büküm aşkar edilmişdir; Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2215 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan "Məhkum üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd siqaret qutusunda beş ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,712 qram, 0.796 qram. 0,713 qram, 0,690 qram, 0,650 qram, ümumi təmiz çəkisi 3,561 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 2352 saylı rəyində göstərilmişdir ki, Məhkum opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymə t verən Apellyasiya məhkəməsi birinci instasiya məhkəməsinin əməlin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, təqsirləndirilən Məhkum oğunun narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə birinci instansiya məhkəməsinin istintaqı zamanı verdiyi ifadəsi səmimi və obyektiv olmamış və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli kimi qiymətləndirilməli olduğu halda, işə baxan birinci instansiya məhkəməsi qeyd olunan hala tənqidi yanaşmamış, işdə olan sübutları əlaqəli qaydada qiymətləndirməmiş və təqsirləndirilən Məhkum əldə edərək üzərində saxladığı ümumi çəkisi 3,561 qram olan heroinin çəkilib xırda bağlamalara (ümumi olaraq 5 büküm) bükülməsinə, külli miqdar təşkil etməsinə əhəmiyyət verilməmişdir. Birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin (polis əməkdaşlarının) də Məhkum üzərindən 5 (beş) bükümdə narkotik vasitə heroinin aşkar edilməsini və onun həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirməyini qeyd etsə də şahidlərin təqsirləndirilən Məhkum istinadən bildirdikləri özü-özlüyündə həmin şəxs tərəfindən narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməklə saxlanmasını heç də inkar etmədiyini, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli cinayət olmaqla, satış məqsədilə narkotik vasitənin əldə edildiyi, saxlanıldığı, daşındığı andan başa çatmış hesab edilməsini nəzərə almamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, hazırkı cinayət işi üzrə m əhkəmə əldə edilmiş narkotik vasitə olan heroinin xırda bağlamalara, konkret olaraq 5 bağlamaya (hər bir bağlamada təxminən 1 qramdan artıq olmamaqla) bükülməsini, bağlamaların ümumilikdə külli miqdar-3,561 qram təşkil etməsini, təqsirləndirilən şəxs barədə ilkin əməliyyat məlumatının onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı olmasını nəzərə almaqla apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul ed ərək həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət vermiş və əsaslı nəticəyə gələrək, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilmişdir. Belə ki, cinayət işi üzrə sübut kimi qiymətləndirilməli olan təqsirləndirilən Məhkum ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas vermiş və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili tərəfindən Məhkum saxlanılması ilə əlaqədar yazılmış raportun, "şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda təqsirləndirilən Məhkum satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmada şübhəli şəxs qismində saxlanıldığı qeyd olunmuşdur. Kassasiya şikayətində Məhkum i btidai araşdırma dövründə və birinci instansiya məhkəməsində keçirilən baxış iclası zamanı (həmçinin kassasiya şikayətində) üzərindən aşkar olunmuş narkotik vasitəni özünün istifadəsi üçün əldə etdiyini bildirsə də, onun bu barədə dəlilləri subyektiv mülahizələrdən ibarət olmaqla apellyasiya məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlərin ifadələri, ekspert rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilərək müdafiə mövqeyinə söykənən subyektiv mülahizələr, məhkum edilmiş şəxsin törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətindən yaxa qurtarmağa, cinayət məsuliyyətlərini yüngülləşd irməyə yönəlmiş cəhdləri kimi qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində tərəfindən satış məq sədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud dig ər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxl adığı həmin narkotik vasitəni satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə protokolu, o cümlədən iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Kimyəvi Ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2215 say lı rəyindən müəyyən edilmişdir ki, təqsirləndirilən Məhkum aşkar edilmiş narkotik vasitə çəkilib ümumilikdə 5 ədəd xırda bükülülərdə olmuşdur ki, həmin xüsusat əldə edilmiş narkotik vasitə heroinin məhz satış məqsədi ilə əldə edildiyini təsdiq etməsi barədə apelyasiya instansiyası məhkəməsinin qənaəti əsaslıdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(103)2108/2022 saylı qərarı əsasında cinayət işi üzrə təqsirləndirilən Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 1 aprel 2021-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, SMS mətnlərinin açıqlamaları, həmin nömrələrdən daxil olan və çıxan zənglərin abunəçilərinin tam anket məlumatları, daxil olan və çıxan zənglərin hansı an tenalar tərəfindən qeydiyyata alınması (arayan və aranan göstərilmək şərti ilə) haqqında məlumatlar "xxxx" MMC-dən götürülmüşdür. Həmin qərar əsasında "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarından çıxarışlardan "xxxx" MMC-dən götürülmüş təqsirləndirilən Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan mesajların mətnlərinin narkotik vasitələrin ondan ödənişlə alınması ilə bağlı olduğu aşkar görünmüşdür. Göründüyü kimi, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitə heroinin şəxsi istehlak miqdarı 0.15 qramdan artıq, külli miqdarı isə 2 qram və ondan artıq həddə müəyyən olunmuşdur. Məhkum əldə etdiyi narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından təxminən 23 dəfə, külli miqdarından təxminən 2 dəfə artıq olması narko tik vasitənin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. Məhkəmə kollegiyası toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanaraq hesab edir ki, Məhkum tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin hökmlə istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanu nlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsəl ələrin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hök mün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə d air” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmündə müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin məhkumun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi barədə dəlilləri əsassız olmaqla heç bir sübutla öz təsdiqini tapmamışdır. Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi bu məsələnin həlli zamanı Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilənlərə əs asən, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-240/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-240/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver