Məhkəmə qərarları › İş №1(102)-240/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-240/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-240/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum Mahdi Rahiminin müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1989-cu ildə Əfqanıstan İslam Respublikasında anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində bir a zyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, himayə sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin ünvan 1 ünvanında yerləşən inzibati binasında qeydiyyatda olmuş, ünvan 2 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 150.3.3cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 may 2024-cü il tarixli 1(103)-381/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 1(101)-761/2023 nömrəli hökmü ilə (hakimlər: R.Ə.Sadıxo v (sədrlik edən), N.A.Kərimov və L.S.ƏsgərovaMəmmədova) Məhkum - Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 15 avqust 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 may 2024-cü il tarixli 1(103)-381/2024 nömrəli qərarı ilə (hakimlər: F.İ.Əyyubov (sədrlik edən), E.Ə.Mehdiyev və E.E.Rəhimov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin h alları: Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs Məhkum özü üçün aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etməklə və onun köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, Məhkum cinsi ehtirasını pozğun şəkildə təmin etmək məqsədi ilə 21 iyun 2019-cu il tarixdə, günorta saatlarında kirayə yaşadığı ünvan 3 ünvanında yerləşən evin 107 nömrəli mənzilində övladı 3 may 2019-cu il təvəllüdlü X10 doğulmasının 40-cı günü münasibəti ilə təşkil etdiyi qonaqlıq zamanı mənzilin digər otaqlarında çoxsaylı qonaqların səs-küyü olduğu vaxt özünə məxsus yataq otağında çarpayıda körpə qızı X10 yanında uzanarkən tanışı Qanuni nümayəndə övladı, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan, 5 sentyabr 2009-cu il təvəll üdlü, Əfqanıstan İslam Respublikasının vətəndaşı X5 həmin otağa daxil olub onun qızını qucağına götürüb əzizləmək istədikdə yaşına və fiziki vəziyyətinə görə müqavimət göstərmək imkanı olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq etməklə əli ilə qolundan tutaraq çarpayıya uzadıb özü də üzərinə uzanaraq başını məcburi tutub müqavimətini qırdıqdan sonra dodaqlarından öpüb sovurmaqla dilini ağız boşluğuna daxil edib zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam olunmasına dair qə rar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə onun aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etməsi sübuta yetirilmədiyi, əksinə sübutlarla inkar edildiyi və əməlində cinayət tərkibi olmadığı halda, o, əsassız və qanunsuz olaraq CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmışdır. Belə ki, Zərərçəkmiş şəxsyə qarşı heç bir seksual xarakterli hərəkətlər etməmişdir, çünki Zərərçəkmiş şəxs hadisədən dərhal sonra heç kəsə bu barədə məlumat verməmişdir. İş materiallarından görünür ki, Qanuni nümayəndə (qanuni nümayəndə) ilk dəf ə Polis idarəsinə müraciət edərək bildirmişdir ki, X6 əl-qol hərəkətləri ilə qorxutmuşdur. O, polisə müraciət etməmişdən 1 ay əvvəl məhkum ilə telefonla danışanda onu hədələmiş, məhkumyə problemlər yaradacağını bildirmişdir və məhkəmə istintaqı isə bunların hamısını etiraf etmişdir. Müdafiə tərəfi qeyd edir ki, tərəflər arasında həmin dövrdə barışıq olmuş və Bakı şəhəri Xətai RPİ-nin 34-cü polis bölməsinin təhqiqatçısının qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Bu qərardan zərərçəkən tərəf şikayət etməmiş, amma 3 ay sonra Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işinin başlanılmasının rədd olunması barədə qərarı ləğv olunmuşdur. İş üzrə bütün şahidlər məhkəmə istintaqı zamanı həqiqəti danışaraq, təqsirləndirilən şəxsin ziyanına heç bir ifadə verməmişlər. Məhkəmə istintaqı z amanı tədqiq olunmuş audio və video görüntülərlə bağlı qeyd edilir ki, videoda qadınların oynadığı zaman “zərərçəkən” Zərərçəkmiş şəxs açıq-aşkar kadra düşüb və məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, artıq qadınlar rəqs edən zaman məhkum evdə yox idi. Deməli hər hansı bir seksual xarakterli zorakılıq hərəkəti olmuşdursa, həmin vaxta qədər olmalı idi. Lakin, videodan da göründüyü kimi, Zərərçəkmiş şəxsnın əhvalı yerindədir və hər hansı bir gərginliyi yoxdur. Həmçinin şikayətdə qeyd edilir ki, polis idarəsində olan birinci videodan da göründüyü kimi (məhkəmə istintaqı zamanı tərcüməçi tərəfindən tərcümə olundu) məhkum qeyd etmişdir ki, o hər hansı bir əxlaqsızlıq etməmişdir. Həmçinin qeyd edilir ki, verilmiş ittihama görə məhkum seksual xarakterli hərəkəti saat 16 radələrində etmi şdir. Halbuki, təqsirləndirilən şəxs saat 14:00-dən həmin evi tərk etmiş və dostu və həmyerlisi X11 getmişdir. Bu o deməkdir, ümumiyyətlə hər hansı seksual xarakterli hərəkətin edilməsindən söhbət gedə bilməz. Bunu ibtidai istintaq zamanı X11 da bildirsə də, məhkəmə istintaqı zamanı dəfələrlə dəvət olunmasını müdafiə tərəfi xahiş etsələr də, məhkəməyə dəvət olunmadı. Ümumiyyətlə iş üzrə təqsirləndirilən şəxsin xeyrinə ifadə vermiş şəxslərin heç biri məhkəmə istintaqı zamanı dəvət olunmadı. Həm ibtifadi istintaq, həm də məhkəmə istintaqı zamanı dəfələrlə vəsatətlər qaldırılmış (əlavə şahidlərin çağırılması, anten məlumatların əldə olunması, istintaq ekspermentinin keçirilməsi ilə bağlı və sair), lakin heç bir vəsatət təmin olunmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayə tinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş m əhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxs, onun qan uni nümayəndəsi və şahidlərin ifadələrinə, ekspert rəylərinə habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə Məhkum əsassız olaraq CM-in 150.3.3-cü maddəsi ilə məhkum edilməsi mübahisə edilir və onun barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Azərbaycan Respublikası CM-in 150.1-ci maddəsində “Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə”yə görə cinayət məs uliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 150.3-cü maddəsinə görə “Eyni əməllər: 150.3.3.on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (köhnə redaksiya)” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələ lərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinay ət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərli liyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun ola raq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərard a tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum ona elan olunmuş ittihamla özünü təqsirli bilməsə də, Zərərçəkmiş şəxs ifadələri, şahidlər Şahid2, Şahid7 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Hacıyev Bəxtiyar Yusif oğlunun Bakı şəhəri BPİ-nə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizə və ərizəyə əlavə olunmuş CD disk, “ifadənin yerində yoxlanılması barədə” 15 avqust 2019-cu il tarixli protokol, “CD diskinə baxış keçirilməsi haqqında” 5 noyabr 2019-cu il tarixli protokol, işin digər halları ilə tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM -in 150.3.3-cü maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 150.3.3-cü maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Həmçinin, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilmişdir. Beləlik lə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul e tmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum ba rəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 may 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar