Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2405/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Süleymanov Cavanşir İslam oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi C.İ.Süleymanov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseynov Elməddin Mirpaşa oğlu) Məhkum, xx xxxx 1966-cı ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yaşamış, CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum mənzilə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə qeyri-rəsmi nikahda olduğu Şahid1 xadimə işlədiyi Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilin giriş qapısının açarını Şahid1 əl çantasından gizli götürərək istintaqla dəqiq müəyyən edilməyən tarixdə, yəni 14-2 4 iyul 2022-ci tarixləri arasında olan müddət ərzində saat 16 radələrində həmin mənzilin giriş qapısını açmaqla oraya bir dəfə qanunsuz daxil olub mənzilin yataq otağındakı dolabın içərisində saxlanılan çamadandan həmin dövrün məzənnəsi ilə 22100 manat təşkil edən 13000 ABŞ dolları pulu gizli olaraq talamaqla zərərçəkmış şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Hökmdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi C.İ.Süleymanov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qaraqurbanlı Ramin Afad oğlu (sədrlik edən və və məruzəç), Abbasov Mirzəli Əbdüləli və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 18 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməm iş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi C.İ.Süleymanov kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Əsasən ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama, həmin ittiham üzrə üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutlara, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) bir sıra maddələrinə ist inad edərək işin faktiki hallarını mübahisələndirən zərər çəkmiş şəxsin nümayəndəsi C.İ.Süleymanov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız olaraq imtina etmiş, sübutları CPMnin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası ədalət mühakiməsini təmin etmək əvəzinə, istintaqın və birinci instansiya məhkəməsinin Şahid1 cinayət məsuliyyətindən yayınmasına və oğurlanan vəsaitlərdən istifadə etməsinə köməklik məqsədilə saxtakarlıqlarını nota rial qaydada təsdiqləmiş, maraqlı şəxs - zərərçəkmiş şəxs Şahid2 apellyasiya şikayətini qanunsuz olaraq icraata qəbul etməkdən imtina etmiş, baxmayaraq ki, işin materiallarından aydın şəkildə görünür ki, o, dəfələrlə vəsatətlər verməsinə baxmayaraq, həm məhkəməyədək icraat zamanı, həm də birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs statusundan subyektiv niyyətlə qanunsuz və özbaşına məhrum edilmişdir. İş materialları iddia etməyə əsas verir ki, iş üzrə məhkəməyədək icraat, həmçinin məhkəmə istintaqı zərərçəkmişlər Zərərçəkmiş şəxs və Şahid2 hüquqlarının qəsdən kobud şəkildə pozulması ilə aparılmış, iş materialları və ittiham tamamilə saxtalaşdırılmış, cinayətin təşkilatçısı Şahid1 barəsində cinayət təqibinə qanunsuz olaraq xitam verilmiş, iş üzrə sübutların və sənədlərin çoxsaylı sax talaşdırılmasına yol verilmiş, istintaq və prosessual hərəkətlər onların aparılması üçün müəyyən edilmiş qaydaların açıq-aşkar və kobud şəkildə pozulması ilə həyata keçirilmiş, zərərçəkmiş şəxsin şikayət və vəsatətləri qanunsuz olaraq işdən çıxarılaraq gizlədilmişdir, CPM-nin 284-288-ci maddələrinin tələbləri kobud şəkildə qəsdən pozulmuşdur. Həmçinin şikayət müəllifi bildirmişdir ki, ibtidai istintaq zamanı 28 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunun prokuroru ittiham aktına baxılmasının nəticələrinə əsasən ilkin istintaqın səthi, natamam və keyfiyyətsiz aparıldığına görə işin əlavə istintaqa qaytarılması barədə qərar qəbul etmişdir. Rayon prokuroru işdə ziddiyyətlərin olduğunu, Məhkum barəsində ittihamın sübutsuzluğunu qeyd etmiş, bir sıra hərəkətlərin yerinə yetirilməsinə dair göstərişlər vermişdir. Lakin rayon prokurorunun göstərişlərinin heç biri yerinə yetirilməmiş, müstəntiq əlavə istintaqı imitasiya etmiş, iş üzrə həqiqəti müəyyən etmək üçün heç bir iş görməmiş, əksinə, Şahid1 cinayət məsuliyyətindən yayınmasına və onun Səmədovlardan məxsu və oğurlamış əşyalardan istifadə etməsinə kömək etmək məqsədilə materialları saxtalaşdırmaqda davam etmişdir. Zərərçəkmiş və onun nümayəndəsi iş üzrə həqiqəti müəyyənləşdirməyə köməklik edəcək bir sıra hərəkətlərin aparılmasına dair dəfələrlə vəsatətlər vermişlər. Lakin nə ibtidai istintaq zamanı, nə də məhkəmə prosesində vəsatətlərdə göstərilən şahidlərdən heç biri dindirilməmiş, Şahid1 mənzilində axtarış aparılmamış, Məhkum axtarışına dair sənədlər tələb olunmamış, Məhkum borcunun olması və oğurlanan pulları xərclə məsi ilə bağlı onun ifadələri yoxlanılmamış, zərərin ödənilməsi üzrə heç bir tədbir görülməmişdir. Həmçinin istintaq orqanı və məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, oğurlanmış qızıl sikkələr şəxsən Şahid2 məxsusdur, lakin qanunvericiliyin tələbləri pozularaq, Şahid2 iş üzrə zərər çəkmiş şəxs qismində tanınmamışdır. İbtidai araşdırma zamanı Şahid1 öz həyat yoldaşına Səmədovların mənzilində pul və qiymətli əşyaların saxlandığı yer, eləcə də çamadanın açarının saxlandığı yer barədə məlumat verib-verməməsi aydınlaşdırılmamış, habelə Şahid1 özünün bu məlumatı necə əldə etməsi məlum olmamış, hətta Şahid1 Səmədovların Türkiyədə olduqları müddətdə dəfələrlə onların mənzilinə getməsi, Səmədovların mənzilinin açarının harada və hansı formada (mənzilin açarını ayrılıqda və ya digər açarlarla b irlikdə) saxlandığı, bu açarları özü ilə daşıyıb-daşımadığı, digər mənzillərdə hansı günlərdə təmizlik işləri apardığı, Şahid1 təmizlədiyi mənzillərin birində həqiqətən 1000 manat pul oğurluğu faktının aşkar edilib-edilmədiyi, Zərərçəkmiş şəxs mənzilində bundan əvvəl də pul və qiymətli əşyaların itməsi faktının olub-olmadığı və sair hallar müəyyən edilməmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkum barəsində olan 16 may 2023-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qərarı qanunsuzdur, qəbul edilmiş məhkəmə aktlarının əsasını saxtalaşdırılmış, yolverilməz və ziddiyyətli sübutlar təşkil etmişdir. Qeyd olunanlara əsaslanaraq zərər çəkmiş şəxsin nümayəndəsi C.İ.Süleymanov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şi kayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin icla s zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Zərər çəkmiş şəxsin nümayəndəsi C.İ.Süleymanovun kassasiya şikayətinin məzmunundanda göründüyü kimi, həmin müraciətin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum arvadı Şahid1 əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmış, həm bununla bağlı, həm də Şahid2 iş üzrə zərər çəkmiş şəxs kimi tanınmaması haqqında nəticəyə gələn birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən məsələlərlə əlaqədar iş üçün mühüm əhəmiyyət kəsb edən sübutları araşdırmamı ş, araşdırılmış sübutlara düzgün qiymət verməmiş və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Bununla da kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökm ünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası zərər çəkmiş şəxsin nümayəndəsi C.İ.Süleymanovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkild ə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırıl mır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digə r istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kolle giyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarı nı ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların ela n olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Eyni zamanda şərh edilən normalara əsasən, kassasiya instansiyası məhkəməsi cinayət məsuliyyətinə cəlb edilməmiş hər hansı şəxsin belə məsuliyyətə cəlb edilməsi məsələsini də həll etmir, həmin şəxsin əməllərini araşdırmır, bu əməllərə qiymət vermir və kassasiya müraciətlərinə əsasən yalnız məhkum olunmuş şəxsin bu və ya digər cinayətin törədilməsinə görə təqsirli bilindiyi iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci və apellyasiya instansiya sı məhkəmələri də cinayət işlərinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətlərə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın hüdudları çərçivəsində baxır, çünki bu tələb prosessual qanunvericiliyin tələblərindən irləi gəlir. Belə ki, CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 318.2-ci maddəsinə görə isə, məh kəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Hazırki işin materiallarından göründüyü kimi, işə birinci instnsiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı məhkəmə baxışı iclasında CPM-nin təsvir edilən maddəsində nəzərdə tutulmuş əsasları müəyyən etməyərək Məhkum daha ağır ittihamın elan olunması üçün işin baxılmasına xitam verilməsi və həmin işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatətlə çıxış etməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi C.İ.Süleymanov isə həmin iclasda heç bir sübuta əsaslanmadan belə vəsatət qaldırsa da, məhkəmə haqlı olaraq həmin vəsatətin təmin edilməməsini mümkün bilmişdir ona görə ki, işə baxılması zamanı Məhkum əməlində daha ağır cinayətin tərkibini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış və məhkəmə tərəfindən də araşdırılmamışdar. Halbuki, prosessual qanunvericiliyin tələb lərinə əsasən, cinayət prosesində iştirak edən tərəf iş üzrə hər hansı vəsatət qaldırdıqda həmin vəsatətini müvafiq sübutlar vasitəsilə əsaslandırmalı, belə vəsatət isə mülahizə xarakteri daşımamalıdır. Daha sonra məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izaşlarına və tövsiyələrinə əsaslanaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu hallara münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar məhkəmə kollegiyası onu vurğulamağı lazım bilir ki, Konstitusiyanın 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiyanın) 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddə ləsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit olunmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2-ci maddəsinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilm əsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi ü zrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüq uqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 126.6-cı maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmus u ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətlən dirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aş ağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsası nda baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səb əb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzər inə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusi yanın, cinayət-prosessual qanunvericiliyinin və beynəlxalq müqavilələrin yuxarıda şərh edilən normalarının tələbləri, habelə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və həmin hökmün dəyişdirilmədən qüvvəsində saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktlarının bu tələblərə və hüquqi mövqeyə, xüsusilə də CPM-nin 143146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşk il etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, özgənin əmlakını gizli olaraq talama məqsədilə qeyri-rəsmi nikahda olduğu Şahid1 xadimə işlədiyi Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilin giriş qapısının açarını Şahid1 əl çantasından gizli götürərək istintaqla dəqiq müəyyən edilməyən tarixdə, yəni 14-24 iyul 2022-ci tarixləri arasında olan müddət ərzində saat 16 radələrində həmin mənzilin giriş qapısını açmaqla oraya bir dəfə qanunsuz daxil olub mənzilin yataq otağındakı dolabın içərisində saxlanılan çamadandan həmin dövrün məzənnəsi ilə 22100 manat təşkil edən 13000 ABŞ dolları pulu gizli olaraq talamaqla zərərçəkmış şəxs Zərərç əkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, işə baxan birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsi ilə 22100 (iyirmi iki min yüz) manat təşkil edən 13000 (on üç min) ABŞ dolları pulunu gizli olaraq talamaqla sonuncuya xeyli miqdarda ziyan vuraraq oğurluq etməsi barədə nəticəyə gəlmiş, araşdırılmış sübutların isə Məhkum CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün həmin sübutların kifayət etməs ini hesab etmiş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin iş üzrə gəldikləri yekun nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Cinayət işinin materiallarından görünür ki, Məhkum hökmlə təqsirli bilindiyi epizod üzrə özgəyə - Zərərçəkmiş şəxs məxsus məxsus əmlakı gizli yolla talaması, yəni onun əmlakını oğurlaması məhkumun özünün etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla təsdiq edilir və məhkəmələr həmin sübutların araşdırılmasına və onların hər birisinin ayrıayrılıqda və məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötə bərliyi üzrə qiymətləndirilməsinə əsaslanmaqla onun bu əməllərini CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün bu sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə kirayə yaşamış və tikinti işləri ilə əlaqəli təmir işləri ilə məşğul olmuşdur. Lakin həmin əmək fəaliyyəti uzun müddətli olmamış, müəyyən vaxtlarda işsiz qalmışdır. Onun sələmçiyə böyük məbləğdə borcu olmuş və həmin borcların ödənilməsinə görə sıxıntıları yaranmışdır. 2022-ci ilin iyun ayında həyat yoldaşı Şahid1 xad imə olaraq işlədiyi Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanı barəsində həyat yoldaşından müəyyən məlumatlar əldə etmiş, sonuncunun müəyyən müddət ərzində mənzildə olmadığını və sonuncunun imkanlı şəxs olmasını öyrənmişdir. Bundan sonra, o, həyat yoldaşının xəbəri olmadan həmin mənzildən oğurluq etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs yaşadığı mənzildən bir ədəd xalçanı və bir ədəd televizoru birlikdə satın aldığı vaxt həmin mənzili tanımış və harada yerləşməsi barədə məlumatı olmuşdur. Oğurluq etmək qərarına gəldikdən sonra o, həyat yoldaşı Şahid1 əl çantasından Zərərçəkmiş şəxs yaşadığı mənzilin açarını götürmüş, lakin bundan həyat yoldaşının xəbəri olmamışdır. Daha sonra o, Zərərçəkmiş şəxs xaricdə olduğunu bildiyi üçün ünvan 4 ünvanına gəlmiş və açar vasitəsilə qapını açaraq mənzilə daxil olmuş, orada otaqlara baxmış, daha sonra yataq otağına daxil olaraq orada yerləşən dolabları açmışdır. Həmin vaxt qırmızı çamadan olduğunu görmüş və yaxınlıqda bağlı seyfin olduğunu müşahidə etmişdir. Bundan sonra, o, çamadanı açarkən içərisində həm rezinlə bağlanmış, həm də açıq şəkildə ABŞ dollarının əskinazlarını, həmçinin qızıl məmulatlarının olmasını görüb borclarını qaytarmaqdan ötrü olduğu qədər, yəni 13000 ABŞ dolları məbləğində pulu oğurlamış, qalan pulları və qızılları isə götürməmişdir. Oğurluq etdikdən sonra o, mənzili tərk etmiş və özünün yaşadığı mənzilə gəlmiş, götürdüyü açarı həyat yoldaşının əl çantasına qoymuş və hadisə barədə heç kimə məlumat verməmişdir. Bundan sonra, oğurladığı pulları sələmçiyə verərək borcunu bağlamışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs polis orqanlarına etdiyi müraciət əsasında araşdırma aparılmış və o, araşdırma aparılan zaman oğurluq etdiyini etiraf etmişdir. Onun oğurluq etməsi barədə həyat yoldaşının hər hansı məlumatı olmamışdır. Birinci instansiya məhkəməsin məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, onun yaşadığı ünvan 4 ünvanında Şahid1 təxminən 6 il müddətində xadimə işləmiş və həftə ərzində iki dəfə gələrək mənzildə təmizlik işləri aparmışdır. O, 14 iyul 2022-ci il tarixdə Türkiyə Respublikasına getmiş və ölkədə olmadığı müddətdə mənzilin təmizləməsini Şahid1 tapşırmışdır. O, bir müddət sonra qayıtmış, 2022-ci ilin sentyabrın əvvəllərində oğlu universitetə qəbul olduğundan təhsil haqqını ödəmək üçün pul lazım olmuşdur. Bu məqsədlə yataq otağında dolabda olan çamadanın içərisi ndə saxladığı pulu götürmək istəyən zaman həmin çamadanda saxladığı 13000 ABŞ dolları məbləğində pulun yerində olmadığını aşkar etmişdir. Həmin vaxta qədər oğluna verilmiş 500 manat pul itmiş, lakin Şahid1 həmin pulun itməsindən və ya oğurluq edilməsindən xəbərsiz olduğunu bildirmişdir. Ümumiyyətlə, yaşadığı mənzildə saxladığı qızıl-zinyət əşyaları və ya pullar əvvəllər də yoxa çıxsa da, o, pulların və qızıl-zinyət əşyalarının Şahid1 tərəfindən oğurlanmasından heç vaxt şübhələnməmişdir. Sonradan o, 13000 ABŞ dolları ilə yanaşı həmçinin qızıl onluq qəpiklərdən iki ədədinin də oğurlandığını aşkar etmişdir. O, pulun oğurlanması barədə Şahid1 soruşsa da, sonuncu bundan xəbərsiz olduğunu bildirmiş və oğurluq edildiyi təqdirdə bütün pulların oğurlana biləcəyini, bir paçka pulun oğurluq məqsədilə götürülmədiyini, bununla da, həmin pulların oğurlanmaması və itməsi barədə görüntü yaratmağa çalışmışdır. Lakin, o, həmin çamadanda pulların paçka və ya açıq formada olması barədə Şahid1 məlumatı əvvəlcədən vermədiyindən sonuncunun pulların paçka formasında olmasını qeyd etməsi səbəbindən şübhələri yaranmışdır. Həmçinin həmin çamadanın kilid açarını gizlətmiş və evə gələn kənar şəxsin həmin açarı taparaq pulu götürməsi mümkün olmamışdır. Qeyd olunanlar isə həmin oğurluq əməlinin məhz evi tanıyan şəxs tərəfindən törədilməsini təsdiq edir. Bundan əlavə, o, Türkiyədən evə gələrkən bütün əşyalar yerində olmuş və təmizlik işləri aparılmışdır. Halbuki, oğurluq əməli evi tanımayan şəxs tərəfindən törədilərkən evdə dağınıqlıq və natəmizlik olması müşahidə edilməli idi. Pulun oğurlanması dəqiqləşd irildikdən sonra müvafiq polis orqanına müraciət edilmiş və həmin oğurluğun araşdırılması zamanı ilkin olaraq oğurluğun Şahid1 tərəfindən törədilməsi bildirilsə də, bir müddət sonra polis əməkdaşları oğurluğun Məhkum tərəfindən törədilməsini bildirmişlər. Lakin, o, oğurluq əməlinin törədilməsində Şahid1 iştirak etməsinə əmin olduğundan sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsini zəruri hesab edir. Buna görə də, şikayətçidir və cinayət əməlini törədən şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edir. Hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid2 zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrinə uyğun ifadələr vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Məhkum onun həyat yoldaşıdır. O, ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs evində uzun müddət xadimə iş ləmiş və həftənin 2-ci və 5-ci günləri həmin mənzilə gedərək orada təmizlik işləri aparmışdır. Zərərçəkmiş şəxs 14 iyul 2022-ci il tarixdə Türkiyə Respublikasına getmiş və ona arada bir gedib mənzili təmizləməsini tapşırmışdır. O, 2022ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs yaşadığı mənzildə olan zaman Samirə evindən 13.000 ABŞ dolları məbləğində pulun oğurlanması barədə ona məlumat verərək ondan şübhələndiyini bildirmiş, o, isə bundan xəbəri olmadığın, özünün isə oğurluq etmədiyini ona demişdir. Bundan sonra Zərərçəkmiş şəxs evindən oğurluq edilməsi barədə Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edəcəyini bildirmiş, o da sonuncuya polisə şikayət etməsini məsləhət görmüş və yaşadığı evə qayıtmışdır. Daha sonra, o, evə gedərək həmin mənzildən oğurluğun edilməsi barədə h əyat yoldaşı Məhkum bildirdikdə, sonuncu oğurluğun onun tərəfindən törədildiyini bildirmişdir. Məhkumdan necə oğurluq etməsini soruşmuş, sonuncu isə Zərərçəkmiş şəxs yaşadığı mənzilin açarlarını onun çantasından götürdüyünü və sonuncu Türkiyə Respublikasında olan zaman evə gedib qapını açaraq oğurluq etdiyini bildirmişdir. O, həyat yoldaşının qeyd olunan əməli törətməsindən təəssüflənmiş və həmin pulların dərhal qaytarılmalı olduğunu qeyd etmişdir. Məhkum ona möhlət verilməsini və oğurladığı pulları bir neçə günə qaytaracağını bildirmişdir. Lakin sonradan Məhkum oğurladığı pulları qaytarmamış və ümumiyyətlə həmin pulların necə xərclənməsi və ya borc əvəzi verilməsi barədə onun, yəni Şahid1 məlumatı olmamışdır. İş materiallarından görünür ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə c inayət əməlini törətməsi yuxarıda təsvir ifadələrlə yanaşı həmçinin hadisə yerinin müyainə edilməsi haqqında16 sentyabr 2022-ci il tarixli, “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 21 sentyabr 2022-ci il tarixli protokollarla, həmin protokollara əlavə edilmiş fotoşəkillərlə və iş üzrə heç bir qanun pozuntusuna yol verilmədən əldə edilmiş, məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış, qanuna müvafiq qaydada qiymətləndirilmiş digər sübutlarla da tam təsdiq olunur. Kassasiya şikayətinin iş üzrə şahid qismində dindirilmiş Şahid1 hazırki iş üzrə cinayətin təşkilatçısı olması, onun barəsində cinayət təqibinə qanunsuz olaraq xitam verilməsi haqqında dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası vurğulayır ki, işin müəyyən edilmiş faktiki hallarından və bu h alların arxasında duran sübutlardan, o cümlədən məhkum edilmiş şəxsin ifadələrindən görünür ki, Şahid1 oğurluq cinayətinin təşkilatçısı olması həmin sübutlarla öz təsdiqini tapmamışdır. Məhz buna görə də, ibtidai araşdırma orqanının 27 yanvar 2023-cü il tarixli “toplanmış sübutların qiymətləndirilməsi barədə” qərarı ilə Məhkum CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilməsi, sonuncu barəsində oğurluğun qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuş CMnin 177.2.1-ci maddəsi ilə maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Şahid1 barəsində isə CM-nin 32.4, 177, 32.5, 177, 177.2.1 və 307-ci maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi müəyyən edilmişdir. Həmin qərar məhkəmə nəzarəti qaydasında is tər zərər çəkmiş şəxs, istərsə də onun nümayəndəsi tərəfindən mübahisələndirilmədiyindən hal hazırda da qüvvədədəir. Təhlil edilən qərardan göründüyü kimi, Şahid1 əməlinə hüquqi qiymət verilərək onun əməlində cinayət törətməyə sövq etməyə, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etməməsi, habelə cinayət törətməsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməməsi, ümumiyyətlə Məhkum cinayət törətməsindən məlumatı olmaması qeyd edilmişdir. Bundan əlavə, həmin qərarda qeyd edilmişdir ki, Şahid1 həmin mənzildə oğurluq olması barədə Məhkum bildirmiş, sonuncu da həmin mənzildə o ğurluq etdiyini etiraf etmiş, o, isə Məhkum oğurladığı pulu qaytarılmasını tələb etsə də sonuncu pulları xərclədiyini söyləmiş, buna görə də Şahid1 sonuncuya özünün hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Bu hallara əsaslanan ibtidai araşdırma orqanı Şahid1 əməlində CMnin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmaması barədə nəticəyə gələrək bu hissədə də onun barəsində cinayət təqibinin rədd edilməsi haqqında qərar qəbul etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, CPM-in 3 18.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Bu qərarında Konstitusiya Məhkəməsi belə hüquqi mövqe ifadə etmişdir ki, məhkəmələr şikayət olmadıqca sübutların qiymətləndirilməsi haqqında qərarı öz təşəbbüsü ilə ləğv etməyə haqlı deyil. Belə qərarın qüvvədə olduğu müddətdə isə məhkəmə işlərə verilən ittiham daxilində baxmalı və ittihamdan kənara çıxmamalıdır. Kassasiya kollegiyası qeyd edir ki, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəl i şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş şəxs tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Belə yanaşma CPM-nin məhkəmə baxışının hədlərini müəyyən edən və yuxarıda istinad olunan 318.1-ci maddəsinin tələblərindən də irəli gəlir. Qeyd olunanlar həmçinin beynəlxalq hüquqi sənədlərin müvafiq normalarından əsaslanır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (bundan sonra - BMT) Baş Assambleyasının 29 noyabr 1985-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Məhkəmə orqanlarının müstəqilliyinə dair BMT-nin Əsas prinsipləri”nə müvafiq olaraq məhkəmə orqanlarının müstəqilliyi prinsipi məhkəmə orqanlarına hüquq verməklə yanaşı, onlardan məhkəmə araşdırmasının ədalətli aparılması və tərəflərin hüquqlarına riayət olunmasının təmin edilməsini də tələb edir. BMT-nin İqtisadi və Sosial Şurasının 1989-cu il 24 may tarixli 1989/60 saylı qətnaməsi ilə təsdiq olunmuş “Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsiplərinin effektiv həyata keçirilməsinin Prosedurları”na əsasən heç bir hakimdən onun müstəqil statusuna uyğun olmayan funksiyaların həyata keçirilməsini tələb etmək olmaz. “Hakimlərin davranışına dair Banqalor prinsipləri”ndə nəzərdə tutulmuş obyektivlik və qərəzsizlik prinsipinə müvafiq olaraq h akim öz vəzifələrinin icrası zamanı hər hansı üstüntutma hallarından, qabaqcadan formalaşmış yanlış fikirlərdən və qabaqcadan hasil olan qənaətlərdən azaddır. “Hakimlərin davranışına dair Banqalor prinsiplərinin Kommentariyası”na görə hakim işin hallarının dəqiqləşdirilməsi üçün suallar verə bilər, lakin əgər o, məhkəmə iclasının gedişinə mütəmadi müdaxilə edirsə və mülki iş üzrə icraatı praktiki olaraq öz nəzarətinə götürürsə və ya cinayət işi üzrə icraatda prokurorun rolunu yerinə yetirirsə və baxılan iş üzrə çıxarılan qərarda nəticələrə gəlmək üçün onun apardığı dindirmənin nəticələrindən istifadə edirsə, bu halda hakim həm də vəkil və şahidə çevrilir ki, bunun nəticəsində tərəflərin ədalətli məhkəmə araşdırması hüququ reallaşdırılmamış qalır. Hər kəsin ona qarşı hər hansı cinayət ittih amı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququ “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14cü maddəsində, habelə “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyası 6-cı maddəsində təsbit edilmişdir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (“Jaakko Johannes Markkula Finlandiyaya qarşı” iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) Beləliklə, məhkəmə kollegiyası istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldikləri nəticə ilə bağl ı toplanmış sübutları tədqiq etdiklərini, onları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirmələrini, iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında CPM-nin 125.2-ci maddəsində göstərilən pozuntularla əldə edilmiş yolverilməz sübutlardan istifadə etmədiklərini, əksinə, belə sübutları qəbul etməkdən imtina etmələrini, məhkəmə təcrübəsinin vahidliyini pozmadıqlarını, ümumi şəkildə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi C.İ.Süleymanovun kassasiya şikayətinin bütün dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilməsi üçün əsaslar görmür. Buna görə, məhkəmə kollegiyası kassas iya şikayətinin təmin edilməsi haqda zərər çəkmiş şəxsin nümayəndəsi C.İ.Süleymanovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2405/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2405/2023
12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver