Məhkəmə qərarları › İş №1(102)-2420/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2420/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2420/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 308.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Sədirxanov Sədirxan Allahverən oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Quliyev Ramiz Mübariz oğlu) Məhkum, xx xxxx 1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhər 12 saylı Mənzil Kommunal sahəsinin rəisi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, CM-nin 308.1-ci maddəsi ilə təqsirli b ilinərək CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında və kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkra rən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sədrinin xx.xx.2016-cı il tarixli 45K nömrəli əmrinə əsasən həmin birliyin 12 saylı Mənzil-Kommunal Sahəsinin rəisi vəzifəsində təyin edilməklə həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə qeyd edilən vəzifədə işləyərkən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş, 29 noyabr 2005-ci il tarixdə 3204 nömrə ilə qeydiyyata alınmış “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarifİxtisas Sorğu Kitabçası”na, habelə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında MənzilKommunal Təsərrüfatı İstehsalat Birliyinin sədrinin 20 dekabr 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil-Kommunal Sahəsinin rəisi vəzifə təlimatına əsasən, özünün səlahiyyətləri daxilində Mənzil İstismar Sahəsinin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə icrası bütün işçiləri üçün məcburi olan göstərişlər vermək və yerinə yetirilməsini təmin edən tədbirlər görmək, xidmət etdiyi ərazidə, yaşayış binalarının qorunub saxlanmasına, onlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, sahənin idarəçiliyində ümumi rəhbərliyi həyata keçirmək, gündəlik işi yüksək səviyyədə təşkil etmək, xidmət etdiyi ərazidə olan boş mənzilləri, sahibi müvəqqəti yaşamayan mənzillərin qeydiyyatını aparmaq, özbaşına tutulmuş mənzillərin boşaldılması üçün tədbirlər görmək, vətəndaşl ara lazım olan hüquqi sənədlərin hazırlanıb verilməsinə sərəncam vermək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də həmin şəxsin əlillik faktının təsdiq edilməsi üçün məhkəməyə iddia ərizəsi verilməsinə köməklik göstərilməsi məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Zəngilan rayonunun 2-ci Alıbəyli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında müvəqqəti məskunlaşmış Şahid2 uş aqlıqdan ikinci qrup əlil olması faktının təsdiq edilməsi barədə sonuncunun adından veriləcək iddia ərizəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 37-ci maddəsinin tələblərinə əsasən Sumqayıt Şəhər Məhkəməsində baxılmasını təmin etmək üçün Şahid2 Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 2, mənzil 9-da yaşaması haqqında arayış verilməsi ilə bağlı həmin ünvanda yaşayan X5 05 may 2017-ci il tarixdə müraciəti əsasında Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunması üçün qeyd edilən məzmunda arayışın tərtib edilməsini cinayətdən xəbərsiz olan 12 saylı MİS-nin mühasibi olan X2 qanunsuz olaraq tapşıraraq, sonuncu tərəfindən 05 may 2017-ci il tarixdə Sumqayıt şəhəri 12 saylı MİS-in yerləşdiyi ünvan 3 ünvanında yerləşən inzibati binasında Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunması üçün Zəng ilan rayonundan məcburi köçkün olan Şahid2 Razmzadə oğlunun guya Sumqayıt şəhəri, 40-cı məhələ, ev 2, mənzil 9-da yaşaması 05 may 2017-ci il tarixli 1392 nömrəli müvafiq arayışın tərtib edilib imzalanmasına nail olaraq, həmin arayışı öz imzası və ona təhkim edilmiş üzərində “Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil –Kommunal Sahəsi” yazısı olan dairəvi möhürlə təsdiqləyib həmin tarixdə 12 saylı Mənzil-Kommunal Sahəsinin inzibati binasında qeyd olunan mənzilin faktiki istifadəçisi X8 təqdim etməklə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahi yyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi şəxsi niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Hökmdən Məhkum və onun müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Əsgərova Ruhiyyə Orucəli qızı və İsmayılov Azər İbrahim oğlundan ibarət tərkibdə) 27 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi S.A.Sədirxanov kassasiya şikayəti verərək həmin qə rarın dəyişdirilərək Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan daha yüngül cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində işin faktiki hallarına, habelə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, cəza təyinetmənin ümumi prinsiplərinə istinad edən müdafiəçi S.A.Sədirxanov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən hüquqlarını müdafiə etdiyi şəxsin ona ittiahm olunan cinayət əməlini törətməkdə heç bir maddi və sair marağı, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi olmamış və o, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan məna felərinə heç bir mühüm zərər vurmamış, onun tərəfindən ittihamda göstərilən arayışın verilməsi ilə yalnız hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin məhkəmə aidiyyəti məsələsi həll olunmuşdur. Yəni həmin arayış verilməsə də qeyd olunan mübahisəli məsələyə aidiyyəti üzrə müvafiq məhkəmədə baxılaraq qərar qəbul edilə bilərdi. Zərərçəkmiş şəxsin nümayəndəsi də məhkəmədə çıxış edərək ondan heç bir tələb və şikayətlərinin olmadığını bildirmişdir. Şikayət müəllifi qeyd etmişdir ki, məhkəmələr Məhkum 58 yaşı olmasını, himayəsində yataq xəstəsi olan anasının olmasını, əməlindən peşman olmasını, ilk dəfə məhkum olunmasını kifayət qədər nəzərə almamış, həmçinin onun törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla CM-nin 308.1-ci maddəsinin sanksiyasında azadlıqd an məhrum etməyə alternativ cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, islah işləri, azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulduğu halda, nədənsə ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına üstünlük vermiş və bu nəticə kifayət qədər əsaslandırmamışdır. Bütün bunlar o deməkdir ki, məhkəmələr tərəfindən həmin üzrə iş mühüm əhəmiyyət kəsb edən bütün sübutlar araşdırılmamış və məhkəmələrin gəldikləri nəticə işin faktiki hallarına uyğun olmamış, digər tərəfdən isə cinayət qanunvericiliyinin ədalətlilik və humanizm prinsipləri pozulmuşdur. Qeyd olunanlara əsasən müdafiəçi S.A.Sədirxanov kassasiya şikayətinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, onun müdafiəçisi S.A.Sədirxanov və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum, onun müdafiəçisi S.A.Sədirxanovun və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə dax il olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2023-cü il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkumun müdafiəçisi S.A.Sədirxanov 09 oktyabr 2023-cü il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edib hüquqlarını müdafiə etdiyi şəxsin kassasiya şikayətini geri götürmək niyyətinin olmasını bildirərək Sumqayıt Apelyasiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Həmçinin kassasiya şikayətinə baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 12 dekabr 2023-cü il tarixli 3-16-17/31/2-5149/2023 saylı müşaiyətedici məktubla Ali Məhkəməyə Məhkum ərizəsi daxil olmuşdur. Ərizədə o, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmiş və həmin şikayətin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi S.A.Sədirxanovun və Məhkum ərizələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayəti ni və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-nin 414.5-ci maddəsinin tələbinə görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya prote sti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum və onun müdafiəçisi S.A.Sədirxanovun ərizələrini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək və qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 308.1ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi S.A.Sədirxanov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azə rbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum və onun müdafiəçisi S.A.Sədirxanovun ərizələri təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi S.A.Sədirxanov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar