Məhkəmə qərarları › İş №1(102)-2424/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2424/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2424/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxx 1977-ci ildə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında müvəqqəti yaşa mış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli, 1(106)-363/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: sədrlik edən C.Ş.Səfərov, N.Şahid1 və M.V.Məmmədov) 09 mart 2023-cü il tarixli, 1(099)-168/2023 hökmü ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbayc an Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə, CM-in 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə 5 (beş) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 02 iyul 2022-ci il tarixdən 04 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, 26 avqust 2022-ci il tarixdən 28 avqust 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün, ümumilikdə 4 (dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası sa xlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 01 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli hökmü ilə (hakimlər M.Ə.Bağırov (sədrlik edən), İ.H.Əhmədov və E.İ.Əliyev ) apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2023-cü il tarixli hökmü Məhkum Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilmiş, Məhkum Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilmiş, həmin hökmdən Məhkum Cinayət Məcəlləsin in 32.4, 312.2-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilmiş, Məhkum üzərində yalnız Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu, Ağalıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 övladı X3 Hallar Nazirliyində işləyən vəzifəli şəxslərə rüşvət vermək müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Biləsuvar rayon X7 hissəsində yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, 2021-ci ilin mart ayında Biləsuvar rayonu, Ağalıkənd kəndində sonuncunun yaşadığı evdə 2500 (iki min beş yüz) manat, 2021-ci ilin may ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən İran klinikası yaxınlığında Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz qohumu Şahid4 vasitəsi ilə göndərdiyi 1000 (bir min) manat, 2021-ci ilin may ayının son həftəsində Bakı şəhər, Yasamal rayonu, Sahib Xəlilov küçəsi, 59 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz qohumu Şahid4 vasitəsi ilə göndərdiyi 1500 (bir min beş yüz) manat və daha sonra xx.xx.2021-ci il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndi ərazisində Milli.ön ödəmə aparatı vasitəsi ilə Məhkum məxsus olan 41697314-9383-1217 nömrəli "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə aid olan plastik karta göndərilmiş 100 (bir yüz) manat olmaqla ümumilikdə 5100 (beş min yüz) manat məbləğində xeyli miqdarda pul vəsaitini vahid niyyətlə ələ keçirib, şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmiş, zərərçəkmiş şəxsi vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar maddi nemət verilməsinə sövq edərək təkrarən rüşvət vermə cinayətinin törədilməsinə təhrik etmişdir. Bundan başqa o, təkrarən, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar rayonu, Ağalıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs2 yüksək vəzifəli şəxslərə rüşvət vermək müqabilində onu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin X10 Donanmasına texniki işçi kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncud an 3 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən Nəriman Nərimanov adına olan parkda 1000 (bir min) manat, xx.xx.2021-ci il tarixdə Biləsuvar rayon, Ağalıkənd ərazisində Milli.ön ödəmə aparatı vasitəsi ilə Məhkum məxsus olan 4169-7314-9383-1217 nömrəli "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə aid olan plastik karta göndərilmiş 50 (əlli) manat, xx.xx.2021-ci il tarixdə eyni qaydada göndərilmiş 100 (bir yüz) manat, xx.xx.2021-ci il tarixdə eyni qaydada göndərilmiş 100 (yüz) manat və xx.xx.2022-ci il tarixdə də eyni qaydada göndərilmiş 750 (yeddi yüz əlli) manat olmaqla ümumilikdə 2000 (iki min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmiş, zərərçəkmiş şəxsi vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar maddi nemət verilməsinə sövq edərək təkrarən rüşvət vermə cinayətinin törədilməsinə təhrik etmişdir. Bundan başqa o, təkrarən, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 "SOCAR” neft şirkətində işləyən yüksək vəzifəli şəxslərə rüşvət vermək müqabilində onu həmin şirkətə məxsus zavodda fəhlə kimi işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, bu adla 28 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında, "Baku Electronics” mağazasının qarşısında sonuncudan 5000 (beş min) manat məbləğində pul vəsaitini alaraq ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmiş, zərərçəkmiş şəxsi vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar maddi nemət verilməsinə sövq edərək təkrarən rüşvət vermə cinayə tinin törədilməsinə təhrik etmişdir. Bundan başqa o, təkrarən, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar şəhəri, B.Xammədov ev 2-də yaşayan Zərərçəkmiş şəxs3 "SOCAR” neft şirkətində işləyən yüksək vəzifəli şəxslərə rüşvət vermək müqabilində onu həmin şirkətdə mütəxəssis vəzifəsinə iş düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, 25 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən H.Əliyev adına olan mərkəzin yaxınlığında 1500 (bir min beş yüz) manat, xx.xx.2022-ci il tarixdə Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən ərzaq mağazasında quraşdırılmış Milli.ön ödəmə aparatı vasitəsi ilə Məhkum məxsus olan 4***-*******3-1217 nömrəli X9 Səhmdar Cəmiyyətinə aid olan plastik karta göndərilmiş 50 (əlli) manat, xx.xx.2022-ci il t arixdə Bakı şəhər, Nizami rayonu ərazisində eyni üsulla göndərilmiş 20 (iyirmi) manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 cinayətdən xəbərsiz qohumu Şahid3 vasitəsi ilə eyni bank hesabına Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən "Kapital Lizinq” binasının yaxınlığında quraşdırılmış Milli.ön ödəmə aparatı vasitəsi ilə eyni bank hesabına göndərilmiş 200 (iki yüz) manat pulu vahid niyyətlə ələ keçirib, ümumilikdə zərərçəkmiş şəxsə məxsus 1770 (min yeddi yüz yetmiş) manat məbləğində pul vəsaitlərini vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmiş, zərərçəkmiş şəxsi vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar maddi nemət verilməsinə sövq edərək təkrarən rüşvət vermə cinayətinin törədilməsinə təhrik etmişdir. Apellyasiya instansiya məhkəmələ rinin yekun gənaətinə görə Məhkum CM-nin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittiham sübuta yetirilməmişdir. Kassasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) normalarına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə istinad edərək işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı Ramin Almazov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi Məhkum verilmiş ittihamdan CM-nin 32.4, 312.1-ci maddəsini xaric etməli olduğ u halda, əsassız olaraq ona həmin maddə ilə bəraət vermiş, bəraət hətta əsaslı hesab edilsə idi belə, bu halda məhkəmə prosessual əsas olaraq şəxsin təqsirliliyinin sübuta yetirilməməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə deyil, əməldə cinayət tərkibi olmamasını nəzərdə tutan eyni Məcəllənin 42.1.2-ci maddəsinə istinad etməli idi. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli hökmünün Məhkum CM-nin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məh kəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Məhkum əsassız və yaxud səhv cinayət prosessual-hüquqi normaya əsaslanmaqla bəraət verildiyini iddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar ki mi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu n ormada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinin dispozisiyasına görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə müvafiq cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası CM-nin 312.2-ci maddəsini dispozisiyasında isə rüşvət vermə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvətin veri lməsində və ya təkrar rüşvət verilməsində ifadə olunur. Baxılan cinayət işində ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişlər ki, Məhkum zərərçəkmiş şəxslərə sonuncuların müxtəlif səpkidə olan xahişlərinin həll edilməsi üçün vəzifəli şəxslərə rüşvət qismində pul verilməsi zəruri olduğunu bildirməklə onları aldadıb, həmin pul vəsaitlərini alaraq ələ keçirməklə dələduzluq etmiş və zərərçəkmiş şəxsləri vəzifəli şəxsə rüşvət qismində pul verilməsinə təhrik etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 312-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmişdir. İbtidai istintaq orqanının Məhkum ittiham elan etdiyi Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq məna feyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir. Məhkum irəli sürülmüş ittihamdan isə aydın görünür ki, o, zərərçəkmiş şəxsləri aldadaraq, onların hazırki qərarın “İşin halları” hissəsində təsvir edilmiş məsələlərinin həll etməkdən ötrü vəzifəli şəxsə çatdırmaq adı ilə onlardan p ul alıb ələ keçirmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində müvafiq məhkəmə hökmü qəbul edildiyi dövrdə Məhkum əməlləri mövcud olmuş məhkəmə təcrübəsinə uyğun olaraq məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 32.4,312-ci maddəsi ilə tövsif edilsə də, daha sonra qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarları (Konstitusiya Məhkəməsini Qərardadı nəzərə alınmaqla) yeni məhkəmə təcrübəsinin formalaşmasına əsas yaratmışdır ki, məhkəmə kollegiyası həmin qərarlardan çıxış edərək Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 32.4,312-ci maddəsinin dispozisiyası ilə uzlaşan tərkib əlamətlərinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlərin mövcud olub olmamasına, qeyd olunan hərəkətləri n “rüşvət verməyə təhrik” və ya “dələduzluğun üsulu” kimi çıxış etməsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müəyyən etdiyi hüquqi mövqeyə görə yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmam ışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə z ərər vurmağa yönəlib (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarı). Məhz bu yanaşmadan çıxış edərək və həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək Konstitusiya Məhkəməsi qəbul etdiyi digər qərardadında bir daha qeyd etmişdir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı icti mai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 aprel 2023-cü il tarixli Qərardadı). Konstitusiya Məhkəməsinin şərhini rəhbər tutan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qəbul etdiyi müvafiq qərarında belə nəticəyə gəlmişdir ki, vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM -nin 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır (“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 11/2023, 19 may 2023-cü il). Baxılan cinayət işinin materiallarından isə göründüyü kimi, Məhkum dələduzluq yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirsə də, faktiki olaraq hər hansı vəzifəli şəxsə pul və ya digər maddi nemət şəklində rüşvət verməmiş, rüşvət verməyə təhrik etmə hərəkətlərindən isə yalnız dələduzluğun üsulu kimi istifadə etmişdir ki, bu da öz növbəsində onun Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi təqsirli bilinib cəzalandırılma sını istisna edir. Təsvir edilənlərə aid apellyasiya məhkəməsinin hüquqi mövqeyinə gəldikdə məhkəmə kollegiyası kassasiya protestinin müvafiq dəliləri ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin əlaqəli Plenum qərarında da qeyd edilir ki, irəli sürülmüş ittiham da təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 15, § 38, 24 dekabr 2021-ci il). Məhkəmə kollegiyası istinad edilən prosessual-hüquqi normanın tələbindən və həmin normanın təfsirindən, işin müəyyən olunmuş faktiki hallarından və araşdırılmış sübutlardan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul tarixli 2022-ci il tarixli Qərarında və 23 aprel 2023-cü il tarixli Qərardadında, habelə Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qəra rında əksini tapmış hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələri üzrə bəraət verilməsinə dair qənaəti yanlış olmuşdur (qeyd olunan maddə sonuncunun əməlinə düzgün şamil edilmədiyindən Cinayət Məcəlləsinin həmin maddəsi Məhkum elan edilən ittihamdan xaric edilməli idi). Bununla belə məhkəmə kollegiyası kassasiya icraatının aşağı instansiya məhkəmələri tərəfindən yol verilmiş fundamental xarakterli pozuntuların aradan qaldırılması üçün nəzərdə tutulmuş icraat olmasından, həmçinin oxşar işlərə ilk əvvəl kassasiya icraatı qaydasında baxılarkən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsinin tərkib əlamətlərinin olmaması əsası həmin hissədə cinayət işi üzrə icraata Cinayət-Pros essual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi ilə bağlı məhkəmə aktları qəbul edilməsindən (aşağı instansiya məhkəmələrinin həmin praktikadan çıxış etmişlər), işə yenidən apellyasiya icraatı qaydasında baxılmasının (prosessual qənaət prinsipi) məhkum hüquqi məsuliyyətinə faktiki olaraq təsir etmədiyindən (Məhkum elan edilən ittihamdan adı çəkilən maddənin xaric edilməsinin yekun nəticəyə - hökmdən CM 32.4, 312.2-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilməsinə və sonuncuya yalnız Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə cəza təyin edilməsinə təsir etməməsinə) çıxış edərək kassasiya protestində təklif olunduğu kimi – hazırkı işə həmin hissədə yenidən baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinin hökm ünün ləğv edilməsini və apellyasiya baxışının təkrarlanmasını məqsədəuyğun hesab etmir Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsi ilə müəyyən edilmiş ümumi prinsipə görə, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan məhkəmə qərarının yalnız Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilməsi yolverilməzdir. Qeyd edilən prosessual-hüquqi normada təsbit edilmiş qaydanı nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,312.2ci maddələri ilə məhkum edilməməsinin əsasları apellyasiya instansiya məhkəməsi tərəfindən səhv təsvir edilsə də, məhkəmənin buna dair yekun nəticəsi düzgün olduğundan, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya M əhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-ci il tarixli, 1(106)-363/2023 nömrəli hğkmü dəyişdirilmədən saxlanılmalıdır. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı X2 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli, 1(106)-363/2023 nömrəli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-ci il tarixli, 1(106)-363/2023 nömrəli hökm ü verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar