Məhkəmə qərarları › İş №1(102)-242/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-242/2020

28.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-242/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədov Anar Ələsgər oğlunun iştirakı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3- cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Abdullayev İlkin Qismət oğlu, hakimlər Abdullayev Mehdixan Ədil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) 24 fevral 1965-ci ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Astara şəhəri, ünvan1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 05i l 06 ay müddətə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, İran İslam Respublikasının Astara şəhərində olarkən Azərbaycan Respublikasının vətəndaşı X9 və şəxsiyyəti məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psjxotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması və daşınması, habelə qeyd olunan maddələr in İran İslam Respublikasından (bundan sonra - İran İR) Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirməsi ilə bağlı razılığa gəldikdən sonra, bu məqsədlə 06 iyul 2016-cı ildə İran İR-in Astara səhəri ərazisində olan qrupun şəxsiyyəti məlum olmayan üzvündən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 4,030 qram narkotik vasitə heroini və külli miqdarda, yəni 20,550 qram psixotrop maddə - metamfetamini 200 manat pul müqabilində İran İR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirib Azərbaycan Respublikasında ona təqdim etmək üçün həmin şəhərdə X9 vermiş və sonuncu həmin maddələrin aşkar edilməsini çətinləşdirmək üçün udma yolu ilə qəbul edib daxili orqanında saxlamaqla, İran İR-dən Azərbaycan Respublikasına daşımış, həmin gün saat 12 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Astara sərhəd nəzarət məntəqəsindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Hökmdən Məhkum və müdafiəçisi Q.Ə.Musayev tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Əhmədov İsmayıl Həmid oğlu, hakimlər Cəfərov Rafiq Musa oğlu və Soltanov Fuad Kamil oğlundan ibarət tərkibdə) 10 sentyabr 2019-cu il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təyin edilmiş cəza 05 il 03 aya endirilmiş, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəza 05 ilə qədər azaldılmış, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla, qəti olaraq 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, apellyasiya şikayətləri qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum məhkəmə kollegiyasına ərizə təqdim edərək verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şika yətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar