Məhkəmə qərarları › İş №1(102)-2420/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2420/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2420/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum və onun müdafiəçisi Xasayev Vüqar Nəriman oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-627/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Xasayev Vüqar Nəriman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. 2. 24 avqust 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.4, 188.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunun sağ hissəsi ünvanında (39T X:423622; Y:4469537 nömrəli koordinatlarda) yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsinin 15 kv.m hissəsində 2023-cü il yanvar ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan qeyri-yaşayış obyekti inşa etdirərək, dövlətin qanunla müəyyən edilmiş hüquqlarını pozub, mühüm ziyan vurmaqla özbaşına tutmuşdur. Bundan başqa o, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib 2023-cü il yanvar ayının ortalarında, saat 16 radələrində Zərərçəkmiş şəxs2 tikinti materialları satışı ilə məşğul olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Quşçuluq massivi ərazisində, «Ticarət mərkəzi»nin yaxınlığında yerləşən obyektə gedərək üzərində olan order və medalları da nümayiş etdirməklə özünü hakimiyyət nümayəndəsi kimi təqdim edib və həmin ərazilərə nəzarət etməsini deyərək, əvvəlcə obyekti boşaltmasını tələb etmiş, sonra isə Zərərçəkmiş şəxs2 aldadıb obyektdə qa lıb işləməsi müqabilində guya «rəhbərliyə» çatdırması üçün ondan 15.000 (on beş min) manat pul istəyib, 10.000 (on min) manatı həmin ünvanda Zərərçəkmiş şəxs2 ələ keçirib, xeyli miqdarda ziyan vurmaqla dələduzluq elmişdir. Bundan sonra o, 17 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs2 tikinti materiallarının satışı ilə məşğul olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Quşçuluq massivi ərazisində, «Ticarət mərkəzi»nin yaxınlığında yerləşən həmin obyektə gedərək qalıb işləməsi müqabilində Zərərçəkmiş şəxs2 əvvəlcə dələduzluq yolu ilə ələ keçirdiyi 10.000 (on min) manat puldan əlavə 5.000 (beş min) manatı da verməsini tələb etməsi, sonuncunun isə həmin yerin şəhid ailəsinə məxsus olmasını, bu səbəbdən də bir az güzəşt etməsini deməsindən sonra özünün qanunsuz hərəkətlə r etdiyi halda əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 üstünə hücum çəkərək onunla mübahisə etməyə başlayıb hüquqazidd davranışı ilə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq Zərərçəkmiş şəxs2 ünvanına, şəhidin ruhuna ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirib ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş və öz hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək Zərərçəkmiş şəxs2 üstünə hücum çəkib üzərində olan qara dəstəkli 12-13 sm. tiyəsi olan mətbəx bıçağından silah qismində istifadə edərək onun sol ayağından bir dəfə, əşyaların arasında olan vintaçanı götürdükdən sonra isə sağ və sol qolunun yuxarı ətraflarından və vintaçanın arxası ilə başından bir neçə dəfə qəsdən vurub sağlamlığına sol baldırın yuxarı 1/3-nin iç səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası; başın ənsə nahiyəsinin sağ yan səthinin sıyrığı; sol bazunun orta 1/3-nin ön saihinin və bayır səthinin sağ bazunun orta 1/3nin bayır səthinin əzilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamığna yüngül zərər vuraraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. 3. 28 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunun sağ hissəsi ünvanında (39T X:423622; Y:4469537 nömrəli koordinatlarda) yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsinin 15 kv.m hissəsində 2023-cü il yanvar ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan qeyri-yaşayış obyekti inşa etdirərək, dövlətin qanunla müəyyən edilmiş hüquqlarını pozub, mühüm ziyan vurmaqla özbaşına tutmuşdur.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-83/2024 nömrəli, 23 dekabr 2024cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-ni n 178.2.4 və 221.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, onun Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 fevral 2023-cü il tarixdən hesablanması, cəzasını faktiki olaraq çəkib qurtardığından məhkəmə iclas zalından dərhal azad edilməsi hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.

6. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4 və 221.3-cü maddələri ilə bəraət verilməsinə dair hissədə ləğv edilməsi, onun Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə həmi n Məcəllənin 178.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.

7. Hökmdən Zərərçəkmiş şəxs2 apellyasiya şikayəti verib, hökmün qismən ləğv edilməsi və Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib, barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir.

8. Hökmdən həmçinin təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Xasayev Vüqar Nəriman oğlu apellyasiya şikayəti və şikayətə əlavə verib, hökmün qismən ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-627/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 1(010)-83/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətləri və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Xasayev Vüqar Nəriman oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya şikayətində müdafiəçi apellyasiya şikayətində irəli sürdüyü eyni dəlilləri təkrarlayaraq qeyd etmişdir ki, məhkum edilmiş şəxs barəsində ittihamda istinad olunan 15 kv.metr torpaq sahəsi icra başçısının göstərişi ilə ayrılmış və Hövsan qəsəbə icra nümayəndəsi tərəfindən həmin torpaq sahəsinə dair rəsmi arayış və Google planı çəkilərək verilmişdir. Bunun nəticəsində, məhkumun həmin torpaq sahəs inə istifadə və sahiblik hüququ yaranmışdır. Bu halda, onun həmin torpaq sahəsində tikinti aparması Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yarada bilməz. Bundan sonra o, orada dörd daşdan ibarət tikinti aparmış və tikintini dayandırmaq barədə verilən göstərişdən sonra heç bir müqavimət göstərmədən tikintini dayandırmış və sökmüşdür. Onun guya torpaq sahəsini zəbt etməsi və icra hakimiyyətinin nümayəndələrinə müqavimət göstərməsi barədə deyilənlər yalandır. Məhkum sifariş əsasında əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmiş, onun həmin torpaq sahəsini zəbt etmədiyi müəyyən edilsə də, məhkəmələr tərəfindən əsassız olaraq ona həmin hissədə də bəraət verilməmişdir. Göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-627/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

12. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya q ərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassas iya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmadığını, bu əsasla ona bəraət verilməli olması iddia edilib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-627/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əla mətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə y önəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).

23. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların təl əblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkum əməlində cinayət təkribi olmadığı əsası ilə ona bəraət verilməsi barədə müdafiəçinin dəlillərini əsassız hesab edir.

24. Belə ki, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən eyni dəlillər üzrə verdiyi apellyasiya şikayətinin, eləcə də digər apellyasiya müraciətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib h esab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri özünün məhkəməyədək icraat dövründə və məhkəmə qarşısında verdiyi ifadəsində göstərdiyi xüsusatlarla yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

25. Birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respu blikası CM-nin 188.1-ci müvafiq maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onun həmin maddə üzrə təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticə ləri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

27. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü məhkumun torpaq sahəsi üzərində qanuni istifadə və sahiblik hüququnun mövcud olması, həmin torpaq sahəsində tikinti işlərinin aparılmasından imtina edərək, müvafiq göstəriş verildikdən sonra heç bir müqavimət göstərmədən tikinti işlərini dayandırması və tikililəri sökməsi əsası ilə əməlində cinayət tərkibinin yaranmadığı barədə iddialarına münasibətdə aşağıdakıları qeyd edir.

28. Cinayət işi materialları üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəs inin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən 24 yanvar 2023-cü il tarixdə keçirilən monitorinq zamanı dövlət mülkiyyətində olan torpaq sahəsində Məhkum tərəfindən qeyri-yaşayış obyektinin inşa edilməsi, sonuncunun torpaq sahəsi üzərində hər hansı hüququnun mövcud olmadığı müəyyən edilmişdir.

29. Məhkum edilmiş şəxs ibtidai və məhkəmə istintaqı zamanı torpaq sahəsində tikinti işlərinin aparılmasını təkzib etməyərək, tikintini dayandırmaq barədə göstəriş verildikdən sonra heç bir müqavimət göstərmədən tikintinin dayandırıldığını və söküldüyünü təsdiq etmişdir.

30. Azərbaycan Respubikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlam a, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutulması halında yaranır.

31. Həmin cinayətin obyektiv cəhəti torpaq üzərində mülkiyyət hüququnu torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə yolu ilə pozmada ifadə olunmuşdur.

32. Qeyd olunan cinayət formal tərkibli olmaqla, torpaq sahəsinin özbaşına tutulduğu andan başa çatmış sayıldığından, zəbt edilmiş torpaq sahəsində tikilinin sonradan sökülməsi əməlin cinayət məsuliyyətini aradan qaldıran hal kimi qəbul edilə bilməz.

33. Nəticə etibarilə, kassasiya şikayətində qaldırılan məsələlərə aid apellyasiya instansiyası məhkəməsinin qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143146-cı maddə lərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

34. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respubli kası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

35. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-627/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Xasayev Vüqar Nəriman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-627/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar