Məhkəmə qərarları › İş №1(102)-2419/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2419/2025

25.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2419/2025 25.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X5 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi X2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Faiq Qəniyev (sədrlik edən və məruzəçi), hakimlər X3 və X1 ibarət tərkibdə) 1(101)-1589/2023 nömrəli 25 dekabr 2023cü il tarixli hökmü ilə xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan R espublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 02 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-554/2024 saylı, 24 aprel 2024-cü il tarixli (sədrlik edən və məruzəçi hakim Elbəy Allahverdiyev, hakimlər Cavid Hüseyn və Habil Məmmədovdan ibarət tərkibdə) qərarı ilə şikayət təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1589/2023 saylı, 25 dekabr 2023cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti və məhkumun müdafiəçisi X2 tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə və əlavəyə qarşı etiraz verilməmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni, habelə narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 28 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisində isintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd sellofan bükülünün içərisində külli miqdarda - təmiz çəkisi 14,315 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş, içərisində təmiz çəkisi 1,851 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 29 noyabr 2022 -ci il tarixdə saat 02:20-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılmış, orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümün içərisində külli miqdarda - təmiz çəkisi 14,315 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, şübhəli şəxs qismində tutulması səbəbindən saxlanılması üçün Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlanılma yerinə aparıldıqdan sonra 29 noyabr 2022-ci il tarixdə saat 10:00- da Daxili İşlər Nazirliyinin 14 mart 2014-cü il tarixli Ə220-001-14 nömrəli əmrinə əsasən “Müvəqqəti saxlama yerlərinin daxili intizam qaydaları”na müvafiq olaraq Müvəqqəti Saxlanılma yerinin əməkdaşları tərəfindən tam axtarış müayinəsi aparılarkən sağ qulağının içəri hissəsindən 01 ədəd siqaretin gümüşü kağızma bükülmüş, içərisində təmiz çəkisi 1,851 qram təşkil edən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum öz kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən ədalətsiz və əsassız qərarlar çıxarılmışdır. Eyni zamanda, ibtidai istintaqı həyata keçirən müstəntiq də məhkuma qarşı qərəzli şəkildə istintaq hərəkətlərini həyata keçirmişdir. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsi zamanı mötəbər olan sübutları tətqiqi ilə bağlı yazılı v ə şifahi vəsatətlərin heç biri təmin olunmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli, 1(103)-554/2024 saylı qərarının ləğv edilməsini, barəsində olan cinayət işinə bəraət verici əsaslarla xitam verilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi X2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən, apellyasiya instansiyasında dindirilən Məhkum ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və 28 noyabr gecə saatlarında marketdən qayıdarkən qonşusu Cahangirlə birlikdə polis əməkdaşları tərəfindən heç bir əsas olmadan saxlanıldığını göstərmişdir. Onun üzərinə baxış keçirilsə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş, buna baxmayaraq telefonu və pulu götürülərək saatlarla polis avt omobilində saxlanılmış, müxtəlif ərazilərdə gəzdirilmiş və sonradan 27-ci Polis Bölməsinə aparılmışdır. Bildirmişdir ki, polis idarəsində ona təzyiq göstərilmiş, çəkilişdən əvvəl polis əməkdaşları tərəfindən narkotik vasitələr verilmiş və guya həmin maddələrin onda olması süni şəkildə sənədləşdirilmişdir. O, əvvəllər narkotik istifadəçisi olsa da, saxlanılarkən üzərində heroin və metamfetamin olmadığını, bu maddələrin polis əməkdaşları tərəfindən təzyiq altında ona verildiyini qeyd etmişdir. Diskə baxış protokoluna əsasən, onun istifadəsində olmuş mobil telefonun 29 noyabr gecə saatlarında Səbail və Yasamal rayonlarında hərəkətdə olduğu, lakin 28 noyabr tarixində Nəsimi rayonu ərazisində qeydə alınmadığı müəyyən edilmişdir. Apellyasiya məhkəməsi onun ifadəsinə düzgün hüquqi qiymət verməmiş, qanunsuz saxlanılmasını, müdafiəçi yardımından məhrum edilməsini və işin hərtərəfli araşdırılmamasını nəzərə almamışdır. Müdafiə tərəfinin təşəbbüsü ilə aparılmış təkrar diskə baxış zamanı ittiham aktında və məhkəmə hökmündə göstərilən SMS məlumatlarının saxta olduğu, həmin mesajların diskə baxış protokolunda mövcud olmadığı aşkar edilmişdir. Məhkum saxlanılarkən üzərində narkotik vasitə aşkar olunmadığı üçün bu hal protokollaşdırılmamış, lakin bu məsələnin araşdırılması üçün verilmiş vəsatətlər məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Saxlanma zamanı hadisə yerində olan və faktın şahidi sayılan X4 nə ibtidai, nə də məhkəmə istintaqında dindirilməmişdir. Həmin şəxsin ifadəsinin alınması Məhkum hansı şəraitdə saxlanıldığının müəyyən edilməsi və işin düzgün həlli baxımından mü hüm əhəmiyyət kəsb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli, 1(103)-554/2024 saylı qərarının ləğv edilməsini, barəsində olan cinayət işinə bəraət verici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayə ti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş he sab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə mübahisələndirilən məsələ ondan ibarətdir ki, Məhkum əsassız olaraq CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsi barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsin i mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktl ar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissə si olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddə sinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassa siya şikayətinin Məhkum həmin maddə ilə təqsirsiz olması barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya şikayətrində iddia olunanların əksinə olaraq məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, baxış keçirilən zaman o, həmin prosessual hərəkətlə bağlı heç bir irad bildirməmiş və protokola hər hansı qeyd aparmamışdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaqın dövründə verdiyi ifadələrində və videoçəkilişlə aparılan istintaq hərəkətləri zamanı əməlini faktiki olaraq etiraf edərək özünün narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bununla yanaşı, iş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 01 may 2023-cü il protokoldan görünür ki, Məhkum istifadəsində olan 099- ***-**-** saylı mobil telefon nömrəsi ilə ötürülən məlumatlarla əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 01 ədəd CD diskə baxış keçirilərkən aşağıdakı məzmunda aparılmış, o nun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən sms yazışmaları müəyyən olunmuşdur: xx-xx-2022 03:24:40 16-11- 2022 03:24:40 1.1.**********13 1.1.**********23 Xeyyam gelmirsense dinen bilimde men evde oturub gozdememyim cixim axtarim xahis edirem he yox de rufet aqriyir 16-11- 2022 05:43:04 xx-xx-2022 05:43:04 1.1.**********91 1.1.**********23 X13 YİĞDA BU NOMREYE xx-xx-2022 18:01:36 1.1.**********91 1.1.**********23 X13 X8 X17 X16 Sizin Mehledeyem xx-xx-2022 11:18:20 1.1.**********91 1.1.**********23 X15 Resul Qaqash? Qaqash 15 X10 Gelsem lOkola 5 Daw Alinar? xx-xx-2022 16:17:09 xx-xx-2022 16:17:09 1.1.**********14 1.1.**********23 Xeyyam men getdime ama mene nese olacaq bilirem sende cox pewman olacaqsan bu vaxta qeder doze bildim agraya xx-xx-2022 18:33:42 1.1.********** 70 1.1.**********23 Qerdesh necesen menem Resul nece gundu vezyet cox pisdi hec İm tapib kontur vura bilmirdim dunende mehkemenin heyetinen qacmiwam vezyetim temiz pisdi 7-8 xx-xx-2022 18:33:42 xx-xx-2022 18:33:43 1.1.**********70 1.1.**********23 Qerdesh necesen menem Resul nece gundu vezyet cox pisdi hec 1m tapib kontur vura bilmirdim dunende mehkemenin heyetinen qacmiwam vezyetim temiz pisdi 7-8 xx-xx-2022 18:33:48 1.1.**********70 1.1.**********23 m pulum var X16 qardawiva o gunde tinde gozdedim belke gelersen gelmedun getdim eve indi awagida nizamideyem olurem etaga xx-xx-2022 18:33:48 xx-xx2022 18:33:48 1.1.**********70 1.1.**********23 m pulum var X16 qardawiva o gunde tinde gozdedim belke gelersen gelmedun getdim eve indi awagida nizamideyem olurem etaga xx-xx-2022 00:02:33 1.1.*** *******70 1.1.**********23 Qerdesh 15 manatim var nese elemey alinar? xx-xx-2022 00:02:33 xx-xx-2022 00:02:34 1.1.**********70 1.1.**********23 Qerdesh 15 0+manatim var nese elemey alinar? xx-xx-2022 01:53:18 xx-xx-2022 01:53:19 1.1.**********70 1.1.**********23 Qardawim nizamide diyanmiwam uwagi gozdurem pulu getirsin donmuwam usdeliy lomkadanda olem qardawim telefon getirsem temaynan Deyiwmeye alinar? 3-4 cur tel var xx-xx-2022 01:53:18 1.1.**********70 1.1.**********23 Qardawim nizamide diyanmiwam uwagi gozdurem pulu getirsin donmuwam usdeliy lomkadanda olem qardawim telefon getirsem temaynan Deyiwmeye alinar? 3-4 cur tel var xx-xx-2022 05:25:18 xx-xx-2022 05:25:18 1.1.**********70 1.1.**********23 Qaqash etaga uje vezyetim cox pisdi diyana bilmirem Biyaq uwaglar sen telfonu acmadun a dboy verdun pulu gotrub getdiler ozun bisende menim pulum olmur an xx-xx-2022 05:25:18 1.1.**********70 1.1.**********23 Qaqash etaga uje vezyetim cox pisdi diyana bilmirem Biyaq uwaglar sen telfonu acmadun adboy verdun pulu gotrub getdiler ozun bisende menim pulum olmur an xx-xx-2022 05:25:23 xx-xx-2022 05:25:24 1.1.**********70 1.1.**********23 caq kimse isdese divjenya eliye bilem sora yigdim didi gelem gelmedi İsat cox donmuwam kucede indi pul yoxumdu ama satdiq 3-4 tel birde apple saat var te xx-xx-2022 05:25:23 1.1.**********70 1.1.**********23 caq kimse isdese divjenya eliye bilem sora yigdim didi gelem gelmedi İsat cox donmuwam kucede indi pul yoxumdu ama satdiq 3-4 tel birde apple saat var te xx-xx-2022 05:29:43 28-11- 2022 05:29:43 1.1.**********70 1.1.**********23 İfon iwindeyem bisende yeni prablemsiz ozmundu getrim gor hansini isdiyerler qardawimsan Cox pisem uje xx-xx-2022 05:29:43 1.1.**********70 1.1.**********23 İfon iwindeyem bisende yeni prablemsiz ozmundu getrim gor hansini isdiyerler qardawimsan Cox pisem uje (cild 2, iş vərəqə 127- 152). Həmçinin “diskə baxış keçirilməsi haqqında” 17 may 2023-cü il protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 01 ədəd CD diskə baxış keçirilərkən Məhkum aşağıdakı məzmunda sms yazışmaları müəyyən olunmuşdur: xx-xx-2022 00:56:30 xx-xx-2022 00:56:30 1.1.**********81 1.1.**********23 gerdew 20deyge olar durmuwam kera sehere paykam var vezyet kritik olsa xeber ele evdeyem xx-xx-2022 00:56:30 1.1.**********81 1.1.**********23 gerdew 20deyge olar durmuwam kera sehere paykam var vezyet k ritik olsa xeber ele evdeyem xx-xx-2022 15:22:47 xx-xx-2022 15:22:47 1.1.**********81 1.1.**********70 Coni can 15diy duz xx-xx-2022 15:22:47 1.1.**********81 1.1.**********70 Coni can 15diy duz xx-xx-2022 19:09:50 1.1.**********81 1.1.**********51 ********** xx-xx-2022 19:09:50 xx-xx-2022 19:09:50 1.1.**********81 1.1.**********51 ********** xx-xx-2022 20:19:09 1.1.**********81 1.1.**********70 Rafail na 10m ko xx-xx-2022 20:19:09 xx-xx-2022 20:19:10 1.1.**********81 1.1.**********70 Rafail na 10m ko xx-xx-2022 20:21:05 1.1.**********81 1.1.**********70 keruxa dincelirem hemde paykam birde uwagin emaneti galib xx-xx-2022 20:21:05 xx-xx-2022 20:21:05 1.1.**********81 1.1.**********70 keruxa dincelirem hemde paykam birde uwagin emaneti galib 06-11- 2022 15:31:14 1.1.**********81 1.1.******* ***70 Coni kera 1 lis a xx-xx-2022 15:31:14 xx-xx-2022 15:31:14 1.1.**********81 1.1.**********70 Coni kera 1 lis a 06- 112022 15:48:59 xx-xx-2022 15:48:59 1.1.**********81 1.1.**********70 Coni kera 1 lis a xx-xx2022 15:48:59 1.1.**********81 1.1.**********70 Coni kera 1 lis a 06-11- 2022 16:02:38 xxxx-2022 16:02:38 1.1.**********81 1.1.**********50 Keruxa menem coni xx-xx-2022 16:02:38 1.1.**********81 1.1.**********50 Keruxa menem coni xx-xx-2022 20:21:33 1.1.**********81 1.1.**********70 Coni butov İda duz 06- 11-2022 20:21:33 xx-xx-2022 20:21:33 1.1.**********81 1.1.**********70 Coni butov İda duz Gagaw temiz yarim 25 dii xxxx-2022 06:14:20 1.1.**********81 1.1.**********70 Gagaw temiz yarim 25 dii xx-xx-2022 05:13:53 1.1.**********81 1.1.**********70 Keruxa biln na a xx-xx-2022 05:13:53 xx-xx-2022 05:13:54 1.1.**********81 1.1.**********70 Keruxa biln na a xx-xx-2022 05:13:56 1.1.**********81 1.1.**********70 alan olar.. xx-xx-2022 05:13:56 xx-xx-2022 05:13:56 1.1.**********81 1.1.**********70 alan olar.. xx-xx-2022 12:49:25 1.1.**********81 1.1.**********70 Coni can qonşu t xx-xx-2022 12:49:25 xx-xx-2022 12:49:25 1.1.**********81 1.1.**********70 Coni can qonşu t, xx-xx-2022 14:11:18 xx-xx-2022 14:11:18 1.1.**********81 1.1.**********70 1 dana palavink xx-xx-2022 14:11:18 1.1.**********81 1.1.**********70 1 dana palavink xx-xx-2022 14:11:49 1.1.**********81 1.1.**********70 1 dana palavink xx-xx-2022 14:11:49 xx-xx-2022 14:12:39 1.1.**********81 1.1.**********70 1 dana palavink xx-xx-2022 16:33:18 1.1.**********81 1.1.**********46 Yox gerdew watsapa gire bilmirem xx- xx-2022 16:33:18 xx-xx-2022 01:17:54 1.1.**********81 1.1.**********46 Yox gerdew watsapa gire bilmirem xx-xx-2022 21:31:06 1.1.**********81 1.1.**********70 Kera: yari kola xx-xx-2022 17:00:25 1.1.**********81 1.1.**********70 Coni yari duzalar 13- 11-2022 17:00:25 xx-xx-2022 17:00:26 1.1.**********81 1.1.**********70 Coni yari duzalar xx-xx-2022 17:00:56 1.1.**********81 1.1.**********70 Coni yari duzalar 13- 11-2022 17:00:56 xx-xx-2022 17:00:56 1.1.**********81 1.1.**********70 Coni yari duzalar xx-xx-2022 17:29:39 xx-xx-2022 17:29:39 1.1.**********81 1.1.**********09 Keraa degigdise saxliyim degig deyilse men iw gordiyim uwagi gozdetdirmiyim oturum ona xx-xx-2022 17:29:39 1.1.**********81 1.1.**********09 Keraa degigdise saxliyim degig deyilse men iw gordiyim uwagi gozdetdirmiyim otu rum ona xx-xx-2022 18:54:43 1.1.**********81 1.1.**********50 27,iki manat qalir m xx-xx-2022 18:54:43 13-11- 2022 18:54:43 1.1.**********81 1.1.**********50 27,iki manat qalir m xx-xx-2022 14:01:42 xx-xx-2022 14:01:42 1.1.**********81 1.1.**********70 Coni alisa xoçe 15- 11-2022 14:01:42 1.1.**********81 1.1.**********70 Coni alisa xoçe 15-11- 2022 14:29:56 1.1.**********81 1.1.**********70 Da xacuu xx-xx-2022 14:29:56 15-11- 2022 14:29:56 1.1.**********81 1.1.**********70 Da xacuu xx-xx-2022 14:32:11 1.1.**********81 1.1.**********70 Packa? SUBMİTTED xx-xx2022 14:32:11 15-11- 2022 14:32:11 1.1.**********81 1.1.**********70 Packa? xx-xx-2022 14:32:40 15-11- 2022 14:32:40 1.1.**********81 1.1.**********70 Packada negeder olur xxxx-2022 14:32:40 1.1.**********81 1.1.**********70 Packada neg eder olur xx-xx-2022 14:33:34 1.1.**********81 1.1.**********70 14, SUBMİTTED xx-xx-2022 14:33:34 xx-xx-2022 14:33:34 1.1.**********81 1.1.**********70 14, xx-xx-2022 14:37:08 1.1.**********81 1.1.**********70 Lisdada, 2/5 xx-xx-2022 18:30:26 xx-xx-2022 18:30:26 1.1.**********81 1.1.**********70 Kera pul var yar xx-xx-2022 18:30:26 1.1.**********81 1.1.**********70 Kera pul var yar xx-xx-2022 19:04:56 1.1.**********81 1.1.**********70 Coni kola yest? xx-xx2022 19:04:56 xx-xx-2022 19:04:56 1.1.**********81 1.1.**********70 Coni kola yest? xx-xx2022 19:15:07 1.1.**********81 1.1.**********70 Coni kola yest?, xx-xx-2022 19:15:07 xx-xx2022 19:15:07 1.1.**********81 1.1.**********70 Coni kola yest? xx-xx-2022 21:46:57 1.1.**********81 1.1.**********44 Gagaw duzeldib goyiram gifaga xx-xx-2022 21:46:57 xxxx-2022 21:46:57 1.1.**********81 1.1.**********44 Gagaw duzeldib goyiram gifaga xx-xx2022 09:06:45 1.1.**********81 1.1.**********70 Kera oyaxsan? xx-xx-2022 09:06:45 xx-xx2022 09:06:45 1.1.**********81 1.1.**********70 Kera oyaxsan? xx-xx-2022 21:06:06 1.1.**********81 1.1.**********30 Keruxaa mene kartuvin kodni atdaa smsnen mamasanin bank puluni yolliyim kartuva birde sencunde yolliyim xx-xx-2022 21:06:06 xx-xx-2022 22:39:22 1.1.**********81 1.1.**********30 Keruxaa mene kartuvin kodni atdaa smsnen mamasanin bank puluni yolliyim kartuva birde sencunde yolliyim xx-xx-2022 11:33:32 1.1.**********81 1.1.**********70 Keruxa belka 5p xx-xx-2022 11:33:32 xx-xx-2022 11:33:32 1.1.**********81 1.1.**********70 Keruxa belka 5p xx-xx-2022 18:05:06 1.1.**********81 1.1.**********70 Kera x otybi İdan xx-xx-2022 18:11:08 xx-xx-2022 18:11:08 1.1.**********81 1.1.**********70 Vratiska duzqoş xx-xx-2022 18:11:08 1.1.**********81 1.1.**********70 Vratiska duzqoş xx-xx-2022 18:33:55 1.1.**********81 1.1.**********70 5 6 daqiqaya me xxxx-2022 18:33:55 xx-xx-2022 18:33:55 1.1.**********81 1.1.**********70 5 6 daqiqaya me xx-xx-2022 18:34:30 xx-xx-2022 18:34:30 1.1.**********81 1.1.**********70 Gel gagaw duzelderen 18-11- 2022 18:34:30 1.1.**********81 1.1.**********70 Gel gagaw duzelderen xx-xx-2022 18:34:31 xx-xx-2022 18:34:34 1.1.**********81 1.1.**********70 M xx-xx-2022 18:34:31 1.1.**********81 1.1.**********70 M xx-xx-2022 19:14:02 1.1.**********81 1.1.**********70 Gagaw sene sef duwub bir gram vermiwem 18-11- 2022 19:14:02 xx-xx2022 19:14:02 1.1.**********81 1.1.**********70 Gagaw sene sef duwub bir gram vermiwem xx-xx-2022 19:14:08 1.1.**********81 1.1.**********70 Halal xowun xx-xx-2022 19:46:41 xxxx-2022 19:46:41 1.1.**********81 1.1.**********70 Gagaw bir gram mal verilib sene hecnediki diyitem halal xowun yoxsa diyerdkm getir gaytar xx-xx-2022 19:46:41 1.1.**********81 1.1.**********70 Gagaw bir gram mal verilib sene hecnediki diyitem halal xowun yoxsa diyerdkm getir gaytar xx-xx-2022 20:15:14 1.1.**********81 1.1.**********70 Coni qardasim: s xx-xx-2022 20:15:14 xx-xx-2022 20:15:14 1.1.**********81 1.1.**********70 Coni qardasim: s xx-xx-2022 19:04:21 1.1.**********81 1.1.**********09 Gagaw bowdugdii xx-xx-2022 19:04:21 xx-xx-2022 19:04:21 1.1.**********81 1.1.**********09 Gagaw bowdugdii xx-xx-2022 20:12:54 1.1.**********81 1.1.**********09 Gagaw bidene almdirim ozum xeber eliyirem, 25- 11-2022 20:12:54 xx-xx-2022 20:12:54 1.1.**********81 1.1.**********09 Gagaw bidene alindirim ozum xeber eliyirem (cild 3, iş vərəqə 46-64). Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə qanuni əsaslar mövcuddur kassasiya şikayətinin bu barədə dəlilləri tam əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apelyasiya instansiyası məhkəməsi Məhkum əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiy mətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Aşağı instansiya məhkəmələrinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci m addəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nətic ə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 11-ci mаddəsində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Sözügedən plenum qərаrınа əsаsən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılаş mаqlа iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd оlunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirаk etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməlində cinayət tərkibinin olmaması və Məhkum bəraət verilməsi barədə kassasiya şikayətinin dəlilləri ibtidai istintaq zamanı toplanmış və məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara əsasən tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittiha mdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası bundan əlavə qeyd etmək istəyir ki, ''Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 42.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin m üəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin və ona əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin və ona əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-554/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar