Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2413/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İsgəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli hök mü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Hacıyeva Sülhanə Sərdar qızı) Məhkum, xx xxxxxx 1983-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, himayəsində dörd azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2004-cü il tarixli hökmü ilə CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bili nərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2005-ci il tarixli hökmü ilə CM-nin 127.2.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 sentyabr 2006-ci il tarixdə Bakı şəhəri Nərimanov Məhkəməsinin 23 avqust 2006-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 02 (iki) ay 01 (bir) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 0 6 fevral 2008-ci il tarixli hökmü ilə CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 67.5-ci maddəsinə əsasən 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2011-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 (bir) il 22 (iyirmi iki) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2014-cü il tarixli hökmü ilə CM-nin 221.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.5-ci maddəsinə əsasən qəti olaraq 01 (bir) il 01 (bir) ay 02 (iki) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi sə kkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.5-ci maddəsinə əsasən qəti olaraq 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qərarı ilə onun üzərində qəti olaraq 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 21 dekabr 2021-ci il tarixdə barəsində “8 Noyabr - Zəfə r Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə, azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşamış CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddəti CM-nin 67.5-ci maddəsinə əsasən h azırki hökmlə təyin edilmiş 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüquqndan məhrum edilməklə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum anbara qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs xeyli miqdarda yəni, ümumilikdə 24.686 (iyirmi dörd min altı yüz süəksən altı) manat ziyan vurmaqla oğurluq etmişdir.. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 15 may 2022-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanda yerləşən fəaliyyəti dayandırılmış “Bərpa Tibb Mərkəzinin” inzibati binanının qarşısına gəldikdən sonra, hasarı aşmaqla müəssisənin həyətyanı sahəsinə daxil olub, həyətyanı sahədə yerləşən anbarın giriş qapısı üzərindəki 02 ədəd asma qıfılı özündə olan avtomobil açarından istifadə etməklə sındırıb, anbara qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 75 manat olan 04 ədəd “Doblo” markalı avtomobilə aid kəmər dartıcını, hər birinin dəyəri 20 manat olan 14 ədəd “İsuzu” markalı avtomobilə aid karter ara qatını, hər birinin dəyəri 125 manat olan 04 ədəd “Doblo” markalı avtomobilə aid mator kəmər dəstini, hər birinin dəyəri 32 manat olan 35 ədəd “İsuzu” markalı avtomobilə aid kardan xaçını, hər birinin dəyəri 15 manat olan 06 ədəd “İsuzu” markalı avtomobilə aid qapı dəstəyini, hər birinin dəyəri 31 manat olan 16 ədəd “İsuzu” markalı avtomobilə aid kompressor borusunu, hər birinin dəyəri 65 manat olan 02 ədəd “Mitsubishi” markalı avtomobilə aid starter sarğısını, hər birinin dəyəri 95 manat olan 06 ədəd “İsuzu” markalı avtomobilə aid ön işığı, hər birinin dəyəri 185 manat olan 02 ədəd “Mitsubishi” markalı avtomobilə aid vıjimnoy dəsti, hər birinin dəyəri 123 manat olan 02 ədəd “Otokar” markalı avtomobilə aid mufta silindirini, hər birinin dəyəri 25 manat olan 05 ədəd “İsuzu” markalı avtomobilə aid termostatı, hər birinin dəyəri 75 manat olan 02 ədəd “Doblo” markalı avtomobilə aid ön termostatı, 220 manat dəyərində 01 ədəd “İsuzu” markalı avtomobilə aid yağ nasosunu, hər birinin dəyəri 180 manat olan 05 ədəd “İsuzu” markalı avtomobilə aid əyləc dayaq diskini, hər birinin dəyəri 25 manat olan 04 ədəd “Doblo” mark alı avtomobilə aid dartıcını (tyaqa), hər birinin dəyəri 20 manat olan 69 ədəd “İsuzu” markalı avtomobilə aid başlığı (nakoneçnik), hər birinin dəyəri 20 manat olan 02 ədəd “Doblo markalı avtomobilə aid oynaqlığı (şaravoyu), hər birinin dəyəri 20 manat olan 06 ədəd “Doblo markalı avtomobilə aid stabilizator dayağını, hər birinin dəyəri 260 manat olan 03 ədəd “Doblo markalı avtomobilə aid yeni model ön işığı (fara), hər birinin dəyəri 320 manat olan 08 ədəd “İsuzu” markalı avtomobilə aid starteri, hər birinin dəyəri 290 manat olan 02 ədəd “Doblo” markalı avtomobilə aid starteri, hər birinin dəyəri 450 manat olan 08 ədəd “İsuzu” markalı avtomobilə aid dinamonu, hər birinin dəyəri 350 manat olan 03 ədəd “Doblo” markalı avtomobilə aid dinamonu, hər birinin dəyəri 50 manat olan 44 ədəd “İsuzu ” markalı avtomobilə aid sıxıcını (vijimnoy), hər birinin dəyəri 60 manat olan 10 ədəd “Doblo” markalı avtomobilə aid qranatı, hər birinin dəyəri 65 manat olan 08 ədəd “Doblo” markalı avtomobilə aid arxa əyləc bəndini (nakladka), hər birinin dəyəri 195 manat olan 04 ədəd “İsuzu” markalı avtomobilə aid qızdırıcı matorunu, hər birinin dəyəri 45 manat olan 03 ədəd “Doblo” markalı avtomobilə aid qabaq əyləc bəndini (nakladka), hər birinin dəyəri 65 manat olan 03 ədəd “İsuzu” markalı avtomobilə aid starter yarokunu, hər birinin dəyəri 25 manat olan 02 ədəd “İsuzu” markalı avtomobilə aid yanacaq çənin qapağını, hər birinin dəyəri 55 manat olan 09 ədəd “İsuzu” markalı avtomobilə aid stubiça yatağını, hər birinin dəyəri 65 manat olan 04 ədəd “Tofaş” markalı avtomobilə aid variatoru, hər birinin də yəri 55 manat olan 03 ədəd “İsuzu” markalı avtomobilə aid podkaçkanı, hər birinin dəyəri 8 manat olan 74 ədəd “İsuzu” markalı avtomobilə aid stubitça kipgəcini, hər birinin dəyəri 32 manat olan 05 ədəd “İsuzu” markalı avtomobilə aid stop işıqlarını (fara), hər birinin dəyəri 45 manat olan 05 ədəd “İsuzu” markalı avtomobilə aid dönmə işıqlarını (fara), hər birinin dəyəri 75 manat olan 11 ədəd “İsuzu” markalı avtomobilə aid su nasosunu, hər birinin dəyəri 75 manat olan 03 ədəd “Doblo” markalı avtomobilə aid stop işıqlarını (fara), hər birinin dəyəri 85 manat olan 09 ədəd “İsuzu” markalı avtomobilə aid şkvornunu, 85 manat dəyərində 01 ədəd “Doblo” markalı avtomobilə aid mator yastığını, hər birinin dəyəri 15 manat olan 02 ədəd “İsuzu” markalı avtomobilə aid siqnal qurğusunu, hər birinin dəyər i 55 manat olan 04 ədəd “Otokar” markalı avtomobilə aid bendiksi və hər birinin dəyəri 1,50 manat olan 258 ədəd “Mitsubishi” markalı avtomobilə aid resor futulkasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs xeyli miqdarda yəni, ümumilikdə 24.686 (iyirmi dörd min altı yüz süəksən altı) manat ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseyn Cavid Vaqif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 02 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində olan cinayət işi düzgün araşdırılmamış, məhkəmələr tərəfindən ona cəza təyin edilməsi məsələsi həll edilərkən qanunvericiliyin tələblərinə əməl olunmamış, onun zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsi və sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmaması, himayəsində 4 azyaşlı uşağının və ağır şəkər xəstəsi olan anasının olması, barəsində “8 Noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarını tətbiq e dilməsi nəzərə alınmamış və cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Şərh edilən dəlillərlə əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında digər proses iştirakçıları ilə yanaşı, həmçinin Zərərçəkmiş şəxs da qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmasına baxmayaraq, sonuncu naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində ona cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək barəsində ədalətli qərarın qəbul edilməsi haqqında tələb irəli sürür, bu tələbini isə CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirir. CPM-nin 4 16.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələ ləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yax ud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə isə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsasl ardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Əvvəla, kassasiya şikayətinin məzmunundan görünür ki, Məhkum onun barəsindəki cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübahisələndirmir və apellyasiya instansiyası məhkəməsi tərəfindən ona cəza təyini ilə bağlı qeyri-humanist və ədalətsiz qərarın qəbul olunmasını iddia edir. Bununla belə, kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq kassasiya şikayəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, ilk növbədə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında tam, h ərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum, Zərərçəkmiş şəxs və Şahid ifadələrinə, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 iyul 2022-ci il tarixli 9/5104 saylı rəyinə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollara, maddi sübutlara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsinin tam sübuta yetirilməsi və onun həmin əməlinin CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razıla şmışdır. Məhkəmə kollegiyası qeyd olunan məsələlərlə bağlı məhkəmələrin gəldikləri nəticələri qanuni hesab edir və bu nəticələrin şübhə altına alınması üçün heç bir əsas görmür. Məhkum barəsində cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan ona ağır cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, hər bir cəza törədilmiş cinayətin və ya cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə işin digər hallarına uyğun olmalı və bu məsələdə məhkəmələrin üzərinə düzgün seçim edərək qanuni və ədalətli cəzanın təyin edilməsi vəzifəsi qoyulur. Belə tələb qanunvericiliyin aşağıdakı müddəlarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun hüq uqi möqeyindən və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumiyyətlə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlər nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, digər tərəfdən isə hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşun u cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41. 1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-c ü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsində isə müəyyən edilmişdir ki, Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-nin 61.2-ci maddəsində tələb olunur ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngüllə şdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ic lasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın.Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53. 4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli Qərarınd a qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əs asən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tət biq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti v ardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsi rkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası yuxarıda təsvir edilən cinayət qanunu normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarındakı izah və tövsiyələrdən çıxış edərək kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən edilmiş aşağıdakı hallara müraciət etməyi zəruri sayır. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum təqsirli bilindiyi CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, CM 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşmanlıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi, CM-nin 61.1.1-ci maddəsinə əsasən isə cəzanı ağırlaşdıran hal kimi onun əməlində cinayətlərin xüsusi residivinin müəyyən edilməsini nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyin etmənin ümumi prinsiplərini, şərtlərini və qaydalarını, həm də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habel ə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eyni zamanda CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alan birinci instansiya məhkəməsi tamamilə qanuni və əsaslı olaraq Məhkum təqsirli bilindiyi CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş, xüsusi təhlükəli residivə görə mümkün olan ən aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq bilmiş və apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq həmin məhkəmənin bu nəticəsi ilə razılaşmışdır. İş materiallarından və həmin işə əlavə edilmiş tələbnamədən görünür ki, Məhkum əvvəllər də dəfələrlə az ağır cinayətlər törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və onun sonuncu məhkumluğu ödənilmədən, o, yenidən az ağır cinayət törətmişdir. Belə ki, o, əvvəllər Bakı şəh əri Xətai Rayon Məhkəməsinin 25 may 2004-cü il tarixli hökmü ilə CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2005-ci il tarixli hökmü ilə CM-nin 127.2.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 sentyabr 2006-ci il tarixdə Bakı şəhəri Nərimanov Məhkəməsinin 23 avqust 2006-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 02 (iki) ay 01 (bir) gü n müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 fevral 2008-ci il tarixli hökmü ilə CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 67.5-ci maddəsinə əsasən 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2011-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 (bir) il 22 (iyirmi iki) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2014-cü il tarixli hökmü ilə CM-nin 221.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.5-ci maddəsinə əsasən qəti olaraq 01 (bir) il 01 (bir) ay 02 (iki) gün müddət ə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.5-ci maddəsinə əsasən qəti olaraq 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qərarı ilə onun üzərində qəti olaraq 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 21 dekabr 2021-ci il tarixdə barəsində “8 Noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə, azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, onun məhkumluğu isə qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ödənilməmişdir. CM-nin 18.3.1-ci maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi xüsusi təhlükəli hesab olunur. CM-nin 83.1-ci maddəsinin ikinci cümləsinə əsasən cinayətlərin residiv i zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmçinin CM-nin 83.4-cü maddəsində təsbit edilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. CM-nin 65.2-ci maddəsində müəyyən edilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməməsini nəzərdə tutur. Yalnız CM-nin 65.3-cü maddəsində göstərilən əsaslar, yəni CM-nin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, qanunverici residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəzanın CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunmasına imkan verir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum təqsirli bilindiyi CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə müvafiq cəzanın təyin edilməsinin müzakirəsi zamanı CM-nin 65.2-ci maddəsinə əsaslanmalarında hər hansı pozuntuya yol vermələrini müəyyən etmir və qeyd edir ki, həmin məhk əmələr düzgün olaraq məhkumun haqqında CM-nin 65.3-cü maddəsinin tətbiq edilməsini mümkün bilməmişlər. Çünki, CM-nin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə görə isə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət i sə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsir ini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirk arın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Məhkəmə iclaslarında araşdırılmış sübutlarla Məhkum törətdiyi cinayətin və onun özünün ictimai təhlükəliliyini azaldan heç bir hal müəyyən edilmədiyindən birinci və apellyasiya instansiya məhkəmələri haqlı olaraq onun barəsində CM-nin 62-ci, nəticə etibarı isə CM-nin 65.3-cü maddəsinin tətbiq edilməsi üçün əsaslar görməmiş, məhkəmə kollegiyası da həmin məhkəmələrin bu nəticəsi ilə razılaşır. Məhkumun kassasiya şikayətində onun himayəsində dörd azyaşlı uşaqlarının olması ilə bağlı dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi Məhkum himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, apellyasiya baxışı zamanı isə onun himayəsində dörd azyaşlı uşağının olması müəyyən edilsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu hala görə onun barəsində CM-nin 62-ci m addəsinin tətbiqi üçün əsaslar görməmişdir, çünki ona təyin edilmiş cəzanın müddəti CM-nin 65.2-ci maddəsi ilə müəyyən olunmuş cəzanın ən aşağı həddindən çox olmamışdır. İş materiallarından da göründüyü kimi, Məhkum əməlində cinayətlərin xüsusilə təhlükəli residivi mövcuddur. Məhkum isə hazırkı iş üzrə təqsirli bilindiyi CM-177.2.3 və 177.2.4-cü maddələri sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, həmin cəzanın da dörddə üç hissəsi 3 (üç) il 9 (doqquz) ay təşkil edir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, kasssiya icraatı zamanı məhkuma təyin olunmuş cəzanın yüngülləşdirilməsi haqda kassasiya tələbi o halda nəzərdən keçirilə bilər ki, əvvəla qanunvericiliyin müəyyən etdiyi hədlər buna imkan vermiş olsun və eyni zaman da birinci və ya apellyasiya instansiyası məhkəməsi məhkumun barəsində cəza tədbiri seçilməsini məsələsini həll edərkən müvafiq sübutlarla təsdiq olunan hər hansı cəzanı yüngülləşdirən halı nəzərə almasınlar, yaxud da CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmamış halı cəzanı ağırlaşdıran hal kimi qiymətləndirsinlər. Hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından məhkəmələrin bu kimi nöqsanlara yol vermələri görünmür. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini qeyd edərək kassasiya şikayətinin təmin olunması haqda Məhkum və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək yuxarıda göstərilənlərə əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməklə Məhkum CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2413/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2413/2023
12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver