Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2400/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Abbaslı Təyyar Bəhram oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhk əməsinin 10 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Abbaslı Təyyar Bəhrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 1(099)-12/2023 nömrəli (hakimlər: Quliyev Nizami Fərzi oğlu (sədrlik edən) Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx -ci ildə Sabirabad rayonunun Əsgərbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, xxx yaşayan Məhkum Az ərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinin tələbinə əsasən 4 fevral 2022-ci il tarixdən 6 fevral 2022-ci il tarixədək cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın, ona qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı o həbs olunduğu vaxtdan - 10 fevral 2023-cü il tarixdən hesab edilməsi, CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən Məhkum barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və əraz i narkoloji dispanserində profilaktiki qeydiyyata alınması, Məhkum qarşı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından dərhal həbs edilməsi, seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Abbaslı Təyyar Bəhrəm oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan məhkəmə tərkibində) 27 aprel 2023-cü il tarixli 1(106)-276/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məh kəməsinin 10 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Abbaslı Təyyar Bəhrəm oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, yetkinlik yaşına çatmadığı dövrdə istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə külli miqdarda, yəni 5100,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana qanunsuz olaraq əldə edib üzərində daşımaqla, yaşadığı Sabirabad rayonu, Əsgərbəyli kəndində yerləşən evə gətirərək, evin istifadə olmayan otağında saxlamış, 6 fevral 2022-ci il tarixdə Sabirabad RPŞ-in əməkdaşlarının ke çirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə, həyətyanı sahəsinə və həyətdəki yardımçı tikililərə baxış keçirilən zaman, evin istifadə olunmayan boş otağında 1 ədəd polietilen torbada təmiz çəkisi - 515,0 qram, həmin polietilen torbanın içərisində 1 ədəd polietilen torbada təmiz çəkisi - 45,0 qram, 1 ədəd göy rəngli polietilen torba bağlamada 4 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 580,0 qram, 560,0 qram, 555,0 qram, 505,0 qram, bundan əlavə 1 ədəd sintetik torba bağlamada 10 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 565,0 qram, 365,0 qram, 655,0 qram, 215,0 qram, 140,0 qram, 245,0 qram, 50,0 qram, 30,0 qram, 25,0 qram, 50,0 qram olmaqla, ümumilikdə 5100,0 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Abbaslı Təyyar Bəhrəm oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin məhkumun təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, Məhkum istər ibtidai istintaqda, istərsə də birinci instansiyası məhkəməsi zamanı vermiş olduğu ifadələrində göstərmişdir ki, o özünü 720 qram çəkidə qurudulmuş marixuana saxlamağa görə təqsirli bilir. Belə ki, tutulandan 3-4 ay əvvəl Kür çayının sahilində heyvanlarını otararkən çətənə bitkisinin toxumlarını tapıb evinə aparmış və onları həyətindəki çəpərin yanındakı kolun içərisində əkmişdir. 2020-ci ilin təxminən mart ayında həmin bitkilərdən yığıb təmizləmiş və evdə saxlamışdır. Üstündən 3-4 ay keçmiş polis əməkdaşları onun yaşadığı evə gəlib, atasının iştirakı ilə 4 otaqdan ibarət evin boş olan otağından 2 ədəd sellofon torbada olan xırda bağlamalarda qurudulmuş marixuananı götürmüşlər. Götürülmüş marixuana 2 ədəd sellofon torbaya doldurularaq, çəkilmədən, qablaşdırılmadan və möhürlənmədən Sabirabad RPŞ-nin rəisinin xidmət üzrə müavini Şahid1 tərəfindən maşına qoyulmuşdur. Həmin vaxt ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Yaşadıqları evdən aşkar olunmuş 720 qram qurudulmuş marixuana ona məxsusdur, qalanı isə ona aid deyildir. O marixuananı özünün istifadəsi üçün qurudaraq saxlamışdır. İttiham tərəfinin sübut kimi istinad etdiyi və məhkəmə iclasında dindirilmiş şahid ifadələrini də qiymətl əndirmək zəruridir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlər məhkəmə iclaslarında 4 fevral 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında protokol”un Sabirabad RPŞ-in İB-nin baş müstəntiqi X4 tərtib etdiyini, şöbənin İB-nin digər baş müstəntiqi X5 ümumiyyətlə orada olmadığını göstərmişlər. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli hökmündə göstərilir ki “Müdafiə tərəfindən verilmiş vəsatət əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, hadisə vaxtı əməliyyat müvəkkili vəzifəsində işləmiş, Məhkum narkotik vasitələrin saxlaması və istifadəsi barəsində əməliyyat məlumatı ona daxil olmuş, məlumat onun tərəfindən rəhbərliyə məruzə olunmuş və təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul etmişd ir. Sonra Məhkum yaşadığı evə baxış keçirilmiş, baxış zamanı X-i evindən qurudulmuş marixuana aşkarlanıb götürülmüş və evdən narkotik vasitəni o çıxarmışdır” Halbuki, işdə olan sənədlərlə və çəkilmiş fotolarla Məhkum narkotik vasitələrin saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı alan və bu məlumat barədə rəhbərliyə məruzə edən, təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edən X2 həmin vaxt orada olmadığı öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, yaxud qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satma cinayət əməlini törətməsi və bununla da CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışd ır. Buna görə də “Baxış keçirilməsi haqqında protokol” və bu protokola əsasən toplanmış digər sübutlar CPM-in 125.2-ci, 125.2.1, 125.2.3, 125.2.7-ci maddələrinə görə insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmaqla əldə edilmiş məlumatlar, sənədlər hesab edilməklə CPMin 9.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb olmalı idi. Odur ki, göstərilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməklə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi və ya Məhkum əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunaraq həmin maddənin sanksiyası daxilində minimum həddə cəza təyin edilməsi və ya cinayət işinin yenidən araşdırılması məqsədilə yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Abbaslı Təyyar Bəhram oğlu çıxış edərək, tərəflərindən Şirvan Apellyasiya məhk əməsinə verilən dəlillərin qiymətləndirilmədiyini, məhkumun evindən tapılan narkotik vasitənin istifadəsi üçün əldə etdiyini bildirib, məhkuma bəraət verilməsini, bunun mümkün olmadığı təqdirdə məhkumun əməlini CM-in 234.4.3-cü maddəsindən, CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416. 1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddə sində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutl arın məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmin olunması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2023cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar topla nır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi özünün ibtida i istintaqda ilkin dindirmə zamanı ona elan olunmuş ittihamla təqsirli, məhkəmə istintaqı zamanı isə özünü qismən təqsirli bilməsinə dair ifadələri ilə, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ifadələri ilə, məhkəmə-bioloji ekspertizasının 5 fevral 2022-ci il tarixli 18/150 nömrəli, məhkəmə-bioloji ekspertizasının 11 oktyabr 2022-ci il tarixli 7/1137 nömrəli və ambulator məcburi narkoloji tibbi yoxlamanın 26 fevral 2022-ci il tarixli, 975 nömrəli rəyləri ilə, baxış keçirilməsi və götürmə aparılması haqqında 4 fevral 2022-ci il tarixli protokol ilə, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan 4 fevral 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında prot okoldan və protokola əlavə edilmiş foto cədvəllərdən görünür ki, Sabirabad rayonu Əsgərbəyli kəndində yaşayan yetkinlik yaşına çatmayan Məhkum yaşadığı evə baxış keçirilən zaman evin istifadə olunmayan otağında 1 ədəd polietilen torbada təmiz çəkisi - 515,0 qram, həmin polietilen torbanın içərisində 1 ədəd polietilen torbada təmiz çəkisi - 45,0 qram, 1 ədəd göy rəngli polietilen torba bağlamada 4 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 580,0 qram, 560,0 qram, 555,0 qram, 505,0 qram, bundan əlavə 1 ədəd sintetik torba bağlamada 10 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 565,0 qram, 365,0 qram, 655,0 qram, 215,0 qram, 140,0 qram, 245,0 qram, 50,0 qram, 30,0 qram, 25,0 qram, 50,0 qram olmaqla, ümumilikdə 5100,0 qram narkotik vasitə qurudulmuş marixuana möhürlənərək götürülmüş və protokola əlavə edilmişdir. Həmçinin, cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş cinayət işinin materiallarında olan 5 fevral 2022-ci il tarixli 18/150 №-li məhkəmə-bioloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində ağ kağızda: “...Məhkum yaşadığı evə baxış...” sözləri yazılmış və imzalar olan ağ rəngli polietilen torbada bağlamada 1 ədəd polietilen torbada təmiz çəkisi 515,0 qram, həmin polietilen torbanın içərisində 1 ədəd polietilen torbada təmiz çəkisi - 45,0 qram, ümumi çəkisi 560,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzəridə ağ kağızda: “...Məhkum yaşadığı evə baxış...” sözləri yazılmış və imzalara olan göy rəngli polietilen torba bağlamada 4 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri - 580,0 qram, 560,0 qram, 555,0 qram, 505,0 qram, ümumi təmiz çəkisi 2200,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində ağ kağızda: “...Məhkum yaşadığı evə baxış...” sözləri yazılmış və imzalar olan sintetik torba bağlamada 10 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri - 565,5 qram, 365,0 qram, 655, 0 qram, 215,0 qram, 140,0 qram, 245,0 qram, 50,0 qram, 30,0 qram, 25,0 qram, 50,0 qram, ümumi çəkisi 2340,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində n kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ümumi çəkisi 5100,0 qram olan marixuanalar eyni tərkiblidir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələr obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadələri sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən aza d olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Məhkəmələr tərəfindən müəyyən olunmuş sübutları sadalamaqla işin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CP M-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində, həmçinin məhkumun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictima i təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra ş əxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb ed ən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 ma rt 2011-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuli yyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin qərarın 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkoti k vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 12-ci sətrinə əsasən qurudulmuş – marixuana narkotik vasitələr hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram, külli miqdarının aşağı həddi isə 500 qramdır. Həmin qanunun İ və İİ siyahılarını əsas tutaraq Məhkum evindən aşkar olunan külli miqdarda, yəni şəxsi istehlak miqdarından artıq miqdarda marixuanın olması iş materiallarında olan sübutlarla tam təsdiqini tapır. Marixuananın xalis çəkisinin 500 qramdan yuxarı aşkar olunması külli miqdar hesab olunduğu halda Məhkum yaşayış sahəsindən aşkar edilib götürülən marixuananın 15 ədəd torbalarda 5 kq 100 qr olmaqla külli miqdar təşkil etməsi həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda nark otik vasitəni əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində q urulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (cinayəti törədərkən yetkinlik yaşına çatmayan olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhk əmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Abbaslı Təyyar Bəhrəm oğlunun kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Abbaslı Təyyar Bəhrəm oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədə
Məhkəmə qərarları › İş №1(102)-2400/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2400/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver