Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2422/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov X2 ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkum Məhkum, onun müdafiəçisi Müdafiəçi1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, f ərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Üzümçülük sovxozunda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.1-ci maddəsi məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-1031/2025 nömrəli 14 may 2025-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-197/2025 nömrəli 25 fevral 2025ci il tarixli (hakim S.Əliyev) hökmü ilə Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmi ş, CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olduğu 3 (üç) ay 20 (iyirmi) gün müddətin hər günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla, ümumilikdə 7 (yeddi) ay 14 (on dörd) gün müddətin təyin edilmiş cəzadan çıxılmaqla, Məhkum üzərində 4 (dörd) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin hökmündən zərər çəkmiş şəxsin nümayəndəsi tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-1031/2025 nömrəli 14 may 2025-ci il tarixli qərarı i lə (hakimlər Z.N.Hüseynov (sədrlik edən və məruzəçi), R.A.Qaraqurbanlı və A.F.İbrahimovdan ibarət məhkəmə tərkibində) аpellyаsiyа şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 3 ay 21 gün olmaqla, cəmi 3 ay 23 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ümumilikdə 7 ay 16 gün müddətin ona təyin olunmuş cəzadan çıxılması və Məhkum üzərində 4 (dörd) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması qərara alınmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, 10-cu Hövsan küçəsində yerləşən fərdi evdə bacısı oğlu və kürəkəni olan Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, yəni sonuncunun arvadı Şahid1 körpə övladı ilə birlikdə tək qoyaraq razılıq olmadan işləmək məqsədi ilə Rusiya Federasiyasına getməyi planlaşdırdığına görə irad bildirdikdə Zərərçəkmiş şəxs ona etiraz etməsinə görə iki dəfə yumruq zərbələri ilə qəsdən baş nahiyyəsinə vuraraq ona baş beyin yüngül dərəcəli əzilməsi, epidural hematoma ilə müşayiət olunan sol-təpə gicgah nahiyyəsinin yumşaq toxumasının qançırı, sağ-göz yuvas ı ətrafı yumşaq toxumanın hematoması,sol bazunun yuxarı 1/3-nin ön-iç səthinin qançır və sıyrıqları, boyunun sol yan səthinin,döş qəfəsinin sol yan səthinin, sol kürəküstü nahiyənin və qarının sağ yan səthinin sıyrıqları əməl əgəlməsi ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərədə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır vurmaya aid xəsarətlər yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-1031/2025 nömrəli 14 may 2025-ci il tarixli qərarının ləğv edilməsini, məhkuma CM-in 127.1-ci maddəsi ilə ağır cəza təyin edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, xəstəxanada zərər çəkmiş Komputer Tomoqrafiya müayinəsindən keçmiş və aydın olmuşdur ki, onun kəllə sümüyü 4 sm sınıb. Müalicə aldığı xəstəxanadakı xəstəlik tarixində və epiqrizində birbaşa göstərilir ki, zərər çəkmiş şəxsin kəllə sümüyü 4 sm sınıb. Bundan əlavə məhkəmə-tibbi ekspertizasının verdiyi rəydə də onun aldığı xəsarət nəticəsində kəllə sümüyündə 4 sm çatın olması təsdiq edilməklə aldığı xəsarət ağır dərəcəli xəsarət kimi qeyd edilmişdir. Məhz buna görə Suraxanı RPİ-də CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanılmışdı. Lakin məlum olmayan səbəblərdən aylarla əsassız və səbəbsiz yerə uzadılan istintaq orqanı zərər çəkmiş tərəfin xəbəri olmadan təkrar ekspertiza təyin etmiş və həmin ekspertizanın rəyinə əsasən zərər çəkmiş şəxsin guya az ağır dərəcə li xəsarət almışdır. İş materialları ilə tanış olanda zərər çəkmiş şəxsə məlum olur ki, ekspertizanın ilkin rəyi dəyişdirilib, ağır xəsarət az ağır xəsarətə çevrilib. Zərər çəkmiş şəxs təkrar ekspertizanın keçirilməsi barədə vəsatət versə də, həmin vəsatət təmin olunmamışdır. Sonradan təkrar ekspertizanın rəyi ilə tanış olduqdan sonra məlum olur ki, ekspertiza onun kəllə sümüyündə Məhkum tərəfindən ona yetirilmiş zərbələrdən aldığı xəsarəti, yəni 4 sm xətti sınığı, 2018-ci ildə, yəni 6 ildən artıq vaxt əvvəl yıxılma nəticəsində başının tamam başqa nahiyəsindən aldığı xəsarətlə bağlamağa cəhd edib. Belə ki, 2018-ci ildə aldığı xəsarət kəllə sümüyünün qabaq tərəfindən gicgah nahiyyədə olub, artıq illər əvvəl sağalıb gedib. Lakin xx.xx.2024cü il tarixdə Məhkum ona vurduğu zərbələrdən aldığı xəsarət, yəni 4 sm xətti sınıq isə kəllə sümüyünün digər arxa hissəsindədir, köhnə xəsarətdən tamam ayrı yerdədir. Məhkuma 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkum B.Hüseynovun, müdafiəçisi Müdafiəçi1, dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkə məsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları n ormalarının düzgün tətbiq edilib- edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş kassasiya şikayətində zərər çəkmiş şəxs məhkuma daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinə əsasən “zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma”ya görə məsuliyyət nəzərdə tutulur və əməl iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası qeyd e dir ki, cinayət işinin materiallarına əsasən məhkum B.Hüseynovun əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş, kassasiya şikayətində mübahisə ləndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddələrində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəz anın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli ol araq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləş dirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə məhkuma cəza təyin edərkən törətdiyi cinayət əməlindən peşman olmasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması isə müəyyən edilməmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyininə dair mövqeyini əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda gös tərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-1031/2025 nömrəli 14 may 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kass asiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)1031/2025 nömrəli 14 may 2025-ci il tarixli qərarı zərər çəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2422/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2422/2025
17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver