Məhkəmə qərarları › İş №1(102)-242/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-242/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-242/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə * ****** 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivi, Kosmos dalanında yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), A.İ.Paşayev və N.A.Kərimov) Məhkum – Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsiri bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 13 oktyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), E.E.Rəhimov və K.H.Əkbərov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təyin edilmiş cəzanın müddəti 6 ilə endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Y.Yusifov (sədrlik edən), N.M.Mövsümov və İ.Ə.Rəcəbov) kassasiya protesti təmin edilmiş, Bakı Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarı ləğv edilərək yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), R.M.Abdulov və Q.X.Babayev) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəzanın müddəti 7 ildən 6 il 6 aya endirilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, o, 13 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində qanunsuz olaraq satış məqsədi ilə 2 (iki) büküm olmaqla kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən bir bükümdə təmiz çəkisi 49,246 qram və ikinci bükümdə təmiz çəkisi 156,021 qram olmaqla, cəmi təmiz çəkisi 205,267 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini Abşeron rayonu Xırdalan şəhəri “Dairəvi yol” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan “Davud” adlı İran İslam Respublikası vətəndaşından istintaqla müəyyən olunmayan şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 22:30 dəqiqədə Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ilə piyada hərəkətdə olan zaman ölkə ərazisində elan edilmiş komendant saatı rejimi ilə əlaqədar Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054 nömrəli ünvanda quraşdırılmış 2 saylı stasionar postda xidmət aparan Azərbaycan Respublikası DİN-nin Əlahiddə Çevik Polis Alayının 6-cı patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq qadağan olunmuş vaxtda hərəkətinə icazə olub-olmaması ilə bağlı yoxlama aparan zamanı özünü şübhəli aparması səbəbindən saxlanılaraq “Fiat Doblo” markalı ** AP *** dövlət qeydiyyat nişanlı post patrul avtomobili ilə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasına gətirilərkən məsuliyyətdən yaxa qurtarmaq üçün satış məqsədi ilə əldə edərək üzərində saxlamaqla daşıdığı 2 (iki) bükümdə psixotrop maddə metamfetamindən 1 (bir) bükümdə təmiz çəkisi 156,021 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini həmin avtomobilin arxa sağ oturacağının arxasında gizlətmiş, şöbənin inzibati binasına gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman satış məqsədi ilə əldə ed ərək üzərində saxlamaqla daşıdığı həmin 2 (iki) bükümdə psixotrop maddə metamfetamindən 1 (bir) bükümdə təmiz çəkisi 49,246 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş, bundan sonra onun məlumatı əsasında 16 oktyabr 2020-ci il tarixdə saat 13:30 dəqiqədə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasının həyətində həyətində “Fiat Doblo” markalı ** AP *** dövlət qeydiyyat nişanlı post patrul avtomobilinə keçirilən baxış zaman digər 1 (bir) bükümdə təmiz çəkisi 156,021 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin həmin avtomobilin arxa sağ oturacağının arxa hissəsindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlillər i: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və barəsində ədalətli qərar qəbul edilməsini xahiş olunur. Şikayət müəllifi hesab edir ki, onun törədilməsində təqsirləndirildiyi cinayət əməli sübuta yetirilməmiş, lakin birinci və apellyasiya instansiya məhkəmələri ibtidai araşdırma orqanının ittiham aktına əsaslanmaqla onu məhkum etmişlər. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası veri lmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəx s öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətini geri götürməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar