Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-241/2019 06.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 241/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "06" mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – fərdi fəaliyyət göstərən vəkil Nəsibov Kamandar Rəfi oğlun un iştirakları ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2018-ci il tarixli qərarından Təqsirləndirilən şəxs müdafiəçisi K.R.Nəsibov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Y.Təqsirləndirilən şəxs) xx xxxxx 1951-ci ildə Bakı şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmayan, Moskva şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-c i maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 74-cü və CPM-nin 40.2, 40.2.3, 43.3-cü maddələrinə əsasən xitam verilməklə, cinayət məsuliyyətindən azad edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ona görə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı 1994-cü il təvəllüdlü X3 Təqsirləndirilən şəxs alınmasına və uşağın anasının yanında qalmasının müəyyən edilməsinə dair qarşılıqlı iddiasının təmin edilməsi barədə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 10 aprel 2000-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 10 aprel 2000-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs iddia tələbi rədd edilmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı 1994-cü il təvəllüdlü X3 Təqsirləndirilən şəxs alınmasına və uşağın anasının yanında qalmasının müəyyən edilməsinə dair qarşılıqlı iddiası təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün həmin rayonun məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinə göndərilmişdir. 24 iyul 2000-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları idarəsinə dəvət olunmuş və ona məhkəməqətnaməsinin mahiyyəti tam izah edilmişdir. Lakin Təqsirləndirilən şəxs qətnaməni icra etməkdən imtina etmişdir. 25 iyul 2000-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən Səbail rayon MN və Mİ şöbəsinə dəvət olunmuş, qətnaməni icra etmək ona bir daha təklif edilmişd ir. Lakin o, qətnaməni icra etməyəcəyini və uşağı anasına verməyəcəyini bildirmişdir. Qərardan Təqsirləndirilən şəxs müdafiəçisi K.R.Nəsibov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının (sədrlik edən hakim Ə.H.Quliyev, hakimlər H.H.Talıbov və R.S.İsgəndərovdan ibarət tərkibdə) 06 iyul 2006-cı il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qeyd olunan qərarından Təqsirləndirilən şəxs müdafiəçisi K.R.Nəsibov və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının (sədrlik edən hakim N.Hüseynov, hakimlər V.Həşimov və M.Ağazadədən ibarət tərkibdə) 10 oktyabr 2006cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının 06 iyul 2006-cı il tarixli qərarı ləğv edilmiş və işə apellyasiya məhkəməsində yenidən baxılması təyin edilmiş, kassasiya şikayətləri təmin edilmişdir. İşə yenidən baxan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının (sədrlik edən hakim A.M.Həsənov, hakimlər R.N.Səfərov və Q.M.Həsənovdan ibarət tərkibdə) 21 dekabr 2006-cı il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 aprel 2006-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qeyd olunan qərarından Təqsirləndirilən şəxs müdafiəçisi K.R.Nəsibov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının (sədrlik edən hakim Z.Hüseynov, hakimlər M.Hüseynov və F.Əliyevdən ibarət tərkibdə) 01 may 2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının 21 dekabr 2006-cı il tarixli qərarı ləğv edilmiş və işə apellyasiya məhkəməsində yenidən baxılması təyin edilmiş, kassasiya şikayəti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim F.A.Qasımiv, hakimlər S. A.Mirzəyev və C.C.Ramazanovdan ibarət tərkibdə) 25 yanvar 2011-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığına görə, o məhkəmə iclasında iştirak edənə kimi cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim F.A.Qasımiv, hakimlər S.A.Mirzəyev və E.Y.Şamayevdən ibarət tərkibdə) 27 iyul 2018-ci il tarixli qərarı ilə cinayət işinin icraatı Təqsirləndirilən şəxs müdafiəçisi K.R.Nəsibovun müraciətləri ilə əlaqədar olaraq təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim F.A.Qasımiv, hakimlər S.A.Mirzəyev və E.Y.Şamayevdən ibarət tərkibdə) 02 avqust 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 24 aprel 2006-cı il tarixli qərarı ləğv edilmiş, cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilmiş, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2018-ci tarixli qərarından Təqsirləndirilən şəxs müdafiəçisi K.R.Nəsibov kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs müdafiəçisi K.R.Nəsibov kassasiya şikayətini onunla əsaslandırmış dır ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 306.1-ci maddəsinin mövcud olması nəticəsinə gəlinməsi Azərbaycan Respublikası CPM-nin 8-36-cı maddələrində təsbit olunmuş cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri barədə müddəalarının, eləcə də həmin Məcəllənin 145-cı (sübutların qiymətləndirilməsi), 146-cı (sübutların kifayət etməsi) maddələrin tələblərinə uyğun deyildir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin tələbinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna isə ittihamın həlli üçün kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinin tələbinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, və ya hakim qanunu və vicdanı rəhbə r tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmçinin Cinayət Prosessual Məcəlləsinin 145.3-cii maddəsinin tələbindən görünür ki, ittihamın sübut olunmasında yaranan şübhələri aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin mövcud olması nəticəsi nə gələrkən, ittihamın sübut olunmasında yaranan şübhələri aradan qaldırılmamış, bütün şübhələr qanunvericiliyin tələblərinə zidd olaraq təqsirləndirilən şəxsin əleyhinə təfsir edilmişdir. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələn varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsir i məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası CPM-nin 21-ci maddəsində də təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (CPM-in 21.1-ci maddəsi). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in müddəalarına uyğun sürətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirlməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyr inə həll olunmalıdır (CPM-in 21.2-ci maddəsi). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (CPM-in 21.3-cü maddəsi). Məzmununa görə, yəni CPM-in bəzi digər normaları, o cümlədən 138.2, 139.04,233.11,351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasmı təmin edir. Göründüyü kimi Konstitusiyada, beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Şikayətdə həm də qeyd olunmuşdur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsini n Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasnı böyük ehtimalla pozmuş olur. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 306.1-ci maddəsinin mövcud olması nəticəsinə gələrkən, onun təqsirsizlik prezumpsiyası pozulmuşdur. Azərbaycan Res publikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzin də mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. CM-nin 3-cü maddəsinə əsasən, göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifı mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM- də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyy ənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik,təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilə. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhk əməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunmasını, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2018-ci il tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri ü zrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası qanunun bu tələblərinə riayət etməklə apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin də dəlillərini nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirləndirildiyi (ibtidai istintaq orqanı tərəfindən) Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi qənaətinə gəlmiş və Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinin tələblərinə əsaslanaraq cinayət işinin icraatına xitam vermişdir. Lakin məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin əsasları məsələlərini tənzimləyən Azərbaycan Respublikası CPM-nin 43-cü maddəsində birmənalı olaraq təsbit ol unmuşdur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır (CM-nin 43.3-cü maddəsi). İş materiallarından isə görünür ki, cinayət təqibinə (cinayət işinin icraatına) 39.1.3-cü maddəsinə əsasən xitam verilməsinə müdafiə tərəfinin razılığını göstərən ərizə və ya hər hansı bir digər sənəd mövcud deyildir. Əksinə, müdafiə tərəfi apellyasiya şikayətində cinayət işinin icraatına bəraətverici əsaslarla (Azərbaycan Respublikası CM-nin 39.1.1 və 39.1.2-ci maddələri əsasında) xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi isə müdafiə tərəfinin bu mövqeyinə heç bir əhəmiyyət verməmiş, apelly asiya şikayətində bunlarla bağlı irəli sürülmüş dəlillərə münasibət bildirməmiş, onlarla razılaşıb-razılaşmadığını, razılaşmırsa bunların səbəbini qərarda göstərməmiş, həmin dəlillərin heç birini qanunda nəzərdə tutulmuş qaydada cavablandırmamış, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə təqsirli olub-olmadığı məsələsini, bununla bağlı bir sıra halları, o cümlədən icra etmədiyinə görə ona ittiham verilmiş qətnamənin qüvvədə qalıb-qalmadığı məsələsini araşdırmamış (müdafiə tərəfi həmin qətnamənin ləğv edildiyini iddia edir və bunu təsdiq edən müvafiq məhkəmə qərarlarını kassasiya instansiya məhkəməsinə təqdim etmişdir – Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 aprel 2010-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2 010-cu il tarixli qərarı), işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu və digər halların (o cümlədən apellyasiya şikayətində göstərilən) müəyyən edilməsi, aydınlaşdırılması üçün müvafiq tədbirləri görməmiş, faktiki olaraq gəldiyi nəticəni heç cür əsaslandırmamışdır. Mübahisəsizdir ki, bu cür çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 28.5, 145.3, 146.1, 331.3, 351.2, 392.3 və 397.2-ci maddələrinin tələblərini, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquq i prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə b ir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 331.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, ekspertin rəyi tədqiq edildikdən sonra məhkəmə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinləməklə cinayət prosesi tərəflərinin vəsatəti əsasında və ya öz təşəbbüsü ilə təkrar və ya əlavə ekspertiza təyin etmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər, məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən “Kuznetsov və d igərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, “...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (Ruis Torixa İspaniyaya qarşı iş üzrə 9 dekabr 19 94-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi nin pozuntusu hesab edilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və qanunun normalarının tələblərinə əsaslanaraq qeyd edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməlidir (Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddsindı göstərilən əsaslarla). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2018-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin. Sədrlik edən: Əli Seyfəliy
Məhkəmə qərarları › İş №1(102)-241/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-241/2019
06.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver