Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2418/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X11 və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2024-cü il tarixli, 1(103)-938/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, döngə 21, nömrəsiz fərdi evdə yaşamışdır.
2. İbtidai istintaq orqanı tərəfində n müəyyən edilmiş işin faktiki hallarına əsasən, Məhkum təkrarən özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda X3 15000 manat, X15, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və X2 isə 11000 manat müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Baş Mühafizə İdarəsində yanğınsöndürən vəzifəsinə təyin olunmasına köməklik edəcəyi barədə ona müraciət etmiş tanışı, cinayətkar niyyətindən xəbərsiz olan X5 yalan vəd verib aldadaraq bu adla etibardan sui-istifadə etməklə ona verilməsi üçün Tural Mansırovun atası Zərərçəkmiş şəxs4, Orxan Eyubovun atası Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 onun cinayətkar niyyətindən xəbərsiz olan X18, Şahid3 və Şahid1 vasitəsil ə Taleh Məcidova göndərdikləri ümumilikdə 37000 manat pul vəsaitinin Zərərçəkmiş şəxs4 məxsus 3600 manat, Zərərçəkmiş şəxs2 məxsus 3600 manat, Zərərçəkmiş şəxs6 məxsus 3600 manat, Zərərçəkmiş şəxs5 məxsus 3600 manat, Zərərçəkmiş şəxs3 məxsus 3600 manat, cəmi 18000 manat hissəsini 2020-ci ilin mart ayının sonlarında ünvan 3 ünvanının yaxınlığında Taleh Məcidovdan aldıqdan sonra niyyətinə tam nail olmaq üçün qanunsuz hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs4 məxsus 7400 manat, Orxan Eyubova məxsus 7400 manat, Zərərçəkmiş şəxs6 məxsus 7400 manat, Zərərçəkmiş şəxs5 məxsus 1400 manat, Sənan Mehrəliyevə məxsus 2400 manat və Şahid3 tanışı, onun cinayətkar niyyətindən xəbərsiz olan Zərərçəkmiş şəxs1 tərəfindən Zərərçəkmiş şəxs5 əvəzinə ödənilmiş 400 manat, cəmi 26000 manat pul vəsaitinin 1 6000 manat hissəsini 22 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin inzibati binasının qarşısında, daha sonra həmin dövrün rəsmi məzənnəsi ilə 5100 manat təşkil edən 3000 ABŞ dolları və 1900 manat olmaqla cəmi 7000 manat hissəsini 09 dekabr 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 həmin ünvanda, 3000 manat hissəsini isə 12 dekabr 2020-ci il tarixdə saat 15 radələrində Şahid3 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 119 ünvanda alıb ələ keçirmiş, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs4 məxsus 11000 manat, Zərərçəkmiş şəxs2 məxsus 11000 manat, Zərərçəkmiş şəxs6 məxsus 11000 manat, Zərərçəkmiş şəxs5 məxsus 4600 manat, Z ərərçəkmiş şəxs3 məxsus 6000 manat və Zərərçəkmiş şəxs1 məxsus 400 manat məbləğində nağd pul vəsaitini aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs1 isə ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim: X6) 20 fevral 2024-cü il tarixli, 1(007)-42/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 1(003)-288/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təyin edilmiş 05 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə hesabı ilə hesablanmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Məhkum hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona 02 il 07 ay (iki il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 1(003)-288/2022 nömrəli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 il 10 ay 12 gün müddəti 11 ay 06 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla ona t əyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 01 il 07 ay 24 gün (bir il yeddi ay iyirmi dörd gün) müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin hökm çıxarıldığı vaxtdan, yəni 20 fevral 2024-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi, barəsində seçilmiş həmin həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum Zərərçəkmiş şəxs5 etibardan sui-istifadə edərək aldatma yolu ilə zərərçəkmiş şəxsə 5000 manat məbləğində ziyan vurmasına dair epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin icraatına həmin hissədə xitam verilməsi, Məhkum Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə edərək aldatma yolu ilə zərərçəkmiş şəxsə 400 manat məbləğində ziyan vurmasına dair epizod cinayət hesab edilmədiyindən ittihamdan çıxarılması, zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiasının təmin edilməsi və Məhkum 37050 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Həmin hökmdən məhkum tərəfindən apellyasiya şikayəti verilərək, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi xahiş edilmişdir.
5. Bakı Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X13 (sədrlik edən, məruzəçi hakim), X12 və X7 ibarət məhkəmə tərkibində) 26 aprel 2024-cü il tarixli, 1(103)-938/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 1(007)-42/2024 nömrəli hökmünün məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2024-cü il tarixli, 1(103)-938/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Kassasiya şikayətinin dəlilləri qismində müdafiəçi tərəfindən cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, Məhkum qismən də olsa dələduzluq cinayətni törətməsi sübut olunsa da, itthamda qeyd olunan 44.000 manat pulun tək Məhkum tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi sübut olunmur.
8. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.6-cı maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli 1(103)-938/2024 nömrəli qərarının ləğv edilməsi, işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək barədə qərar qəbul edilməsi, bu mümkün olmadıqda, Məhkum CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş cəzasının azaldılması, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs statusuna xitam verilməsi, mülki iddia baxılmamış saxlanılması, vəzifəli şəxslər- Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ədliyyə mayoru Şahid3, Fövqaladə Hallar Nazirliyinin Mülki müdafiə alayının Tibb xidmətinin rəisi Şahid1, onların cinayətdə əlbir olduqları X4 və X8 əməllərinə düzgün hüquqi qiymət verilməsi üçün xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi xahiş edilmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
10. Qərardan kas sasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məh kəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum əsassız olaraq Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, işin yeni apellyasiya baxışına təyin edilməsi və ya ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azaldılması, mülki iddianın baxılmamış saxlanılması, Zərərçəkmiş şəxs1 statusuna xitam verilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
18. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2024-cü il tarixli, 1(103)-938/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edirəə.
19. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
20. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.
22. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
23. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
24. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.
25. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
26. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, cinayət işi materiallarında hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, əsassı z və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, işin yeni apellyasiya baxışına təyin edilməsi və ya ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azaldılması, mülki iddianın baxılmamış saxlanılması, Zərərçəkmiş şəxs1 statusuna xitam verilməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.
27. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.
28. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
29. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmi ş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
30. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almağa və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.
31. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, apellyasiya icraatı zamanı apellyasiya şikayətinin, ittiham və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışının dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, CPM-in 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq apellyasiya instansiya məhkəməsi ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Məhkum törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət vermişdir.
32. Bununla da, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb, sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 178.2.2 və 178.2.4-cü maddələrind ə nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
33. Kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, həmçinin zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
34. Adı çəkilən və digər sübutlar birinci instansiya və apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətrafl ı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, birinci instansiya və apellyasiya məhkəməsinin yekun hökmünü şübhə altına almaq üçün əsas görmür.
35. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü m addələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının işin yeni apellyasiya baxışına təyin edilməsi və ya ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azaldılması, mülki iddianın baxılmamış saxlanılması, Zərərçəkmiş şəxs1 statusuna xitam verilməklə dəyişdirilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.6-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şika yəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2024-cü il tarixli, 1(103)-938/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2024-cü il tarixli, 1(103)-938/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.