Məhkəmə qərarları › İş №1(102)-2401/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2401/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2401/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxxxx 1984-cü ildə Əli-Bayramlı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, işləməyən, orta təhsilli, qeydiyyatda olmaqla yaşamış, ha-hazırda cəza çəkən Məhkum2 Azərbaycan Respublikasının Cinayət Mə cəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə, XXXXXX ildə Əli-Bayramlı şəhəri Hacıqəhrəmanlı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, işləməyən, orta təhsilli, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi, qeydiyyatda olmaqla yaşamış, hal-hazırda cəza çəkən Məhkum1 CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilmələrinə sinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 1(107)-150/2023 nömrəli qərarından məhkumlar Məhkum2 müdafiəçisi Bayramov Zaur Vahid oğlu və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 1(091)-63/2023 nömrəli hökmü ilə (hakimlər: B.Məmmədov (sədr lik edən), N.Mirzəyev və X.Məmmədov) Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər, hərəsi cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 iyun 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumlar Məhkum2 müdafiəçisi Bayramov Zaur Vahid oğlu və Məhkum1 müdafiəçisi Rəcəbov Səbuhi Tapdıq oğlu tərəfindən ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2023-ci il tarixli qərarı ilə, (hakimlər: X.H.Səmədov (sədrlik edən), A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiy a şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2023-cü il tarixli qərarından Məhkum2 müdafiəçisi Bayramov Zaur Vahid oğlu və Məhkum1 tərəfindən ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum2 və Məhkum1 sonuncunun istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını əkib yetişdirərək kultivasiya etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 2022-ci ilin may ayında, dəqiq tarixi istintaqa məlum olmayan gündə İsmayıllı rayonunun Ruşan kəndi ərazisində yerləşən meşə sahəsində vahid niyyətlə əhatə olunan qə sdlə 7 metr enində və 7 metr uzunluğunda olan 49 kvadrat metr torpaq sahəsini və həmin torpaq sahəsindən təxminən 30 metr aralıda kultivasiya üçün əlverişli yer olan 6 metr enində 6 metr uzunluğunda olan 36 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyib hər iki torpaq sahəsini əkin üçün yaralı vəziyyətə gətirərək eyni gündə həmin torpaq sahələrində çətənə bitkisinin toxumlarını əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib ümumilikdə külli miqdar təşkil edən 984 (doqquz yüz səksən dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib yetişdirərək xx.xx.2022-ci il tarixədək kultivasiya etmiş, xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində İsmayıllı RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum2 Məhkum1la birlikdə 49 kvadra t metr torpaq sahəsində əkib yetişdirdikləri çətənə bitkilərinə və çətənə bitkisinin şitillərinə su verən zaman həmin yerdə aşkar edilmiş, onların iştirakı ilə həmin yerə baxış keçirilən zaman qabaqcadan əlbir olan bir qrup şəxs halında əkib yetişdirməklə kultivasiya etdikləri 15 santimetrdən 45 santimetrədək hündürlükdə təmiz çəkisi 228,01 qram olan 153 (yüz əlli üç) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri, 5 santimetrdən 10 santimetrədək hündürlükdə təmiz çəkisi 194,88 qram təşkil edən 587 (beş yüz səksən yeddi) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinin şitilləri aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin gün, saat 14 radələrində həmin torpaq sahəsindən 30 metr aralı əkib-becərdikləri digər 36 kvadrat metr torpaq sahəsinə baxış keçi rilən zamanı orada 16 santimetrdən 50 santimetrədək hündürlükdə təmiz çəkisi 210,43 qram təşkil edən 92 (doxsan iki) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri, 5 santimetrdən 11 santimetrədək hündürlükdə təmiz çəkisi 50,17 qram təşkil edən 152 (yüz əlli iki) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinin şitilləri, yəni ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə qabaqcadan əlbir olan bir qrup şəxs halında kultivasiya etdikləri külli miqdarda, təmiz çəkisi 438,44 qram təşkil edən 245 (iki yüz qırx beş) ədəd çətənə (kannabis) bitkiləri, təmiz çəkisi 245,05 qram təşkil edən 739 (yeddi yüz otuz doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri, ümumilikdə isə külli miqdar təşkil edən 984 (doqquz yüz səksən dörd) ədəd tərkibində narkotik maddələr o lan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 müdafiəçisi Bayramov Zaur Vahid oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsə cəza təyin edilərkən, eləcə də apellyasiya məhkəməsində verdiyi apellyasiya şikayəti üzrə cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2023-cü il tarixli qərarının dəyişdirilərək, Məhkum2 daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkum1 kassasiya şikayətində ona elan olunmuş ittiham üzrə əsası təşkil edən sübutlara düzgün qiymət verilməmiş və nəticədə o, qanuns uz olaraq məhkum edilmiş, həmçinin ona cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəza təyin edilmişdir. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2023-cü il tarixli qərarının dəyişdirilərək onun işinə ədalətli baxılmasını və daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya i nstansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları müəyyən edi lərkən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə əməlində təqsirliliyi sübuta yetirilmədiyi halda o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmədə - Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilindiyini, həmçinin o, həmin maddələrlə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq cinayət işi üzrə icraata bəraətverici əsasla xitam (CM-nin 237.2.1 və 237.2.3-cü) verilməsi, eyni zamanda ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Məhkum2 müdafiəçisi Bayramov Zaur Vahid oğlu isə kassasiya şikayətində məhkəmələr tərəfindən Məhkum2 məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, daha yüngül cəzanın təyin edilməsi barədə kassasiya tələbini cinayət-prosessual qanunun 416.1.21-ci maddəsində təsbit edilmiş halla əsaslandırmışdır. Odur ki, kollegiya verilmiş kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu şikayətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının 13 aprel 2023-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tö vsiyə edilmişdir. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəməsi) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri o vaxt qəbul edilən hesab oluna bilər ki, verilmiş şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Məhkum1 kassasiya şikayəti diqqət etdikdə müəyyən olunur ki, sonuncu bir tərəfdən təqsirliliyinin sübuta yetirilmədini göstərməklə ona bəraət verilməsinin labüd olduğu qeyd edir, digər tərəfdən özünə m ünasibətdə yüngül cəzanın təyin edilməsini xahiş edir ki, bu da özü-özlüyündə təzad təşkil etməklə, faktiki olaraq məhkumun kassasiya müraciətində təqsirsizliyi ilə bağlı göstərmiş olduğu dəlillərinə özünün belə şübhə ilə yanaşmasına dəlalət edir. Digər tərəfdən Məhkum1 vermiş olduğu apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarını, onun ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirməmiş, yalnız cəza təyini ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən onun barəsində qeyri-humanist və ədalətsiz yekun məhkəmə aktı qəbul edilməsini göstərmişdir. Lakin Məhkum1 kassasiya şikayətinin məzmundan müəyyən olunur ki, hazırkı şikayətində o, işin faktiki hallarını mübahisələndirərək sübutlara qanuna müvafiq qaydada qiymət verilməməməsini və onun əməlinin düzgün tövsif edilməməsini iddia edir. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar bütövlükdə apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq ətraflı əsaslandırma verilməklə artıq cavablandırılmış və Məhkum1 kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, onun birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəllənin 143-146cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Sübutlar hökmdə ətraflı təsvir edilib onların həqiqi məzmununa uyğun olaraq qiymətləndirildiyindən, məhkəmə kollegiyası nə sübutların yenidən təsvir və şərh edilməsini zəruri sayır, nə də ki, işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normalarının tətbiqi, Məhkum1 Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinməsi üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları nəticələri şübhə altına almaq üçün əsas görmür. Məhkum1 və Məhkum2 təyin olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəf indən dəyişdirilmədən saxlanılmış cəzaların mübahisələndirilməsinə həsr olunmuş hər iki məhkumun kassasiya şikayətlərinə gəldikdə, kollegiya bu məsələ üzrə də birinci və apellyasiya instansiyası məhkəmələrinin mövqeyi ilə razılaşmamaq üçün əsas görmür. Belə ki, Məhkum1 və Məhkum2 cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, təqsirkarların şəxsiyyətini səciyyələndirən hallardan, cəzanı yüngülləşdirən hallar - Məhkum2 və Məhkum1 yaşayış yerləri üzrə müsbət səciyyələndirilməsi və hərəsinin himayəsində iki azyaşlı uşağının olmasından və ağırlaşdıran halların müəyyən edilməməsin dən, təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyata şəraitinə təsirindən çıxış edib onlara təqsirli bilindikləri Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə hər ikisinə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzalarını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 58.3, 41.2 və 66.3-cü maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları Məhkum1 kassasiya şikayətinin məzmunu ilə ehtiva olunan (məhkəmələrin cinayət -prosessual qanunun 416.1.2, 416.1.6, 416.1.11 maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə), həmçinin sonuncunun və Məhkum2 müdafiəçisi Bayramov Zaur Vahid oğlunun məhkumlara təyin edilmiş cəzasının həddindən artıq ağır cəza olması və CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə cavab verməməsi ilə bağlı iddialarını təkzib etməklə bu müraciətlərin əsassız olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası Məhkum2 müdafiəçisi Bayramov Zaur Vahid oğlu və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, verilmiş kassasiya şikayətləri təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 və Məhkum1 barəsində olan 13 aprel 2023-cü il tarixli, 1(107)-150/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 1(107)-150/2023 nömrəli qərarı Məhkum2 müdafiəçisi Bayramov Zaur Vahid oğlu və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar