Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-242/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 Mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi X4 X1 iştirakları ilə 25 may 1960-cı il tarixdə Lerik rayonu ******** kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Lerik rayonunun Günəşli kəndində qeydiyyatda olmaqla yaşamış X8 Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin (bundan sonra CM-in) 213.1-ci maddəsi ilə 02 avqust 1962-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan X6 Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İ.E.Abbasov) X11 – Azərbaycan Respublikası CM-nın 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müd dətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.5, 66.4-cü maddələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2016cı il tarixli hökmü ilə təyin edilmiş və Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 06 may 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi ilə cəzası azaldılaraq üzərində qəti olaraq saxlanılmış 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hök mlə təyin edilmiş əlavə və əsas cəza ilə qismən toplanaraq X8 üzərində qəti olaraq 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 18 noyabr 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. X9 – Azərbaycan Respublikası CM-nın 213.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla islah işləri cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması, X6 barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbirinin hökm qanuni qüvv əyə minənədək dəyişdirilməməsi, mülki iddianın qismən təmin edilməsi və 5093,93 (beş min doxsan üç manat doxsan üç qəpik) manat məbləğində pulun təqsirləndirilən şəxslər X11 və X5 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi, iş üzrə maddi sübut "xxxx” MMC-nin möhürü, cəmiyyətə məxsus hesabat və ilkin mühasibat sənədlərinin cinayət işində saxlanılması, iş üzrə məhkəmə xərci-keçirilmiş məhkəmə ekspertizalarının dəyərini təşkil edən 330 (üç yüz otuz) manat məbləğində pulun təqsirləndirilən şəxslər X11 və X5 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsi hökm edilmişdir Məhkəmənin həmin hökmündən mülki iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən hakim H.H.Əhmədov, hakimlər: M.S.Hüseynov və İ.M.Murquzov) mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən iş üzrə ibtidai araşdırma aparılaraq belə nəticəyə gəlinmişdir ki, təqsirləndirilən şəxs X11 Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı Sabunçu rayonu, ünvan 3dud Məsuliyyətli Cəmiyyətini (MMC) (VÖEN: **********) tanışı,digər təqsirləndirilən şəxs X9 ilə əlbir olaraq, həmin cəmiyyəti işlədərkən, cəmiyyətin Nizamnaməsində nəzərdə tutulmuş funksiyalarını tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzər də tutan əməliyyatlar aparılmaqla rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduqları halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 72, 77, 78.1, 103, 154, 159.1, 173, 174.1, 175.1, 177.1.2, 177.6, 180.1-cü maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə göndərdikləri bəyannamələrə təhrif edilmiş məlumatlar daxil edərək və bəyannamə təqdim etməyərək, xeyli miqdar təşkil edən, 53.032,82 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışlar. Belə ki, X11 tanışı X9 ilə qabaqcadan əlbir olaraq, Bakı şəhərində fəaliyyət göstərən "xxxx " MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2013-cü ilin iyul ayı üzrə ƏDV tutulan dövriyyəsi 38.194,50 manat, ƏDV 6875,01 manat, əvəzləşdirilən ƏDV 3250,00 manat, büdcəyə ödənilməli ƏDV 3625,01 manat olduğu halda, həmin dövr üzrə vergi orqanına təqdim etdiyi bəyannaməsində ƏDV tutulan dövriyyəsi 18.333,38 manat, ƏDV 3300,01 manat, əvəzləşdirilən ƏDV 3250,00 manat, büdcəyə ödənilməli ƏDV 50,01 manat olduğunu bəyan edərək 3575,00 manat; dekabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 253.559,32 manat, ƏDV 45.640,68 manat, əvəzləşdirilən ƏDV 33.747,27 manat, büdcəyə ödənilməli ƏDV 11.893,41 manat olduğu halda, həmin dövr üzrə vergi orqanına təqdim etdiyi bəyannaməsində ƏDV tutulan dövriyyəsinin olmadığını, əvəzləşdirilən ƏDV 10.078,84 manat, büdcədən qaytarılmalı ƏDV 10.078,84 manat olduğunu bəyan edərək, 21.972,25 manat; 2014-cü ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyəsi 63.390,01 manat, ƏDV 11410,20 manat, əvəzləşdirilən ƏDV 8369,73 manat, büdcəyə ödənilməli ƏDV 3040,47 manat olduğu halda, həmin dövr üzrə ƏDV tutulan dövriyyəsinin olmadığını bəyan edərək, 3040,47 manat; fevral ayı üzrə ƏDV tutulan dövriyyəsi 63.390,01 manat, ƏDV 11410,20 manat, əvəzləşdirilən ƏDV 7981,29 manat, büdcəyə ödənilməli ƏDV 3428,91 manat olduğu halda, həmin dövr üzrə ƏDV tutulan dövriyyəsinin olmadığını bəyan edərək, 3428,91 manat; mart ayı üzrə ƏDV tutulan dövriyyəsi 63.390,01 manat, ƏDV 11410,20 manat, əvəzləşdirilən ƏDV 7592,85 manat, büdcəyə ödənilməli ƏDV 3817,35 manat olduğu halda, həmin dövr üzrə ƏDV tutulan dövriyyəsinin olmadığını bəyan edərək, 3817,35 manat, cəmi 35.833,98 manat məbləğində ƏDV-ni dövlət büdcəsinə ödəməkdən yayınmışlar. Bundan əlavə, X11 və X 9, "xxxx” MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2013-ci il üzrə mənfəəti 291.753,82 manat, xərcləri 205.759,58 manat, vergi tutulan dövriyyəsi 85.994,24 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 17.198,84 manat olduğu halda, həmin il üzrə mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə, 17.198,84 manat mənfəət vergisini, ümumilikdə isə 53.032,82 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışlar. Kassasiya şikayətinin dəlilləri: Mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi, Departament tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsi və Bakı şəhəri Lokal Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan “xxxx” MMC-də xeyli miqdar təşkil edən 53.032,82 manat məbləğində dövlət büdcəsinə ödənilməkdən yayındırılmış ziyanın (verginin) mülki cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Azərbaycan Ticarət və X3 Birliyinin 05.02.2015-ci il tarixli ekspertiza rəyindən idxal edilmiş kvars qumunun 1 (bir) tonunun orta bazar qiyməti 220 manat müəyyən edilmişdir. Eyni zamanda iş materiallarında olan iki ədəd qaimə fakturadan da görünür ki, 2014-cü ilin fevral ayında digər müəssisələr tərəfindən kvars qumunun 1 (bir) tonu 207,60 və 207,80 manata təqdim edilmişdir. Bundan əlavə istintaq zamanı təqsirləndirilən şəxs X11 53.032,82 manat məbləğində vergiləri ödəməkdən yayındığını etiraf edər ək kvars qumunun 1 (bir) tonunun orta bazar qiymətinin 220 manat olmasını faktiki etiraf etmişdir. Həmçinin qeyd edir ki, 20.10.2016-cı il tarixli 18346 nömrəli ekspert rəyində Müəssisə tərəfindən kvars qumunun topdan satıldığı qeyd olunmuş və ekspert kvars qumunun topdan satıldığını sübut etmək üçün hansısa məhkəmə protokoluna istinad etmişdir. Məhkəmə iclas protokolu müəssənin fəaliyyət növünün müəyyən edilməsi üçün sübut kimi istinad edilə bilən sənəd deyil. Bundan əlavə 20.10.2016-cı il tarixli ****** nömrəli ekspert rəyində mənfəət vergisi 2013cü il üzrə deyil, yalnız 2013-cü ilin iyul ayı üzrə hesablanmışdır. Vergi Məcəlləsinə əsasən isə mənfəət vergisi üzrə hesabat dövrü ildir. Bu səbəbdən hesablama mövcud qanunvericiliyə uyğun aparılmalıdır. Həmçinin səyyar vergi yoxlaması aktında müəssisənin 2013-cü il üzrə gəliri 291.753,82 manat müəyyən edilmişdir. 358 nömrəli ekspert rəyində isə buna münasibət bildirilmədən yanlış hesablama aparılmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə mülki iddiaçının nümayəndəsi Q6, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkum E6 və dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə ba xaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya in stansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsi və Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan “xxxx” MMC-də xeyli miqdar təşkil edən 53.032,82 manat məbləğində dövlət büdcəsinə ödənilməkdən yayındırılmış ziyanın (verginin) mülki cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilmiş dəlilləri əsassız hesab ed ir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhk əməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 19 oktyabr 2015-ci il tarixli 21188 saylı rəyindən görünür ki, 14 noyabr 2013-cü il tarixli 27/k nömrəli müqavilənin "pokupatel" və "Y6" qrafalarında əks olan imzalar X9 tərəfindən icra edilmişdir. Bundan əlavə 14 iyun 2013-cü il tarixli e10 nömrəli elanda olan "imza" qrafasında olan imza X11 tərəfindən icra edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 29 may 2015-ci il tarixli 10758 saylı rəyindən görünür ki, cəmiyyətə səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 17.198,84 manat məbləğində mənfəət vergisinin, 35.833,98 manat məbləğində ƏDV-nin dövlət büdcəsinə az hesablanması müəyyən olunur. İş materiallannda olan kompleks məhkəmə-mühasibat və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 oktyabr 2016-cı il tarixli 18346 saylı rəyindən görünür ki, müəssisənin topdansatış fəaliy yəti ilə məşğul olması nəzərə alınmaqla "xxxx" MMC-nin adına 2013-cü il dekabr-2014-cü ilin mart aylarında idxal edilmiş QS( 1,25-0,8) fraksiyalı kvarts qumun bir tonunun topdan satış qiyməti 198,64 manat müəyyən edilir. "xxxx" MMC-nin adına 2013cü il dekabr-2014-cü ilin mart aylarında gömrükdən daxil olan QS(1,25-0,8) fraksiyalı kvarts qumun bir tonunun topdan satış qiyməti 198,64 manat təşkil etdiyini nəzərə almaqla həmin idxal edilmiş kvarts qumun təqdim etməsindən müəssisənin dövlət büdcəsindən azaldığı vergiləri 28.321,13 manat məbləğində müəyyən edilir. "xxxx" MMC "xxxx" MMCnə 2013-cü ilin iyul ayında 18.333,38 manat (ƏDV-si 3300,01 manat) armatur təqdim etmiş və bu əməliyyatı vergi orqanına təqdim etdiyi ƏDV-si bəyənnaməsində (yəni ƏDV tutulan dövriyyə 18.333,38 manat, ƏDV-si isə 3. 300,01 manat) öz əksini tapmış və səyyar vergi yoxlaması zamanı da bu satış əməliyyatı iyul ayı üzrə düzgün, yəni Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 159.1-ci maddəsinə müvafiq olaraq nəzərə alınmışdır. Qeyd edilir ki, bu əməliyyat "xxxx" MMC üçün satqı əməliyyatı olduğundan bu müəssisə həmin əməliyyatla bağlı hər hansı bir əvəzləşmə apara bilməz. Müəssisə 2013-cü ilin iyul ayında ayrı-ayrı müəssisələrlə apardığı əməliyyatlarla (yəni kabelin alqı-satqısı və armaturun satqısı ilə bağlı) kabelin satışını bəyan etməməklə 3.575,00 manat ƏDV-ni dövlət büdcəsinə az hesablamışdır. "xxxx" MMC-nin kvarts qumu və digər alqı-satqı ilə bağlı əməliyyatları üzrə müəyyən edilir: 2013-cü ilin iyul ayında kabelin alqı-satqısı və armaturun satqısı ilə bağlı dövlət büdcəsindən azaldığı vergiləri 4, 848, 15 manat təşkil edir. 2013-cü il dekabr-2014-cü ilin mart aylarında idxal etdiyi kvarts qumun təqdim etməsindən dövlət büdcəsindən azaldılmış vergiləri 28.321,13 manat təşkil edir. "xxxx" MMC-nin vergi orqanında olan şəxsi hesab vərəqəsindən göründüyü kimi, onun səyyar vergi yoxlaması gününə, yəni 15 oktyabr 2014-cü il tarixə 10.075,35 manat məbləğində büdcəyə artıq ödəməsi vardır. Bu artıq ödənilmiş verginin məbləği 2013-cü ilin dekabr ayı üzrə ödənilmiş ƏDV-nin hesabına yarandığından, müəssisənin kvarts qumu epizodu üzrə nəzərə alınmalıdır. Belə olan halda müəssisənin bu epizod üzrə dövlət büdcəsindən azaldılmış vergilər üzrə ödənilməli olan borcu 18.245,78 manat təşkil edir. İş materiallarında olan təkrar kompleks məhkəmə-mühasibat və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 may 20 17-ci il tarixli 358 saylı ekspertiza rəyindən görünür ki, iş üzrə keçirilmiş kompleks məhkəmə-mühasibat və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 oktyabr 2016-cı il tarixli 18346 nömrəli rəyinin birinci sualı üzrə ekspert əmtəəşünasın gəldiyi nəticə, yəni “xxxx" MMC-nin 2013-cü ilin dekabr-2014-cü ilin mart aylarında idxal etdiyi 2380 ton QC(1,25-0,8) fraksiyalı kvarts qumunun topdan satış qiymətinin nəzəri hesablama yolu ilə 198,64 manat məbləğində olması təsdiq olunur. "xxxx" MMC-nin 2013cü ilin dekabr 2014-cü ilin mart aylarında idxal etdiyi 2380 ton kvarts qumunun orta topdan satış qiyməti müəyyən olunarkən onun QC (1,25-0,8) fraksiyadan olması nəzərə alınmışdır. İş materiallarında kvars qumu epizodu üzrə müvafiq xərc sənədləri, yəni malın alışına (idxalına) dair gömrük bəyənnamələr i, dəmir yol, sığorta, tərəzi xərclərini təsdiq edən sənədlər mövcuddur. Bundan başqa iş üzrə keçirilmiş kompleks məhkəməmühasibat və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 oktyabr 2016-cı il tarixli 18346 N-li rəyində ekspert əmtəəşünas tərəfindən kvars qumun topdan satış qiyməti müəyyən olunarkən idxal qiymətlərinə (malın maya dəyərinə) 10% daşınma xərci də əlavə edilmişdir ki, bu da müəssisənin kvars qumu epizodu üzrə xərc kimi həmin ekspertiza ilə mənfəət vergisi hesablanan zaman nəzərə alınmışdır. 01 yanvar 2013-cü il tarixdən 01 sentyabr 2014-cü il tarixədək olan dövr üzrə təqdim edilmiş bəyannamələr üzrə "xxxx" MMC tərəfindən ƏDV tutulan dövriyyənin hansı həcmdə göstərilməsi iş üzrə keçirilmiş kompleks məhkəmə-mühasibat və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 oktyabr 2016-cı i l tarixli 18346 saylı rəyinin ikinci-üçüncü sualların tədqiqat hissəsində öz əksini ətraflı tapmışdır. İş üzrə keçirilmiş kompleks məhkəmə-mühasibat və məhkəmə-əmtəəşünas ekspertizasının 20 oktyabr 2016-cı il tarixli 18346 saylı rəyində "xxxx" MMC-nin 2013-cü ilin iyul ayında kabelin alqı-satqısı və armaturun satqısı ilə əlaqədar dövlət büdcəsindən azaldığı vergiləri 4.848,15 manat, o cümlədən (əlavə dəyər vergisi - 3.575,00 manat, mənfəət vergisi -1.273,15 manat), 2013-cü ilin dekabr-2014-cü ilin mart aylarında idxal etdiyi kvars qumun təqdim etməsindən dövlət büdcəsindən azaldılmış vergiləri 28.321,13 manat, yəni iki epizod üzrə ayrı-ayrılıqda (ekspert qarşısında qoyulmuş suallara müvafiq) müəyyən edilmişdir. Ümumilikdə isə müəssisə üzrə dövlət büdcəsindən azaldılmış vergiləri 33.169,2 8 manat təşkil edir, o cümlədən: Əlavə dəyər vergisi 28.079,13 manat (3.575,00+ 24.504,1 3); Mənfəət vergisi 5.090,15 manat (1.273,1 5 + 3.817,00). Hazırkı ekspertiza zamanı iş üzrə keçirilmiş kompleks məhkəmə-mühasibat və məhkəməəmtəəşünaslıq ekspertizasının 20 oktyabr 2016-cı il tarixli 18346 nömrəli rəyinin nəticələri təsdiq olunmaqla "xxxx" MMC-nin yoxlama dövrü üzrə dövlət büdcəsindən azaldılmış vergiləri 33.169,28 manat məbləğində müəyyən edilir, o cümlədən əlavə dəyər vergisi28.079,13 manat; mənfəət vergisi - 5.090, 15 manat. Bundan: 2013-cü ilin iyul ayında kabelin alqı-satqısı və armaturun satqısı ilə əlaqədar dövlət büdcəsindən azaldığı vergiləri 4.848,15 manat, o cümlədən (əlavə dəyər vergisi - 3.575,00 manat, mənfəət vergisi 1.273,15 manat), 2013-cü ilin dekabr-2014-cü ilin mar t aylarında idxal etdiyi kvars qumun təqdim etməsindən dövlət büdcəsindən azaldılmış vergiləri 28.321,1 3 manat (Əlavə dəyər vergisi - 24.504,13 manat, mənfəət vergisi - 3.817,00 manat). Qeyd edilir ki, həmin vergilərin hansı əsaslarla hesablanması öz əksini yuxarıda göstərilən rəyin ikinci-dördüncü sualların tədqiqat hissəsində tapmışdır. Cinayət işi üzrə istintaq dövründə təyin edilmiş məhkəmə-mühasibat və məhkəmə baxışı gedişatı zamanı təyin edilmiş məhkəməmühasibat ekspertizaları arasında azaldılmış ƏDV-si üzrə olan fərq onunla izah olunur ki, ilkin ekspertiza zamanı kvars qumun satışı "Azərekspertiza" Birliyinin 05 fevral 2015-ci il tarixli rəyində göstərilən orta bazar (yəni pərakəndə) qiymətləri ilə hesablanmış, məhkəmə baxışı gedişatı zamanı təyin edilmiş məhkəmə-mühasibat eksperti zası zamanı isə əmtəəşünaslıq rəyinə əsasən həmin qumun topdan satış qiyməti ilə təqdim olunmasını nəzərə almaqla onun təqdim olunması (satışı) topdan satış qiyməti ilə hesablanmışdır. Bundan başqa məhkəmə baxışı gedişatı zamanı təyin edilmiş məhkəmə-mühasibat ekspertizası zamanı ekspertin qarşısında qoyulmuş suallara müvafiq olaraq müəssisə üzrə vergilər iki epizod üzrə (yəni kvars epizodu və digər əməliyyatlar üzrə) ayrı-ayrılıqda hesablandığından, mənfəət vergisi üzrə əldə olunan nəticə də istintaq dövründə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsindən fərqlidir. Yoxlama zamanı və ilkin məhkəmə-mühasibat ekspertizası həm də məhkəmə baxışı gedişatı zamanı təyin edilmiş məhkəmə-mühasibat ekspertizası zamanı "xxxx" MMC-nin büdcə ilə hesablaşmada ƏDV-nin əvəzləşməsi nəzərə al ınmışdır. Eyni zamanda məhkəmə baxışı gedişatı zamanı təyin edilmiş məhkəmə-mühasibat ekspertizası rəyində qeyd edilmişdir ki, "xxxx" MMC-nin vergi orqanında olan şəxsi hesab vərəqəsindən göründüyü kimi, onun səyyar vergi yoxlaması gününə, yəni 15 oktyabr 2014-cü il tarixə 10.075,35 manat məbləğində büdcəyə artıq ödəməsi vardır. Bu artıq ödənilmiş verginin məbləği 2013-cü ilin dekabr ayı üzrə ödənilmiş ƏDV-nin hesabına yarandığından, müəssisənin kvars qumu epizodu üzrə nəzərə alınmalıdır. Belə olan halda müəssisənin bu epizod üzrə dövlət büdcəsindən azaldılmış vergilər üzrə ödənilməli olan borcu 18.245,78 manat (28.321,1310.075,35) təşkil edir. Onu da qeyd etmək lazımdır ki, səyyar vergi yoxlama aktında da müəssisənin dövlət büdcəsinə yoxlamanın əvvəlinə deyil, sonuna, yəni 10 mart 2015-ci il tarixə artıq ödəməsi öz əksini tapmışdır. İş materiallarından görünür ki, kompleks məhkəmə-mühasibat və məhkəmə əmtəəşünaslıq ekspertizasının və təkrar kompleks məhkəmə-mühasibat və məhkəməəmtəəşünaslıq ekspertizasının rəyləri ilə "xxxx" MMC üzrə 01 mart 2013-cü il tarixdən 01 sentyabr 2014-cü il tarixədək olan dövrdə 33.169,28 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. İş materiallanndan görünür ki, məhkum X9 tərəfindən dövlət büdcəsinə ödənilməkdən yayındırılmış məbləğ qismən ödənilmiş və məhkumlar X9 və X11 tərəfindən hazırda dövlət büdcəsinə ödənilməkdən yayındırılmış verginin qalıq məbləği - 5093,93 (beş min doxsan üç manat doxsan üç qəpik) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırıb qanunvericiliyin tələblərini rəhbər tutmaqla haqlı olaraq ibtidai istintaq dövründə keçirilərək əldə edilmiş ekspert rəylərini deyil, məhkəmə istintaqı zamanı keçirilərək əldə edilmiş ekspert rəylərini əsas götürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı zamanı və apellyasiya baxışında iş üzrə keçirilmiş əlavə və təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri və digər tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, cinayət əməli nəticəsində vurulan ziyanın ümumi məbləği 33.169,28 manat, həmin məbləğin məhkumlar X9 və X11 tərəfindən hazırda dövlət büdcəsinə ödənilməkdən yayındırılmış verginin qalıq məbləği 5093,93 (beş min doxsan üç manat doxsan üç qəpik) manat təşkil edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, CPM-nin 409.5-ci maddəsinin tələblərinə müvafiq olaraq mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri hökmdən mülki iddiaya aid hissədə və yalnız birinci instansiya məhkəməsinə verilmiş tələblərə uyğun olaraq şikayət vermək hüququna malikdirlər. Bu isə o deməkdir ki, mülki iddiaçı öz kassasiya şikayətlərində iddia tələblərindən kənara çıxa bilməzlər, o cümlədən cinayət törətmiş şəxsin ittihamının həcmini mübahisələndirə bilməzlər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istəni lən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan onun təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassas iya şikayəti təmin edilməsin. X11 və X9 barələrində Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarı mülk iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-242/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-242/2019
27.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver