Məhkəmə qərarları › İş №1(102)-2411/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2411/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2411/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 f evral 2024-cü il tarixli 1(107)-54/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X.M.Məmmədov (sədrlik edən və məruzəçi) N.N.Mirzəyev və B.M.Məmmədov) 02 oktyabr 2023-cü il tarixli 1(091)-164/2023 nömrəli hökmü ilə, xx xxxx 1989-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.4 və 234.11-ci maddələri ilə təqsirli bilinib, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-1-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü madd əsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla ona qəti olaraq 6 (altı) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və qəsdən qanunsuz olaraq soyuq silahı əldə edərək saxlamışdır. Belə ki, Məhkum qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 11,481 qram külli miqdarda psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamış, 31 yanvar 2023-cü il tarixdə s aat 17:30 radələrində Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, Füzuli küçəsində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərinə həmin gün Yevlax Rayon Polis Şöbəsində saat 18:30-dan 18:55-dək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə aparılmış şəxsi axtarış nəticəsində Məhkum əynindəki qolsuz qış gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 11,481 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar olunub, qanuna müvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa Məhkum qəsdən qanunsuz olaraq 01 ə dəd soyuq silah hesab olunan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək yaşadığı Yevlax şəhəri, Axundov küçəsi, ev 25 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 03 fevral 2023-cü il tarixdə Yevlax Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 5(039)-20/2023 nömrəli qərarı əsasında video çəkilişdən istifadə edilməklə Məhkum yaşadığı Yevlax şəhəri, Axundov küçəsi, ev 25 ünvanında yerləşən fərdi yaşayış evində axtarış aparılarkən evin birinci mərtəbəsində yerləşən otaqda Məhkum istifadə etdiyi çarpayının yataq dəstinin altından sonuncunun qəsdən qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd soyuq silah hesab olunan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı aşkar olunaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X.H.Səmədov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürov) 29 fevral 2024-cü il tarixli 1(107)-54/2024 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 1(091)-164/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 29 fevral 2024cü il tarixli 1(107)-54/2024 nömrəli qərarını ləğv edərək, barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və ya təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şika yətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz, əsassız, qeyri-obyektiv və qeyri humanistdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinin tələblərini pozaraq, heç bir məhkəmə istintaqı aparmadan, sübutları və şahid ifadələrini hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. Bundan başqa kassator şikayətində ona təyin olunmuş cəzanın ədalətsiz olduğunu bildirir. Kassator şikayətinin sonunda ona Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə verilmiş ittihamın əsassız olduğunu bildirir. Kassator şikayətində qeyd edir ki, yaşadığı evdə aşkar olunmuş 1 ədəd ov bıçağı onun atasına məxsus olmuşdur və atası tərəfindən əldə edilmişdir. Həmin bıçağın onun tərəfindən əldə edilməsi barədə heç bir sübut yoxdur, lakin həmin bıçağı saxlamaq isə həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olmur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı Şəki Apellyasiya Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 1(107)-54/2024 nömrəli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhk əməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmələr heç bir araşdırma aparmadan, sübutları və şahid ifadələrini hərtərəfli araşdırmadan müvafiq olaraq hökm və qərar qəbul etmişlər. Həmçinin kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum Azərbaycan Respublikası C M-in 228.4-cü maddəsi ilə əsassız məhkum olunmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin həmin hissədə dəlillərini əsaslı hesab etmir. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun ibtidai istintaq zamanı verdiyi ifadəsini, şahidlərin ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara nəzər salıb hesab gəlir ki, həmin sübutlarla Məhkum tərəfindən qanunsuz olaraq 11,481 qram miqdarında psixotrop maddə olan metamfetaminin qanunsuz olaraq əldə edilməsi və saxlanması təsdiq olunmuş, həmin sübutların məcmusu onun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli olması barədə yekun və mötəbər nəticəyə verməyə imkan verir. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirini təsd iq edən sübutların əldə olunması və onların məhkəmə iclasında tədqiq edilməsi zamanı qanun pozuntularına yol verilməmiş, həmin sübutların mümkünlüyünə və mötəbərliyinə şübhə gətirən heç bir hal müəyyən edilməmişdir. Lakin məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə əsassız məhkum edilməsi barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq, məhkəmələrin məhkumu həmin maddə ilə təqsirli bilməsini aşağıda göstərilən səbəblərə görə əsaslı hesab etmir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə f aktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsinin dispozisiyasında görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq qaz silahı nı, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə nəzərdə tutulur. Qanunun yuxarıda sadalanan normalarının tələblərinə uyğun olaraq şəxsin Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün onun tərəfindən qəsdən qanunsuz olaraq qaz və ya soyuq silahın əldə edilməsi, satılması və ya gəzdirilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edilməlidir. İstintaq orqanı məhkumun yaşadığı evdə axtarış aparılması zamanı çarpayının yataq dəstəsinin altında soyuq silah olan bıçağın aşkar edilməsi ilə əlaqədar ona qarşı CM-in 228.4-cü maddəsi ilə ittiham irəli sürmüş və həmin cinayət əməlinin məhkum tərəfindən törədilməsini təsdiq etmək üçün məhkəməyə axtarış və götürmə haqqında 03 fevral 2023cü il tarixli protokolu, soyu q silahların məhkəmə ekspertizasının 21 fevral 2023-cü il tarixli rəyi, məhkumun ibtidai istintaq zamanı verdiyi ifadəni və maddi sübut olan bıçağı təqdim etmişdir. Birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları tədqiq edib nəticəyə gəlmişdir ki, həmin sübutlarla Məhkum CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi təsdiq edilmiş və Məhkum barəsində həmin maddə ilə ittiham hökmü çıxarmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hökmü qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi bu nəticəni əsaslı hesab etmir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd ed ilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsi plərin pozulmasına gətirib çıxara bilər. Məhkuma qarşı irəli sürülmüş ittihamdan və məhkəmələrin hökm və qərarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə tövsif edilmiş əməli soyuq silah hesab edilən bıçağın qanunsuz olaraq əldə etməsindən və saxlamasından ibarətdir. Bununla əlaqədar məhkəmə kollegiyası ilk-öncə qeyd edir ki, cinayət işi üzrə sübutlarla məhkumun soyuq silah hesab edilən bıçağı saxlaması təsdiq edilsə də, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhəti soyuq silahın qanunsuz olaraq əldə etməsində, satmasında və ya gəzdirməsində ifadə olunduğundan onun soyuq silahın saxlaması ilə əlaqədar əməli CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Ona görə də, Məhkum qarş ı soyuq silahın saxlanılması ilə əlaqədar Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə ittihamın irəli sürülməsi və onun barəsində ittiham hökmünün çıxarılması CM-in 3-cü maddəsinin tələblərinə zidd olduğundan əsassız və qanunsuzdur. İttihamın və məhkəmələrin hökm və qərarının Məhkum tərəfindən soyuq silah hesab edilən bıçağın əldə edilməsinə aid hissəsi isə işdə olan mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, axtarış və götürmə protokolundan görünür ki, məhkumun anası Bərayət Pənalıyeva göstərmişdir ki, evdə aşkar edilmiş bıçaq ona məxsusdur, gecələr evdə tək qaldığı üçün qorxur və bıçaq yatağın döşəyin altında qoymuşdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş B.Pənalıyeva axtarış zamanı göstərdiyi xüsusatları təsdiq edərək, bıçağın onun istifadəsində u zun müddət olmasını bildirmişdir. Məhkəmə iclasında Məhkum göstərmişdir ki, axtarış zamanı onu yaşadığı evdə aşkar edilmiş bıçaq onun mərhum atasına məxsus olmuşdur. Məhkəmə kollegiyası sübutları təhlil edərək qeyd edir ki, istintaq orqanı və məhkəmələr Məhkum soyuq silah hesab edilən bıçağı qanunsuz olaraq əldə etməsini yalnız onun ibtidai istintaq zamanı verdiyi ifadəsində olan natamam məlumatlara əsasən müəyyən etmişlər. Belə ki, cinayət işi üzrə ibtidai istintaq zamanı 06 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum ifadəsində bildirmişdir ki, “mənim yaşadığım evdə aşkar olunaraq götürülmüş soyuq silah mənə məxsusdur. Həmin bıçaq uzun zamandır ki, mənimdir. Mən həmin bıçağı haradan əldə etdiyimi xatırlamıram.” Həmin ifadə Məhkum tərəfindən soyuq silah he sab edilən bıçağın əldə edilməsini təsdiq edən yeganə sübutdur. İstintaq orqanı və məhkəmələrin Məhkum Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsiri müəyyən edərkən istinad etdiyi digər sübutlar - axtarış və götürmə protokolu, ekspertiza rəyi və maddi sübutun özü Məhkum tərəfindən soyuq silah hesab edilən bıçağın əldə edilməsi faktını müəyyən etmir. Həmin sübutlar yalnız Məhkum tərəfindən soyuq silahın əldə edilməsinin digər mötəbər sübutlarla təsdiq edildiyi halda onun həmin maddə ilə təqsirli olmasında mötəbər sübutlar kimi çıxış edə bilərlər. Göründüyü kimi Məhkum qarşı Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi irəli sürülmüş ittiham yalnız onun ibtidai istintaq zamanı təqsirinin etirafına əsaslanır. Məhkumun həmin etirafından heç cinayətin törədilməsi vaxtı da müəyyən olunmur, bu isə Azərbaycan Respublikası CM-in 75-ci maddəsinin tələblərinə görə məhkuma qarşı həmin maddə ilə ittihamın irəli sürülməsini və onun cinayət məsuliyyətinə cəlb edilməsini mümkünsüz edir. Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr Məhkum Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair nəticəyə gələrək sübutlara düzgün qiymət verməmiş, həmin sübutlar məhkumun Azərbaycan Respublikası C M-in 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət deyil. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum yaşadığı evdən aşkar edilərək götürülmüş soyuq silah hesab edilən bıçağın məhz onun tərəfindən əldə edilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyy ətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cu maddəsinə əsasən şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum kifayət qədər əsaslar olmadan Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə ittiham irəli sürülmüş, işə baxan məhkəmələr də cinayət və cinayət-prosessual qanunların yuxarıda qey d edilən normalarına riayət etməyərək əsassız olaraq onu həmin maddə ilə təqsirli bilib barəsində ittiham hökmü çıxarmışlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliy inin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Azərbaycan Respublikası CPM-in 416.1.6 və 416.1.11-ci maddələrinə görə məhkəmə cinayət tərkibinin əlamətləri olmadan və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq, ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, birinci instansiya məhkəməsinin Məhkum barəsində hökmü onun Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməli və cinayət işinin icraatının bu hissəsinə xitam verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs ha qqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zama nda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Məhkum cəza təyin edərkən onun əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasın ı nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi Məhkum təyin ediləcək cəza həddini müəyyən edərkən Cinayət Məcəlləsinin normasını düzgün tətbiq etməmiş və Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edil ən qərarında məhkəmələrə verilmiş Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərindən irəli gələn tövsiyələrə əməl etməmiş, nəticədə ona şəxsiyyətinə və işin hallarına uyğun olmayan ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilindiyi maddənin sanksiyası həddində daha qısa müddətdə azadlıqdan məhrumetmə cəzası təyin etməklə onun islah olunmasını və cəzanın digər məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası Məhkum dah a aşağı həddə cəza təyin edilməklə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli 1(107)54/2024 nömrəli qərarı dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Beləliklə, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli 1(107)-54/2024 nömrəli qərarı dəyişdirilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 1(091)164/2023 nömrəli hökmü Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsinə dair hissədə ləğv edilməli, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə olan cinayət işinin icraatına təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməli, Məhkum CM-in 234.1-1-ci maddəsi ilə ədalətli cəza təyin edilməlidir. Yuxarıda göstərilənlə rə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.6, 416.1.11, 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli 1(107)-54/2024 nömrəli qərarı dəyişdirilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 1(091)-164/2023 nömrəli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinməsi və ona cəza təyin edilməsinə dair hissədə ləğv edilsin. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinin müddəaları hökm və qərardan xaric edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 1(091)-164/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası 234.1-1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) ilə endirilsin. Qərar qalan hissəsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar