Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2416/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli hök mü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Tağıyev Zaur Müzəffər oğlu) Məhkum, 28 sentyabr 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 31 oktyabr 2006-cı il tarixli hökmü ilə CM-nin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə və şərti maliyyə vahidinin 200 (iki yüz) misli miqdarında cərimə cəzalarına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmlara dair məhkəmə kollegiyasının 12 yanvar 2007-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) ilədək endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 (beş) ay müddətindən hissəsindən şərti olara q vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 dekabr 2021-ci il tarixdədə Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, həmin Qərarın 36-cı hissəsinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasın ı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 93.1.2-ci maddəsinin tələbinə uyğun olaraq ona narkomaniyadan məcburi müalicənin təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,278 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsinə daşıyaraq üzərində saxlamışdı r. 26 sentyabr 2022-ci il tarixdə, saat 15:30 radələrində Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq 1-ci PŞ-nə dəvət olunmuş və həmin gün saat 16:35 radələrində Şöbənin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Məhkum üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli idman şalvarının sağ cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,278 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Əyyubov Fərid İlham oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə) 15 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilərək hökmlə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il 6 (altı) ayadək artırılaraq onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cinayət işinin həmin məhkəmədə yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 29 dekabr 2021-ci il tarixdə o, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4 və 36-cı bəndlərinə əsasən cəzadan azad edilmiş, lakin Müalicə Müəssisəsinin ziddiyyətli məktubu əsasında barəsindəki hökmdən verilmiş apellyasiya protesti təmin olunaraq cəzası ağırlaşdırılmışdır. Həmçinin o bildirmişdir ki, barəsində olan cinayət işi tam araşdırılmadan onun əməlinə hüquqi qiymət verilmişdir. Odur ki, məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunmasına dair tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıl arı qeyd edir. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlah iyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kolegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hiss əsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüq uq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə əməl olunubolunmaması ilə bağlı bir sıra qərarlarında qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, həmin sübutlar qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunver iciliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin, cinayətprosessual qanunvericiliyinin tələblərindən, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqelərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apell yasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən həm bu əmələ, həm də təqsirkar barəsində cəza tədbirinin seçilməsi məsələsinin həlli ilə bağlı maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini, habelə iş üzrə ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında cinayət təqibinin və cinayət mühakimə icraatının prinsiplərinə, şərtlərinə və qaydalarına əməl olunub-olunmamasını yoxlamaq vəzifəsi düşür. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutların obyektiv araşdırılmasını təmin etdiyindən, hökmdən verilmiş apellyasiya protestində isə bununla bağlı tələb irəli sürülməd iyindən apellyasiya instansiyası məhkəməsində təkrar araşdırmaya ehtiyac olmamış və məhkəmə tərəfindən məhkumun haqqında cəza tədbirinin seçilməsinə dair məsələlər üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-ediləməməsinin yoxlanılması kifayət etmişdir. Kassasiya şikayətinin də məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər sonuncu tərəfindən mübahisələndirilməmişdir. Məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarında (birinci instansiya məhkəməsinin hökmündə və Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi ilə bağlı həmin məhkəmənin nəticələri ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin q ərarında) həmin sübutlar əraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvirinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq qeyd edir ki, Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi yekun qərarların əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və ibtidai araşdırma orqanı kimi, sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş məhz bu sübutlara əsasən Məhkum əməlinə maddi hüquq normalarını tətbiq edən aşağı instansiya məhkəmələri onun törətdiyi həmin əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişlər. Məhkum barəsində seçilmiş cəza tədbirinin işin hallarına uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək azadlığın məhdudlaşdırıması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-nin 8.05-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ict imai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdiklə ri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Aazərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tə tbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yü ngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şə xsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzaslarında məhkəmələrə izah edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xar akterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 25-ci bəndində məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaları tövsiyə edilmişdir. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmi ş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il Vahid Konvensiyası, “Psixotrop maddələr haqqında” 1971-ci il və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakt erli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstə rilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən məhkuma CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş cəzanı ağırlaşdırarkən hesab etmişdir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini nəzərə almamış, Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmədiyindən və onun əməlində cinayətlərin residivi yarandığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını n aşağı həddində cəza təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 dekabr 2021-ci il tarixdədə Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, həmin Qərarın 36-cı hissəsinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti n İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin müvafiq məktubunda qeyd edilmişdir ki, Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmünə əsasən məhkum edilmiş Məhkum həmin hökm üzrə cəza müddəti barəsində narkomaniyadan məcburi müalicə kursunun tamamlanması üçün tələb olunan 6 ay müddətdən az olduğu üçün, o, 30 aprel 2022-ci il tarixdə cəza müddətinin sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “8 Noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 7-ci hissəsinə əsasən, həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Həmçinin həmin Qərarın 36-cı hissəsindən görünür ki, amnistiyanın tətbiqi, yəni şəxslərin cəzadan azad edilməsi məsələsi müalicə başa çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən müalicəsini qurtarmasının təsdiqi üçün əsas - tibbi rəy, məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə təyin etdiyi şəxslər barəsində isə belə əsas məcburi müalicənin ləğvi və ya məcburi müalicə təyin edilmiş şəxs məcburi müalicədən vaxtından əvvəl azad edilməsi barədə məhkəmənin qərarıdır). Göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilməmiş və o, amnistiyanın tətbiqi ilə əlaqədar deyil, 30 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Belə olan halda Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2021ci il tarixli hökmü il ə müəyyən edilmiş məhkumluğu ödənilməmiş və onun əməlində cinayətin residivi yaranmışdır. CM-nin 83.1-ci maddəsinin ikinci cümləsinə əsasən cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmçinin CM-nin 83.4-cü maddəsində təsbit edilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. CM- nin 18.1-ci maddəsinin tələbindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsində müəyyən edilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməməsini nəzərdə tutur. Yalnız CM-nin 65.3-cü maddəsində göstərilən əsaslar, yəni CM-nin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, qanunverici residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəzanın CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alı nmadan təyin olunmasına imkan verir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi ilə müvafiq cəzanın təyin edilməsinin müzakirəsi zamanı CM-nin 65.2-ci maddəsinə əsaslanmasında hər hansı pozuntuya yol verməsini müəyyən etmir və qeyd edir ki, həmin məhkəmə düzgün olaraq məhkumun haqqında CM-nin 65.3cü maddəsinin, nəticə etibarı ilə isə CM-nin 62-ci maddəsinin tətbiq edilməsini mümkün bilməmişdir. Çünki, CM-nin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin i ştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə görə isə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhl ükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli g əlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil o lunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstə sna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Məhkəmə iclaslarında araşdırılmış sübutlarla Məhkum törətdiyi cinayətin və onun özünün ictimai təhlükəliliyini azaldan heç bir hal müəyyən edilmədiyindən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onun barəsində yuxarıda göstərilən maddi hüquq normalarının tətbiq edilməsi üçün əsaslar görməmiş, məhkəmə kollegiyası da həmin məhkəmələrin bu nəticəsi ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Məhkum əməlində cinayətlərin residivi olmasını CM-nin 61.1.1-c i maddəsinə əsasən sonuncunun cəzasını ağırlaşdıran hal kimi nəzərə almaqla ona hökmlə CM-nin 234.1-ci maddəsi ilə təyin olmuş azadlıqdan məhrum etmə cəzasının müddətini artırmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu barədə nəticəsini düzgün sayır və qeyd edir ki, həmin məhkəmə tərəfindən cəza təyini ilə bağlı məsələnin həlli zamanı hər hansı halın nəzərə alınmaması, bununla da CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsi, kassasiya şikayətinə məhkəmə baxışı zamanı isə Məhkum təyin olunmuş cəzanın növünə və həddinə təsir göstərə biləcək yeni hallar iş materialları ilə müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsini n qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutumuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum, həmin şikayətin təmin edlməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2416/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2416/2023
12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver