Məhkəmə qərarları › İş №1(102)-2419/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2419/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2419/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Qocayev Ramil Alim oğlunun iştirakları ilə, Bakı Ağır Cinay ətlər Məhkəməsinin 18 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2022-ci il tarixli 1(101)-189/2022 nömrəli (hakimlər: Kərimov Novruz Ağakərim oğlunun sədrliyi ilə, Quliyev Əhməd Qəhrəman oğlu və Paşayev Azər İslah oğlundan ibarət məhkəmə tərkibində) hökmü xx xxxx 1989-cu ildə Rusiya Federasiyası, Krasnoyarsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-texniki təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənlməmiş və götürülməmiş, işsiz, xxx qeydiyyatında olan Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 182.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası CMnin 66.3-cü maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş 2 (iki) il 7 (yeddi) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM- nin 66.5-ci maddəsinin tələblərinə əsasən ona hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla Məhkum qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, təyin olunmuş cəzanın başlanğıcı 27 mart 2021-ci il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2022-ci il tarixli 1(103)1520/2022 nömrəli (hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2022-ci il tarixli hökmünə əsasən, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X4 etibarından sui-istifadə etməklə ona qızı Şahid8 Bakı Dünya Məktəbinə “Fizika” fənni üzrə müəllim, digər qızı Şahid9 isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” agentliyinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, ilk dəfə 17 iyul 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında yerləşən 14 saylı nota riat kontorunun qarşısında 12.000 manat və sonuncu dəfə 22 sentyabr 2019-cu il tarixdə Sumqayıt şəhəri, 5-ci MKR, Zülfü Hacıyev küçəsində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında 1.500 manat olmaqla ümumilikdə 13.500 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs X-ya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından suiistifadə etməklə və ona, Sumqayıt Dövlət Universitetinin Fizika-Elektronika fakültəsinin 581-ci qrupunda təhsil alan oğlu X9 imtahanlarda yaranmış on üç kəsirini aradan qaldıracağına dair yalan vəd verib aldadaraq, 2019-cu ilin sentyabr ayının axırlarında Sumqayıt şəhəri, 5-ci MK R, Zülfü Hacıyev küçəsində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında X4 vasitəsi ilə 4.000 manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 4.000 (dörd min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3, qeyri-rəsmi olaraq onun yanında ailə sürücüsü işlədiyi dövrdə onun və Bakı şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyən qardaşı X16 nüfuzlarından istifadə edərək tanışı X4 övladlarını işə düzəldəcəyi, bundan başqa adlarını bildirmədiyi ayrı-ayrı şəxsləri müxtəlif vəzifələrə təyin etdirəcəyi adı ilə həmin şəxslərdən ümumilikdə 90.000 manat məbləğində pullar almasını, həmin pulları geri qaytarmayacağı təqdirdə Xnın, eləcə də digər pul aldığı şə xslərin onun özü və ailə üzvləri barədə sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə hədə-qorxu gələrək Zərərçəkmiş şəxs3 90.000 manat məbləğində, yəni külli miqdarda pulunu tələb etmiş, bundan sonra vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, hər dəfə Quba rayonu, Nügədi-Qazmalar kəndində, Qaraçay çayının sahilində yerləşən qum-çınqıl karxanasında olmaqla Zərərçəkmiş şəxs3 tanışı Şahid5 vasitəsi ilə 2020-ci ilin fevral ayının əvvəllərində 800 manat, həmin ilin mart ayının əvvəllərində 500 manat, həmin ilin mart ayının ortalarında 500 manat, bundan sonra 2020-ci ilin mart ayının ortalarında Qusar rayonu, Bədirqala kəndində Zərərçəkmiş şəxs3 tanışı Şahid6 vasitəsi ilə Azərbaycan manatı məzənnəsi ilə 5.950 manat təşkil edən 3.500 ABŞ dolları, bundan sonra 24 mart 2020-c i il tarixdə Quba şəhəri, Çingiz Qurbanov küçəsində yerləşən «N» saylı hərbi hissənin qarşısında Zərərçəkmiş şəxs3 tanışı Şahid4 vasitəsi ilə 1.200 manat, həmin ilin aprel ayının əvvəllərində Quba rayonu, NügədiQazmalar kəndində, Qaraçay çayının sahilində yerləşən qum-çınqıl karxanasında Şahid5 vasitəsi ilə 500 manat, bundan sonra Zərərçəkmiş şəxs3 hər dəfə Bakı şəhərinin müxtəlif ərazilərində quraşdırılmış ödəmə terminalları vasitəsi ilə və hər dəfə ona məxsus olan 4169-7413-1816-7101 nömrəli "xxxx" ASC tərəfindən verilmiş bank kartının hesabına köçürdüyü 19 aprel 2020-ci il tarixdə 2.700 manat, 30 aprel 2020-ci il tarixdə 1.000 manat, 2 may 2020-ci il tarixdə 300 manat, həmin tarixdə əlavə 300 manat, həmin tarixdə əlavə 300 manat, 3 may 2020-ci il tarixdə 300 manat, 5 may 2020-ci il tari xdə 300 manat, bundan sonra Zərərçəkmiş şəxs3 tanışı Şahid3 vasitəsi ilə hər dəfə sonuncuya məxsus olan 5239-1515-1104-7758 saylı "xxxx" ASC tərəfindən verilmiş bank kartının hesabından ona məxsus olan bank kartının hesabına köçürdüyü 06 may 2020-ci il tarixdə 150 manat, bundan sonra Zərərçəkmiş şəxs3 tanışı Şahid7 vasitəsi ilə Bakı şəhərinin müxtəlif ərazilərində quraşdırılmış ödəmə terminallarından ona məxsus bank kartının hesabına köçürdüyü 7 may 2020-ci il tarixdə 1.000 manat, bundan sonra Zərərçəkmiş şəxs3 ödəmə terminallarından ona məxsus bank kartının hesabına köçürdüyü 8 may 2020-ci il tarixdə 1.000 manat, həmin tarixdə Zərərçəkmiş şəxs3 tanışı Şahid7 vasitəsi ilə ödəmə terminallarından ona məxsus bank kartının hesabına köçürdüyü 410 manat, bundan sonra Zərərçəkmiş şəxs3 ödəmə term inallarından ona məxsus bank kartının hesabına köçürdüyü 9 may 2020-ci il tarixdə 1.500 manat, bundan sonra Zərərçəkmiş şəxs3 tanışı Şahid7 vasitəsi ilə ödəmə terminallarından ona məxsus bank kartının hesabına köçürdüyü 10 may 2020-ci il tarixdə 500 manat, bundan sonra Zərərçəkmiş şəxs3 ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 12 may 2020-ci il tarixdə 500 manat, həmin tarixdə əlavə 1.000 manat, 13 may 2020-ci il tarixdə 650 manat, bundan sonra Zərərçəkmiş şəxs3 tanışı Şahid7 vasitəsi ilə ödəmə terminallarından ona məxsus bank kartının hesabına köçürdüyü 15 may 2020-ci il tarixdə 500 manat, 17 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 200 manat, həmin tarixdə əlavə 200 manat, bundan sonra Zərərçəkmiş şə xs3 tanışı Şahid7 vasitəsi ilə ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 19 may 2020-ci il tarixdə 500 manat, bundan sonra Zərərçəkmiş şəxs3 ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 20 may 2020-ci il tarixdə 500 manat, bundan sonra Zərərçəkmiş şəxs3 tanışı Şahid7 vasitəsi ilə ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 21 may 2020-ci il tarixdə 600 manat, həmin tarixdə əlavə 300 manat, bundan sonra Zərərçəkmiş şəxs3 ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 23 may 2020ci il tarixdə 500 manat, bundan sonra Zərərçəkmiş şəxs3 tanışı Şahid1 Faiq oğlunun vasitəsi ilə ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 27 may 2020-ci il tarixdə 2.000 manat, həmin tarixdə Zərərçəkmiş şəxs3 ödəmə ter minalından ona məxsus bank kartının hesabına köçürdüyü 100 manat, 28 may 2020-ci il tarixdə 300 manat, həmin tarixdə əlavə 200 manat, həmin tarixdə əlavə 500 manat, 29 may 2020-ci il tarixdə 500 manat, həmin tarixdə Zərərçəkmiş şəxs3 tanışı Şahid7 vasitəsi ilə ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 500 manat, bundan sonra Zərərçəkmiş şəxs3 ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 31 may 2020-ci il tarixdə 1.000 manat, 3 iyun 2020-ci il tarixdə 1.000 manat, həmin tarixdə əlavə 1.000 manat, 6 iyun 2020-ci il tarixdə 200 manat, bundan sonra Zərərçəkmiş şəxs3 tanışı Şahid7 vasitəsi ilə ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 8 iyun 2020-ci il tarixdə 500 manat, bundan sonra Zərərçəkmiş şəxs3 ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 10 iyun 2020-ci il tarixdə 500 manat, həmin tarixdə əlavə 500 manat, 11 iyun 2020-ci il tarixdə 200 manat, həmin tarixdə əlavə 300 manat, 12 iyun 2020-ci il tarixdə 100 manat, həmin tarixdə əlavə 100 manat, həmin tarixdə əlavə 100 manat, həmin tarixdə əlavə 100 manat, həmin tarixdə əlavə 500 manat, həmin tarixdə Zərərçəkmiş şəxs3 tanışı Şahid7 vasitəsi ilə ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 100 manat, bundan sonra Zərərçəkmiş şəxs3 ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 13 iyun 2020-ci il tarixdə 100 manat, 14 iyun 2020-ci il tarixdə 500 manat, 15 iyun 2020-ci il tarixdə 1.000 manat, 19 iyun 2020-ci il tarixdə 1.000 manat, 22 iyun 2020-ci il tarixdə 700 manat, 24 iyun 2020-ci il tarixdə 250 manat, həmin tarixdə əlavə 120 manat, 25 iyun 2020ci il tarixdə 200 manat, həmin tarixdə əlavə 50 manat, həmin tarixdə əlavə 300 manat, 26 iyun 2020-ci il tarixdə 200 manat, həmin tarixdə əlavə 700 manat, həmin tarixdə əlavə 300 manat, 27 iyun 2020-ci il tarixdə 500 manat, həmin tarixdə əlavə 150 manat, həmin tarixdə əlavə 50 manat, 29 iyun 2020-ci il tarixdə 2.000 manat, 4 iyul 2020-ci il tarixdə 200 manat, həmin tarixdə əlavə 100 manat, həmin tarixdə əlavə 200 manat, 5 iyul 2020-ci il tarixdə 100 manat, 6 iyul 2020-ci il tarixdə 500 manat, 7 iyul 2020-ci il tarixdə 500 manat, həmin tarixdə əlavə 200 manat, həmin tarixdə əlavə 200 manat, 9 iyul 2020-ci il tarixdə 3.000 manat, həmin tarixdə əlavə 300 manat, 14 iyul 2020-ci il tarixdə 500 manat, həmin tarixdə əlavə 200 manat, həmin tarixdə əlavə 300 man at, 16 iyul 2020-ci il tarixdə 300 manat, həmin tarixdə əlavə 200 manat, 17 iyul 2020-ci il tarixdə 100 manat, həmin tarixdə əlavə 200 manat, həmin tarixdə əlavə 200 manat, 27 iyul 2020-ci il tarixdə 350 manat, 28 iyul 2020-ci il tarixdə 700 manat, həmin tarixdə əlavə 300 manat, 3 avqust 2020-ci il tarixdə 200 manat, həmin tarixdə əlavə 100 manat, 6 avqust 2020-ci il tarixdə 200 manat, 9 avqust 2020-ci il tarixdə 100 manat, bundan sonra Zərərçəkmiş şəxs3 tanışı Şahid3 vasitəsi ilə sonuncuya məxsus olan bank kartının hesabından ona məxsus olan bank kartının hesabına köçürdüyü 10 avqust 2020-ci il tarixdə 100 manat və 13 avqust 2020-ci il tarixdə 700 manat, bundan sonra Zərərçəkmiş şəxs3 ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 14 avqust 2020-ci il tarixdə 150 manat, həmin tarixdə əlavə 100 manat, həmin tarixdə əlavə 200 manat, bundan sonra Zərərçəkmiş şəxs3 tanışı Şahid3 vasitəsi ilə sonuncuya məxsus olan bank kartının hesabından ona məxsus olan bank kartının hesabına köçürdüyü 15 avqust 2020-ci il tarixdə 110 manat və 16 avqust 2020-ci il tarixdə 500 manat, həmin tarixdə Zərərçəkmiş şəxs3 ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 1.300 manat, 20 avqust 2020- ci il tarixdə Zərərçəkmiş şəxs3 tanışı Ə.F.Kərimovun vasitəsi ilə ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 1.000 manat, bundan sonra Zərərçəkmiş şəxs3 tanışı Şahid3 vasitəsi ilə sonuncuya məxsus olan bank kartının hesabından ona məxsus olan bank kartının hesabına köçürdüyü 24 avqust 2020-ci il tarixdə 500 manat və 25 avqust 2020-ci il tarixdə 500 mana t, bundan sonra Zərərçəkmiş şəxs3 ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 28 avqust 2020-ci il tarixdə 500 manat, bundan sonra Zərərçəkmiş şəxs3 tanışı Şahid7 vasitəsi ilə ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 31 avqust 2020-ci il tarixdə 350 manat, bundan sonra Zərərçəkmiş şəxs3 ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 2 sentyabr 2020-ci il tarixdə 500 manat, həmin tarixdə əlavə 500 manat, 7 sentyabr 2020-ci il tarixdə 250 manat, həmin tarixdə əlavə 100 manat, həmin tarixdə əlavə 200 manat, 21 sentyabr 2020-ci il tarixdə 452 manat, 26 oktyabr 2020-ci il tarixdə 500 manat, 21 noyabr 2020-ci il tarixdə 500 manat, 27 noyabr 2020-ci il tarixdə 300 manat, bundan sonra 30 noyabr 2020-ci il tarixdə Qusar rayonu Nurəddin Şər ifov küçəsində yerləşən Qusar rayon avtovağzalının qarşısında Zərərçəkmiş şəxs3 tanışı Şahid2 vasitəsi ilə 500 manat, bundan sonra Zərərçəkmiş şəxs3 ödəmə terminalından ona məxsus bank kartının hesabına köçürdüyü 4 dekabr 2020-ci il tarixdə 1.500 manat və sonuncu dəfə 7 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən «Grandmart» marketin içərisində quraşdırılmış ödəmə terminalı vasitəsi ilə ona məxsus bank kartının hesabına köçürdüyü 500 manat olmaqla ümumilikdə 64.142 (altmış dörd min yüz qırx iki) manat məbləğində, yəni külli miqdarda pulunu hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində çıxa rılmış hökm əsassız olmaqla yanaşı, ədalətsiz və qanunsuzdur. Belə ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq əsassız ittiham edilmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, cinayət işinin dələduzluq epizodu üzrə borc müqaviləsi olduğundan, habelə heç bir dələduzluq hərəkətləri edilmədiyinə görə həmin hissə ittihamdan xaric edilmədi və həmin hissədə bəraət verilmədir. Həmçinin hədə-qorxu ilə tələbetmə, habelə şantaj epizodu üzrə cinayət işinin materiallarını nəzərə alaraq əməl CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarının Məhkum oğluna aid hissədə ləğv edilərək, ona bəraət verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında müdafiəçi Qocayev Ramil Alim oğlu çıxış edərək, kassasiya şikayətini müdafiə etdiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarının dəyişdirilmədə n saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə h aqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, habelə əməlinin düzgün tövsif edilmədiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.6 (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipi ni ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edə n faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəmə sinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, s übutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması b arədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə nəzər yetirən məhkəmə kollegiyası onu qeyd edir ki, tədqiq olunmuş iş materiallarından, birinci instansi ya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş xeyli miqdarda təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə yanaşı, həmçinin külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə ilə bağlı ittihamlar birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi isə haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiy mət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Kassasiya şikayətində qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkum kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkəmə qərarlarının mübahisələndirilməsi üçün məhkumun kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar b irinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Məhkum zərərçəkmiş şəxs X5, qızları Şahid8 və Şahid9 müxtəlif işlərə düzəldəcəyinə dair yalan vəd verib aldadadaraq 17 iyul 2019-cu il tarixdə 12.000 manat məbləğində pulunu alıb ələ keçirdikdən sonra öz dələduzluq əməlini pərdələmək məqsədi ilə həmin tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda X ilə formal olaraq kredit müqaviləsi bağlamış, bundan sonra 22 sentyabr 2019-cu il tarixdə həmin kredit müqaviləsinin üzərində X-dan əlavə 1.500 manat pul aldığına dair həm in kredit müqaviləsinin üzərində öz əlyazması ilə qeyd aparıb imzalamışdır. Məhkəmədə elan edilib araşdırılmş cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi «Millətin səsi» internet xəbər saytında dərc olunmuş 12 fevral 2020-ci il tarixli məqalənin surətindən müəyyən olunur ki, həmin məqalənin birinci səhifəsində X-in fotoşəkili yerləşdirilmiş, bundan sonra onun adının dələduzluq işində hallanması qeyd olunmuşdur. Bundan sonra həmin məqalədə qeyd olunmuşdur ki, vətəndaş X6 “Azerinfo.tv”-yə müraciət edərək göstərmişdir ki, o, qızlarının işə düzəlməsi ilə bağlı X-in qardaşı Zərərçəkmiş şəxs3 yanında sürücü işləyən Məhkum müraciət etmiş, bundan sonra Məhkum ona, Zərərçəkmiş şəxs3 vasitəsi ilə qızlarının birini “Dost” agentliyinə, digərini isə “Dünya” mək təbinə işə düzəldəcəyini vəd etmiş, bununla bağlı Məhkum onun 13.500 manat pulunu almış, daha sonra Sumqayıt Dövlət Universitetində təhsil alan qohumu X2 həll etmək üçün yenidən Məhkum müraciət etmiş, Məhkum həmin məsələni də Zərərçəkmiş şəxs3 vasitəsi ilə həll edəcəyini vəd edərək bununla bağlı ondan 4.000 manat pul almış, lakin nəticədə onu aldadaraq verdiyi vədlərin heç birinə əməl etməyib aldığı pulları da mənimsəmişdir. O cümlədən, cinayət işinin materiallarından olan Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 51 ədəd ödəniş qəbzlərinin kserosurətlərindən müəyyən olunur ki, Bakı şəhərinin müxtəlif ərazilərində quraşdırılmış “MilliÖn” və “E-Manat” elektron ödəmə sistemləri vasitəsi ilə Məhkum məxsus olan, sonu “7101” rəqəmləri ilə bitən, "xxxx" ASC tərəfindən verilmiş bank kartının hesa bına xx.xx.2020-ci il tarixdə 1.000 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, həmin tarixdə əlavə 100 manat, həmin tarixdə əlavə 100 manat, həmin tarixdə əlavə 100 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 1.000 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 250 manat, həmin tarixdə əlavə 120 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, həmin tarixdə əlavə 300 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, həmin tarixdə əlavə 700 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, həmin tarixdə əlavə 150 manat, həmin tarixdə əlavə 50 manat, xx.xx.2020-ci il tarixdə 2.000 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, həmin tarixdə əlavə 200 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, həmin tarixdə əlavə 3.000 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, həmin tarixdə əlavə 200 manat, həmin tarixdə əlavə 300 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, həmin tarixdə əlavə 200 manat, xx.xx.2020-ci il tarixdə 350 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, həmin tarixdə əlavə 300 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020- ci il tarixdə 150 manat, həmin tarixdə əlavə 100 manat, həmin tarixdə əlavə 200 manat, xx.xx.2020-ci il tarixdə 1.300 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, həmin tarixdə əlavə 500 manat, xx.xx.2020-ci il tarixdə 250 manat, həmin tarixdə əlavə 100 manat, xx.xx.2020-ci il tarixdə 1.500 manat və xx.xx.2020-ci il tarixdə 500 manat məbləğində pulların köçürülməsi müəyyən edilmişdir. Bundan başqa cinayət işinin materiallarından olan, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 1 ədəd “CD” formatlı diskdən aydın olunur ki, diskdə olan “Whatsapp Audio 1”, “Whatsapp Audio 2”, “Whatsapp Audio 3” və “Whatsapp Audio 4” adlanan audio fayllarında X4 Məhkum müraciət edərək, ona verdiyi pulların qaytarılmasını tələb etmiş, qaytarılmayacağı təqdirdə 15-dən artıq qəzetlərdə məqalələr çap etdirəcəyini, məmurların belə işlərə görə işdən çıxarıldığını, Zərərçəkmiş şəxs3 başına oyun açacağını, bütün dünyanı ayağa qaldıracağını və digər bu kimi təhdidedici ifadələr işlətm əsi müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmş cinayət işinin materiallarından görünür ki "xxxx" MMC-dən 7683 saylı, xx.xx.2021-ci il tarixli, "xxxx" MMC-dən BKC/LGL-5389/21 saylı və "xxxx" MMC-dən AZF/LGL-11225/21 saylı məktublarla daxil olmuş, təqsirləndirilən şəxs Məhkum istifadəsində olan 050 585-75-84, 050 979-05-74, 055 ***-**-** və 077 *****-** saylı telefon nömrələrinə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərə, o cümlədən SMS mətnlərinə dair 3 ədəd CD disklərə baxış keçirilmişdir. Həmin disklərə baxış zamanı, təqsirləndirilən şəxs Məhkum istifadəsində olan 050 585-75-84, 050 979- 05-74, 055 ***-**-** və 077 ***-**-** saylı telefon nömrələri ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan 050 ***-**-** saylı telefon nöm rəsi, şahidlər Şahid3 istifadəsində olan 050 ***-**-** saylı telefon nömrəsi, Şahid4 istifadəsində olan 050 374- 29-99 saylı telefon nömrəsi, Şahid5 istifadəsində olan 070 *****-** saylı telefon nömrəsi, Şahid7 istifadəsində olan 051 ***-**-** saylı telefon nömrəsi, Şahid2 istifadəsində olan 050 ***-**-** saylı telefon nömrəsi arasında danışıqların aparılması, bundan başqa Məhkum istifadəsində olan telefon nömrələri ilə zərərçəkmiş şəxs X4 istifadəsində olan 050 ***-**-** saylı telefon nömrəsi arasında mütamadi olaraq danışıqların olması, habelə X-nın dəfələrlə Məhkum, ona verdiyi pulların qaytarılmasını tələb etməsi, əks təqdirdə Zərərçəkmiş şəxs3 və sonuncunun qardaşı X-in barələrində xəbər saytlarında məqalələr yerləşdirəcəyi mövzusunda SMS-lər göndərməsi müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki Məhkum istifadəsində olan 4169-7413-1816-7101 nömrəli plastik kart vasitəsi ilə aparılan əməliyyatlara dair "xxxx" ASC-dən 157000/2-1994 saylı, 23 aprel 2021-ci il tarixli məktubla daxil olmuş çıxarışlara və 01 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı "xxxx" ASC-dən 1 ədəd diskin və 84 vərəq çıxarışların daxil olması, həmin çıxarışlarda Məhkum istifadəsində olan 4169-7413-1816-7101 nömrəli plastik kart vasitəsi ilə aparılan əməliyyatlara dair məlumatların olması, 01 ədəd diskdə isə həmin əməliyyatların elektron variantının olması müəyyən edilmişdir. Qeyd olunan 1 ədəd diskə və 84 vərəq çıxarışlara baxış zamanı, Məhkum istifadəsində olan 4169-7413-1816-7101 nömrəli plastik kartın hesabına ödəmə terminalları vasitəsi il ə 19 aprel 2020-ci il tarixdə 2.700 manat, 30 aprel 2020-ci il tarixdə 1.000 manat, 2 may 2020-ci il tarixdə 300 manat, həmin tarixdə əlavə 300 manat, həmin tarixdə əlavə 300 manat, 3 may 2020-ci il tarixdə 300 manat, 5 may 2020-ci il tarixdə 300 manat, 7 may 2020-ci il tarixdə 1.000 manat, 8 may 2020-ci il tarixdə 1.000 manat, həmin tarixdə əlavə 410 manat, 9 may 2020-ci il tarixdə 1.500 manat, 10 may 2020-ci il tarixdə 500 manat, 12 may 2020-ci il tarixdə 500 manat, həmin tarixdə əlavə 1.000 manat, 13 may 2020-ci il tarixdə 650 manat, 15 may 2020-ci il tarixdə 500 manat, 17 may 2020-ci il tarixdə 200 manat, həmin tarixdə əlavə 200 manat, 19 may 2020-ci il tarixdə 500 manat, 20 may 2020-ci il tarixdə 500 manat, 21 may 2020-ci il tarixdə 600 manat, həmin tarixdə əlavə 300 manat, 23 may 202 0-ci il tarixdə 500 manat, 27 may 2020-ci il tarixdə 2.000 manat, həmin tarixdə əlavə 100 manat, 28 may 2020-ci il tarixdə 300 manat, həmin tarixdə əlavə 200 manat, həmin tarixdə əlavə 500 manat, 29 may 2020-ci il tarixdə 500 manat, həmin tarixdə əlavə 500 manat, 31 may 2020-ci il tarixdə 1.000 manat, 3 iyun 2020-ci il tarixdə 1.000 manat, həmin tarixdə əlavə 1.000 manat, 6 iyun 2020-ci il tarixdə 200 manat, 8 iyun 2020-ci il tarixdə 500 manat, 10 iyun 2020-ci il tarixdə 500 manat, həmin tarixdə əlavə 500 manat, 11 iyun 2020-ci il tarixdə 200 manat, həmin tarixdə əlavə 300 manat, 12 iyun 2020-ci il tarixdə 100 manat, həmin tarixdə əlavə 100 manat, həmin tarixdə əlavə 100 manat, həmin tarixdə əlavə 100 manat, həmin tarixdə əlavə 500 manat, həmin tarixdə əlavə 100 manat, 13 iyun 2020-ci il t arixdə 100 manat, 14 iyun 2020-ci il tarixdə 500 manat, 15 iyun 2020-ci il tarixdə 1.000 manat, 19 iyun 2020-ci il tarixdə 1.000 manat, 22 iyun 2020-ci il tarixdə 700 manat, 24 iyun 2020-ci il tarixdə 250 manat, həmin tarixdə əlavə 120 manat, 25 iyun 2020-ci il tarixdə 200 manat, həmin tarixdə əlavə 50 manat, həmin tarixdə əlavə 300 manat, 26 iyun 2020-ci il tarixdə 200 manat, həmin tarixdə əlavə 700 manat, həmin tarixdə əlavə 300 manat, 27 iyun 2020ci il tarixdə 500 manat, həmin tarixdə əlavə 150 manat, həmin tarixdə əlavə 50 manat, 29 iyun 2020-ci il tarixdə 2.000 manat, 4 iyul 2020-ci il tarixdə 200 manat, həmin tarixdə əlavə 100 manat, həmin tarixdə əlavə 200 manat, 5 iyul 2020-ci il tarixdə 100 manat, 6 iyul 2020-ci il tarixdə 500 manat, 7 iyul 2020-ci il tarixdə 500 manat, həmin tari xdə əlavə 200 manat, həmin tarixdə əlavə 200 manat, 9 iyul 2020-ci il tarixdə 3.000 manat, həmin tarixdə əlavə 300 manat, 14 iyul 2020-ci il tarixdə 500 manat, həmin tarixdə əlavə 200 manat, həmin tarixdə əlavə 300 manat, 16 iyul 2020-ci il tarixdə 300 manat, həmin tarixdə əlavə 200 manat, 17 iyul 2020-ci il tarixdə 100 manat, həmin tarixdə əlavə 200 manat, həmin tarixdə əlavə 200 manat, 27 iyul 2020-ci il tarixdə 350 manat, 28 iyul 2020-ci il tarixdə 700 manat, həmin tarixdə əlavə 300 manat, 3 avqust 2020-ci il tarixdə 200 manat, həmin tarixdə əlavə 100 manat, 6 avqust 2020-ci il tarixdə 200 manat, 9 avqust 2020-ci il tarixdə 100 manat, 14 avqust 2020-ci il tarixdə 150 manat, həmin tarixdə əlavə 100 manat, həmin tarixdə əlavə 200 manat, 16 avqust 2020-ci il tarixdə 1.300 manat, 20 avqus t 2020-ci il tarixdə 1.000 manat, 28 avqust 2020-ci il tarixdə 500 manat, 31 avqust 2020-ci il tarixdə 350 manat, 2 sentyabr 2020-ci il tarixdə 500 manat, həmin tarixdə əlavə 500 manat, 7 sentyabr 2020-ci il tarixdə 250 manat, həmin tarixdə əlavə 100 manat, həmin tarixdə əlavə 200 manat, 21 sentyabr 2020-ci il tarixdə 452 manat, 26 oktyabr 2020-ci il tarixdə 500 manat, 21 noyabr 2020-ci il tarixdə 500 manat, 27 noyabr 2020-ci il tarixdə 300 manat, 4 dekabr 2020-ci il tarixdə 1.500 manat və 7 dekabr 2020-ci il tarixdə 500 manat olmaqla ümumilikdə 51.632 manat məbləğində pul vəsaitlərinin mədaxil edilməsi müəyyən edilmişdir. Bundan başqa baxış zamanı, Məhkum istifadəsində olan 4169-7413-1816-7101 nömrəli plastik kartın hesabına Şahid3 istifadəsində olan 5239-1515-1104-7758 saylı "xxxx" ASC t ərəfindən verilmiş bank kartının hesabından 06 may 2020-ci il tarixdə 150 manat, 10 avqust 2020-ci il tarixdə 100 manat, 13 avqust 2020-ci il tarixdə 700 manat, 15 avqust 2020-ci il tarixdə 110 manat, 16 avqust 2020-ci il tarixdə 500 manat, 24 avqust 2020-ci il tarixdə 500 manat və 25 avqust 2020-ci il tarixdə 500 manat olmaqla ümumilikdə 2.560 manat məbləğində pul vəsaitlərinin mədaxil edilməsi müəyyən edilmişdir. Bundan başqa "xxxx" ASC-dən daxil olmuş məlumatlara baxış zamanı Məhkum istifadəsində olan 4169-7413-1816-7101 nömrəli plastik kartın hesabından internet üzərindən müxtəlif mərc oyunları saytlarının hesablarına külli məbləğlərdə vəsaitlərin məxaric edilməsi müəyyən edilmişdir. Beləliklə də "xxxx" ASC-dən daxil olmuş 1 ədəd diskə və 84 vərəq çıxarışlara baxış zamanı Zərərçəkmiş ş əxs3 ifadəsində qeyd etdiyi tarixlərə uyğun olaraq Məhkum istifadəsində olan 4169-7413-1816-7101 nömrəli plastik kartın hesabına ümumilikdə 54.192 (əlli dörd min yüz doxsan iki) manat məbləğində pul vəsaitlərinin mədaxil edilməsi müəyyən edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən, apellyasiya məhkəməsi isə hökmü qüvvədə saxlayarkən, ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 və şahidlərin ittihamı təsdiq edən ifadələri, üzləşdirmə protokolları və cinayət işi üzrə toplanılmış digər sübutlarla Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 182.3.2-ci maddələri i lə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, apellyasiya şikayətində isə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, apelyasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin çıxardıqları Məhkum Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması barədə yekun qənaətlərini şübhə altına alma q üçün heç bir əsas görməmişdir. Kassasiya məhkəmə kollegiyası da öz nöbəsində hesab edir ki, Məhkum məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, apellyasiya məhkəmə kollegiyası da haqlı olaraq Məhkum oğlunun verdiyi ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək zərərçəkmiş şəxslərin və şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi, Məhkum X1 13.500 manat faizə pul aldığına, Zərərçəkmiş şəxs2 oğlu X-in imtahan kəsirləri ilə bağlı cəmi 2.000 manat pul aldığına, Zərərçəkmiş şəxs3 heç bir vaxt hədə-qorxu ilə pul tələb etməməsinə, Zərərçəkmiş şəxs3 da öz şəxsi borclarını bağlamaq üçün borca pullar almasına dair ifadələrini cinayət məsuliyyətindən yayınma q məqsədi ilə özünümüdafiə xarakterli ifadələr kimi qəbul etmiş və bu ifadələri sübut növü kimi qəbul edilməməli olması barədə nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası məhkumun kassasiya şiakyətində göstərilmiş “onun əməlinin 182.3.2-ci maddəsindən 178-ci maddəsinə tövsif edilməsinə” dair dəlillərini də əsassız hesab edir. Belə ki, Məhkum isnad edilmiş hədə-qorxu ilə tələb etmə cinayətinin əsas tərkibi Cinayət Məcəlləsinin 182.1-ci maddəsində “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzrində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə” şəklində formulə edilmişdir. Cinayət Məcəlləsinin 182.2.4- cü maddəsi isə həmin əməlin xeyli miqdarda (5.000 manatdan artıq, lakin 50.000 manatdan artıq olmayan dəyərdə) əmlak əldə etmək məqsədi ilə törədilməsinə görə məsuliyyət nəzərdə tutmuşdur. Göründüyü kimi, sözügedən cinayət (əgər söhbət rüsvayedici məlumatların yayılması hədəsindən və qəsdin əmlaka yönəlməsindən gedirsə,) bu məlumatların rüsvayedici məzmunda olmasını, təqsirkarın onları yayacağı ilə zərərçəkmiş şəxsi hədələməsini və bu yolla onun iradəsinə təsir göstərib onun əmlakını ələ keçirmək məqsədini güdməsini ehtiva edir. Yəni, baxılan kontekstdə hədə-qorxu ilə tələb etmə cinayəti təqsirkarın zərərçəkmiş şəxsin iradəsini öz iradəsinə tabe etdirmək üçün birbaşa qəsdlə aktiv hərəkətlər etməsini, o cümlədən hədəni formulə edib zərərçəkmiş şəxsin diqqətinə çatdırmasını, məzmun etibarı i lə hədənin gələcəkdə baş verə biləcək aktı (rüsvayedici məlumatların yayılmasını) ehtiva etməsini nəzərdə tutur (maddənin mənasına görə, zərərçəkmiş şəxs üçün arzuolunmaz məlumatların məhz gələcəkdə yayılmaq təhlükəsi onu əmlak barədə təqsirkarın irdəsinə uyğun şəkildə davranmağa məcbur edən amil rolunu oynamalıdır). X- ifadəsində Məhkum ona zəng edərək bütün pulları Zərərçəkmiş şəxs3 verdiyini bildirdiyini, qısa zaman ərzində onun pullarını Zərərçəkmiş şəxs3 alıb qaytaracağını, Zərərçəkmiş şəxs3 pulu ala bilməsi üçün onu qorxutmalı olduğunu, yəni Zərərçəkmiş şəxs3 X-nın şikayət etmək niyyətində olduğunu görməli olmasını, bu zaman pulun qaytarılmasına razılıq verəcəyini, X- da öz pullarını geri almaq üçün Həsənin tapşırığı ilə sonuncunun mobil telefonuna, Zərərçəkmiş şəxs3 və qardaşı X-dən şikayətlər edəcəyi məzmununda səsli mesajlar göndərdiyini, Məhkum ona həmin səsli mesajları Zərərçəkmiş şəxs3 göndərərək pullarının alınmasını təmin edəcəyini göstərmişdir. Həqiqətən də, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 1 ədəd “CD” formatlı diskdəki “Whatsapp Audio 1”, “Whatsapp Audio 2”, “Whatsapp Audio 3” və “Whatsapp Audio 4” audio fayllarına baxış zamanı X-nın Məhkum müraciət edərək, ona verdiyi pulların qaytarılmasını tələb etməsini, qaytarılmayacağı təqdirdə 15-dən artıq qəzetlərdə məqalələr çap etdirəcəyini, məmurların belə işlərə görə işdən çıxarıldığını, Zərərçəkmiş şəxs3 başına oyun açacağını, bütün dünyanı ayağa qaldıracağını və digər bu kimi təhdidedici ifadələr işlətməsi müəyyən edilmişdir. X- həmin səs yazılarını ona məxsus oldu ğunu etiraf etmiş, eyni zamanda Məhkum da həmin səs yazılarının X- tərəfindən göndərildiyini, onun tərəfindən isə Zərərçəkmiş şəxs3 göndərildiyini qeyd etmişdir. İşin hallarından göründüyü kimi, Məhkum X-nın 13.500 manat pulunu ələ keçirmiş, sonuncu səs yazılarında da həmin pulun qaytarılmasını tələb etmişdir. Lakin, Məhkum X-nın səs yazılarını Zərərçəkmiş şəxs3 göndərməklə, eyni zamanda X-dan başqa da ayrı-ayrı şəxslərdən də pul aldığını Zərərçəkmiş şəxs3 bildirməklə, əgər həmin pulların hamısını ona verməsə pul aldığı digər şəxslər də X- kimi Zərərçəkmiş şəxs3 və qardaşı X-in barəsində internet xəbər saytlarında məlumatlar yayaraq onları rüsvay edəcəklərini deyərək Zərərçəkmiş şəxs3 64.142 manat məbləğində pulunu ələ keçirmişdir. Məhkum Zərərçəkmiş şəxs3 64.142 manat məbləğində pul almas ını etiraf etmişdir. Məhkum hədə-qorxunun əslində X- tərəfindən edilməsi barədə dəlilləri X- və Zərərçəkmiş şəxs3 ifadələri ilə, eyni zamanda şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid6 ifadələri ilə təkzib edilmiş, məhz hədənin Məhkum tərəfindən edilməsi təsdiq edilmişdir. Aşağı instansiya məhkəmələrinin göstərilənlərə dair gəldikləri nəticələrə istinadən, işin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum verilmiş ittiham üzrə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini ta mamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Cəza məsələləsinə gəldikdə isə iş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini ödəməsi) və ağırlaşdıran (əməlində cinayətin residivinin olması) halların olmasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum isla h olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar