Məhkəmə qərarları › İş №1(102)-2422/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2422/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2422/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X8 və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Cilingər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2024-cü il tarixli, 1(103)-337/2024 nömrəli qərarından Məhkum Cilingər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum Cilingər oğlu Məhkum, xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Binəqədi rayonu, Sumqayıt şossesi, Yataqxana, ev 10-da qeydiyyatda olan və Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 1, mənzil 6-da yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə başqa şəxslərlə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan başqa şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib sonuncuya çatdırılması barədə verdiyi sifariş əsasında 25 dekabr 2021-ci il tarixdə saat 16:00 radələrində əvvəlcədən aralarında olan razılığa əsasən başqa şəxslər tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron 2» yaşayış massivində yerləşən «Uğur» marketin qarşısında qutunun içərisinə qoyulmuş külli miqdarda, yəni ümumi çəkisi 30,465 qram olan narkotik vasitə heroini və təmiz çəkisi 0,221 qram olan psixotrop maddə metamfetamini oradan götürüb əldə edərək üzərində saxlayıb başqa şəxsə vermək məqsədilə içərisində ərzaq məhsulları olan bağlamaya yerləşdirərək həmin bağlamada Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi, 8-ci Köndələn küçəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsinə daşımış, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli 7-N nömrəli əmri ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X10»-nın 6-cı əlavəsində göstərilmiş Siyahı üzrə narkotik vasitələr, psixotrop maddələr və prekursorlar cəzaçəkmə müəssisələrinə daxil olan və oradan çıxan şəxslərə özləri ilə keçirilməsi qadağan olunduğu halda həmin Qaydaların tələb lərini pozaraq gizli ötürülməsini təmin etmək məqsədi ilə qadağan olunmuş əşya olan həmin narkotik vasitə və psixotrop maddəni yoxlamadan gizlədərək cəzaçəkmə müəssisəsinə ötürməyə cəhd etmiş, lakin həmin tarixdə saat 17:50 radələrində müəssisənin nəzarət buraxılış məntəqəsində gətirdiyi bağlamaya baxış keçirilən zaman bağlamanın içərisində olan 2 ədəd kağız bükülüdə və 1 ədəd «Winston» markalı siqaret qutusunun içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,796 qram, 0,843 qram, 0,883 qram, 0,858 qram, 0,825 qram, 0,871 qram, 0,783 qram, 0,821 qram, 0,853 qram, 0,760 qram, 0,786 qram, 0,849 qram, 0,780 qram, 0,800 qram, 0,872 qram, 0,799 qram, 0,850 qram, 0,747 qram, 0,810 qram, 0,684 qram, 0,827 qram, 0,873 qram, 0,778 qram, 0,841 qram, 0,812 qram, 0,785 qram, 0,816 qram, 0,862 qram, 0,845 q ram, 0,839 qram, 0,834 qram, 0,881 qram, 0,807 qram, 0,806 qram, 0,860 qram, 0,746 qram, 0,803 qramvə 0,180 qram olmaqla ümumi təmiz çəkisi 30,465 qram olan, yəni külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,221 qram olan ağ rəngli kristallik formalı, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyündən qadağan olunmuş əşyanın yoxlamadan gizlədərək müəssisəyə ötürməsinə yönəldilmiş hərəkətlərini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X4 (sədrlik edən), X11 və X5 ibarət məhkəmə tərkibində) 27 iyul 2022-ci il tarixli, 1(101)-1080/2022 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələrində nəzə rdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona CM-in 29, 317-1.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasının, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinin tələblərinə əsasən ona təyin olunmuş cəzarı qismən toplamaqla Məhkum qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunması, Məhkum təyin edilmiş cəzanın çəkilməsinin əvvəlinin 26 dekabr 2021-ci il tarixdən hesab edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum narkomaniya ilə əlaqədar olaraq ərazi narkoloji dispanserində qeydiyyata alın ması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verərək onun əməlini Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini və Ədliyyə orqanlarının keçmiş əməkdaşı və ailəmin yeganə gəlir mənbəyi olmağını nəzərə alaraq barəsində daha az cəza təyin edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət məhkəmə tərkibində) 05 fevral 2024-cü il tarixli, 1(103)337/2024 nömrəli qərarı ilə məhkum edilmiş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(101)-1080/2022 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2024-cü il tarixli, 1(103)-337/2024 nömrəli qərarından Məhkum Cilingər oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum Cilingər oğlu kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edərək göstərmişdir ki, iş üzrə sübutlara və Ali Məhkəmənin müvafiq Plenumunun qərarına birgə nəzər saldıqda Məhkum satıcı Aybəniz və ya Cəfər adlı şəxslərlə qabaqcadan heç bir əlbirliyi və əlaqəsinin olmadığı, Aybanizin Məhkum Şahid1 tapşırığı ilə predmetləri verdiyi, Məhkumla Aybənizin heç bir razılaşmasının olmadığı, Məhkum Şahid1 mənafeyinə uyğun hərəkət etdiyi, özünün bu maddə və vasitlərin dövriyyəsindən mənfəət əldə etmək niyyətinin olmaması məlum olur. Həmin qərarın tələbinə görə Məhkum əməlinin CM-in 234.4.1-ci maddəsilə əhatə olunması əsassızdır. Cinayət işi ilə bağlı yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi cəza təyin edərkən törədilmiş əməlin satış məqsədilə törədilmədiyini, Məhkum 2 az yaşlı uşağının olmasını (CM 59.1. 2), cinayəti psixi məcburiyyət təsiri altında törətdiyini (CM 59.1.6) nəzərə almamışdır.

8. Bununla da, məhkum kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2024-cü il tarixli, 1(103)-337/2024 nömrəli qərarının ləğv edilməsini, müraciətində göstərilən halların yoxlanılması və əməlinə yenidən hüquqi qiymət verilməsi üçün cinayət işinin apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

10. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarı n qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib- verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilm əsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum Cilingər oğlu kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

17. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2024-cü il tarixli, 1(103)-337/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

19. Məhkəmə kollegiyası Məhkum Cilingər oğlunun CM-in 234.4.1, 234.4.3 və 29, 3171.1-ci maddələri ilə təqsirli bilindiyi əməllərinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

20. Belə ki, Məhkum Cilingər oğlunun əməllərinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə onun tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.

21. Kollegiya qeyd edir ki, Məhkum Cilingər oğlunun kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, məhkum tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olması ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndiril ən şəxsin ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, şahid ifadələri, ekspert rəyi, müvafiq protokollar, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.

22. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instans iyası məhkəməsinin Məhkum Cilingər oğlunun cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

23. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.

24. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün Məhkum Cilingər oğluna münasibətdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum Cilingər oğlunun CM-in 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaş ır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

26. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2024-cü il tarixli, 1(103)-337/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Cilingər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevr al 2024-cü il tarixli, 1(103)-337/2024 nömrəli qərarı Məhkum Cilingər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar