Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2418/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxxxx il tarixdə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "Qüdrətoğlu Holding”-də böyük anbardar işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, halhazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2023-cü il tarixli 1(103)-1012/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli hökmü ilə (hakim V.Tağıyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti və Zərərçəkmiş şəxs1 nümayəndəsi Hüseynzadə Vüqar Nadir oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H. Allahverdiyev) dövlət ittihamçısının apellyasiya protesti təmin edilmiş, Zərərçəkmiş şəxs1 nümayəndəsi Hüseynzadə Vüqar Nadir oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 1(001)-73/2023 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli tutulduğu 01 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 362.100,00 manat (213.000,00 ABŞ dolları ekvivalentində) məbləğində pul vəsaitindən 181.050,00 manatını Zərərçəkmiş şəxs1 və 181.050,00 manatını isə Zərərçəkmiş şəxs2, bundan başqa 61.560,40 manat (36.212,00 ABŞ dolları ekvivalentində) məbləğində pul vəsaitini isə Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 oktyabr 2020-ci il tarixli, 2(005)-2356/2020 saylı qətnaməsinin icrasının təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 3(001)-1083/2022 saylı qərarı əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilməsinə, məhkəmə akt ının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 29 aprel 2022-ci il tarixdə rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 30 may 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvədə olan məlum aktını qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, işin həqiqi halları düzgün müəyyən edilməmiş, nəticədə onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsind ə nəzərdə tutulmuş qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətinin tərkibi olmadığı halda, o əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib cəzaya məruz qalmış, onun Azərbaycan Respublikası Konstitusiyası ilə ehtiva olunan hüquqları pozulmuşdur. Məhkum kassasiya şikayətində xüsusilə ona istinad edir ki, onun zərərçəkmiş şəxslə aralarında olan mübahisə sırf mülki məhkəmə icraatına aiddir. Belə ki, o zərərçəkmiş şəxslə biznes fəaliyyəti ilə məşğul olmuş, sonuncu onu aldadaraq kassatorla borc müqaviləsi bağlamışdır. Onun əməlində cinayət tərkibi olmadığından həmin məsələ mülki məhkəmə icraatında baxılmalıdır. Faktiki olaraq məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş pozuntuları yaradan hallar kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum verdiyi kassasiya şikayətində məhkəmələrin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq onu qanuni qüvvəyə minmiş məhkəmə qətn aməsini qərəzli olaraq icra etməmə cinayətini törətməkdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1- 416.1.3 və 416.1.6ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun verdiyi kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Bu baxımdan (əməlin hüquqi tövsifinin düzgün olmasını təmin etmək üçün) şəxsin törətdiyi hərəkətlərin və yaxud hərəkətsizliyinin (işin faktik hallarının) ona isnad edilən cinayət qanunu normasının dispozisiyası ilə şərləndirilən həcmdə və məzmunda aydın və dəqiqliklə, həm də bu faktları kifayət qədər təsdiq edən sübutlara istinad olunmaqla müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi cinayət təqibi üzrə icraat zamanı bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmə hökmü qanuni və əsaslı olmalıdır. Yalnız aşağıdakı tələblərə cavab verdikdə məhkəmə hökmü əsaslı sayıla, hökmdə əksini tapmış hüquqi, o cümlədən əməlin tövsifi üzrə nəticələr qanuni (Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət Məcəlləsi, digər cinayət və cinayət-prosessual qanunlarına uyğun) hesab oluna, etibarlı, inadırıcı nəticələr kimi qəbul edilə bilər: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqınd a tədqiq edilmiş sübutlara əsaslanmalı (CPM, maddə 349.5.1); _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli (CPM, maddə 349.5.2); _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM, maddə 349.5.3). Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün möt əbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsini qeyd etməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun gəlmir. Belə nəticə ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Məhkum törətməkdə təqsirli bilindiyi cinayət CM-nin 306.1-ci maddəsinin dispozisiyasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması müvafiq məhkəmə aktının icrasından məhz qərəzli şəkildə boyun qaçırma ilə şərtləndirildiyindən, əməlin qəsdən törədilməsi bu cinayətin subyektiv cəhətinin zəruri əlaməti (sübutetmə predmetinə daxil olan mühüm hal) kimi çıxış edir. Bu isə o deməkdir ki, CPM-nin müvafiq normalarında nəz ərdə tutulmuş prosedurlar daxilində sübuta yetirilməlidir ki, şəxs müvafiq imkanlara malik olduğu halda bilərəkdən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfində n məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. - tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma. Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-nin 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olubolmamasını müəyyən etməlidir. Lakin, iş materiallarının təhlili göstərir ki, məhkəmələrin müəyyən etdikləri işin faktiki halları toplanmış və araşdırılmış sübutl ara uğun gəlmir, əsasən də Məhkum tərəfindən dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 oktyabr 2020-ci il tarixli, 2(005)-2356/2020 nömrəli qətnaməsinin icrasından məhz qərəzli şəkildə boyun qaçırması bu sübutlardan görünmür. Belə ki, Məhkum barəsindəki cinayət işinin materiallarında bir sıra, məsələn, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-228/2022-ci il tarixli qərarından görünür ki, Məhkum Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2356/2020 nömrəli icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi barədə ərizə ilə müraciət edib, lakin onun ərizəsi təmin edilməmiş, bundan başqa Məhkum tərəfindən ziyanın ödənilməsi məqsədi ilə 6.500 manat pulu icra şöbəsinin depozitinə qoymuşdur (bu hal zərərçəkmiş şəxsin ifad əsində öz təsdiqini tapıb), həmçinin apellyasiya məhkəmə baxışı zamanı Məhkum olan borcu ödəmək məqsədi ilə ona məxsus əmlakları satmaq üçün müvafiq hərəkətləri etmək üçün cəhd etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hallar da Məhkum qərəzli şəkildə məlum qətnaməni icra etməkdən boyun qaçırmasına dəlalət etmir ona görə ki, hazırki iş üzrə qətnamənin icrasi mərhələsində məhkumun maddi vəziyyətində hər hansı dəyişikliyin baş verib-verməməsi, ümumiyyətlə icra məmurları tərəfindən Məhkum borcla bağlı ödənişlərin edilməsi üçün şəraətin yaradılması və bu istiqamətdə hər hansı hərəkət edilməsi məhkəmələr tərəfindən kifayət qədər araşdırılmamışdır. Qeyd olunan halların olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi işə məhkəmə istintaqı araşdırılmadan və yeni sübutlar tələb e dilmədən baxmış və yaranmış şübhələri aradan qaldırmağı tələb olunsa da, həmin məhkəmə bunları etməmiş, beləliklə də cinayət-prosessual qanunun 8-ci maddəsi ilə ehtiva olunan, eləcə də cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsiplərindən (CPM, maddə 33) irəli gələn vəzifələrini lazımınca yerinə yetirməmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktının icra edilməməsi ilə bağlı cinayət işlərinə baxarkən məhkəmələr qarşısında qoyulan vəzifələrlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin yanaşmaları həmçinin eynilik təşkil edir. Belə ki, Kərimov və Qeyriləri Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, borclunun maddi öhdəliklərini yerinə ye tirə bilməməsini əsaslandırmaq üçün göstərdiyi səbəblər cinayət məsuliyyətinə cəlb edilməsindən imtina üçün əsas ola bildiyinə görə, cinayət əməlinin törədilməsi faktının müəyyən edilməsi üçün həlledici əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında borcluların maddi vəziyyətinin və onların vəzifələrinin icra etməmələrində qərəzliliyin müəyyən olunmasına fərdi yanaşmanın vacibliyi vurğulanmışdır. Borclunun həqiqətən maddi imkanı olduğu halda, üzərinə qoyulmuş vəzifəyə zidd olaraq borcu ödəməkdən boyun qaçırdığını sübut etmək vəzifəsi cinayət mühakimə icraatında müvafiq ittihamı irəli sürmüş tərəf üzərinə düşür. Belə olan halda aydındır ki, 27 dekabr 2001-ci il tarixli Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş şərtə bilavasitə aid olduğuna görə, ərizəçilərin yerli məhkəmələr də qaldırdığı, xüsusilə də onların öz öhdəliklərini maddi imkansızlıqdan icra edə bilməməsi barədə dəlillərinin mahiyyəti üzrə araşdırılıb həqiqətə uyğun olub-olmadığının müəyyən edilməsini tələb edirdi. Bununla bağlı Məhkəmə xatırladır ki, icra etməmə maddi imkansızlıqla bağlı olduğu halda, “heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” müddəasını nəzərdə tutulan Konvensiyanın 4-cü Protokolun 1-ci maddəsinə uyğun məsələ ortaya çıxa bilər. Yerli məhkəmələr tərəfindən icra etməmənin səbəbinin araşdırılmaması o cəhətdən də ziddiyyətli görünür ki, qərarlarda mürəkkəb maliyyə vəziyyətinə istinad edilsə belə, borcun məhz maliyyə çətinlikləri ilə üzləşməsindən ödənilmədiyi ehtimalı nəzərdən keçirilməmişdir. Məhkəmə həmçinin nə zərə almışdır ki, işlərə mahiyyəti üzrə baxan məhkəmələr, məhkəmə qərarlarının icrası ilə bağlı məsuliyyətə cəlb edilməsi məsələsinə baxarkən işin faktiki, o cümlədən əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsi hallarının hərtərəfli araşdırmasının təmin edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əməl etməmişlər. Nəticədə Avropa Məhkəməsi hesab etmişdir ki, qərəzliliyin müəyyən edilməsi ilə bağlı dəlil əhəmiyyətli xarakterli olaraq məhkəmə baxışının nəticələri üçün həlledici rol daşımış, müvafiq olaraq yerli məhkəmələrin həmin dəlillə bağlı əsaslandırılmış qərarın verməməsi isə Konvensiyanın 6-cı maddəsinin pozuntusunu təşkil etmişdir. Belə olan halda, istər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 306.1-cı maddəsi ilə təqsirlə ndirməyə dair işlərdə “qərəzli” əlamətinin işin konkret hallarına uyğun olaraq müəyyən edilməsi haqda göstərişinə və Avropa Məhkəməsinin məhkəmə baxışının ədalətliliyinin təmin edilməsinə dair tövsiyələrinə, istərsə də Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət edilməməsi, eləcə də apellyasiya şikayətində qaldırılmış müvafiq dəlillərlə bağlı (bax, paraqraf 8) münasibətin bildirilməməsi, Məhkum ədalətli məhkəmə araşdırmasına hüququnun lazımi səviyyədə təmin edilmədiyinə dəlalət edən hallar kimi qiymətləndirilməlidir. Göründüyü kimi, təsvir edilən çatışmazlıqlar və nöqsanların əksəriyyətinin olmasına baxmayaraq, işə baxan apellyasiya instansiyası məhkəməsi işin düzgün həlli üçün əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş, həmin sübutlara CPM-nin 143-146 -cı maddələrinin tələb etdiyi qaydada hüquqi qiymət verməmiş, bu isə həmin məhkəmə tərəfindən CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verdiyini göstərir. Odur ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən əsaslı hesab edilməli, onun dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslarla mübahisləndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının 01 iyun 2023cü il tarixli 1(103)-1012/2023 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya qaydasında baxılması üçün yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkumn tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 01 iyun 2023-cü il tarixli 1(103)-1012/2023 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-2418/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2418/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver