Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2400/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 2024-cü il 16 may tarixli, 1(106)-443/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Hacıqabul Rayon Məhkəməsinin (X4) 2024-cü il 6 mart tarixli, 1(071)-31/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1986-cı ill tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatida olmaqla həmin ünvanda yaşamış, hazırda azadlığın məhdudlaşdırılması cəzasını çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, şübəhli şəxs kimi tutulduğu iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmin 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hacıqabul Rayon Məhkəməsinin 2024-cü il 6 mart tarixli, 1(071)-31/2024 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3, İsmayıl Əhmədov, Yaşar Həşimovdan ibarət tərkibdə) 2024-cü il 16 may tarixli, 1(106)-443/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sa xlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamini qanunsuz olaraq əldə edib qeydiyyat şəhadətnaməsi əsasında idarə etdiyi "X5 yük” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayıb Hacıqabul rayonu Nəvahi kəndinə daşımış, 27 oktyabr 2023- ü il tarixdə saat 01 radələrində Hacıqabul rayon polis şöbəsinin və BDYPİ-in YPXA-nın 7-ci tağımının əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Navahi kəndində yerləşən BDYPİ-nin 720 saylı stasionar postunda idarə etdiyi avtomobillə birlikdə saxlanıl araq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və idarə etdiyi avtomobilə baxış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib idarə etdiyi "X5 yük” markalı 99-HT- 296 dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşıdığı 01 ədəd selofan kəsiyi bükümündə şəxsi istehlak miqdarında, yəni təmiz çəkisi 1,78 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, şəxsi istehlak miqdarından artıq 1 ədəd kağız bükümündə təmiz çəkisi 0,497 qram və 01 ədəd selofan kəsiyi bükümündə təmiz çəkisi 0,098 qram olmaqla, ümumi təmiz çəkisi 0,595 qram xeyli miqdarda xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamin həmin avtomobilin sürücü oturacağının qarşı sında olan günlük hissəsindən aşkar edilib götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, istər istintaq zamanı, istərsə də məhkəmə zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə təqsirləndrilən şəxsin təqsiri sübuta yetirilmişdir. Həmçinin işin bütün faktiki halları çıxarılmış qərarlarda ətraflı qeyd edilmişdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 58. 3-cü maddəsinin tələblərinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasını və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır.Hansı ki, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinin mənasına görə cəza təyin edilərkən bu məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Habelə cinayət işinin materiallarından da görünür ki, CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum cəzasını ağırlaşdıran hal yoxdur. Lakin CM-in 59.1.2-ci maddəsinə əsasən onun ilk dəfə cinayət əməli törətməsini, təqsirini səmimi olaraq etiraf etməsini, etdiyi əmələ görə peşmançılıq çəkməsini, ailəli olmaqla himayəsində 3 azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə bunların bəzilərini hökmdə qeyd etsə də, lakin cəzasını yüngülləşdirən hallar kimi nəzərə almamışdır. Çıxarılmış qərardan aydın olur ki, hər iki məhkəmə Məhkuma cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etməmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini ailə vəziyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etməmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 24-cü il 16 may tarixli, 1(106)-443/2024 nömrəli qərarının ləğv edilməsini və ona CM-in 62-ci maddəsinin tətbiq olunmaqla hökm edilmiş cəzanın CM-in 234.1-ci maddəsində nəzərdə tutulan daha yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 16 may tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraci ətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi məhkuma ağır cəza təyin edildiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahi yyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilmə si nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müv afiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçi kassasiya şikayətində əməlin tövsifini mübahisələndirməmiş, yalnız cəzanın ağırlığını mübahisələndirmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanaraq, mənsub iyyəti, mötəbərliyi və mümkünlüyü baxımından qiymətləndirilmiş sübutların məcmuyuna əsasən belə qənaətə gəlir ki, Məhkum cinayət əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya uç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi də Məhkum CM-in 234.1-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, onun cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran h alların olmamasını nəzərə alaraq alternativ cəzalardan ən yüngülü olan azadlığın məhdudlaşdırılması cəzanı məhkuma təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi, onun məhkum olunduğu maddəyə CM-in 62-ci maddəsinin, eləcə də onun barəsində CMin 70-ci maddəsinin tətbiqi üçün hər hansı bir hüquqi və faktiki əsas mövcud deyil və ona təyin edilmiş cəza qanuni, əsaslı və ədalətli, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlik dərəcəsinə, eyni zamanda onun şəxsiyyətinə uyğun olmaqla, onun tam islah olunmasına kömək edəcək növ və həddədir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 16 may tarixli, 1(106)-443/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2400/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2400/2024
01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver