Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2404/2025 03.12.2025 ALİ MƏHKƏMƏ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə, Məhkum1 və Məhkum2 barələrində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 iyun tarixli, 1(106)-397/24 nömrəli qərarından məhkumlar tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin b inasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 13 fevral tarixli 1(099)-32/2024 nömrəli hökmü ilə (X3 (sədrlik edən), X10 və X5 ibarət tərkibdə) xx xxxxxx 1976-cı ildə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum1 və xx xxxxxxx 1984-cü ildə Astara rayonu Şiyəkəran kənində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum2 Azərbayc an Respublikası CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək Məhkum1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 5 yanvar 2023-cü il tarixdən hesablanmaqla, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2023-cü il tarixdən hesablanmaqla 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən Məhkum2 Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(018)-181/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə əlavə cəza sı hazırki hökm üzrə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmdən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Məhkum2 və Məhkum1 tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X12 və X4 ibarət tərkibdə), 2024-cü il 12 iyun tarixli, 1(106)-397/24 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm ayrı-ayrılıqd a verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 iyun tarixli, 1(106)-397/24 nömrəli qərarından Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 4 fevral 2025ci il tarixli qərarı ilə təmin edilməmiş, qərar məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə, ona aid hissədə, dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ Hökmə əsasən Məhkum1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum2 məhkum edilmişlər ona görə ki, onlar Zərərçəkmiş şəxs dəniz vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirib, satışı ilə məşğul olmasını hesab edərə k bu barədə öz aralarında müzakirə apardıqdan sonra Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını hədə-qorxu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək tamah niyyəti ilə 04 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində Məhkum2 istifadəsində olan, həmin vaxt Təqsirləndirilən şəxs1 idarə etdiyi “BMW” markalı, “**-ZL-***” dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs Astara şəhəri, Ə.Muxtarov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına getmişlər. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs evindən çağırıb, avtomobillə Təqsirləndirilən şəxs1 məxsus ünvan 3 ünvanına bir yerdə apardıqdan sonra 05 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində qabaqcadan razılaşdırılmış birgə kriminal niyyətə nail olmaq üçün digər qrup üzvləri i lə eyni niyyətlə çıxış edən Məhkum2 və Məhkum1 birlikdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vuraraq döş qəfəsi nahiyəsində sıyrıqlar, sağ körpücük nahiyəsində qançır kimi sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirib zor tətbiq edərək, Zərərçəkmiş şəxs onlara 24 saat müddətində xeyli miqdar hesab olunan 10000 (on min) manat məbləğində pul verməsini hədə-qorxu ilə tələb etmişlər, pulu vaxtında verməyəcəyi təqdirdə butulka üzərində otuzdurub bu barədə rüsvayedici məlumatları el arasında yayacaqları ilə hədələyərək Zərərçəkmiş şəxs xeyli miqdarda pulu zor tətbiq etməklə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, MƏHKUMLARİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, istər polis tərəfindən həbs edilərkən, istərsə də məhkəmələrdə cinayət işinə baxılarkən ona qarşı çox böyük qanun pozuntularına yol verilmiş, tərəfindən həmin qanun pozuntuları barədə bildirilsə də ona əhəmiyyət verilməmişdir. Məhkum bildirmişdir ki, o, Rusiya Federasiyasında anadan olmuş, azərbaycan dilində isə kifayət qədər bilmir. O, həbs edildikdən sonra tərcüməçi ilə təmin edilməmiş, ona işgəncə verilərək yazılanlara qol çəkilməsi tələb edilmişdir. Qeyd edilənlərlə bağlı məhkəmədə dəfələrlə vəsatət verilsə də təmin edilməmişdir. Bundan başqa, zərərçəkmiş şəxsin yalan ifadələr verməsini məhkəmə zalında onun həyat yoldaşı da təsdiq etmişdir. Məhkum1 kassasiya şikayətində göstərilənlərlə bağlı barəsində ədalətli qərar qəbul edilməsin i xahiş etmişdir. Məhkum2 kassasiya şikayətini əsaslandıraraq ona ağır cəza verildiyini bildirmiş və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin təmin edilməməsini, Məhkum1 və Məhkum2 barələrində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 iyun tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumlar kassasiya şikayətlərində CM-in 182.2.1 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirsizliklərini və əməllərinin tövsifini, eyni zamanda, təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməs i və ya dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun un 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumların, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə bax mış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya şikayətlərinin birinci dəlili məhkumların Azərbaycan dilini bilməmələri ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər iki məhkum Azərbaycan Respublikasının vətəndaşıdırlar və onların Azərbaycan dilini bilmək vəzifələri mövcuddur. Bundan əlavə, hər iki məhkum məhkəmə kollegiyasının iclasında iştirak edərək fikirlərini tam sərbəst ifadə etmiş, məhkəmə iclasında baş verənlə rə dil bilikləri ilə bağlı heç bir çətinlik çəkmədən münasibət bildirmiş, Azərbaycan dilində səslənən hər hansı bir sözün mənasını başa düşməmələri ilə bağlı heç bir irad bildirməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin müəyyən müddət xarici dövlətdə yaşamasını əsas gətirməklə öz ana dilini bilməməsi və məhs bu səbəbdən tərcüməçi hüquqlarının pozulması ilə bağlı iddia irəli sürməsi, təqsirləndirilən şəxsin qanunda təsbit edilmiş hüquqlarından sui-istifadə cəhdi kimi qiymətləndirilməli, onların irəli sürdükləri bu müdafiə taktikasının heç bir hüquqi və faktiki əsasının olmaması nəticəsinə gəlinməlidir. Məhkumların onlara təqsirli bilindikləri CM-in maddələri ilə bəraət verilməsi iddiası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət iş inin materiallarından da göründüyü kimi, müdafiə tərəfi kassasiya şikayətlərində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onların dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkumlar tərəfindən onlara qarşı CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri üzrə irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin məhkumlar tərəfindən törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumların əməlinin CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkumlara CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkumlara cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumların şəxsiyyəti, məhkumlar Məhkum1 və Məhkum2 cəzasını yüngülləşdirən halın olmaması, Məhkum1 cəzasını ağırlaşdıran hal kimi cinayətin residivinin olması, Məhkum2 cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onlara, təqsirli bilindikləri maddələrin sanksiyasının ən aşağı həddinə yaxın, ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edi r ki, məhkumların təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onlar barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumların kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı, məhkumlar Məhkum1 və Məhkum2 aid hissədə, müdafiə tərəfinin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRAR ALDİ: Məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Lənkəra n Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 13 fevral tarixli 1(099)-32/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum1 və Məhkum2 barələrində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 iyun tarixli, 1(106)-397/24 nömrəli qərarı məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərinə münasibətdə, onlara aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2404/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2404/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver