Məhkəmə qərarları › İş №1(102)-2409/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2409/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2409/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum müdafiəçisi Şərifov Samir Cuma oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-26/2025 nömrəli, 03 iyul 2025-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Şərifov Samir Cuma oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxx-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 22 noyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 06 dekabr 2023-cü il tarixdə Zaqatala Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instan siya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum istintaqa dəqiq məlum olmayan mənbədən və vaxtda ümumi təmiz çəkisi 38,27 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 24 avqust 2023-cü il tarixdə, saat 18:23-dən 19:22-dək Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zaqatala Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 5(033)-34/2023 nömrəli qərarına əsasən həmin evdə baxış keçirilərkən ikinci mərtəbədəki yataq otağında olan masanın üzərində bükülmüş xalçanın alt hissəsində şəffaf sellefon torbada təmiz çəkisi 0,61 qram, birinci mərtəbədəki təmirsiz otaqda olan masanın üzərində təmiz çəkisi 37,66 qram, çətənə (kannab is) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, habelə 08 ədəd kibrit qutusu və 01 ədəd kiçik ölçülü elektron tərəzi aşkar edilərək götürülmüşdür.

5. Zaqatala Rayon Məhkəməsinin 1(033)-8/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli hökmü ilə Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə 02 (iki) gün tutma altında saxlanıldığı müddətin bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cə mi 04 (dörd) gün müddətin ona təyin edilmiş cəzadan çıxılması, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Şərifov Samir Cuma oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

7. Hökmdən həmçinin dövlət ittihamçısı apellyasiya protesti verib, təqsirləndirilən şəxsin Məhkum əməlinin düzgün tövsif edilmədiyi, məhkəmənin gəldiyi yekun nəticənin işin faktiki hallarına uyğun olmadığı və ona təyin edilmiş cəzanın açıq-aydın ədalətsiz olduğundan hökmün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməklə və maddi sübutlarla bağlı qanuni qərar qəbul edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum qanunsuz olaraq qazanc əldə etmək məqsədilə, yəni tamah niyyəti ilə istintaqa dəqiq məlum olmayan mənbədən və vaxtda ümumi təmiz çəkisi 38,27 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 24 avqust 2023-cü il tarixdə saat 18:23-dən 19:22-dək Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zaqatala Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 5(033)34/2023 nömrəli qərarına əsasən həmin evdə baxış keçirilərkən ikinci mərtəbədəki yataq otağında olan masanın üzərində bükülmüş xalçanın alt hissəsində şəffaf sellefon torbada təmiz çəkisi 0,61 qram, birinci mərtəbədəki təmirsiz otaqda olan masanın üzərində təmiz çəkisi 37,66 qram, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, habelə narkotik vasitənin satışını həyata keçirmək məqsədilə saxladığı 08 ədəd kibrit qutusu və 01 ədəd kiçik ölçülü elektron tərəzi aşkar edilərək götürülmüşdür.

9. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-26/2025 nö mrəli, 03 iyul 2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxsin müdafiəçisi Şərifov Samir Cuma oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 1(033)-8/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli hökmü qismən ləğv edilmiş, həmin hissədə yeni ittiham hökmünün çıxarılması, Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun tutma altında saxlanıldığı 02 (iki) gün müddətin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir gününü bir günə bərabər hesablanmaqla yeni hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 03 iyul 2025-ci il tarixdən hesablanması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması hökm edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan hökmündən müdafiəçisi Şərifov Samir Cuma oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya şikayətində müdafiəçi apellyasiya şikayətində irəli sürdüyü eyni dəlilləri təkrarlayaraq qeyd etmişdir ki, Məhkum ümumiyyətlə narkotik vasitə və digər predmetlərin aşkar edildiyi anası Şahid5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdə yaşamamış, onun və ailə üzvlərinin yaşadığı ünvan ünvan 4 məhkəmələrin diqqətinə çatdırılmışdır. Yaşayış evindən aşkarlanmış kibrit qutuları boş olmamış, içərisindən narkotik vasitə və ya qalıqları tapılmamışdır. Elektron tərəzi Məhkum məxsus olmamaqla yanaşı, məişətdə istifadə olunması üçün nəzərdə tutulmuşdur. Məhkum barəsində açılmış əməliyyat-qeydiyyat işində narkotik vasitələrin alqı-satqısı ilə bağlı danışıqlar aparmış şəxslərdən həqiqətən də onun istifadəsində olmuş mobil nömrəyə zənglərin daxil olubolmamasını müəyyən etmək məqsədi ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq mobil operatorlarından məlumatlar əldə edilməmişdir. Habelə apellyasiya instansiyası məhkəməsi öz hökmündə əməliyyat-qeydiyyat işində olan danışıqların sırf narkotik vasitənin alqı-satqısı ilə bağlı olması qənaətinə gəlməsini ümumiyyətlə əsasland ırmamışdır. Məhkum ittiham olunmasına əsas olmuş ilkin sübutlar qanunsuz yolla əldə edilmiş, eləcə də məhkumun ilkin izahat və ifadələri hədə-qorxu alınmış, protokollar imzalatdırılmışdır. Məhkumun təqsirli bilinməsini müəyyən edən bütün sübutlar qanunsuz yolla və hüquqların kobud şəkildə pozulması ilə əldə olunmuşdur. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-26/2025 nömrəli, 03 iyul 2025-ci il tarixli hökmünün ləğv edilməsi, təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə Məhkum barəsində cinayət təqibinə bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya in stansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassa siya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Müdafiəçi kassasiya şikayətind ə Məhkum təqsirliliyinin sübuta yetirilmədiyini iddia edib xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-26/2025 nömrəli, 03 iyul 2025-ci il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbay can Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

23. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiəçinin dəlillərini əsassız hesab edir.

24. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən məhkumun müdafiəçisinin eyni dəlillər üzrə verdiyi apellyasiya şikayətinin, eləcə də apellyasiya protestinin dəlill ərini araşdıran apellyasiya instansiyası məhkəməsi qismən məhkəmə istintaqı keçirilməklə qəbul etdiyi, hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə, habelə mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halda yenidən təhlil etmiş, məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edərək müəyyənləşdirmişdir ki, Məhkum məhz Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri onun ibtidai istintaq dövründə müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafed ici (aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını təsdiq etdiyi hissədə) ifadəsi, həmin ifadədə göstərilən halları yerində təsdiq etdiyi “ifadənin yerində yoxlanılması” haqqında protokol və bu protokola əlavə edilmiş fotocədvəl, məhkumun narkomaniya xəstəliyindən əziyyət çəkmədiyini və məcburi müalicəyə ehtiyacının olmadığını göstərən ambulator məcburi narkoloji-tibbi yoxlamanın rəyi, məhkəmə-bioloji ekspertizasının rəyi, şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri, bir-biri ilə uzlaşan ifadələri, məhkum edilmiş şəxsin anasının mülkiyyətində olmaqla onun da yaşadığı ünvan 1 ünvanına videoçəkilişdən istifadə edilməklə aparılmış baxış keçirilməsi haqqında protokol, baxış zamanı aşkar edilərək götürülmüş maddi sübutlar (narkotik vasitə, elektron tərəzi, kibrit q utuları), digər istintaq və məhkəmə hərəkəti protokolları, eləcə də cinayət işinin materiallarında mövcud olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

25. Həmçinin apellyasiya baxışı zamanı Zaqatala Rayon Polis Şöbəsindən götürülmüş, Məhkum barəsində açılmış əməliyyat-qeydiyyat işinin materialları qapalı məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Məhkum istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə zəng etmiş şəxs (adı əməliyyat materiallarında göstərilmişdir) onunla danışarkən harada olduğunu soruşduqda Məhkum sexdə olduğunu bildirmiş, həmin şəxs isə şəhərdə olduğunu qeyd edərək “bir şey eləyə bilərsən?” deyə soruşmuşdur. Məhkum “səhər tezdən nə olub? (gülür)” dedikdə, zəng etmiş şəxs “sən canın bir şey elə” demiş, Məhkum isə “yaxşı, vatsapla zəng edəcəm” cavabını vermişdir. Bundan əlavə, Məhkum ilə digər şəxs arasında baş vermiş telefon danışığından görünür ki, həmin şəxs “Neyləyirsən, hardasan? Eşit gör, nə deyirəm, o şeydən yeşiklə həll etmək olar?” deyə soruşduqda, Məhkum “neçə yeşik?” deyə qarşılıq vermiş, şəxs isə “bir, iki yeşik. Baxır bizim söhbətimizin alınmağına” demişdir. Məhkum isə “hava qaralsın, gəl bu tərəfə, söhbət edək, telefonda danışmayaq” deyə cavab vermiş, şəxs də bu təkliflə razılaşmışdır.

26. Digər sübutlarla yanaşı tədqiq edilmiş bu telefon danışıqlarına münasibətdə apellyasiya məhkəməsi kollegiyası hesab etmişdir ki, həmin danışıqlarda açıq şəkildə Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakına xarakterik xüsusatlar müəyyən edilir.

27. Kassasiya şikayətində irəli sürülmüş, apellyasiya instans iyası məhkəməsi tərəfindən hökmdə əməliyyat-qeydiyyat işində əks olunan danışıqların sırf narkotik vasitələrin alqısatqısı ilə bağlı olmasının təsdiq edilmədiyi və məhkəmə hökmünün bu məsələyə dair əsaslandırılmadığı barədə dəlillərə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, narkotik maddələrin, vasitələrin və prekursorların qanunsuz dövriyyəsinə aid baxılmış cinayət işləri üzrə formalaşmış məhkəmə təcrübəsinə nəzər yetirildikdə müəyyən olunur ki, bu kateqoriyadan olan işlərdə təqsirləndirilən şəxslər tərəfindən aparılmış telefon danışıqları, habelə yazışmalar zamanı alıcı və satıcı arasında keçən dialoqlarda narkotik vasitələr əşya, qida və s. ilə əlaqəsi olmayan şərti adlarla adlandırılır, ölçülər isə real ölçü vahidlərindən istifadə edilmədən digər ifadələrlə (məsələn, ədəd, kil oqram, yeşik və s.) göstərilir. Məhkum edilmiş şəxsin telefon danışıqlarına nəzər yetirildikdə onunla digər şəxs arasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair şifrəli danışıqların aparıldığı açıq şəkildə müşahidə olunur.

28. Bütün göstərilənlərə münasibətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, narkomaniya xəstəliyindən əzab çəkməyən şəxsin yaşadığı mənzildən ayrı-ayrılıqda müxtəlif çəkilərdə olmaqla iki bükümdə narkotik vasitə olan qurudulmuş marixuananın, 8 kibrit qutusunun və elektron tərəzinin aşkar edilməsi, eləcə də məhkum tərəfindən narkotik vasitələrin satışına xarakterik olan telefon danışıqlarının aparılması, onun aşkar edilmiş narkotik vasitələri məhz satış məqsədilə əldə edib saxlamasına dəlalət edir.

29. Apellyasiya instansiyası məhkəm əsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası xatırladır ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 8, § 9, 14 iyun 2024-cü il).

30. Odur ki, məhkə mə kollegiyası kassasiya şikayətinin müvafiq dəlillərini müzakirə edərək hesab edir ki, hazırda mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin hökmü maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də məhkəmə təcrübəsinə uyğundur.

31. Kassasiya şikayətində Məhkum narkotik vasitə və digər predmetlərin aşkar edildiyi anası Şahid5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evində yox, ailə üzvləri ilə birlikdə fərqli ünvanda - Zaqatala şəhəri, Şimal-qərb yaşayış massivində olan fərdi yaşayış evində yaşadığı barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaqın ilkin mərhələsində Şahid5 yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilkən heç bir qanunsuz predmet və ya vasitənin aşkar edilmədiyini bildirmişdir. Həmin evə bitişik olan, lakin onlar a məxsus tikiliyə baxış keçirilən zaman ikinci mərtəbədə yerləşən yataq otağındakı çarpayının içərisindən 0,8 qram narkotik vasitəyə bənzər maddə, birinci mərtəbədə təmirsiz otaqda masanın üzərindəki xalçanın arasından 40 qram narkotik vasitəyə bənzər maddə, eyni zamanda kibrit qutuları və elektron tərəzi aşkar olunaraq qablaşdırılmış və möhürlənərək polis əməkdaşları tərəfindən götürülmüşdür. İzahatının davamı olaraq Şahid5 qeyd etmişdir ki, oğlu Ağabala onlara məxsus bitişik tikilinin birinci mərtəbəsini anbar kimi istifadə edib orada avtomobil ehtiyat hissələrini saxladığından həmin otaqlara tez-tez girib-çıxır.

32. İbtidai istintaqın sonrakı dövründə də şahid qismində dindirilərkən Şahid5 eyni məzmunlu ifadə vermişdir.

33. Həmçinin cinayət işinin materiallarında olan Zaqatala Rayon İcr a Hakimiyyəti Başçısının Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X3 şəhəri, 28 May küçəsi, ev 60 ünvanında yaşayır və ailə tərkibi anasından, həyat yoldaşından və oğlundan ibarətdir.

34. Göründüyü kimi, cinayət işinin materiallarında mövcud olan sübutlar əsasında narkotik vasitələrin aşkar edildiyi yaşayış sahəsinin məhkum edilmiş şəxsin faktiki istifadəsində olması tam təsdiq olunmuşdur.

35. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan və həmin nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, mübahisəsi edilən hökmünün işin halları na aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

36. Kassasiya şikayətinin məhkumdan ilkin izahat və ifadələrin hədə-qorxu gəlmək yolu ilə əldə edilməsi barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci m addələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmiş dir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarı, № 15, § 25, 24 dekabr 2021-ci il).

37. Milli qanunvericilik və məhkəmə təcrübəsi ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız qeyd edilən qaydada ölkədaxili prosedur daxilində qaldırdıqda mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007-ci il; Rizvanov Azərb aycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il).

38. Təsvir edilənlərə əsaslanmaqla məhkəmə kollegiyası qeyd edir ki, baxılan cinayət işinin materiallarından göründüyü kimi, Məhkum peşəkar müdafiəçi ilə təmin edilmiş, lakin istər özü, istərsə də vəkili vasitəsilə ibtidai istintaq dövründə pis rəftara məruz qalmasına dair şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, hazırda da bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir.

39. Məhkumun məhkəməyədək istintaq dövründə məruz qaldığı təzyiqlərlə bağlı hazırda qaldırdığı iddiaya münasibətdə məhkəmə kollegiyası, Ali Məhkəmənin yuxarıda istinad edilən “Məhkəmə hökmü haqqında” qərarının 26-cı b əndinə əsaslanmaqla qeyd edir ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə təsdiqlənməyən və yalnız ifadənin fiziki və ya psixi zorakılığın təsiri ilə alındığı iddiası özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaratmır. Bu hal müdafiə tərəfini iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad etmir və ittiham tərəfinin üzərinə zorakılığın mövcud olmadığını və sübutun yolverilənliyini sübut etmək vəzifəsi qoyan hal kimi nəzərdən keçirilə bilməz.

40. Məhkəmə kollegiyasının belə mövqeyi Avropa Məhkəməsinin presedent hüququnda da öz təsdiqini tapır: presedentlərə əsasən, pis rəftarla bağlı iddialar müvafiq dəlillərlə dəstəklənməli, dəlilləri qiymətləndirərkən “əsaslı şübhədə n kənar” sübut standartı tətbiq edilməlidir; müvafiq sübutlar kifayət qədər güclü, aydın və uyğun nəticələrin mövcudluğunu, yaxud təkzib olunmayan oxşar fakt prezumpsiyasını birgə əks etdirməlidir (Çerneqa və Başqaları Ukraynaya qarşı, № 74768/10, § 151, 18 iyun 2019-cu il).

41. Kassasiya şikayətində pis rəftarla bağlı qaldırılan iddia ümumi sözlərlə əsaslandırılmış, iddianın həqiqiliyinə dəlalət edən hər hansı sübut və ya onu konkretləşdirən yetərli məlumat təqdim edilməmişdir.

42. Müvafiq olaraq, məhkəmə kollegiyası təsviri verilən xüsusatları, o cümlədən Məhkum baxılan kassasiya şikayətində fiziki və ya psixi zorakılığa məruz qalmasına dair əsaslı şübhə yaradan heç bir dəlil təqdim etmədiyini nəzərə alaraq, ibtidai istintaq dövründə etirafedici ifadəni işgəncə təsiri altında məcbur ol araq verməsi barədə məhkumun iddiasını cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq qaldırılan dəlil kimi qiymətləndirir və bu dəlili əsassız hesab edir.

43. Nəticə etibarilə, kassasiya şikayətində qaldırılan məsələlərə aid apellyasiya instansiyası məhkəməsinin qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

44. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellya siya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

45. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndir ilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

46. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-26/2025 nömrəli, 03 iyul 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Şərifov Samir Cuma oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-26/2025 nömrəli, 03 iyul 2025-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar