Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2421/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi – X1, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkil i Süleymanov Elmar İslam oğlunun, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil İsayev Samir Nadir oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi Süleymanov Elmar İslam oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli 1(101)-165/2023 nömrəli (hakimlər: Paşayev Azər İslah oğlunun sədrliyi ilə, Quliyev Əhm əd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət məhkəmə tərkibində) hökmü ilə 7 noyabr 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsili, tələbə, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan1 pasport qeydiyyatında olan və ünvan2-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 1 mart 2021-ci il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin mü dafiəçisi Orucov Vüsal Əkbər oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət məhkəmə tərkibində) 19 iyun 2023-cü il tarixli 1(103)-1027/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi Süleymanov Elmar İslam oğlu tərəfindən birgə kassasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmünə əsasən, Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 1 mart 2021-ci il tarixdə, saat 13:00 radələrində ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində olan “Premium Gym” trenajor zalında məşq edərkən həmin zalda idman edən Zərərçəkmiş şəxs ilə birbirinə baxmaqları səbəbindən aralarında yaranmış mübahisə idman müəllimi və zalda məşq edən şəxslər ilə yanaşı sonuncunun yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü qardaşı Şahid1 təşəbbüsü ilə sakitləşdirildikdən sonra o, Zərərçəkmiş şəxs ilə bir-birinə təkrarən baxıb irad bildirmələrini cüzi səbəb kimi istifadə edib bunu bəhanə gətirərək sonuncu ilə mübahisə edib münaqişə yaratmış, mübahisə zamanı sonuncu ona sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, o isə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü qardaşı Şahid1 gözü qarşısında sonuncuya xüsusi əzab verməsini dərk edərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə saat 13:15 radələrində həmin trenajor zalında üstündə gəzdirdiyi bıçaqla sonuncunun döş qəfəsinin sol yan nahiyəsindən iki dəfə vuraraq canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətin əlamətlərinə malik döş qəfəsinin sol yan səthi nahiyəsində, sol ön qoltuqaltı xətt üzrə sol qabırğaaltı nahiyədə dəri və dərialtı yumşaq toxumaları zədələyən, lakin daxilə döş və ya qarın boşluqlarına nüfuz etməyən bir ədəd kəsilmiş s əthi dəri yarası xəsarəti və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamatinə malik olmaqla ölümü ilə birbaşa səbəbli əlaqəli olan döş qəfəsinin sol yan səthi nahiyəsindən, sol ön qoltuqaltı xətt üzrə, sol Vİ-Vİİ qabırğalararası sahədən daxilə - döş boşluğuna keçib, ətraf yumşaq toxumaları, sol ağciyəri zədələyən, kəskin ҫoxlu qanitirmə, sol tərəfli hemopnevmotoraks, ürəkdə çoxsaylı Minakov ləkələri, döş boşluğunda çoxlu miqdarda duru və laxtalı qan və daxili üzvlərin azqanlığı ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yara kimi xəsarət yetirib Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİ NİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi Süleymanov Elmar İslam oğlu kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, Məhkum təyin edilmiş cəzanın törədilmiş əmələ münasibətdə yüngül olması səbəbindən Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, heç bir təqsiri olmayan, həyata təzə qədəm qoymuş Zərərçəkmiş şəxs qəsdən qətlə yetirməsini, cinayəti xuliqanlıq niyyəti ilə və özü ilə gəzdirdiyi bıçaqdan istifadə edərək törətməsini, cinayəti yetkinlik yaşına çatmamış qardaşı Vüsalın gözü qarşısında törətməsini və ona misli görünməmiş mənəvi iztirablar yaşatmasını, cinayəti törətdikdən sonra can verən zərərçəkmiş şəxsə heç bir yardım etməməsini, bıçağı da götürüb hadisə yerindən qaçmasını və təxminən 24 saat istintaqdan gizlənməsini, bu günə ki mi cinayətdə istifadə etdiyi bıçağın yerini, habelə hadisə yerindən qaçmağa və gizlənməkdə ona köməklik etmiş şəxslərin adlarını istintaqa açıqlamamasını, əməlindən peşman olmamasını və son sözündə belə peşman olduğunu deməməsini, cəmiyyət üçün olduqca təhlükəli şəxs olmasını məhkəmələr nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum təyin edilmiş cəzanın dəyişdirilərək ona cəzasını həbsxanada çəkməklə ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmə baxışı zamanı araşdırılmış və təd qiq edilmiş sübutlarla tam təsdiq olunaraq təqsirlilik məsələsi mübahisə doğurmasa da, məhkəmə Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyini, xarakterini və şəxsiyyətini düzgün nəzərə almamış, onun şəxsiyyətinə açıq-aşkar uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz olmaqla yüngül cəza təyin etmişdir. Belə ki, Məhkum xx.xx.2021-ci il tarixdən 17 may 2023-cü il tarixədək həbsdə olmaqla azadlığı məhdudlaşdırılsa da, bu sonuncunun islah edilməsinə təsirli olmamış, məhkum nəinki ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmamış, hətta 17 may 2023-cü il tarixdə məhkəmə iclası başlananadək dəhlizdə onu söyüb təhqir etmiş, öz hərəkətlərinə haqq qazandıraraq təpiklə onu vurub yerə yıxmışdır. Bu da onu göstərir ki, Məhkum törətdiyi əməldən peşman olma ması, əksinə öz qanunsuz əməlinə haqq qazandırması və zərərçəkmiş şəxsin hüquqi varisinə qarşı fiziki və psixi zorakılıq tətbiq etməsi ona təyin olunmuş cəzanın islah təsiri yetərsizdir. Həmçinin məhkəmə kollegiyası cəza təyin edərkən Məhkum əvvəllər məhkum olunmamasını və ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirici hal kimi nəzərə alsa da, məhkəmə kollegiyası nəzərdən qaçırmışdır ki, şəxsin cinayət törətməməsi onun cəmiyyətdə normal davranışı kimi qəbul edilir. Şəxsin cinayət məsuliyyətinə (ilk və ya sonrakı dəfələr) cəlb edilməsi onun müsbət ictimai xarakterizəsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, Məhkum hadisəni törətdikdən sonra mərhum Zərərçəkmiş şəxs tibbi və digər yardım göstərməmiş, onun həyat və sağlamlığına dəymiş ziyanın azald ılması üçün heç bir tədbir görməmiş, əksinə cinayət məsuliyyətindən yayınmaq məqsədilə cinayətin aləti olan bıçağı atıb qaçıb getmiş, hadisədən bir neçə saat sonra polis idarəsinə getməkdə məqsədi onun könüllü təslim olmaq niyyətinin olmadığını, törətdiyi hadisənin şahidlərinin olduğunu və həmin şəxslərin onun tanıdıqlarını və onsuz da hadisənin onun tərəfindən törədildiyinin hüquq mühafizə orqanlarına məlum olduğu ilə əlaqədar olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi X6 və nümayəndəsi Süleymanov Elm ar islam oğlu ayrı-ayrılıqda çıxış edərək, kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsini, məhkuma verilmiş cəzadan daha ağır cəza verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin qismən, kassasiya protestinin isə tam təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi İsayev Samir Nadir oğlu çıxış edərək, sadəcə kassasiya protes tinə münasibət bildirəcəyini qeyd edib, Bakı Ağır Cinayətlər Məhkəməsində ittiham hökmü çıxarılan zaman dövlət ittihamçısı ittihamla razılaşdığından protest vermədiyini, lakin apellyasiya instansiyasında işə baxılan zaman dövlət ittihamçısının protest verdiyini bildirib, şikayət və protetstin təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahi yyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Verilmiş kassasiya şikayətində və kassasiya protestində məhkəmə tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kass asiya şikayəti və kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya müraciətlərində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin və kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plen umunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməs i hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ümumiyyətlə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilmə sini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab vermə si üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayə tinin və kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, zərərçəkmiş və dövlət ittihamı tərəfinin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddialarının əsassız olduğu müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlər ini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəzanın təyin edilməsi nəticəsində nail olunacağını zərərçəkmiş və dövlət ittihamı tərəfi kassasiya müraciətlərində əsaslandıra bilməmişdirlər. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş və dövlət ittihamı tərəfi kassasiya müraciətlərində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istina d etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini xahiş etmişdir. Halbuki CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə ki, cinayət işinin materiallarında olan Xətai RPİ-nin 35-ci PB-dan daxil olmuş 1 mart 2021-ci il tarixli raport və protokoldan görünür ki, Məhkum 1 mart 2021-ci il tarixində saat 23.05-də 35-ci PB-ə gələrək könüllü təslim olmuşdur. O cümlədən, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş cavab məktubundan görünür ki, Məhkum əvvəllər məhkumluğu olmamışdır. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (ilk dəfə cinayət törətməsini və könüllü gəlib təslim olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi Süleymanov Elmar İslam oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti, o cümlədən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin və kassasi ya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi Süleymanov Elmar İslam oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə və kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2421/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2421/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver