Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2402/2025 03.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 iyun tarixli, 1(106)-513/2025 nömrəli qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Biləsuvar Rayon Məhkəməsinin 2025-ci il 23 aprel tarixli, 1(022)-52/2025 nömrəli hökmü ilə (Hakim N.F.Mirzəyev) xx.xx.1970-ci ildə Biləsuvar raynunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayan, hazırda azadlığın məhdudlaşdırılması cəzasını çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin həbs qətimka n tədbirinə dəyişdirilməsi və məhkəmə iclası zalında həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 aprel 2025-ci il tarixdən hesablanması qərara alınmış, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmiş, ittihamda əks olunan tütün məmulatları müsadirə edilərək dövlət nəfinə keçirilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər P.V.Hacıyev (sədrlik edən), E.İ.Xasməmmədov və C.R.Sultanovdan ibarət tərkibdə) 2025-ci il 19 iyun tarixli, 1(106)-513/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hökm cəza hissəsində dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 23 aprel 2025-ci il tarixdən 19 iyun 2025-ci il tarixədək həbsdə saxlanıldığı 1 ay 26 gün müddət həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutulmaqla, 3 ay 22 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və onun üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılma sı cəzası saxlanılmış, Məhkum üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Məhkum Cinayət Məcəlləsinin 213- 1.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 30 noyabr 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi, Azərbaycan Respublikasına məxsus məcburi nişanlama ilə nişa nlanmalı olan, lakin nişanlanmamış, bir qutusunun qiyməti 2,5 manat olmaqla 7500 manat dəyərində 3000 qutu “GSS White” markalı, bir qutusunun qiyməti 2,5 manat olmaqla 1375 manat dəyərində 550 qutu “GSS Black” markalı, bir qutusunun qiyməti 2,5 manat olmaqla 875 manat dəyərində 350 qutu “GSS silver” markalı, bir qutusunun qiyməti 2,5 manat olmaqla 850 manat dəyərində 340 qutu “Mond 520” markalı, bir qutusunun qiyməti 2,5 manat olmaqla 400 manat dəyərində 160 qutu “Fox Silver” markalı, bir qutusunun qiyməti 2,5 manat olmaqla 75 manat dəyərində 30 qutu “Milano Dubai” markalı, bir qutusunun qiyməti 2,5 manat olmaqla 75 manat dəyərində 30 qutu “X4” markalı, bir qutusunun qiyməti 2,5 manat olmaqla 50 manat dəyərində 20 qutu “Elegance” markalı, bir qutusunun qiyməti 2,5 manat olmaqla 25 manat də yərində 10 qutu “X3” markalı, bir qutusunun qiyməti 2,5 manat olmaqla 25 manat dəyərində 10 qutu “Man One” markalı, bir qutusunun qiyməti 2,5 manat olmaqla 25 manat dəyərində 10 qutu “Fox White” markalı, bir qutusunun qiyməti 2,5 manat olmaqla 25 manat dəyərində 10 qutu “Wisdom” markalı və bir qutusunun qiyməti 2,5 manat olmaqla 20 manat dəyərində 8 qutu “Preston” markalı olmaqla, ümumilikdə külli miqdarda cəmi 11320 manat dəyərində tütün məmulatlarını yaşadığı Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən yaşayış evində tamah niyyəti və satış məqsədilə saxlamış, xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən tütün məmulatları saxlanıldığı yerdən götürülərək baxış keçi rilməsi üçün ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilmiş və həmin gün 12 radələrində keçirilmiş baxış nəticəsində qeyd olunan tütün məmulatları aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MƏHKUMUN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, işin hallarından görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Mirzəyev llham Cəfərqulu oğlunun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilərkən cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, ş əraitinə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, apellyasiya instansiyası məhkəməsi cəza təyin edərkən göstərilən cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, külli miqdarda, 11320 manat dəyərində aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış tütün məmulatlarını əldə edib yaşadığı evində satış məqsədi ilə saxlama cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməli başa çatmış olmaqla az ağır cinayətlər kateqoriyasına aid olan Məhkum azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinin ədalətli olmasına baxmayaraq barəsində əsassız olaraq CM-nin 62-ci maddəsini tətbiq etməklə ona təqsirli bilindiyi CM-nin 213-1.2.1-ci maddəsinin sanksiyasında m üəyyən edilmiş cəzadan yüngül cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Göründüyü kimi, Məhkum dövlətin normal xarici-iqtisadi fəaliyyətini təmin edən ictimai münasibətlərə ziyan vuraraq CM-nin 213-1.2.1-ci maddəsində nəzərdə tutulan, az ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətmişdir. Bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, törətmiş olduğu cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, qeyd olunan cinayətin hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıtması, dövlət orqanlarının əhali arasında hörmətdən və nüfuzdan salınması, vətəndaşların hüquq və mənafelərinin, mühüm sosial prinsip olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olması kimi ictimai təhlükəli nəticələri, habelə məhkumun şəxsiyyəti və əsasən də onun cinayətin törədilməsində rolu ona maddənin sanksiyasında nəzərdə tutulan cəzanın təyin edilməsini şərtləndirən amillərdir. Lakin, apellyasiya məhkəməsi hazırki iş üzrə qeyd olunun bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkə mə bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşlar. Hazırkı işdə məhkəmə Məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq edərkən hansı halların əməlin ictimai təhlükəliliyini azaltdığını qeyd etməmiş, həmin halların cəza təyini zamanı müstəsna əhəmiyyətini göstərməmiş, heç bir əsaslandırma aparmamışdır. Məhkəmə nəzərə almamışdır ki, Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini mümkün edən, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hal mövcud olmamış, Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan heç bir halın mövcud olmamasına baxmayaraq, məhkəmə onun barəsində CM-nin 62-ci maddəsini tətbiq etmiş, həmin maddənin tətbiq edilməsini mümkün edən cinayə tin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və Məhkum şəxsiyyəti ilə bağlı məhz hansı hallara istinad etdiyini, hansı səbəqdən bu halları təklikdə və məcmu halında müstəsna hesab etdiyini qərarda əsaslandırmamışdır. Bundan başqa, məhkəmə Məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ona cəza təyin edərkən təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməldən peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və 2-ci qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq və həmin halların məcmusunu müstəsna hallar kimi qiymətləndirərək ona təqsirli bilindiyi CM-nin 213-1.2.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzadan da yüngül cəza təyin etmişdir. Lakin məhkəmə Məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq et məklə ona cəza təyin edərkən qanunda nəzərdə tutulmamış yuxarıda göstərilən halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmişdir. Göründüyü kimi, məhkəmə qərarda heç bir əsaslandırma aparmadan bir sıra halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi sadalamış və həmin halların məcmusunu müstəsna hal kimi qiymətləndirmişdir. Məhkəmə nəinki həmin halların məcmusunun cəzanı yüngülləşdirən müstəsna hal olmasını əsaslandırmamış, heç həmin halların hansı səbəbdən cəzanı yüngülləşdirən hal olmasını belə əsaslandırmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyin edərkən də səhvə yol vermiş, bununla da cinayət və cinayət-prosessual qanunlarının normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə tərəfindən CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 23 aprel 2025-ci il tarixdən 19 iyun 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət 1 ay 26 gün hesablanmış və onun həbsdə saxlanmasının 1 gününü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutulmaqla, 3 ay 22 gün müddəti ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və onun üzərində qəti olaraq 1 il 8 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Halbuki, sadə riyazi hesablama aparmaqla 23 aprel 2025-ci il tarixdən 19 iyun 2025-ci il tarixədək olan müddətin 1 ay 26 gün deyil, 1 gün artıq, yəni 1 ay 27 gün olması məlum olur. Hazırki işdə də apellyasiya məhkəməsi Məhkum 23 aprel 2025-ci il tarixdən 19 iyun 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddəti 1 ay 27 gün hesablamalı və onun həbsdə saxlanmasının 1 gününü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutulmaqla, 3 ay 24 gün müddəti ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxmalı və onun üzərində qəti olaraq 1 il 8 ay 6 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlamalı idi. Lakin apellyasiya məhkəməsinin Məhkum CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddəti 1 gün az, yəni 1 ay 26 gün hesablayaraq həmin müddəti ona təyin edilmiş cəzadan çıxması qanunvericiliyin tələblərinə tamamilə zidd olmuşdur. Beləliklə, yuxarıda sadalananlardan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq edərək ona yüngül cəza təyin edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakterini, onun nəticəsini, törədilməsi halını, şəraitini, baş vermə səbəbini, məqsədi və motivini, Məhkum şəxsiyyətini, onun cinayətin törədilməsi zamanı davranışını, eləcə də onun azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasının mümkün olmamasını nəzərə almamaqla, ona açıq-aydın ədalətsiz cəza təyin etmiş, bu zaman cəza təyin etmə barədə CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, "CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edi lməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələri nəzərə almamış, cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmiş, habelə təyin edilmiş cəza məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallara uyğun olmamış, eləcə də cəza təyin edilərkən cinayət və cinayət-prosessual qanunlarının normaları düzgün tətbiq edilməmiş, nəticədə pe məhkum edilmiş şəxs Mirzəyev llham Cəfərqulu oğluna münasibətdə CM-nin 62-ci maddəsinin tətbiqi əsassız olmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2025-ci il tarixli qərarının cəza təyininə dair hissədə ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası nda iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 iyun tarixli qərarın ləğv edilməsini və yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya protestinin təmin olunmamasını xahiş etdi və ağır xəstə olduğunu, azadlıqdan məhrum etmə cəzasını çəkə bilmədiyini bildirdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllən in normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edil mişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkum barəsində təyin edilmiş cəzanı mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya müraciətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu mür aciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmununda n məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanunun un düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə məhkumun çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya protestinin dəlillərindən görünür ki, dövlət ittihamçısı protestdə iki məsələni mübahisələndirmişdir: birinci, məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi və ikinci, mahkuma təyin edilmiş cəzanın hesablanmasında səhvə yol verilməsi. Protestin birinci dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsini tətbiq edərkən gəldiyi nəticəni kifayət edici səviyyədə əsaslandırmış, həm işin faktiki halları baxımından, həm törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi və xarakteri baxımından, həm də, məhkumun şəxsiyyəti baxımından düzgün nəticəyə gəlmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Mərkəzi” PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 142 saylı rəy ində göstərilmişdir ki, Məhkum törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Məhkum qeyd olunan xroniki psixi xəstəlik onun təsvir olunan cinayət əməli dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Məhkum anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Məhkum hazırki psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur, Məhkum hazırki psixi vəziyyətinə görə bu iş üzrə prosessual fəaliyyət qabiliyyətli hesab edilir. Cinayət Məcəlləsinin 22.1-ci maddəsinə əsasən anlaqlı vəziyy ətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. CM-in 22.2-ci maddəsinə əsasən anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır. Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsində cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hallar sırasında qeyd edilmişdir. Bundan əlavə, işdən görünür ki, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq mərhələsindən başlayaraq, eləcə də məhkəmə istintaqı dövründə ona istinad olunan cinayət əməlini törətməsini etiraf etmiş və səmimi peşmaçılıq çəkdi yini bildirmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında Azərbaycan Respublkasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. CM-in 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra o nun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmçinin, CM-in 62.2-ci maddəsinə görə isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı məsələni hərtərəfli müzakirə edərək belə bir qənaətə gəlir ki, hazırki halda Məhkum ekspert rəyinə əsasən “şiz ofreniya” xəstəliyindən əziyyət çəkir və bu xroniki psixi xəstəlik onun təsvir olunan cinayət əməli dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarından məhrum etmişdir. Belə psixi pozuntuya malik olan şəxslər öz hərəkətlərini tam dərk edə və idarə edə bilmir. Belə xəstələrdə normal psixikaya malik olan şəxslərlə müqayısədə dərketmə və davranışlarını idarə etmək qabiliyyəti aşağıdır. Eyni zamanda, belə şəxsləri anlaqsız da saymaq olmaz. Hüquqi və tibbi ədəbiyyatda belə vəziyyət “az anlaqlılıq”, yaxud “məhdud anlaqlılıq” adlandırılır. CM-də “az anlaqlılıq” termini işlədilməsə də, “anlaqlılığı istisna etməyən psixi pozuntu” anlayışı məhz az anlaqlılığı ehtiva edir. Məhz bu səbəbdən CM-in 22.2-ci maddəsində qeyd edilmişdir ki, anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır. CM-in bu norması məhkəmələrin üzərinə az anlaqlı şəxlərə, digər, tam anlaqlı şəxlərlə müqayisədə daha humanist münasibət göstərilməsi vəzifəsini qoymuşdur. Az anlaqlı şəxslərin baş verənləri tam dərk etməmələri səbəbindən, bu şəxslərə ən ağır, uzun müddətli cəzaların təyin edilməsi, həmin şəxslər üçün əzaba, işgəncəyə çevirilir ki, bu da CM-in 9-cu maddəsinin tələblərinin pozulması ilə nəticələnir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsini tətbiq edərkən apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir və bu nəticəni mübahisələndirən kassasiya protestinin dəlilləri əsassız olmaqla, cinayət işinin f aktiki halları və məhkumun şəxsiyyətinin yuxarıda qeyd edilən halları, eləcə də CM-in cəza təyin etmə ilə bağlı müddəları ilə üstüstə düşmür. Məhkəmə kollegiyası kasssasiya protestinin ikinci dəlili ilə bağlı qeyd edir ki, həqiqətən də apellyasiya instansiyası məhkəməsi məhkumun çəkmiş olduğu cəzanı hesablayarkən hesab səhvinə yol vermis və bu hissədə kassasiya protesti təmin edilərək məhkumun mənafeyinə uyğun olan bu anlaşılmazlıq aradan qaldırılmalıdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19.6.2025-ci il tarixli qərarı, kassasiya protestinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 iyun tarixli, 1(106)-513/2025 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 iyun tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə təyin edilərək çıxıldıqdan sonra üzərində qəti olaraq saxlanılan 1 (bir) il 8 (səkkiz) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il 8 (səkkiz) ay 6 (altı) günə endirilsin. Qərar, kassasiya protestinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2402/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2402/2025
03.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver