Məhkəmə qərarları › İş №1(102)-2417/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2417/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2417/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 2024-cü il 5 iyun tarixli, 1(103)-1164/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər: Aytən Əliyeva (sədrlik edən və məruzəçi), Siyavuş Hacıyev və Vüqar Quliyevdən ibarət tərkibdə) xx.xx.2024-cü il tarixli, 1(101)-265/2024 nömrəli hökmü ilə, xx.xx.1989-cu il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonu, Aşağı Avşar Ərazi Dairəsi, Aşağı Avşar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 228.4-cü maddəsi ilə 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının 17.11 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məzruzəçi) Əfqan Ələkbərov və İbrahim İbrahimlidən ibarət tərkibdə) 2024-cü il 5 iyun tarixli, 1(103)-1164/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti və apelyasiya şikayətinə əlavə təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, eləcə də qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmişdir. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 5,579 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxla maqla daşımış, habelə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində əlavə və dəyişiklik edilməmiş, istifadəyə yararlı, ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silahı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Məhkum həmin gün saat 19:30-da ünvan 2 ünvanında yerləşən "Badam” çay evinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən DİN-in BMCMl- nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda ümumilikdə 5,579 qram çəkidə narkotik vasitə heroin bir ədəd bükümdə, eləcə də qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silah əynindəki göy rəngli şalvarın sol arxa cibindən aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ittiham hökmündə müdafiə tərəfinin mövqeyini təsdiq edən şahid ifadələrinin məzmunu araşdırılmadan həqiqətə uyğun olmadığı və şikayətçinin xeyrinə verilən subyektiv mülahizədən ibarət olduğu qəna ətinə gəlinmişdir. Müdafiə tərəfinin mövqeyini, həmçinin ifadələrinin həqiqətə uyğun olmadığı iddia olunan şahidlərin ifadələrinin həqiqiliyinin müəyyən olunması üçün vacib olan faktların məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, şikayətçinin telefon zənglərinə baxdıqda onun və digər şahidlərin məhkəmə iclasında veridyi ifadənin həqiqəti əks etdirdiyi və ittihamın uydurma olduğunu görmək mümkündür. Yuxarıda qeyd olunan hallar apellyasiya şikayətində geniş şəkildə öz əksini tapsa da, Bakı Apellyasiya məhkəməsi qeyd olunan halları nəzərə almadan və araşdırmadan ittiham hökmünün qüvvədə qalması barədə qərar qəbul etmişdir. Qərar formal əsaslara söykənir və birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla kifayətlənmişdir. Məhkəmə müdafiə tərəfinin şahidlərinin ifadəsini araşdırmay araq qeyd etmişdir ki, “onların təqsirləndirilən şəxsin xeyrinə müdafiə xarakterli ifadə vermələri istisna olunmur”. Lakin məhkəmə nəzərə almamışdır ki, müdafiə tərəfinin şahidlərinin şikayətçinin xeyrinə ifadə vermə ehtimalı olduğu kimi, ittiham tərəfinin şahidlərinin də ittihamın məzmununa uyğun ifadə verməsini güman edə bilərik. Buna baxmayaraq sübut kimi polis əməkdaşlarının ifadələri daha mötəbər hesab olunmuşdur. Məhkəmə ittihamın şahidlərinin ifadələrinin iş üzrə digər sübutlarla təsdiq olunduğunu bildirir. Hansı ki, məhkəmənin sübut kimi istinad etdiyi qeyd olunan materiallar həmin ifadəni verən polis əməkdaşları tərəfindən hazırlanmışdır və onların ifadələri də həmin materiallara uyğunlaşdırılmışdır. Şikayətçinin DİN-in BMCMl-nin əməkdaşları tərəfindən tutularaq Baş İdarəyə gəti rildikdən sonra özünə məxsus mobil telefondan istifadə edərək “Whatsapp” mobil tətbiqi vasitəsilə 3 fərqli nömrəyə, həmçinin adi zənglə daha 2 nömrəyə zənglərin edilməsi, bu sübutun tədqiq olunması və məhkəmə tərəfindən qiymətləndirilməsi ilə şikayətçinin və digər şahidlərin polis əməkdaşları tərəfindən onun tələb olunan məbləğdə pulu tapıb polislərə verəcəyi təqdirdə azad olunacağına dair iddiası təsdiqini tapmış olacaqdı. Məhkəmənin bu faktı araşdırmağa cəhd göstərməməsi onun iş üzrə faktları hərtərəfli öyrənməkdə maraqlı olmamasını göstərir. Şikayətçinin şübhəli şəxs qismində tutulması haqqında qərardan görünür ki, 17 noyabr 2022-ci il saat 19:30 radələrindən onun azadlığı faktiki olaraq məhdudlaşırılmışdır. Lakin üzərinə baxış və axtarış keçirilməsi 18 noyabr 2022-ci il gecə saat 03:15 -də aparılmışdır. Bu müddət ərzində şikayətçi 8 saat polislərin nəzarətində olmuşdur. Onun üzərinə baxışın keçirilməsinin bu qədər yubadılmasının onun üzərindən aşkar olunan narkotik vasitələrin əslində özünə məxsus olmaması və üzərinə yerləşdirilməsi ilə bağlı iddiasının həqiqətə uyğun olmasını göstərir. Hazırkı vəziyyətlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi bu şəkildədir ki, Avropa Konvensiyasının 6-cı maddəsi ilə müəyyən olunan ədalətli məhkəmə araşdırması hüququnun cinayət prosesi ilə bağlı əsas məqsədi “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarətdir. Buna baxmayaraq həmin maddə “məhkəməyə qədər proseslərə” də aid edilir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət ol unmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” qərarında nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Layıcovun üzərinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Şikayətçinin vəziyyətində isə baxış keçirilməsi 8 saat polis nəzarətində saxlanıldıqda n sonra aparılmışdır. Bu müddət ərzində ona qarşı psixoloji təzyiqlərin olunması halı istisna olunmur. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 5 iyun tarixli 1(103)-1164/2024 nömrəli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 5 iyun tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sü butların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkuma bəraət verilməli olmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh ed ilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki q anuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məh kəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələ rin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyasının ən aşağı həddinə yaxın ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiə çisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-265/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 5 iyun tarixli, 1(103)-1164/2024 nömrəli qərarı məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfind ən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar