Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2411/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi – X1, Məhkum – Məhkum, Müdafiəçi – Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 1(100)-38/2025 nömrəli (hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və Ələkbərli Roman Nəriman oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1970-ci il tarixdə x şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddə ləri ilə təqsirli bilinərək, ona ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını həbsxanada çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, ona əfv haqqında vəsatət qaldırmaq hüququnun izah edilməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət məhkəmə tərkibində) 14 aprel 2025-ci il tarixli 1(10 4)205/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Məhkum CM-in 120.2.2, 120.2.4 və 120.2.7-ci maddələri ittiham verilmiş, lakin birinci instansiya məhkəməsinin hökmü ilə CM-in 120.2.2-ci maddəsi ittihamdan xaric edilmiş, əməli CM-in 120.2.4 və 120.2.7-ci maddələrinə tövsif edilərək müəyyən edilmişdir ki, Məhkum rəsmi nikah bağlamaqla arvadı olan X5 hadisədən əvvəlki dövrdə ona qarşı əvvəlki kimi rəğbət bəsləməyib soyuqluq göstərməsini arvadının ona xəyanət etməsi kimi qəbul edib, X-in X, yaxud başqa şəx slərlə əlaqəsinin olub-olmamasını aydınlaşdırmaq üçün istifadəsində olan “Xiaomi” markalı mobil telefonda səs yazan tətbiqi aktiv edib evin müxtəlif yerlərində gizlədərək arvadı X-in qonşuluqda yaşayan qaynı X10 evində təmir işləri aparan usta X11 ilə yaxın münasibətdə olmasını ehtimal edib, 19 fevral 2023-cü il tarixdə gecə saat 03:45 radələrində xxx ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evində X-i özünün yatdığı yataq otağına dəvət edərək telefonunda arvadının ona xəyanət etməsi ilə bağlı intim səslər kimi qəbul etdiyi səsyazılarına qulaq asdırdıqdan sonra aralarındakı mübahisə zamanı sonuncunun ona qarşı verdiyi reaksiyanı özünə qarşı hörmətsizlik kimi qəbul edib hiddətlənərək X-i ona xəyanət etməsini özlüyündə qətiləşdirib qəsdən sonuncunu öldürmək qərarına gəlmiş, öz cinayətka r niyyətini reallaşdırmaq məqsədi ilə X-in yastıqla sifət nahiyəsini bağlayıb X-in boğazını bıçaqla kəsib sağlamlığa ağır zərərvurmaya aid edilən boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə əlaqədar vidaçi venanın, yuxu, qırtlaq, udlaq arteriyalarının, İİİ-İV boyun fəqərələri kəsilməsi ilə boyunun kəsilmiş yarası xəsarətləri, həmçinin döş qəfəsinin, sol və sağ əlin barmaqlarının, alt çənənin, kəsilmiş yaraları nəticəsində baş vermiş kəskin qanitirmə ilə ölümünə səbəb olan bədən xəsarətlər yetirməklə mərhum X8 qısqanclıq niyyəti ilə qəsdən öldürmüşdür. Bundan başqa o, cinayətkar qəsdinin davamı olaraq həmin gün saat 09:15 radələrində arvadı ilə yaxın münasibətdə olmasından şübhələndiyi usta X6 öldürmək qəsdini qətiləşdirib mərhum atasından yadigar qalmış qeydiyyatsız, saz vəziyyətdə olan 16 kalibrli, “TOZ-B” modelli, xarici çaxmaqlı, 1956-cı ildə zavod üsulu ilə istehsal edilmiş, K39980-56 nömrəli hamar-yivsiz qoşa lüləli odlu ov tüfəngi hazır atışa hazır vəziyyətə gətirib atası ilə birlikdə qaynı X10 fərdi yaşayış evinə gələrək təmir-tikinti işlərini davam edən, ona məxsus fərdi yaşayış evinin həyətindən su aparmağa gələn zərərçəkmiş şəxs X-dən niyə arvadı ilə münasibətdə olmasını soruşduqdan sonra sonuncunun laqeyd cavab verməsindən qəzəblənib ov tüfəngi ilə X-i qəsdən öldürmək məqsədi ilə ümumilikdə 4 dəfə atəş açmaqla sonuncuya sağlamlığa Ağır zərərvurmaya aid edilən sağ İ-İİ-İİİ-İV-V-Vİ, sol İİİ-İİİ-İV-V-Vİ-Vİİ qabırğaların sınıqları, İX, X, Xİ-Xİİ döş fəqərələrinin sınıqları, daxili üzvlərin-ürək, ağciyərin yaralanmaları ilə müşayiət edilən döş qəfəsinin daxilə keçə n 1 (bir) ədəd və onurğa nahiyəsindən daxilə keçən 1 (bir) ədəd və qoltuq arteriyası və venasının zədələnməsi ilə müşayiət edilən döş qəfəsinin daxilə keçməyən-dəlib keçən 2 (iki) ədəd odlu silah (qırma) yaralanması xəsarətləri yetirmiş, X-ə əzab, işgəncə və aşkar surətdə xüsusi ağrılar yetirdiyini arzulayaraq müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirib əvvəlcədən yaşadığı fərdi yaşayış evindən götürməklə üzərində saxladığı dəstəyinin ön hissəsi qırmızı, orta hissəsi göy, arxa hissəsi isə ağ rəngli, ümumi uzunluğu 265 mm olmaqla bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfatməişət təyinatlı, zavod üsulu ilə istehsal olunmuş, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə ümumilikdə 3 dəfə olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən sol kör pücüküstü, sol körpücükaltı nahiyələrinin daxilə keçən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yara və canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ körpücüküstü nahiyənin daxilə keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirərək döş qəfəsi nahiyəsinin odlu silah (qırma) yaralanmaları ilə əlaqədar daxili üzvlərin (ürək, ağciyər) yaralanmaları və qoltuq arteriyası, venasının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə ilə ölümünə səbəb olan xəsarətlər yetirməklə zərərçəkmiş şəxs X-i qısqanclıq niyyəti ilə qisas almaq məqsədilə xüsusi amansızlıqla qəsdən öldürmüş, beləliklə 2 (iki) şəxsi vahid niyyətlə və xüsusi amansızlıqla həyatdan məhrum etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum eyni məzmunlu kassasiya şikayətləri ilə cinayət əməlini törətdikdən sonra özünün gedib polisə təslim olmasının, iki azyaşlı övladının olmasının, qərəzli mövqeyə görə indiyə kimi onların səslərini belə eşidə bilməməsinin nəzərə alınaraq, barəsində təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının daha yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, cəzasının ağır olduğunu, uzun illər Daxili işlər orqanlarında işlədiyini, İ Qarabağ müharibəsində iştirak etdiyini, 2 azyaşlı övladı olduğunu, törətdiyi cinayəti səmimi etiraf etdiyini, hadisəni arzulamadığını, hadisə olan vaxtdan bu günədək övladlarını görmədiyini, hüquqi varislərlə barışıq üçün dəfələrlə cəhd etdiyini, ittiham aktında 42 № a kta əsasən hadisə törədilən zaman onun sərxoş olmadığı göstərilsə də, hökmdə onun sərxoş olduğunun qeyd olunduğunu, mərhum Allahverdiyevin təhqirlərinə, yoldaşı və ustanın təhqiramiz danışığına dözməyərək hadisəni törətdiyini bildirib, verilmiş kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi3 çıxış edərək, hadisənin qısqanclıq zəminində törədildiyini, məhkumun əməllərində amansızlığı təsdiq edən heç bir hal müəyyən edilmədiyini bildirib, verilmiş kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi X4 çıxış edərək, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittih amının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərində onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağ ırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Lakin kassasiya məhkəmə kollegiyası CPM-in 419.1-ci maddəsinin tələbinə əsasən müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2025-ci il tarixli qərarı dəyişdirilməlidir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düş ülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsi fi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbə sində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Kassasiya məhkəmə kollegiyası fikri davam etdirərək qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, fak tların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayə t-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Kassasiya məhkəmə kollegiyası məhkumun əməlinin hüquqi tövsifi məsələsinə yuxarıda qeyd edilən normaların tələblərinə əsasən qiymətləndirməklə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarından da istinad etməyi məqsədəmüvafiq hesab edir. Həmin qərarda göstərilmişdir ki, “xüsusi amansızlıqla qəsdən adam öldürmə” cinayəti təhlil olunarkən nəzərə alınmalıdır ki, burada söhbət hər hansı istənilən amansızlıqdan deyil, yalnız xüsusi amansızlıqdan gedir. Çünki qəsdən insanı həyatdan məhrum etmə özü-özlüyündə təqsirkarın müəyyən amansızlığını ifadə edir. CM-in 120.2.4cü maddəsinin düzgün tətbiq edilməsi, “xüsusi amansızlıq” anlayışının necə başa düşülməsindən asılı olduğu halda, qanunda bu anlayışın meyarları göstərilməmişdir. Həmin Plenum qərarında izah edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, t əqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi Ali Məhkəmənin Plenumun adı çəkilən qərarında xüsusi amansızlıq anlayışının həm qətlin üsulu ilə, həm də təq sirkarın xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olmasından başqa, həmçinin təqsirkarın qəsdinin istiqaməti də qeyd edilir. Qətlin xüsusi amansızlıqla törədilmiş kimi qiymətləndirilməsi üçün müəyyən edilməlidir ki, zərərçəkmiş şəxsin məhz xüsusi amansızlıqla həyatdan məhrum edilməsi halı təqsirkarın qəsdi ilə əhatə olunmalıdır. Bu zaman qəsdin forması barədə hər hansı göstərişin olmaması ona dəlalət edir ki, bu zaman təqsirkar istər birbaşa, istərsə də dolayı qəsdlə hərəkət edə bilər. Hadisənin təsvirindən aydın olur ki, təqsirləndirilən şəxsin hərəkətləri ölümü dərhal və qısa müddətdə başlatmağa yönəlmişdir. Məhkəmə-psixoloji və məhkəmə-tibbi təcrübəyə görə əgər zərbələr bədənin həyati vacib nahiyələrinə (sinə, qarın, ürəküstü, boyun və s.) yönəlmişsə, bu, ölümün t ez baş verməsinə yönəlmiş birbaşa qəsd sayılır və “işgəncə vermə” niyyətini istisna edir. Xüsusi amansızlıq üçün əvvəlcə əzab vermək, sonra isə öldürmək niyyəti tələb olunur. Göstərilən hadisədə belə ardıcıllıq sübut olunmur. Xüsusi amansızlıq üçün qurbanın uzun müddət əzab çəkməsi tələb olunur. Nəticədə baş vermiş “kəskin qanitirmə” göstərir ki, ölüm qısa müddətdə baş verib. Belə halda qurbanın məqsədli şəkildə uzunmüddətli əzab içində saxlanılması mümkün olmamışdır. Bundan başqa, baxılan iş üzrə zərbələrin və odlu silahdan açılan atəşlərin çoxluğu nəinki xüsusi amansızlıq əlaməti hesab edilmir, hətta əksinə olaraq zərərçəkmiş şəxsi daha tez həyatdan məhrum etməyə yönələn hərəkətlər kimi dəyəndirilməlidir. Belə ki, məhkəmə təcrübəsinə görə, hadisənin dinamikası, emosional vəziyyət, tərəfl ər arasındakı münaqişə, qısa zaman kəsiyində baş verən hərəkətlər və ya qurbanın müqaviməti nəticəsində və ya ölümü tezləşdirmək məqsədi ilə, yəni qurbanı “əzab içində saxlamaq” məqsədi olmadan çoxsaylı zərbələrin endirilməsi xüsusi qəddarlıq yaratmır. Bu hallar sadəcə olaraq adam öldürmənin faktiki icrasının xüsusiyyətlərini əks etdirir və “müstəsna dərəcədə qəddarlıq” səviyyəsinə çatmır. Xüsusi amansızlıq əlamətini məlum qətl cinayətinin subyektiv cəhətini təhlil etmədən aydınlaşdırmaq olmaz. Hər bir halda təqsirkarın təkcə ölümdən ibarət baş vermiş nəticəyə deyil, həm də adamöldürmənin ağırlaşdırıcı halı kimi xüsusi amansızlığa olan psixi münasibətini aydınlaşdırmaq tələb olunur. Qətl cinayətinin subyektiv cəhətini aydınlaşdırmadan əməli xüsusi amansızlıq əlaməti üzrə tövsif etmək səhvl ərə aparıb çıxara bilər. CM-in 120.2.4-cü maddəsinin tətbiqi üçün təkcə faktiki hərəkətlər yox, həm də subyektiv niyyət vacibdir. Belə ki, təqsirləndirilən şəxs qurbanın əzab çəkməsini istəyibarzulamalıdır ki, bu xüsusi amansızlığın əsas elementi hesab olunur. Əgər sübutlar təqsirləndirilənin əzab vermək məqsədi daşımadığını, yalnız ölümə yönəlmiş ani impulsiv hərəkət etdiyini göstərirsə, xüsusi amansızlıq tərkibi yaranmır. Cinayət hüququnda “adi qəddarlıq” və “xüsusi amansızlıq” fərqləndirilir. Adam öldürmə cinayətləri, özlüyündə, müəyyən qəddarlıq ehtiva edir, lakin bu fakt özüözlüyündə xüsusi amansızlıq kimi qəbul edilə bilməz. Xüsusi amansızlıq yalnız cəmiyyətin ən kəskin mənfi reaksiyasına səbəb ola biləcək, standartdan xeyli artıq qəddarlıq göstərildikdə tətbiq olunur. Bu isə əsasən qurbanın yandırılması, boğularaq uzun müddət əzab çəkdirilməsi, bədən hissələrinin məqsədyönlü şəkildə kəsilməsi, işgəncəyə bənzər davranışlar və ölüm prosesinin bilərəkdən uzadılması kimi hərəkətlərdə özünü göstərir. Belə ki, işin faktiki hallarında qurbanın uzun müddət əzab çəkməsinə səbəb olan işgəncə, ölüm prosesinin bilərəkdən uzadılması, qurbanın fiziki-mənəvi iztirabını artırmaq məqsədi öz əksini tapmır. Cinayət hüququnda “xüsusi amansızlıq” subyektiv tərəfdə xüsusi niyyət tələb edir və bu niyyət sübut olunmadıqda maddi tərkib yaranmış sayılmır. Kassasiya məhkəmə kollegiyası baxılan iş üzrə müəyyən edir ki, xüsusi amansızlıq üçün zəruri olan subyektiv element, yəni təqsirləndirilənin qəsdən və xüsusi niyyətlə qurbana iztirab vermək iradəsi ittihamda sübutlarla əsaslandırılmamışdır. İddialarda təqsirləndirilənin “əzab verməyi arzulaması” qeyd olunsa da, belə bir məqsədi təsdiq edən (ifadə, ekspertiza rəyi və digər) əhəmiyyətli sübutlar göstərilmir. İttihamdan görünən faktiki hallar göstərir ki, təqsirləndirilən şəxsin hərəkətləri qurbanın əzab içində saxlanılması və işgəncə verilməsi məqsədinə deyil, dərhal ölümə yönəlib. Məhkumun odlu silahdan atəş açması, lakin zərərçəkmiş şəxsin ölmədiyini gördüyü təqdiqdə bıçaqla xəsarət yetirilməsi qurbanın həyatına son vermək niyyəti ilə həyata keçirilmiş hərəkətlərdir. Belə kontekstdə qurbanın məqsədyönlü şəkildə əzab içində saxlanılması barədə ittihamı təsdiq edən fakt yoxdur. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə y ol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digə r sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit o lunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Odur ki, kassasiya məhkəmə yuxarıda qeyd edilən normaların tələblərindən, həmçinin Ali Məhkəmənin Plenumunun qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, Məhkum əməllərində Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətlərinin olması sübuta yetirilsə də, onun əməlində Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması sübuta yetirilmir. Yuxarıda müəyyən edilmiş hallara ayrı-ayrılıqda və məcmu halda hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, Məhkum törətmiş olduğu əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin zəruri tərkib əlamətləri yoxdur. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tə dbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hall arına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan c əzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və icti mai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Məhkəmə kollegiyası yuxarıda təsvir olunanlarla yanaşı, cəza təyini məsələsi ilə əlaqədar aşağıdakıları da qeyd etməklə diqqəti kassasiya icraatının məqsədlərinə cəlb etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğu n olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası “məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi” kimi, yuxarıda qeyd olunan apellyasiya icraatına aid müddəlardan müəyyən qədər fərqli məzmunda təsbit edilmişdir. Lakin, fərqli məzmunda olmalarına baxmayaraq, kassasiya instansiyası məhkəməsində sözügedən məsələyə baxılarkən də qeyd olunan normalar bir-biri ilə əlaqəli şəkildə nəzərdən keçirilməli və aşağı instansiya məhkəmələri t ərəfindən məsuliyyəti yüngülləşdirən və yaxud ağırlaşdıran halların nəzərə alınması belə cəzanın “açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır cəza kimi qiymətləndirilməsi üçün əsas ola bilər. Çünki, məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyriməqbul hesab edilə və məhz belə olduqda, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinin pozulması, CPM-in 8.0.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının vəzfəsinin lazmınca yerinə yetirilməməsi haqqında mühakimə yürütmək və bunun nəticəsi olaraq (kassasiya müraciətində məhkumun vəziyyətinin pisləşməsi və ya yaxşılaşdırılması barədə məsələ qoyulduqda) apellyasiya instansiyası məhkəməsinin qərarının ləğ v edilməsinə və ya dəyişdirilməsinə bəraət qazandırmaq olar. Kassasiya məhkəməsində məhz belə (fundamental) xarakterli pozuntuların müəyyən edilməsinin apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi nəzərdən keçirilməsi kassasiya icraatının xüsusiyyətlərindən irəli gəlir. Belə ki, CPM-in 407.2, 408.1, 419.11-ci maddələrinə əsasən kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxaraq, ancaq hüquq məsələləri üzrə cinayət, cinayət-prosessual qanunların tətbiqinin düzgünlüyünü yoxlayır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda - fundamental pozuntuları aradan qaldırmaq üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün halların, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (könüllü gəlib təqsiri boynuna alması, himayəsində azyaşlı uşaqlarının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması) və ağırlaşdıran (qəsdən adam öldürmə cinayətini odlu silahdan istifadə edərək törətməsi) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alındığı qeyd edilsə də, məhkuma Azərbaycan Respublikası CM-in 58.3-cü və CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun olmayan, “açıq-aydın” ağır və ədalətsiz cəza təyin edilmişdir. Cinayət işi üzrə toplanm ış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, tədqiq edib Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə alaraq məhkəmə qənaətə gəlir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi təqsirli bilinərək məhkum edilməsinə dair müddəalar qərardan xaric edilməli, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə 20 (iyirmi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, qərar qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 120.2-ci maddəsində göstərilən cinayət əməlləri cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxana da çəkilməsi müəyyən edilə bilər. Məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi cinayətin ağırlığını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, törədilmə üsulunu və kiriminal əməlin nəticələrini nəzərə alaraq, hesab edir ki, Məhkum cəzasının ilk 5 (beş) il müddətini olan hissəsini həbsxanada, qalan 15 (on beş) il müddətinə olan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: M əhkum tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli hökmündən və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2025-ci il tarixli qərarından Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar xaric edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə 20 (iyirmi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum cəzasının ilk 5 (beş) il müddətinə olan hissəsini həbsxanada, qalan 15 (on beş) il müddətinə olan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2025-ci il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2411/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2411/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver