Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2416/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və onun müdafiəçisi Nağıyev İqbal Adil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-62/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi N ağıyev İqbal Adil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı X3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx 1986-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyəm, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 10 iyul 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 11 yanvar 2021-ci il tarixdə səhər saatlarında sonuncu tərəfindən Masallı rayonu ərazisində gizlədilmiş külli miqdarda 2.373,417 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 0,423 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində və idarə etdiyi “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayaraq daşımış, 11 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsi ndə saat 17 radələrində o, ünvan 2 ünvanında saxlanılaraq ünvan 3ən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin inzibati binasına gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən külli miqdarda 3 (üç) bükümdə ayrı-ayrılıqda 9,630 qram, 1,005 qram, 1,230 qram, ümumi təmiz çəkisi 11,865 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə kustar üsulla hazırlanmış eyni tərkibli metamfetamin, 1 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,423 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində psixotrop maddə metamfetamenin izləri olan elektron tərəzi aşkar edilərək götürüldükdən sonra, həmin gün saat, 18:45-də “Op el Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı avtomobilin yük yerindən külli miqdarda 6 ədəd torbada ayrı-ayrılıqda təmiz çəkiləri 495 qram, 495 qram, 500 qram, 490 qram, 196,730 qram, 184,822 qram, ümumi təmiz çəkisi 2.361,552 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. 3. 26 iyul 2021-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1424/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234. 4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müssəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 yanvar 2021-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2.361,552 qram psixotrop maddə metamfetamin, 0,403 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi, həmçinin maddi sübut olmayan 1 ədəd turist bıçağının məhv edilməsi hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmünd ən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Nağıyev İqbal Adil oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, təqsirləndirilən şəxsə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-196/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1424/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Nağıyev İqbal Adil oğlu kassasiya şikayəti verib, qərarın ləğv edilməsi, bəraətverici əsaslarla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublik ası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)1068/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-196/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-62/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1424/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, onun həmin maddə ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 11 yanvar 2021-ci il tarixdən həbsdə saxlanılmasının nəzərə alınması və təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası çəkildiyindən məhkəmə zalından dərhal azad edilməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Nağıyev İqbal Adil oğlu kassasiya şikayəti və dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
11. Kassasiya şikayətində qeyd edilir ki, məhkum edilmiş şəxsin narkotik vasitəni satış məqsədilə əldə etməsi, daşıması va ya saxlamasını sübut edən qanuni yolla əldə edilmiş har hansı bir sübut (sübutlar məcmusu) müəyyən edilməmişdir. İlkin təh qiqat zamanı, birinci instansiya məhkəməsində barəsində qətimkan tədbiri seçilən zaman, istintaqın sonrakı gedişində məhkum verdiyi ifadələrində taqsirsiz olduğunu bildirsə də, bunlara əsassız olaraq tənqidi yanaşılmışdır. İttihamın əsasını təşkil edən narkotik vasitə ona aid deyil va həmin narkotik vasitədən ümumiyyətlə heç bir xəbəri yoxdur. Apellyasiya instansiyası məhkəməsi Məhkum əməlinə düzgün hüquqi qiymət verməmiş, bu əməldə ittiham olunduğu maddənin tərkib əlamətlərinin olmadığı birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri və işin digər halları ilə tam sübuta yetirilməsinə baxmayaraq barəsində ittiham hökmü çıxarmışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-62/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərarının ləğv edilmə si, Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya protestində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi məhkum barəsində çıxarlmış höküm dəyişsə də, iş üzrə maddi sübut olaraq tanınmış narkotik vasitə və psixotrop maddənin, eləcə də bir ədəd elektron tərəzinin sonrakı taleyinə heç bir münasibətini bildirilməmiş, təqsirkar şəxsin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini açıq qoymuşdur. Bununla yanaşı, Məhkum eyni vaxtda 3 ədəd kağız bükümdə və 4 ədəd bağlamada 2.373,417 qram çəkidə psixotrop maddə metamfetamin əldə etməsi, şəxsi istehlak miqdarından və külli miqdardan dəfələrlə artıq miqdarda psixotrop maddəni tutulma təhlükəsini dərk etdiyi halda küçəyə çıxıb üzərində və avtomobilində gəzdirməsi onun satış məqsədi olm asını şərtsiz təsdiq etsə də, məhkəmə bu halları nəzərə almadan yanlış nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsinin Rövşən Cavadovun barəsində olan qərarında psixotrop maddə metamfetaminin satış məqsədi ilə əldə edilməməsinə dair, yəni ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir edən gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-62/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayətinə və kassasiya protestinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiy a instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunv ericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyi və nəticədə Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyi iddia edilməklə, kassasiya xahişi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirilmiş, bununla yanaşı mübahisəsi edilən məhkəmə aktının cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığı iddia edilmişdir.
19. Məhkumun müdafiəçisi kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibi olmadığını iddia edib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM -nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
20. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-62/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hə rəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
25. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə kassasiya protestinin, eləcə də məhkumun əməlində cinayət tərkibi olmadığına dair müdafiəçisinin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
26. İlk növbədə kassasiya şikayətinə münasibətini bildirən məhkəmə kollegiyası qeyd edir ki, məhkumun müdafiəçisinin hazırda irəli sürdüyü dəlillər daha əvvəl onun birinci instansiya məhkəməsinin hökmün dən verdiyi apellyasiya şikayətində də qaldırılmış, həmin dəlilləri araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş, eləcə də yeni apellyasiya baxışında əldə edilmiş digər sübutları yuxarıda sadalanan maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib, Azərbaycan Respublikası Ali Məhkəməsinin əvvəlki qərarında əksini tapan göstərişlərini nəzərə alaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri özünün cinayət təqibinin bütün mərhələlərində verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması barədə protokol, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
27. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü bötüvlükdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bə raətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
28. Məhkum törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmasının səhv nəticə olduğu üzrə dövlət ittihamçısının hazırda irəli sürdüyü kassasiya protestinin dəlillərinə də apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq ətraflı cavablandırma verilmiş, zidiyyətli halların araşdırılması ilə bağlı əlavə sübutlar əldə edilmiş, şahid ifadələri arasında əhəmiyyətli dərəcədə ziddiyyət müəyyən olunduğundan, buna dair hissədə həmçinin əlavə araşdırma aparılmış, şahidlər yenidən dindirilmiş, lakin həmin sübutlar əsasında Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və ya aşkar edilmiş narkotik maddələrin satış üçün nəzərdə tutulması öz təsdiqini tapmamışdır. Məhkum nar kotik vasitələrin hər hansı formada satışı ilə məşğul olmasına dair (narkotik vasitənin kimə, neçəyə, harada satılması və s. bu kimi məlumat) heç bir sübut növünün müəyyən edilmədiyi, lakin ibtidai istintaq və məhkəmə istintaqı zamanı əldə edilmiş mötəbər və obyektiv sübutlar əsasında onun 1,005 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etdikdən sonra üzərində saxlayaraq daşıması təsdiq edildiyindən əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı olmuşdur.
29. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmi ş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin nəticəsini təkzib edə biləcək dəlil gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.
30. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququna görə də narkotik vasitə və maddələrin qanunsuz dövriyyəsinin məhz satış məqsədilə həyata keçirilməsi iddia edilən işlərdə yerli məhkəmələrdən istintaq orqanının konkret olaraq hansı istintaq hərəkətlərini icra etdiyinin nəzərdən keçirilməsi tələb edilir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, § 130, 13 fevral 2020-ci il). İstintaq hərəkətlərinin yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşması, nağd pul vəsaiti, narkotik vasitələrin qanunsuz satışının təşkilinə aid olan əşyalar, o cümlədən tərəzi və qablaşdırma materialları, alış-verişin iştirakçıları – narkotikin təchizatını təmin və ya alış-verişində iştirak edən potensial şəxslər barədə məlumat, bu qəbildən olan digər mötəbər sübutların aşkar edilməsi istiqamətində istintaqın istənilən mərhələsində heç bir praktiki addımın atılmaması məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır (Savalanlı və Digərləri Azərbaycana qarşı, № 54151/11, § 92, 15 dekabr 2022-ci il).
31. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifin ə dair gəldiyi nəticəsi ilə razılaşır və hesab edir ki, hazırda mübahisələndirilən qərar əməlin tövsifinə dair hissədə maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də məhkəmə təcrübəsinə uyğun olaraq qəbul edilmişdir.
32. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin çıxardığı hökmün maddi sübutların həllinə dair hissədə dəyişdirilmədən qüvvədə saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı yekun qərar kimi qəbul edilə bilməz.
33. Belə ki, cinayət işi materiallarından gördüyü kimi, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2.361,552 qram çəkidə psixotrop maddə metamfetamin və 0,403 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, eləcə də 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı ş əhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, birinci instansiya məhkəməsi həmin maddi sübutların məhv edilməsini hökm etmişdir.
34. İttihama əsasən üzərindən və avtomobilindən aşkar olunduğu iddia edilən maddi sübut kimi tanınmış həmin narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasının sübuta yetirilmədiyi əsası ilə Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə apellyasiya instansiyası məhkəməsinin qərarı ilə tövsif edilsə də, birinci instansiya məhkəməsənin hökmü maddi sübutlara aid hissədə dəyişdirilməmiş, faktiki olaraq onların məhv edilməsi qərara alınmışdır.
35. Halbuki, iş üzrə maddi sübut kimi tanınmış və qalıq çəkiləri müvafiq olaraq 2361,552 qram və 0,403 qram təşkil edən psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuananın qanunla dövriyyəsi qadağan edildiyindən, eləcə də üzərində psixotrop maddə metamfetamenin izləri aşkar edilən 1 (bir) ədəd elektron tərəzi narkotik vasitələrin dövriyyəsi ilə bağlı olduğundan, qeyd edilən maddi sübutların məhv edilməsinə dair qərarın qüvvədə saxlanılması onların qanunsuz olaraq əldə olunması, saxlanılması, satışı və bu qəbildən olan digər hərəkətlər üzrə cinayət təqibinin həyata keçirilməsinin qarşısını alır və bu səbəbdən qanuni olan nəticə hesab edilə bilməz.
36. Odur ki, baxılan iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 2.361,552 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,403 qram təşkil edən narkotik vasi tə qurudulmuş marixuana və 01 (bir) ədəd elektron tərəzinin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün müvafiq material və maddi sübutlar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir.
37. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-62/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərarı maddi sübutların həlli ilə bağlı hissədə dəyişdirilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum mü dafiəçisi Nağıyev İqbal Adil oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı X3 tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-62/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərarı dəyişdirilsin. Maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2.361,552 qram psixotrop maddə metamfetamin, 0,403 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi barədə cinayət işi üzrə materiallar cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın. Bakı Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 1(103)-62/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.