Məhkəmə qərarları › İş №1(102)-2412/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2412/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2412/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum Anatoliyeviçin və onun müdafiəçisi Hacıyeva Günay Hacıgül qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1467/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərarınd an Məhkum və onun müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 16 avqust 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 09 sentyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cin ayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum qanunsuz olaraq 1 ədəd, nömrəsi silinmiş 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olmuş texniki cəhətdən saz və atəşə yararlı yivli AKS-74U modelli Kalaşnikov konstruksiyalı odlu silah avtomatı, 01 ədəd keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olmuş 30 ədəd 5,45x39mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və döyüş sursatı hesab edilən 31 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında 2014-cü ilə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Ka laşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı ştat patronlarını əldə edib, gəzdirərək onları Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən sahibsiz və istifadəyə yararsız yarımçıq tikilmiş fərdi yaşayış evinin otağının döşəməsinin altında gizlədərək saxlamışdır. Bundan başqa, Məhkum digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıması barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən, «Əli» adlı şəxsin «Whatsapp» ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıq zamanı sonuncunun ona bildirdiyi tarixdə və ünvandan ümumi təmiz çəkisi 1106,056 qram (1 kq 106,056 qr) külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək «Əli» adlı şəxsin «Whatsapp» vasitəsi ilə ona bildirəcəyi ünvanlara sonradan çatdırmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivində yerləşən sahibsiz və istifadəyə yararsız yarımçıq tikilmiş, qapısı olmayan evə daşıyaraq orada saxlamış, həmin narkotik vasitəni orada satış məqsədi ilə 1 bükümdə təmiz çəkisi 0,655 qram, 1 bükümdə təmiz çəkisi 0,401 qram və 1 bükümdə təmiz çəkisi 1105.00 qram olan hissələrə bölərək, onlardan ayrı-ayrılıqda təmiz çəkiləri 0,655 qram və 0,401 qram 2 ədəd bükümlərdə narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, təmiz çəkisi 1105.00 qram olan 1 ədəd sellofan bükümündə külli miqdarda narkotik vasitə heroini qeyd olunan sahibsiz fərdi evdə saxlamış, 16 aprel 2022- ci il tarixdə, saat 12:30-da Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsində saxlanılaraq polis bölməsinə gətirilərək inzibati binada video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan safari rəngli şalvarın sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,655 qram və 0,401 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əməliyyataxtarış tədbirlərinin davamı olaraq həmin gün saat 14:20-də onun məlumatına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən sahibsiz və istifadəyə yararsız yarımçıq tikilmiş fərdi yaşayış evinə baxış zamanı girişdən sağ t ərəfdəki otağın döşəməsinin altından bir ədəd sellofan bükümdə təmiz çəkisi 1.105,00 qram külli miqdarda tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd, nömrəsi silinmiş 5,45mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olmuş texniki cəhətdən saz və atəşə yararlı yivli AKS-74U modelli Kalaşnikov konstruksiyalı odlu silah avtomat, 01 ədəd keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olmuş 30 ədəd 5,45X39mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və döyüş sursatı hesab edilən 31 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında 2014-cü ilə istehsal olunmuş 5,45 x 39mm kalibrli ol maqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı ştat patronları aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-257/2023 nömrəli, 15 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhr um etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı Səmədov Orxan Emin oğlu apellyasiya protesti verib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 257/2023 nömrəli, 15 may 2023-cü il tarixli hökmünün təqsirləndirilən şəxsə daha ağır azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.

7. Hökmdən müdafiəçi Hacıyeva Günay Hacıgül qızı apellyasiya şikayəti verib hökmün ləğv edilməsi və təqsirləndirilən şəxs Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

8. Hökmündən təqsirləndirilən şəx s Məhkum özü də apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən eyni Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmiş, daha sonra apellyasiya şikayətinə əlavə verib, hökmün ləğv edilməsi və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1467/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-257/2023 nömrəli, 15 may 2023-cü il tarixli hökmü apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və onun müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı tərə findən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

11. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir. Müdafiəçi onları təkrarlamaqla qeyd etmişdir ki, ibtidai araşdırma zamanı bir çox maddi və prosessual pozuntulara yol verilmişdir. Lakin məhkəmələr bu pozuntulara hüquqi qiymət vermədən məhkum barəsində ağır maddə ilə ittiham hökmü çıxarmışlar. O, şübhəli şəxs qismində saxlanılarkən müdafiə hüququ və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Cinayət işi materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, “hadisə yerinə baxış və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, bu istintaq hərəkətləri müdafiəçinin iştirakı o lmadan keçirilmişdir. Məhkum latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb oxuya bilmir. Buna görə də o, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxs hesab olunur. İbtidai araşdırma zamanı onunla bağlı aparılan bütün prosessual hərəkətlərdə müdafiəçinin iştirakı məcburi şərt olsa da, müdafiəçinin iştirakı təmin edilməmiş, məhkumun buna dair ərizələri qəbul edilmişdir. Həmçinin Məhkum üzərinə şəxsi axtarış dərhal deyil, faktiki olaraq saxlanıldıqdan 1 saat 5 dəqiqə sonra keçirilmişdir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr Məhkum xeyrinə həll olunmalıdır. Kassasiya şikayətində müdafiəçi çoxsaylı maddi və prosessual cinayət-hüquqi normalara, Azərbaycan Respublikasının Konstitusiya və Ali Məhkəmələrinin Plenumlarının qərarlarına, “İns an hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyasına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) qərarlarına istinad edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1467/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə cinayət işi üzrə hər hansı bir araşdırma aparmadan, heç bir vəsatətini təmin etmədən barəsində ağır hökm çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1467/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahi ş etmişdir.

13. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən ma ddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azı ndan həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Məhkum və müdafiəçisi kassasiya şikayətlərində Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi iddia etməklə, kassasiya xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər.

19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1467/202 3 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

20. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

21. Həmin tövsiyəyə əsaslana raq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

22. Bu baxımdan məhkəmə kollegiyası nəzərə alır ki, kassasiya müraciətlərində istinad edilən dəlillər kassastorların əvvəllər apellyasiya instansiyası məhkəməsi qarşında qaldırd ıqları ilə eynilik təşkil edir, bu dəlillərə hər iki aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə aktlarında artıq ətraflı cavablandırma verilmişdir.

23. Kassasiya müraciətlərinin müəllifləri apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələrin əksini təsdiqləyən hər hansı yeni və diqqətəlayiq amilə istinad etmirlər, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmırlar.

24. Baxılan kassasiya müraciətlərində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsi işin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya müraciətlərində göstərilənlər isə yekun nəticəni təkzib etmədiyindən, eyni zamanda mübahisəsi edilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq və fərqli nəticəyə gəlmək üçün əsas görmür.

25. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya müraciətlərində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

26. Kassasiya şikayətinin ibtidai istintaqın ilkin mərhələlərində yol verilmiş prosessual pozuntuların Məhkum bəraət verilməsinə əsas yaratdığına dair dəlilləri ilə bağlı məhkəmə ko llegiyası əlavə olaraq Avropa Məhkəməsinin formalaşmış presedent hüququna istinad etməyi zəruri hesab edir.

27. Belə ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinin ədalətlilik tələbinə uyğun olub-olmadığı müəyyən edilərkən, hər hansı hal və yaxud hadisə ayrı-ayrılıqda əsas götürülməməli, məhkəmə prosesinin ümumilikdə ədalətli olub-olmamasının nəzərdən keçirilməsi zəruridir (məsələn, Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il). İstinad edilən işdə şikayətçinin ibtidai istintaq dövründə müdafiəçidən imtina etməsi vəkilin iştirakı olmadan qəbul edilmiş, daha sonra bu halın pozuntu olduğu birinci instansiya məhkəməsinin qərarı ilə təsdiq edilmiş və cinayət işi Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Buna baxmayaraq, müdafiəçidən imtina etdiyindən sonra şikayətçi və digər məhkum arasında aparılmış üzləşmədə əldə edilmiş sübut (ona qarşı verilmiş ifadə) cinayət işinə mahiyyəti üzrə baxılan dövrdə ittihamın təsdiq edilməsi üçün istifadə edilmişdir. Bununla belə, Avropa Məhkəməsi işin bütün hallarını nəzərdən keçirməklə belə nəticəyə gəlmişdir ki, şikayətçinin məhkum edilməsi təkcə pozuntu ilə əldə edilmiş sübutla əsaslanmadığından, onun cinayət əməlinin törədilməsində təqsirliliyi iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən ekspertiza rəyləri, ittihamın əsaslığına dəlalət edən şahid ifadələri və s. ilə təsdiqləndikdən, şikayətdə qaldırılmış məsələ pozuntu hesab edilməməlidir (Fariz Əhmədov, §§ 59-63).

28. Kassasiya şikayətləri ilə hazırda mübahisələsi edilən qərardan da göründüyü kimi, bu qərarını qəbul edən apellyasiya instansiyası məhkəməsi Məhkum ittiham edildiyi Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirliliyini cinayət işi üzrə toplanmış sübutların məcmusu üzərində müəyyən etmiş, həmin qərar qanuni və əsaslıdır.

29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum və onun müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1467/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1467/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar