Məhkəmə qərarları › İş №1(102)-2405/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2405/2024

01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2405/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), KazımovTahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 29, 317-1.1-cü maddələri ilə məh kum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 20 iyun tarixli, 1(103)-81/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X7 (sədrlik edən və məruzəçi), Siyavuş Hacıyev və Rahib Salmanovdan ibarət tərkibdə) 2023-cü il 17 iyul tarixli, 1(101)-93/2023 nömrəli hökmü ilə, xx xxxxxxx 1979-cu ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli hökmünə əsasən CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, CMin 67.1-ci maddəsinə əsasən qəti olaraq 4 (dörd) il 6 (a ltı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkən və müalicə olunan, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona CM-in 234.4.1 və 234.4.3-cı maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 29, 317-1.1 ci maddəsi ilə 1 (bir) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 7 aprel 2022-ci il tarixdən hesablanması, narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmdən Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişdir. Hökmdən həmçinin Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X8 (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Elbəy Allahverdiyevdan ibarət tərkibdə) 2024-cü il 20 iyun tarixli, 1(103)-81/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)93/2023 saylı, 17 iyul 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, CM-in 29, 317-1.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə əlaqədar Məhkum həmin maddə üzrə cəza təyin olunmamış, hökmdən CM-in 66.3-cü maddəsinin müddəaları xaric edilmiş, Məhkum üzərində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 93/2023 saylı, 17 iyul 2023-cü il tarixli hökmü ilə CM-in 234.4.1 və 234.4.3-cü maddələri üzrə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış mə qsədi ilə külli miqdarda narkotik vasitə heroini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 keçirməyə cəhd etmişdir. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin əldə edilib özünün cəza çəkdiyi Penitensiar Xidmətinin X2 gizli keçirmək barədə həmin müalicə müəssisəsində cəza çəkən məhkum X6, sonuncunun tanışı Şahid4 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə razılığa gələrək aralarındakı vəzifə bölgüsünə əsasən Şahid4 onun tərəfindən özünün bank kartının hesabına mədaxil edilmiş 215 manat məbləğində pulu 23 iyun 2021-ci il tarixdə nağdlaşdıraraq naməlum şəxsə vermiş, həmin şəxs 25 iyun 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən əldə etdiyi qara rəngli se llofan bükülüdə 2 ədəd, ayrı-ayrılıqda çəkiləri 2,841 qram və 3,044 qram ümumi təmiz çəkisi 5,885 qram külli miqdarada kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»i qanunsuz əldə edərək onu hazırladığı sovqata aid «Fobby» markalı şampun qabının içərisinə yerləşdirib Şahid4 verdikdən sonra sonuncu sovqatı X4 və Məhkum çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 əməkdaşlarına təqdim edərkən göstərilən narkotik vasitə heroin aşkar edilərək götürüldüyündən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək cinayət törətməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə h eç bir sübut və dəlil olmadan onun özünümüdafiə xarakterli sübutlarını və vəsatətlərini rədd etmiş, ittihamda göstərilənləri əsas götürərək kobud qanun pozuntularına yol vermişdir. Məhkəmələr onu sübutsuz, dəlilsiz CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmişlər, müstəntiq onu digər şəxslərlə üzləşdirmədən, onun kompyuterə yazılmış ifadəsinə imza etdirmişdir. Apellasiya Məhkəməsində işə baxılarkən məhkəmə onun vəsatətini təmin edərək araşdırma aparsa da, nəticədə onun şikayətini təmin etməmişdir. İbtidai istintaq zamanı o, Şahid4 ilə üzləşdirilməmiş, ifadə verməkdən imtina etmişdir. Hadisə barədə əməliyyatçı Şahid1 məlumat vermiş, lakin bu da nəzərə alınmamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 20 iyun tarixli, 1(103)-81/2024 nömrəli qərarının ləğv edilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 20 iyun tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq mürac iətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyas ı məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum və müdafiəçi məhkumun təqsirliliyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyy ətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilmə si nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvaf iq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkum kassasiya şikayətində cinayət əməlinin törədilməsində təqsirinin olmadığını mübahisələndirmiş, ona bəraət verilməli olduğunu iddia etmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, Şahid4 ibtidai istintaq zamanı şübhəli şəxs qismində dindirilərkən və sonradan təqsirləndirilən şəxs qismində dindirilərkən ona məxsus bank kartına Məhkum tərəfindən pul köçürüldüyünü, sonra isə Məhkum ona telefonla zəng etdiyini, özünü təqdim etdiyini, pulun Qalib tərəfindən onun kartına köçürüldüyünü, Qalibin narkotik vasitənin alınması ilə bağlı ona təlimat verdiyini, pulu kartdan çıxarıb narkotik vasitəni ona verəcək şəxsə verməsini tapşırdığını ifadəsində ətraflı şəkildə təsvir etmişdir. (bax: cild 1, i.v. 55-59, 73-77, Cinayət işinin materiallarına əlavə edilmiş Şahid4 tərəfindən yazı laraq imzalanmış və Bakı şəhər prokuroruna ünvanlanmış ərizədə Şahid4 göstərmişdir: “Yazıb Sizə bildirirəm ki, xx.xx.2021-ci ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində cəza çəkən tanışım Malik Bədəlova bağlama verərkən həmin bağlamanın içərisində şampun qabının içində narkotik vasitə müəyyən olunaraq götürüldü, bununla əlaqədar məni həbsə alıblar. Bildirirəm ki, mənim günahım yoxdur. Həmin bağlamanı mənə Malikin tanışı olan tanımadığım şəxs mənə zəng edərək Malikə çatdırmaq üçün vermişdir. Daha dəqiqi həmin şəxs mənim bağlama apardığım Maliklə bir yerdə cəza çəkən Qalibin tanışıydı. Mən həmin bağlamanı Malikə verməli, Malik isə Qalibə çatdırmalıydı...” (bax: cild 1, i.v.130). Məhkum Şahid4 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-274/2022-ci il tarixli hökmündən də görünür ki, A.Üzbekova Məhkum barəsində ibtidai istintaq zamanı vermiş olduğu ifadə ilə eyni məzmunlu ifadəni məhkəmə iclası zamanı da vermişdir. Həmin cinayət işi üzrə dindirilmiş Məhkum da A.Üzbekovanın bank kartına pul göndərdiyini etiraf etmiş, lakin həmin pulu başqa məqsədlə göndərdiyini bildirmişdir (bax: cild 2, i.v.54-63). Cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə Məhkum narkotik vasitənin Müalicə Müəssisəsinə gətirməsi ilə bağlı hərəkətləri öz təsdiqini tapır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətinin digər dəlili Məhkum digər məhkumlarla üzləşdirilməməsi ilə bağlıdır. Bu dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, digər iki məhkumun barəsində olan cinayət işlərinə baxılarkən Mə hkum iştirak etmiş və ifadə vermiş, eləcə də Məhkum barəsində olan cinayət işinə baxılarkən digər iki məhkum iştirak etmiş və ifadələr vermiş və Məhkum və onun müdafiəçisinin həmin şəxləri dindirmək və onlara suallar vermək imkanı olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlili də əsassızdır. Məhkum əməliiyatçı Şahid1 hadisə ilə bağlı məlumat verməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkum həmin dəlili barəsində olan cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən də qaldırmış və birinci instansiya məhkəməsi tərəfindən həmin məsələ ətraflı araşdırılmış və məhkəmənin hökmündə həmin dəlilə ətraflı, əsaslandırılmış münasibət bildirilmişdir. Apellyasiya instan siyası məhkəməsinin hazırkı iş üzrə qərarından da görünür ki, həmin məsələ apellyasiya məhkəməsi tərəfindən yenidən araşdırılmış və bu məsələyə əsaslandırılmış münasibət bildirilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırmanın yenidən hazırkı qərarda əks olunmasına zərurət görmür. Cinayət işinin materiallarından da görünür ki, apellyasiya baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş, müdafiə tərəfinin vəsatəti təmin edilmiş, hərtərəfli araşdırma aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr hazırkı cinayət işi üzrə geniş şəkildə aradırma apararaq Məhkum tərəfindən cinayət əməlinin törədilməsi ilə bağlı düzgün nəticəyə gəlsələr də, lakin onun əməlinin tövsifində səhvə yol vermişlər. Belə ki, Məhkum verilmiş ittihamdan görünür ki, o, narkotik vasitə olan heroini satı ş məqsədi ilə əldə etmişdir. Narkotik vasitənin mövcudluğu, növü, çəkisi şübhə doğurmasa da, lakin əməlin əsas tövsifedici əlaməti olan və obyektiv cəhəti xarakterizə edən satış məqsədi mötəbər dəlillərlə sübuta yetirilməlidir. Satış məqsədini sübuta yetirmək ittiham tərəfinin vəzifəsidir. Lakin əgər məhkəmə ittihamın mövqeyi ilə razılaşaraq qəbul edirsə, bu zaman qəbul etdiyi hökm və qərarda cinayətin obyektiv cəhətini inandırıcı şəkildə əsaslandırmaq vəzifəsi məhkəmənin üzərinə düşür. Lakin istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarında satış məqsədi qanunla müəyyən edilmiş qaydada əsaslandırılmamış, bununla bağlı məhkəmənin istinad etdiyi sübutlar göstərilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların preku rsorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il 2 nömrəli Qərarının 9cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitəl ərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki işin hallarından görünür ki, narkotik vasitənin alınması Məhkum tərəfindən təşkil edilsə də, lakin həmin narkotik vasitənin satılacağını təsdiq edən heç bir sübut mövcud deyil. Ali Məhkəmənin Plenumunun qərarında əks olunmuş mövqedən də yanaşdıqda məlum olur ki, Məhkum tərəfindən narkotik vasitə satmaq məqsədini asanlaşdırmaq üçün çəkilib xırda bağlamalara bükülməmiş, hər hansı bir istehlakçı ilə narkotik vasitənin satışı ilə bağlı razılıq əldə edilməmiş, ümumiyyətlə, Məhkum narkotik vasitə ilə bağlı heç bir avadanlıq və onun gələcəkdə narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini təsdiq edən heç bir düzünə və ya dolayı sübut mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, CM-in 61.1.3-cü maddəsinə əsasən cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Məhkum cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Məhkum təyin edilməsi nəzərdə tutulan cəzanın növünü və həddini müzakirə edərkən hesab edir ki, bu zaman törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti, onun cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məcmuyu, o cümlədən cinayətlərin residivinin mövcudluğu şə raitində CM-in 65.1 və 65.2-ci maddələrinin imperativ tələbləri nəzərə alınmalıdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 20 iyun tarixli, 1(103)-81/2024 nömrəli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən Azərbaycan Respublikası C inayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Məhkum cəzasını ağırlaşdıran hal kimi nəzərə alınsın. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar