Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2423/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi - Qanuni nümayəndə, Müdafiəçi - Bakı şəhər 13 saylı Vəkil Bürosunun vəkili Şahməmmədov İlqar Ş ahməddin oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 may 2023-cü il tarixli 1(099)-55/2023 nömrəli (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1985-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ə vvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 28 iyul 2022-ci ildən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli 1(106)-503/2023 nömrəli (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 may 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 may 2023-cü il tarixli hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 2015-ci ilin avqust ayından 24 iyul 2022-ci il tarixə kimi olan dövr ərzində müxtəlif vaxtlarda yaşad ığı Biləsuvar şəhəri, Nizami küçəsi, 102 nömrəli evdə başqa şəxslərin olmadığı vaxtlarda öz övladı, aşkar surətdə on dörd yaşına çatmayan - xx.xx.2009-cu il təvəllüdlü övladı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən, yəni azyaşlı olduğuna görə barəsində edilən hərəkətlərin mənasını və xarakterini anlamamasından, habelə müqavimət göstərmək imkanında olmamasından istifadə edərək, cinsi orqanını onun ağzına salmaqla, qıçlarının arasına, xarici cinsiyyət orqanlarına sürtməklə, habelə, əlini onun xarici cinsiyyət orqanlarına toxunduraraq barmağı ilə sürtməklə, barmağını anal dəliyinə salmaqla cinsi ehtirasını pozğun formada təmin edərək təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Apellyasiya instansiyası məhkəməsi də qeyd olunan nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏL İLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsində məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, bu cinayət işi Zərərçəkmiş şəxs şikayəti əsasında başlamışdır və artıq həmin şəxs özü atası barəsində böhtan və şər dolu belə məlumatı hüquq-mühafizə orqanlarına bildirdiyini etiraf etsə də, məhkəmə əsassız olaraq belə ifadələri sübut kimi qəbul etməmişdir. Bu cinayət işinin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs atası Məhkum onu yox, digər bacısını çox istədiyini və həmçinin atası tərəfindən mütəmadi olaraq anas ı Qanuni nümayəndə döyüldüyünü bildirmişdir. Təbii ki, bu iki faktın özü də Zərərçəkmiş şəxs tərəfindən atasına qarşı nifrət və kinin yaranması üçün əsasdır. Bu nifrət və kin də atasından qisas almaq üçün Zərərçəkmiş şəxs tərəfindən şər və böhtan dolu şikayət ərizəsinin verilməsinə gətirib çıxarmışdır. Eyni zamanda məhkəmə həmçinin Məhkum bu əməli törətməsini sübut edən faktlardan biri kimi Məhkum ilə Zərərçəkmiş şəxs arasında olan danışıqların səsyazısına istinad etmişdir. Halbuki həmin danışıqlarda əsaslı bir sübut yoxdur. Yəni, telefon yazısını məqsədli olaraq, qəsdən zərərçəkmiş qızın yönləndirici cavablar verməklə guya onunla atası arasında nəsə olub. Əgər uzun illər birlikdə tərbiyəsiz işlər görmüşdülərsə, onu bir dəfə də təkrarlaya bilərdilər. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə kassasiya şikayətinə uyğun çıxış edərək, ibtidai istintaq, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsində verdiyi ifadənin düz olmadığını, buna da səbəb ailədə baş verən söz-söhbətlərin olduğunu bildirib, işin yenidən araşdırılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Şahməmmədov İlqar Şahməddin oğlu kassasiya şikayətinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası mə hkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kas sasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum unun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməl in xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənlə şdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəz ərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşa ğıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum özü üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində, onun köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmə ilə bağlı verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübu tlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığı, bu səbəbdən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarının ləğv edilərək, cinayət işinin yenidən araşdırılması üçün yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməli olduğu iddia edilsə də, iş materiallarına əsasən məhkəmələrin gəldiyi nəticəyə görə, Məhkum törətdiyi cinayət əməlində təqsirliliyi özünün məhkəməyədək icraat zamanı, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 avqust 2022-ci il tarixli 669 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Onun qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər a şkar edilmişdir. Aşkar edilən əlamətlər göstərilən şəraitdə yəni, həmin nahiyəyə özünün dediyi kimi uzun illər ərzində barmaq salmaq nəticəsində yarana bilməsi inkar olunmur. Həmçinin, məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 29 iyul 2022-ci il tarixli 1984 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin həmin əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Hazırkı psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Onun əqli və intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar o lunmur, çəkingənlik, az ünsiyyətçil olmaq, həssaslıq, konfliktə və mübahisəyə meyilli olmamaq, özünü psixoloji müdafiə etməkdə çətinlik çəkmək və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakterini və mənasını anlaya bilər. Ona qarşı edilən hüquqazidd hərəkətlər zamanı psixi-emosional halında qorxu, həyəcan yaranmışdır. Zərərçəkmiş şəxs əqli və intellektual imkanları normaya uyğun olmaqla, gerilik əlamətləri aşkar olunmur, buna baxmayaraq o, hadisə zamanı fərdi-psixi xüsusiyyətləri (çəkingənlik, az ünsiyyətçil olmaq, həssaslıq, konfliktə və mübahisəyə meyilli olmamaq, özünü psixoloji müdafiə etməkdə çətinlik çəkmək və s.) və emosional halından (qorxu, həyəcan) asılı olaraq müqavimət göstərmək qabi liyyətinə malik olmamışdır. Onda özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. Həmçinin, onun başqalarının təsiri altında hərəkət etməyə və uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. O cümlədən, cinayət işinin materiallarında olan məhkəmə-fonoskopik ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 4/1180-4/1191 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd «Samsung Galaxy A10» markalı mobil telefonda olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Məhkum məxsusdur. Ekspertizaya təqdim edilmiş bir ədəd «Samsung Galaxy A10» markalı mobil telefonda olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «Q1» kimi işarə olunmuş diktoru n səsi və nitqi-Zərərçəkmiş şəxs məxsusdur. Təqdim edilmiş «Samsung Galaxy A10» markalı mobil telefonda olan mübahisəli fonoqramdakı danışıq hissələrində məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, yarımçıq söz və ifadələr, keçid prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri müəyyən olunmamışdır. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan 28 iyul 2022-ci il tarixli videogörüntülərə «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Qanuni nümayəndə təqdim etdiyi «Samsung Galaxy A10» markalı mobil telefonda ardıcıllıqla Mənim fayllarım – Audio - WhatsApp Business Audio - proqramlarına daxil olaraq sonuncu fayldakı bir ədəd səs yazısı vardır. Səs yazısı 16 dəqiqə 44 saniyə müd dətindədir. Səs yazısının ilk əvvəlində 5 saniyə müddətində şappıltı səsləri gəlir. Sonra səs kəsilir. Tam sakitlik olur. Azyaşlı Zərərçəkmiş şəxs izah etmişdir ki, həmin səs mobil telefonu mikrofonun səsyazma proqramı işlək vəziyyətdə olmaqla otaqda gizlətməsi zamanı əmələ gələn şaqqıltı səsləridir. Daha sonra səslər kəsilir. Arabir bayırdan toyuq-cücə və sair səslər gəlir. 8 dəqiqə 58-ci saniyəsində ayaq səsləri və hərəkət səsləri gəlməyə başlayır. Kiminsə otağa daxil olması aydın olur. Sonra yenidən sakitlik yaranır və 9 dəqiqə 19-cu saniyədə qadının diksinməsi səsinə oxşayır. Daha sonra biri qadın səsli və biri kişi səsli olmaqla iki nəfər şəxsin danışığı vardır. Zərərçəkmiş şəxs izah edir ki, həmin danışıqlar onun özü ilə atası Məhkum arasında olan danışıqlardır. Həmin danışıqların əv vəlində Z nənəsinin termosu istədiyini, daha sonra isə anasının xırda pul istədiyini deyir. Daha sonra onların arasında intim məzmunlu söhbət olur. Həmin söhbətin məzmunu belədir: Z: Ata, öpmə də, istəmirəm. (Daha sonra səslər kəsilir, bəzən Məhkum eşidilməz dərəcədə pıçıltı səsləri gəlir). Ata. Burax da, day, istəmirəm, ata, day mən böyümüşəm də. - X: Bir dəfə, bir dəfə olaq. Z: Nə bir dəfə. Mən namaz qılıram, ey ata. X: (pıçıltı ilə) Bir dəfə olacayıq, qurtaracaq. Xəsətələnəcəksən ha. Xəstələnəndə namaz qılmıyacaqsan ki. Xəstələnəndə bir dəfə olarıq. Yaxşı? Z: Yox. X: Yaxşı? Z. Yox. Day mən böyümüşəm. Ata, uşaqlıqdan. Mən heç bilmirəm, neçə yaşım olardı. Onda uşaq idim. İndiki böyümüşəm. X: Bir dəfə, e, bir dəfə, olacıyıq, qurtardı. Z: Bir dəfə nədi (Ağlamsınır). İstəmirəm. Ata burax. (B ərkdən öpüş səsi eşidilir). Burax, day. İstəmirəm. X: Yaxşı? Z: Yox. Daşın: Bura gəl. Z:Hə. X: Bir dəfə, e, bir dəfə. Z: A, nə bir dəfə. X: (pıçıltı ilə). Yaxşı? Bura gəl. Z: Ata, day istəmirəm.Burax da, məni. Burax, eləmə. X: Ata söz verir sənə, bax qıldığın namaz haqqı. (Bərkdən öpüş səsi eşidilir). Z: Sən day neçə dəfə. Bu söz döyür e. Neçə dəfə deyibsən, eləmiyəciyik. X:Bir dəfə də olacıyıq day qurtardı. Z: Ata, belə eliyəndə nə olur ki. X: Bir dəfə olacıyıq, qurtardı. Z: Nolur ki, belə eliyəndə? X: Çünki sənsiz qala bilmirəm. Z: Mənsiz qala bilmirsən? Ata, mən sənin qızınam e. Ata böyümüşəm day. 13 yaşım var day. Day məni incitmə. Mən gedirəm. (Xın onu saxlaması və öpməsi səsləri eşidir). Ata, burax, day, burax. Day məni incitmə. X: Üstünü düzəlt. Daha sonra X səsini ucaldaraq adi səs lə danışaraq onunla xudahafizləşir. Həmin vaxtı səs yazısının 12 dəqiqə 20-cı saniyəsidir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs Məhkum öz xətti ilə yazdığı 28 iyul 2022-ci il tarixli ərizəsində Zərərçəkmiş şəxs öz qızı kimi deyil başqa bir qadın kimi sevdiyini, ona qarşı seksual xarakterli hərəkətlər etdiyini etiraf edərək və bu hərəkətlərin düzgün olmadığını başa düşdüyünü göstərmişdir. Həmçinin, iş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 29 iyul 2022-ci il tarixli 1984 №-li rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs başqalarının təsiri altında hərəkət etməyə və uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Kassasiya məhkəmə kollegiyası Məhkum Bərxud oğlunun günahsız olması, ona verilmiş ittihamın uydurma olması, arvadı Z ilə qısqanclıq zəminində ailə problemləri olduğuna görə dəfələrlə aralarında mübahisələri olduğundan arvadı Z ondan qisas almaq üçün baldızı Gözəl ilə əlbir olub onun başına bu oyunu açdıqları, guya qızı Zə qarşı dəfələrlə nalayiq, seksual xarakterli hərəkətlər etdiyi, qızı Zlə arasında olan söhbətə dair səs yazısı zamanı sərxoş vəziyyətdə olduğu, səs yazısı yazılan vaxt Zlə eyni otaqda olmadığı,. Zə qarşı qeyri-əxlaqi və seksual xarakterli heç bir hərəkət etməməsi barədə məhkəmə istintaqında verdiyi ifadəni tədqiq edərkən, bunların iş üzrə toplanmış sübutların məcmusu ilə tamamilə təkzib olunduğu müəyyən edilir. Məhkəmələrin gəldiyi bu nəticə iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidin ifadələri, həmçinin Məhkum Bərxud oğlunun özünü n məhkəməyədək icraat zamanı verdiyi ilkin etiraf ifadələri, məhkəmə-tibbi ekspertizasının 11 avqust 2022-ci il tarixli 669 №-li rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 29 iyul 2022-ci il tarixli 1984 №-li rəyi, məhkəmə-fonoskopik ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 4/1180-4/1191 №-li rəyi, videogörüntülərə «baxış keçirilməsi haqqında» 28 iyul 2022-ci il tarixli protokolu, Məhkum öz xətti ilə yazdığı 28 iyul 2022-ci il tarixli ərizəsi və iş materiallarında olan digər sübutlar ilə tam təsdiq olunduğu qənaətinə gəlinir. Göründüyü kimi, təqsirləndirilən şəxsin məhkəmə baxışları zamanı qeyd olunduğu kimi cinayət əməlini qurma olması barədə ifadələr verməklə özünü məhkəmə istintaqında həmin cinayət əməlini törətməməsi ilə əlaqədar özünümüdafiə xarakte rli ifadələr versə də məhkəmə baxışı zamanı həmin ifadələr iş üzrə araşdırılan mötəbər sübutlarla nəinki öz təsdiqini tapmamış, hətta təkzib olunmuşdur. Şəxsin təqsirsizliyinə dair zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin dəlillərini araşdırarkən apellyasiya məhkəmə iclasında da tədqiq edilmiş sübutlarla Məhkum 2015-ci ilin avqust ayından 24 iyul 2022-ci il tarixə kimi olan dövr ərzində müxtəlif vaxtlarda özü üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs - xx.xx.2009-cu il təvəllüdlü övladı Zərərçəkmiş şəxs barəsində seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi tam təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qərarın işin halları hissəsində göstərilən cinayət hadisəsi i lə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Beləliklə, zərərçəkmiş tərəfinin kassasiya şikayətində qeyd etdiyi Məhkum cinayət əməli törətməməsi və ona irəli sürülmüş ittihamın cəfəngiyyatdan ibarət olması ilə bağlı iddialar tamamilə əsassızdır və təmin olunmamalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəl məyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin əməlin sübuta yetirilməsinə dair yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı tədqiq edilərək, əsaslandırılmışdır. Eyni zamanda, kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olu nubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzasını yüngülləşdirən (zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində azyaşlı uşağının olmasını) və ağırlaşdıran (cinayətin təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi) halların olması, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Cinayət işinin materiallarında olan, məhkəməyə təqdim olunmuş və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkumla barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutara q məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2423/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2423/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver