Məhkəmə qərarları › İş №1(102)-2402/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2402/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2402/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Məmmədtağıyev Gəray Hüseyn oğlunun iştirakları ilə, Şəki Ağır Cinayə tlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli qərarı ilə isə Məhkum cinayət əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 32.5, 234.1-ci maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi G.H.Məmmədtağıyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliy ev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə) Məhkum, 25 avqust 1995-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Yevlax şəhər Gənclər və İdman idarəsində məşqçi-müəllim vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşayan, CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum X17 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib istintaqa məlum olmayan müddətdə və mənbədən kü lli miqdar hesab edilən 5,283 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdar hesab edilən 2,325 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etmiş, həmin 5,283 qram narkotik vasitə olan heroinin külli miqdar hesab edilən 4,851 qramını və külli miqdar hesab edilən 2,325 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini X7 vasitəçiliyi ilə 19 yanvar 2021-ci il tarixdə saat 19:20 radələrində Yevlax şəhəri ərazisində Bakı-Yevlax avtomobil yolunun kənarında yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında Şahid1 və X18 300 manata satmış, daha sonra Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 25 yanvar 2021-ci il tarixdə saat 15:00-da keçirilmiş əməli yyat-axtarış tədbirləri nəticəsində X7 Yevlax şəhəri, Q.Quliyev küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərinə müdafiəçinin iştirakı ilə və video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sol iç cibindən satış məqsədilə saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,309 qram və bir ədəd açıq şəkildə saxladığı təmiz çəkisi 0,123 qram, ümumi təmiz çəkisi 0,432 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və və məruzəçi) Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 27 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Məhkum müdafiəçisi Muradov Elsevər İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə) 16 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarı isə ləğv edilərək cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Hökmdən Məhkum müdafiəçisi E.N.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən təkrarən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Səmədov Xəqani Hacı oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibаrət tərkibdə) 08 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum cinayət əməli CMnin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 32.5, 234.1-ci maddəsinə tövsif edilərək ona həmin maddəyə əsasən 1 (bir) il 9 (doqquz) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və CM-nin 69.3-cü maddəsinə əsasən onun 03 sentyabr 2021-ci il tarixdən 08 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 9 (doqquz) ay 5 (beş) gün müddət nəzərə alınmaqla, cəzasını çəkmiş hesab edimiş, hökm apellyasiya şikayətinə münasibətdə qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısı A.M.Abdullayev kassasiya protesti, Məhkum müdafiəçisi G.H.Məmmədtağıyev isə kassasiya şikayəti verərək aşağıdakıları xahiş etmişlər: - dövlət ittihaçısı A.M.Abdullayev - qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını; - müdafiəçi G.H.Məmmədtağıyev – qərarın ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı A.M.Abdullyev kassasiya protestində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin (bundan sonra CPM-nin) bəzi normalarına, həm hazırki iş üzrə məhkum olunmuş Məhkum, həm də başqa cinayət işləri üzrə məhkum edilmiş X7 və Şahid1 ifadələrini, habelə iş üzrə toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş bir sıra digər sübutları təsvir edib onlara istinad edərək həmin protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi adları çəkilən şəxslərin ziddiyyətli ifadələrini digər sübutlarla əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, istər məhkumun, istərsə də şahidlərin ifadələrində mövcud olan ziddiyyətləri aradan qaldırmamış, nəticədə də Məhkum əməli düzgün tövsif edilməmişdir. Halbuki, onun elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi araşdırılmış sübutlarla tam təsdiq edilmiş, adları yuxarıda göstərilən şəxslər isə məhkəmə iclaslarından onun cinayət məsuliyyətini yüngülləşdirmək məqsədilə həqiqətə uyğun olmayan ifadələr vermişlər. Birinci instansiya məhkəməsi tamamilə haqlı olaraq həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı toplanılmış və araşdırılmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, 19 yanvar 2021-ci il tarixdə X7la Şahid1 arasında Yevlax şəhərində baş verən narkotik vasitə trafikindən, yəni satışından Məhkum xəbərdar olmuş, həmin satışda o, birbaşa iştirak etməsə də, iştirakçılar arasında olan razılaşmaya əsasən göstərilən hərəkətləri onlardan biri (X7) həyata keçirmiş, Məhkum isə sonuncu ilə qabaqcadan aralarında müəyyən edilmiş razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına köməklik göstərməyə yönəldilmiş hərəkətlərin edilməsində iştirak etmişdir. Kassasiya protestinin müəllifi xüsusilə onu vurğulamışdır ki, Məhkum müdafiəçisi Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarından kassasiya şikayəti verərək, hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi cinayət əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir ki, belə müraciətin özü də müdafiə tərəfinin mövqeyinə zidd olmuşdur. Bu hal isə ona dəlalət edir ki, Məhkum cinayət əməlini törətdiyini faktiki olaraq etiraf etmiş, ancaq ona təyin edilmiş cəzadan yayınmaq üçün onun cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum Şahid1 ilə X7 arasındakı narkotik vasitənin alış-verişindən xəbərsiz olduğunu, sonuncuları əlaqələndirmədiyini, X7a pul borcunun olmadığını və heç kimdən onun əvəzinə X7ə pui verilməsini ta pşırmadığını bildirsə də, məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlardan müəyyən olunur ki, onun Şahid1la X7 arasında olan narkotik vasitənin alqı-satqısından xəbəri olmuş, hətta Şahid1 birbaşa ona zəng etmiş və ondan narkotik vasitənin təşkil edilməsini xahiş etmiş, məhz bundan sonra Məhkum X7la telefonla danışaraq, Şahid1 ona zəng edəcəyini və onlara lazım olan qədər narkotik vasitənin təşkil edilməsini xahiş etmiş, daha sonra zəng edərək sonuncuya X7un telefon nömrəsini vermiş, onları əlaqələndirmiş, nəticədə hər iki şəxs arasında narkotik vasitənin alqı-satqısı baş tutmuşdur. Bu halı təsdiq edən sübutların olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi əsassız olaraq Məhkum törətdiyi cinayət əməlinin CM-nin 32.5, 234.1-ci maddəsi ilə tövsif edilməsi haqqında qərar qəbul ets ə də, oz nəticəsini kifayət qədər əsaslandıra bilməmişdir. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı A.M.Abdullayev onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Müdafiəçi G.H.Məmmədtağıyev kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 26 və 71-ci maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, CM-nin və CPM-nin bir sıra maddələrinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara istinad edərək həmin şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya i nstansiyası məhkəməsi hal hazırda kassasiya qaydasında mübahisələndirən qərarında sübutlara düzgün qiymət verməmiş, mövcud ziddiyyətləri aradan qaldırmamış, idmançı olan Məhkum heç bir cinayət əməli törətmədiyinə görə onun barəsində bəraət hökmü çıxarmaq əvəzinə yalnız onun əməlinin daha yüngül maddəyə tövsif edilməsi və sonuncunun uzun müddət qanunsuz olaraq həbsdə saxlanılmasını nəzərə almaqla cəzasını çəkmiş şəxs hesab edilməsi ilə kifayətlənmişdir. Müdafiəçinin qənaətinə görə, natamam araşdırılmış sübutlar isə məhkəməyə belə qərarın qəbul edilməsi deyil, onun barəsində bəraət hökmünün çıxarılması üçün əsas olmuşdur. Belə ki, həmin sübutlara əsasən, Məhkum narkotik vasitənin və psixotrop maddənin başqa şəxslər tərəfindən alqı-satqısını həyata keçirmək üçün heç bir hərəkət etməmiş və özü də bu qanunsuz əməllərin iştirakçısı olmamışdır. Bu hallar isə məhkəmə iclaslarında dindirilmiş Şahid1 və X7 ifadələri ilə bir daha təsdiq edilmişdir. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi G.H.Məmmədtağıyev də onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı A.M.Abdullayev həmin protestində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərini pozmaqla əsassız olaraq Məhkum əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 32.5, 234.1-ci maddəsinə tövsif edilməsini iddia edərək həmin məhkəmənin qərarının ləğv edilməli olması haqqında kassasiya tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Müdafiəçi G.H.Məmmədtağıyev də kassasiya şikayətində iş üzrə toplanmış sübutlara qanuna müvafiq qaydada qiymət verilməməsini və bunun nəticəsində Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə hər hansı cinayət əməlini törətməməsinə baxmayaraq əsassız məhkum edilməsini iddia edir və sonuncuya bəraət verilməsi olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-nin 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrinə əsasən isə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1. 2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı A.M.Abdullayevin kassasiya protestini və müdafiəçi G.H.Məmmədtağıyevin kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli qərarının anuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növb əti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Belə ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məh kəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə, birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışı na təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Prosessual qanunvericiliyin təsvir edilən normasından göründüyü kimi, kassasiya instansiyası məhkəməsi kassasiya icraatının nəticələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək bəraət hökmü çıxarmaq səlahiyətinə malik deyil və bu zaman cinayət məsuliyytinə cəlb edilərək məhkum olunmuş şəxsin barəsində cinayət işi üzrə CP M-nin 42.1-ci maddəsində nəzərdə tutulmuş bəraətverici əsaslar müəyyən edildikdə məhkəmə kassasiya qaydasında mübahisələndirilən hökmün və ya qərarın ləğv edilməsi və həmin şəxsin haqqında cinayət işin icraatına bu əsaslarla xitam verilməsi barədə qərar qəbul edə bilər. Buna görə, məhkəmə kollegiyası müdafiəçi G.H.Məmmədtağıyevin kassasiya şikayətində irəli sürdüyü tələbin, yəni apellyasiya instansiyası məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərarının ləğv edilərək Məhkum barəsində bəraət hökmünün çıxarılması barədə tələbin təmin edilməsini mümkün bilmir və aşağıda göstərilən əsaslarla həmçinin həmin şikayətdə əksini tapmış dəlilləri də qəbuledilməz sayır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılma sı və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023cü il tarixli qərarından verilmiş kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə bağlı isə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, it tiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cin ayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məh kəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilə r. Cinayət qanunvericiliyin təsvir olunan normalarına əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMdə müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulm asına gətirib çıxara bilər. Qanunveiciliyin tələblərinə uyğun hüquqi mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında çıxış etmişdir. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyy ətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, ci nayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublika sı Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsində tələb olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutları n qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) c inayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəy inə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CP M-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməl də cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əmə lin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqib i üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən, zərər çəkmiş şəxslərin və şahidlərin təkcə məhkəmə iclasl arında deyil, həmçinin onların məhkəməyədək icraat zamanı verdikləri ifadələrin də sübut kimi qəbul edilməsini və onlara əsaslanmasını nəzərdə tutur o halda ki, həmin ifadələr qanuni yolla, yəni CPM-nin 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməməklə əldə edilsin və məhkəmə iclaslarında həmin ifadələr tədqiq olunaraq onlara müqayisəli şəkildə qiymət verilsin. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onu n xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə ca vab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin t ələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əld ə olunmuş olsun. “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kol legiyası Məhkum barəsindəki 08 iyun 2023-cü il tarixli qərarından verilmiş kassasiya protestində və kassasiya şikayətində bu müraciətlərin müəlliflərinin irəli sürdükləri apellyasiya instansiyası məhkəməsinin qərarının qeyriobyektiv sayılması və məhkumun cinayət əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən əsassız olaraq CM-nin 32.5, 234.1-ci maddəsinə tövsif edilməsi haqqında dəlillərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya müraciətlərində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Əvvəla cinayət işinin materiallarından görünür ki, Məhkum qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülərək o, birinci instansiya məhkəməsinin hökmü ilə həmin ittiham üzrə təqsirli bilinmişdir ona görə ki, o, X17 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib istintaqa məlum olmayan müddətdə və mənbədən külli miqdar hesab edilən 5,283 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdar hesab edilən 2,325 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etmiş, həmin 5,283 qram narkotik vasitə olan heroinin külli miqdar hesab edilən 4,851 qramını və külli miqdar hesab edilən 2,325 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini X7 vasitəçiliyi ilə 19 yanvar 2021-ci il tarixdə saat 19:20 radələrində Yevlax şəhəri ərazisində Bakı-Yevlax avtomobil yolunun kənarında yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığın da Şahid1 və X18 300 manata satmış, daha sonra Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 25 yanvar 2021-ci il tarixdə saat 15:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X7 Yevlax şəhəri, Q.Quliyev küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərinə müdafiəçinin iştirakı ilə və video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sol iç cibindən satış məqsədilə saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,309 qram və bir ədəd açıq şəkildə saxladığı təmiz çəkisi 0,123 qram, ümumi təmiz çəkisi 0,432 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Həmin ittihamın məzmünündan da göründüyü kimi, Məhkum özünün hər hansı miqdarda narkotik vasitələri və psixotrop maddələri şəxsən əldə etməsi, saxlaması və daşıması, habelə onların satışını bilavasitə həyata keçirməsi müəyyən edilməmiş və bu hallara dair heç bir sübut əldə olunmamış və araşdırılmamış, kassasiya protestində bu kimi halların mövcudluğu iddia olunmur. İş üzrə toplanmış və həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmiş faktiki hallar isə ondan ibarətdir ki, narkotik vasitələrin aludəçisi olan və həmin vaxt istifadə etməsi üçün narkotik vasitə axtaran X25 bununla bağlı Şahid1 müraciət edərək ondan istifadə etməsi üçün narkotik vasitə tapmasını xahiş etmiş, sonuncu da Məhkum vasitəsilə X17 ilə əlaqə saxlamış, sonradan isə onların arasında Şahid1la X7un arasında 19 yanvar 2021-ci il tarixdə külli miqdarlarda narkotik vasitə olan 5,283 qram çəkidə heroinin və 2,325 qram çəkidə psixotrop maddə olan metamfetaminin alqı-satqısı baş tutmuşdur. Həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında istər Məhkum, istərsə də X7, Şahid1 və X18, hər birisi ayrı-ayrılıqda verdikləri ifadələrində bu halı inkar etsələr də həmin iclaslarda tədqiq edilmiş telefon danışıqlarına dair məlumatlardan müəyyən edilmişdir ki, 19 yanvar 2021-ci il tarixdə saat 17.41-də Məhkum ilə X7 arasında telefon danışığı olmuş, bundan sonra isə Şahid1 telefonla X7la danışmış və məhz bu danışıqlardan sonra həmin tarixdə Yevlax şəhərinin ərazisində X7 onda olan narkotik vasitəni və psixotrop maddəni Şahid1 satmışdır. Yeri gəlmişkən, bu halların mövcudluğu həmçinin hazirki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarı nda da əksini tapmışdır. Buna görə, hazırda 08 iyun 2023-cü il tarixli qərardan verilmiş kassasiya protestinə və kassasiya şikayətinə baxan məhkəmə kollegiyası da hesab edir ki, Məhkum X7la Şahid1 arasında baş tutmuş narkotik vasitənin və psixotrop maddənin alqı-satqısında vasitəçi qismində iştirak etmiş, yəni o, alıcı ilə satanı əlaqələndirmiş, lakin bu vastəçiliyi X7un müraciəti və ya xahişi ilə deyil, Şahid1 müraciəti əsasında həyata keçirmişdir. Məhkəmə kollegiyasının bu qənaəti də iş üzrə araşdırılmış sübutlarla tam təsdiq edilir. Belə ki, həmin sübutlarla X7un nə vaxtsa, o cümlədən 19 yanvar 2021-ci il tarixdə onun qanunsuz olaraq əldə ediyi, daşıdığı və saxladığı narkotik vasitəni və psixotrop maddəni satmaqdan ötrü müştəri tapması barədə Məhkum müraciət etməsi, bununla əlaqədar son uncunun istər belə müraciəti əsasında, istərsə də öz təşəbbüsü ilə hər hansı hərəkət etməsi müəyyən edilməmişdir və bu baxımdan onun 19 yanvar 2021-ci il tarixdə baş tutmuş əməliyyatda satıcının maraqlarından çıxış edərək vasitəçi qismində iştirak etməsi həmin sübutlarla təsdiq olunmamışdır. Əksinə, iş materialları ilə təkzib edilməz şəkildə müəyyən edilir ki, narkotik vasitənin əldə etmək barədə təşəbbüsünü ilk əvvəl X18, sonra isə Şahid1 irəli sürmüş və məhz sonuncunun ona etdiyi müraciəti əsasında, yəni onun maraqlarından çıxış edərək Şahid1 və narkotik vasitəlrin satışı ilə məşğul olan X7u əlaqələndirmiş, özü onların arasında baş tutmuş qanunsuz hərəkətlərin edilməsində bilavasitə iştirak etməmiş, yəni narkotik vasitənin və psixotrop maddənin əldə edilməsini, saxlamasını, daşımasını və satışını həyata keçirməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ümumiyyətlə narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısında vasitəçi kimi iştirak etmiş şəxsin (hazırki halda Məhkum) əməlinə düzgün qiymət veilməsi, yəni onun əməlinin CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi və ya maddələri ilə düzgün tövsif edilməsi belə şəxsin kimin maraqlarından çıxış edərək və kimi təşəbbüsü ilə vastəçiliyi, yəni faktiki olaraq cinayətin törədilməsində köməkçiliyi həyata keçirməsi və bunu hansı məqsədlə etməsi "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, yalnız Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CMin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə ed ib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Araşdırılmış sübutlardan görünən odur ki, məhz X18 narkotik vasitələrin aludəçisi kimi istifadə etmək üçün Şahid1 narkotik vasitə tapmasını xahiş etmiş, bundan sonra isə sonuncu tərəfindən Məhkum narkotik vasitələrin əldə edilməsi barədə müraciət olunmuş, Məhkum isə narkotik vasitələr qəbul etmədiyini, bu kimi işlərlə məşğul olmadığını ona bildirməsi barədə ifadələr versə də, həmin sübutlar başqa halın baş verməsinə, yəni Məhkum Şahid1 maraqlarından və təşəbbüsündan çıxış edərək onu X7u əlaqələndirməsinə dəlalət edir. Bu hallar isə məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, Məhkum məhz narkotik vasitəni və psixotrop maddəni qanunsuz əldə etmək məqsədi izləyən Şahid1 ona belə maddə və vasitə tapmaq xahişini yerinə yetirərək onun tərəfindən qanunsuz əməllərin törədilməsində köməkçi qismində iştirak etməklə alıcının maraqlarından çıxış etmiş, onun xahişini yerin yetirərək X7a bununla bağlı müraciət etmiş, yəni istifadə etmələri üçün narkotik vasitə və psixotrop maddə əldə etməkdə ona və X18a kömək etmiş, lakin bu zaman özü bündan hər hansı mənfəət əldə etmək məqsədi daşımamış, X7 isə Şahid1 aldığı pulun hər hansı hissəsini ona verməmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etmə yi lazım bilir ki, sonradan ibtidai araşdırma orqanı tərəfindən X18a və Şahid1 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə X7dan aldıqları narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib saxlamalarına və daşımalarına görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülərək onlar həmin ittiham üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunsalar da, Məhkum onların belə məqsədlə narkotik vasitəni və psixotrop maddəni əldə edərək saxlamaları və daşımaları barədə məlumatlı olmamış və istər Məhkum qarşı adları göstərilən şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, istərsə də sonunculara qarşı Məhkum də daxil olmaqla belə tövsifedici əlamətlə ittihamlar irəli sürülməmişdir. Bu hal lar da qüvvədə olan 05 oktyabr 2021-ci il tarixli hökmlə birlikdə bir daha onu təsdiq edir ki, Məhkum məhz CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin, yəni narkotik vasitənin və psixotrop maddənin qanunsuz olaraq əldə edilməsində köməkçi qismində iştirak etmişdir. CM-nin 32.5-ci maddəsinə əsasən isə cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. “Azərbaycan Respublikası C inayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikd ə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum istifadəsində olan ********** saylı mobil nömrədən 01 yanvar 2021-ci il tarixdə, yəni hələ Şahid1 müraciətinə qədər X7un istifadəsində olan ********** saylı mobil nömrəyə göndərilən “Qaqa inciyirsən çatmır nie otrada bilmedi bugunki 55 55den nese qalıb ortalixda bilmey istrem men pul gelecey 2min düzeltmey istrem ortalixnan”, “Ot deyejiydime sene”, həmçinin X7un istifadəsində olan ********** saylı mobil nömrədən Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 09 yanvar 2021-ci il tarixdə göndərilən “ay bexdeyar gelib pul alanda mazqimi ……. indi adboy versen”, “nece edek pulu ne qeder seni gozduyum” mesajların məzmunu onlar arasında münasibətlərin xarakterini müəyyən etmir, bu SMS-lərin məzmunu, xüsusilə, Şahid1 və X18un X7dan narkotik vasitəni və psixotrop maddəni alması prosesindəki Məhkum rolunun xarakterini açıqlamır və aydınlıq gətirmir. Bundan başqa, iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin hökmündən verilmiş apellyasiya şikyətinə təkrarən baxarkən Şahid1 X7dan narkotik vasitəni və psixotrop maddəni alması müqabilində ona 200 manat məbləğində pulun verilməsi halını da araşdımış və həmin pulun Məhkum borc olaraq, yaxud da narkotik vasitənin və psixotrop maddənin satışı müqabilində verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, apellyasiya icraatı zamanı bu xüsusatla bağlı dindirilmiş Məhkum Şahid1 2013-cü ildən tələbə vaxtlarından tanıdığını, izahatlarında da qeyd etdiyi kimi, aralarında borc haqq-hesabı olmasını, bunun narkotik vasitələrin alqı-satqısı ilə bağlı olmadığını, hadisə baş verdiyi gündən 2-3 gün əvvəl Şahid1ə zəng vurduğunu, ondan 200 yüz manat borc pul istədiyini, Şahid1 isə yanvar ayın 19-da Yevlaxa gələcəyini, o zaman pulu X7ə verəcəyini bildirdiyini, bundan sonra 19 yanvar tarixində saat 6-7 radələrində X7in ona zəng edərək Şahid1 tərəfindən ona 200 manat pul verildiyini, o, isə həmin pulu ondan götürəcəyini bildirmişdir. Həmçinin Şahid1 təhlil edilən məsələ ilə bağlı dindirilərkən göstərmişdir ki, Məhkum ondan 200 manat məbləğində borc pul istəmiş, o, da Yevlax şəhərində olduğu vaxt həmin pulu X7a verəcəyini və ondan götürə biləcəyini Bəxtiyara bildirmişdir. Əlavə olaraq göstərmişdir ki, 60 manat ona Yevlax şəhərinə taksi sürdüyü üçün çatmalı olan pul olmuşdur. Bundan başqa, X7 apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında narkotik vasitəni və psixotrop maddəni Şahid1 40 manata satdığını, sonuncunun ona narkotik vasitə lazım olsa gəlib götürməsi üçün əlavə pul verdiyini, ümumilikdə ona cəmi 300 manat məbləğində pul verildiyini, həmin pulun 260 manatının Məhkum aidiyyatı olmadığını, Məhkumun evində işlədiyi üçün ona borcu olduğunu, lakin borcun ödənildiyini, Şahid1ə satdığı narkotik vasitənin və psixotrop maddənin dəyərinin 40 manatdan baha olduğunu, lakin həmin vasitə və maddəni ona, demək olar ki, havayı verdiyini bildir mişdir. Bu ifadələrin fövqündə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, 260 manat məbləğində pul Şahid1 tərəfindən narkotik vasitənin və psixotrop maddənin alışı müqabilində deyil, məhz borc olaraq 200 manatın Məhkum çatdırılması üçün X7a verilməsi (60 manatın isə Yevlax şəhərinə taksi sürdüyü üçün Şahid1ə çatmalı olan pul) faktını təkzib edən heç bir sübut əldə edilməmişdir və buna görə Məhkum dövriyyəsi qadağan olunmuş əşyaların satışından hər hansı mənfəət əldə etməsi müəyyən olunmamışdır. Məhkəmə kolleiyasının qənaətinə görə, yalnız təsvir edilən ifadələrə, habelə telefon yazışmalarına əsaslanaraq Məhkum X7la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək narkotik vasitəni və psixtorop maddəni satması barədə nəticəyə gəlmək də mümkün deyil və buna görə məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq araşdırılmış sübutları qanuna müvafiq qaydada qiymətləndirməklə cinayət mühakimə icratının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyasından çıxış edib həmin ifadələrlə və yazışmalarla bağlı şübhələri məhkumun xeyrinə həll etmiş və bunun nəticəsi olaraq onun əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 32.5, 234.1-ci maddəsinə tövsif edilməsi barədə qanuni qərar qəbul etmişdir. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, apellyasiya instansiyası məhkəməsinin belə nəticəyə gələrkən və aradan qaldırılması mümkün olmayan şübhələri məhkumun xeyrinə həll etməsi qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də uyğun olmuşdur. Belə ki, təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Resp ublikası Konstitusiyasının 63-cü maddəsinin I-III hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirs izlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirsizlik prezupsiyası prinsipinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübut a yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (CPMnin 21.1-ci maddəsi). CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunveri ciliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında vurğulanmışdır ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən e dilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual for masına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Beləliklə, təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materialla rında apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya protesti ilə ehtiva olunan CPMnin 416.1.2 və 416.1.15 maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Məhkəmə kollegiyası müdafiəçi G.H.Məmmədtağıevin kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə əlaqədar qeyd edir ki, Məhkum yuxarıda təsvir edilmiş şəkildə CM-nin 32.5, 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi yuxarıda təsvir edilmiş şəkildə əsaslandırılmaqla həm kassasiya şikayətinin dəlillərinə də cavab verilmiş və buna görə həmin təsvir edilənləri təkralamağa ehtiyac yoxdur. Lakin, məhkəmə kollegiyası bir daha vuğulayır ki, Məhkum 19 yanvar 2021-ci il tarixdə tanışı Şahid1 tərəfindən qanunsuz olaraq narkotik vasitə olan 5,283 qram çəkidə heroinin və 2,325 qram çəkidə psixotrop maddə olan metamfetaminin əldə edilməsində köməkçilik göstərməsi iş üzrə araşdırılmış sübutlarla, yəni adları yuxarıda göstərilən şahidlərin ifadələri, tetefon danışıqlarının və yazışmalarının aparılması barədə məlumatlarla, habelə iş üzrə toplanmış və tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla tam təsdiq edilir və buna görə apellyasiya instansiyası məhkəməsi tərəfindən onun əməlinin CM-nin 32.5, 234.1-ci maddəsi ilə tövsif edilməsi, bu maddə əsasında ona müvafiq cəzanın təyin edilməsi barədə gəldiyi nəticə tam qanuni və əsaslıdır, belə olan halda isə bu nəticəyə dair apellyasiya instansiyası məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin icraatına CPM-nin 42.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əsasla xitam verilməsi üçün heç bir əsas yoxdur. B una görə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini Məhkum cinayət məsuliyyətindən kənarda qalmasına yönəlmiş dəlillər kimi kimi qiymətləndirib onları qəbul edilməz sayır və eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum, həm də başqa işlər üzrə məhkum olunmuş, hazırki iş üzrə isə şahid qismində dindirilmiş şəxslərin istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında fiziki və ya psixi təsirlər altında ifadələr vermələri, onların hüquqlarının pozulması müəyyən edilməmiş, cinayət təqibi zamanı başqa pozuntulara da yol veilməmişdir. Cinayət işinin faktiki hallarına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə, iş materiallarına görə, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və s übutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmə qəbul etdiyi qərarın əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmişdir. Bütün təsvir olunanlara əsasən, məhkəmə kollegiyası həm dövlət ittihamçısının, həm də müdafiəçinin dəlilləri də razılaşmayaraq onları da qəbul edilməz sayır və buna görə Məhkum əməlinin CM-nin 32.5, 234.1-ci maddəsi ilə tövsif edilməsi və ona həmin maddə əsasında 08 iyun 2023-cü il tarixli qərarda göstərilən cəzanın təyin olunmasını əsaslı hesab edərək apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması, yaxud da işin icraatına CPM-nin 42.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əsasla xitam verilməsini mümkün bilmir. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası müdafiəçi G.H.Məmmədtağıyevin kassasiya şikayətinin və dövlət ittihamçısı A.M.Abdullayevin kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, hazırki qərarda təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kassasiya protestinin təmin edilməsi və kassasiya şikayətin in təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun, kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətinin isə təmin olunması barədə Məhkum və onun müdafiəçisi G.H.Məmmədtağıyevin çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti və kassasiya protesti təmin edilməməklə Məhkum CM-nin 32.5, 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti və kassasiya protesti təmin edilmə sin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar