Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2410/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Novruzov X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Məhkum müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyun 2024-cü il tarixli, 1(106)-477/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxx 1952-ci il tarixdə Lerik rayonu, Molalan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, məhkumluğu olmayan, Lerik rayonu, Molalan kəndində qeydiyyatda olmaqla həbs olunanadək orada yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsin də cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 08 iyul 2023-cü ildə, saat 09 radələrində Noda-Şingədulan-Xanagah avtomobil yolunun Lerik rayonunun Şingədulan kəndinin ərazisindən keçən sahəsindən Molalan kəndinə ayrılan yolun başlanğıcında, Molalan kənd yolunun təmirinə kəndin mərkəzindən, həmkəndlisi Zərərçəkmiş şəxs isə Şingədulan kəndinin ərazisindən, yolayrıcından başlanmasını istəməsi və çınqıl yükü ilə gəlmiş Şahid5 idarə etdiyi Kamaz 65112 markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yükünü yolun başlanğıcında boşaltdırması səbəbindən Zərərçəkmiş şəxsla aralarında yaranan mübahisə zəminində sonuncu ilə qarşılıqlı dalaşmış, dalaşma zamanı yerdən götürdüyü daş parçasını təxminən 2-3 metr məsafədən Zərərçəkmiş şə xs ataraq qəsdən başına vurub ona açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ gicgah payın hemorragik əzilməsi ilə nəticələnən və dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir..
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X9 və X2 ibarət məhkəmə tərkibində) 26 fevral 2024-cü il tarixli, 1(099)-257/2024 nömrəli hökmü ilə Məhkum CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, barəsində CM-in 62-ci maddəsinin tətbiq olunması, onun 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək hə bs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 26 fevral 2024-cü ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilməsi, oradan isə Bakı İstintaq Təcridxanasına etap olunması, iş üzrə Zərərçəkmiş şəxs Müseyib oğlu tərəfindən mənəvi ziyanla bağlı verilmiş mülki iddianın qismən təmin edilməsi və vurulmuş mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində pulun təqsirləndirilən şəxs Məhkum alınaraq zərər çəkmiş şəxsə verilməsi, iş üzrə Zərərçəkmiş şəxs Müseyib oğlu tərəfindən maddi ziyanla bağlı verilmiş mülki iddianın bax ılmamış saxlanılması və ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun izah edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir.
4. Birinci instansiya məhkəməsinin həmin hökmündən Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə tərəfindən birgə qaydada, eləcə də məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayətləri verilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət məhkəmə tərkibində) 05 iyun 2024-cü il tarixli, 1(106)477/2024 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin olunmaması, məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 1(099)-257/2024 nömrəli hökmünün həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması, mülki iddianın qaldırılması üçün iddiaçı-Zərərçəkmiş şəxs tərəfindən qabaqcadan dövlət rüsumuna görə ödənilmiş 180 manatın 12 manatı Məhkum tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, qalan 168 manatın iddiaçı-Zərərçəkmiş şəxs aid edilməsi qərara alınmışdır.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyun 2024-cü il tarixli, 1(106)-477/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
7. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, məhkəmələr məhkumun əməlinin hüquqi tövsifində düzgün nəticəyə gəlməmişlər. Əmələ münasibətdə deyil, faktiki nəticəyə münasibətdə əmələ hüquqi qiymət verilmişdir. Bundan əlavə məhkum barəsində cəza təyin edilərkən CM-in 62-ci maddəsi tətbiq edilsə də, ona cəza təyini zamanı CM-in 70-ci maddəsinin müddəalarına nəzər yetirilməməiş, bu səbəbdən də məhkum barəsində həddindən artıq ağır cəza təyin edilmişdir.
8. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apelyasiya Məhkəm əsi tərəfindən Məhkum barəsində çıxarılmış 05 iyun 2024-cü il tarixli, qərarını dəyişdirməklə iş üzrə Məhkum əməlinin CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif olunmaqla barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini və onun məhkəmə iclas zalından həbsdən azad edilməsi, eləcə də mülki iddianın baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına və bir sıra qanunvericilik normalarına istinadlar edilərək aşağı instansiya məhkəmələri tərəfindən məhkum barəsində əsassız olaraq həddindən artıq yüngül cəza təyin edilməsini, eyni zamanda əsassız və qanunsuz olaraq mül ki iddiasının baxılmamış saxlanılması haqqında nəticəyə gəlmişdir.
10. Zərəçəkmiş şəxs kassasiya şikayətində göstərilənləri CPM-in 416.1.2, 416.1.9 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi (dəyişdirilməsi), məhkuma CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza verilməsi və cinayət nəticəsində vurulmuş maddi ziyana görə ümumilikdə 20000 (iyirmi min) manat pulun və 10000 (on min) manat mənəvi ziyanın Məhkum tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.
12. Qərardan kassasiya prot esti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini, eyni zamanda zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini, eyni zamanda məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xah iş etdi.
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözl ə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib- verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkə məsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlinin hüquqi tövsifində yanlışlığa yol verildiyini əsassız olaraq Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyini, eyni zamanda barəsində həddindən artıq ağır cəza təyin edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkumun əməlinin daha yüngül maddəyə tövsif etməklə ona təyin ediləcək cəzanın şərti hesab edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdirş
21. Həmçinin, zərərçəkmiş şəxs kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum barəsində əsassız olaraq həddindən artıq yengel cəza təyin edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, məhkum barəsində daha ağır cəza təyin edilməsi, həmçinin tərəfindən verilmiş mülki iddiasının tam təmin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.9 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında l əğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
22. Odur ki, kollegiya kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 1(106)-477/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq ilkin olaraq məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələb ləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
24. Məhkəmə kollegiyası Məhkum CM-in 126.1-ci maddəsi ilə təqsirli bilindiyi əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
25. Belə ki, Məhkum əməlinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə onun və müdafiəçisi tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.
26. Kollegiya qeyd edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, müdafiə tərəfindən zərərçəkmiş şəxsin həyat və sağlamlığına qarşı qəsdin mövcudluğu ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspert rəyi, müvafiq protokollar, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.
27. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş id diaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
28. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübu tların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.
29. Eyni zamanda, kollegiya müdafiəçinin və zərərçəkmiş şəxsin kassasiya şikayətlərində məhkum barəsində təyin edilmiş cəzanın mübahisələndərilməsinə həsr edilmiş dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
30. Azərbaycan Respublikası CM-in 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
31. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsul iyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
32. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublika sı CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
33. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
34. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqları nın məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
35. Belə ki, Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
36. CPM-in 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalə tsiz olan cəza başa düşülür.
37. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
38. Zərərçəkmiş şəxsin və məhkumun müdafiəçisinin istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda ), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül və ya ağır olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
39. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül və ya ağır hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır.
40. Çünki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
41. Lakin, zərərçəkmiş şəxsin və məhkumun müdafiəçisinin kassasiya şikayətlərində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum münasibətdə birinci instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzanın nə açıq-aydın yüngül olmasına, nə də açıqaydın ağır olmasına dəlalət etmədiyi müəyyən olunur.
42. Məhkəmə kollegiyası belə nəticəyə gələrək xüsusilə onu nəzərə alır ki, birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 126.1-ci maddəsi ilə təyin etdiyi cəza (Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzas) bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül və ya açıq-aydın ağır cəza kimi qiymətləndirilə bilməz.
43. Kollegiya eyni zamanda zərərçəkmiş şəxsin k assasiya şikayətinin dəlilləri qismində tərəfindən verilmiş mülki iddiasının məhkəmələr tərəfindən əsassız və qanunsuz olaraq təmin edilməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, zərərçəkmiş şəxs eyni əsaslarla apellyasiya instansiya məhkəməsinə də müraciət etmiş, məhkəmə cinayət işi materiallarında olan sübutların həmin dəlillərlə qarşılıqlı təhlili və araşdırılması nəticəsində müraciətin təmin edilməməsi qənaətinə gəlmişdir. Hazırda kollegiya apellyasiya instansiya məhkəməsinin həmin nəticəsindən fərqli nəticəyə gəlmək üçün əsaslar müəyyən etmir.
44. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və pros essual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün Məhkum münasibətdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 126.1-ci maddəsi ilə törətdiyi cinayət əməlinin tövsifinə və ona cəza təyininə dair nəticələri ilə razılaşır və hesab edi r ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
46. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən müdafiəçinin, zərərçəkmiş şəxsin nümayəndəsinn və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 1(106)-477/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyun 2 024-cü il tarixli, 1(106)-477/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.