Məhkəmə qərarları › İş №1(102)-2425/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2425/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2425/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum oğlnunun müdafiəçisi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Quliyev Valeh İbiş oğlunun iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsil li, əvvəllər məhkum olunmamış, Azərbaycan Respulikasının Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.3.1, 32.5, 206.3.2, 308.2 və 311.3.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli 1(103)-144/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Quliyev Valeh İbiş oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Mə hkəməsinin 6 oktyabr 2023-cü il tarixli 1(101)-1186/2023 nömrəli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), S.A.Məmmədzadə və Ə.İ.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 32.5, 206.3.1, 32.5, 206.3.2, 308.2 və 311.3.2ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə, CMin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə, CM-in 311.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzaları Azərbaycan Respublikası CM-in 66.3 maddəsinə əsasən qismən, CM-in 66.4-cü mad dəsinə əsasən, isə tam toplamaq yolu ilə qəti olaraq Məhkum 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.V.Tanrıverdiyev (sədrlik edən), H.H.Əhmədov və Q.X.Babayev) apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qaçaqmalçılıq cinayətini törətməsində təkrarən köməkçi qismində iştirak etmiş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və xidmət üzrə ümumi himayədarlıq müqabilində verilmiş rüşvət təklifini təkrarən qəbul etməklə, özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində təkrarən almışdır. Belə ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Xidməti üzrə 06 07.2010-cu il tarixli 515Ş nömrəli əmrlə həmin Xidmətə qulluğa qəbul edilməklə, xx.xx.2018-ci il tarixli 100/1152Ş nömrəli əmrlə Hava Nəqliyyatında Baş Gömrük idarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilməklə xx.xx.2022-ci il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 15 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsi haqqında əsasnamənin 5. 10-cu maddəsinə əsasən şöbənin inspektoru kimi gömrük nəzarətini qanunvericliklə müəyyən olunmuş qaydada aparmaq, texniki nəzarət vasitələrindən istifadə edərək gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin gömrük yoxlanılmasını həyata keçirmək, texniki nəzarət vasitələrindən istifadə etməklə gömrük sərhədindən keçirilən mallar, nəqliyyat vasitələri və onları keçirən şəxslər üzərində gömrük nəzarətini həyata keçirmək, texniki nəzarət vasitələrini istifadə və texniki təlimatlarına, radiasiya, texniki təhlükəsizlik və saxlanılma qaydalarına uyğun şəkildə istismar etmək, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, strateji nüvə materiallarının, radioaktiv maddələrin və digər ionlaşdırıcı şüa mənbələrinin, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqlarının obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, həmçinin başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaqda texniki nəzarət vasitələrindən istifadə etmək, gömrük hüquq pozuntularının müəyyən etmək, qarşısının alınması və profilaktikası üzrə tədbirlər görmək, gömrük işinə dair normativ-hüquqi aktların layihələrinin hazırlanmasına iştirak etmək, baş idarədə müəyyən edilən daxili intizam və xidməti informasiya İlə rəftar qaydalarını gözləmək, dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq, rəhbərlik tərəfindən təsdiq olunmuş planlara uyğun olaraq keçirilən təlimlərdə, toplanışl arda, yarışlarda və digər tədbirlərdə iştirak etmək, daim özünün peşə biliklərini arıtrmağa çalışmaq, bu əsasnamədə müəyyən edilmiş şöbənin vəzifələrindən irəli gələn digər məsələlərin təmin olunması üçün müvafiq hərəkətlər etmək kimi səlahiyyətləri olan vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və xidmət üzrə ümumi himayədarlığa görə özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyaları gətirmək üçün verəcəkləri rüşvət qismində maddi nemət olan pul vəsaiti qarşılığında həmin qızıl-zinət əşyalarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməyə dair məsləhətlə r verməsi və köməklik etməsi barədə Şahid1 məsləhəti ilə Şahid2, sonuncu vasitəsi ilə 2022-ci ilin avqust ayında özünə müraciəti ilə əlaqədar qeyd olunan rüşvət təklifini qəbul edərək, Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gələrkən qızıl-zinət əşyalarının qanunsuz yolla keçirilməsinə dair məsləhət və məlumatlar verməklə, yəni Şahid2 Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gələrkən əl baqajında hər hansı çemodan, əl yükü və sair bu kimi heç bir əşya götürməməsi, yalnız baqaj yükü götürməsi, qızıl-zinət əşyalarını üzərində geyindiyi geyimlərin altında və ya alt paltarlarında gizlətməsi, baqaja verdiyi yükünə qızıl qoymaması, nəticədə bunkerdə, yəni baqaj yüklərinin rentgen qurğusu vasitəsilə yoxlama y erində baqaj yükləri yoxlamşdan keçdikdən sonra üzərində qırmızı lent vurulmadığı halda, yenidən gömrük yoxlamasına cəlb olunmayacağı barədə məsləhətlər verməklə, həmçinin hər hansı səbəbdən gömrük xidməti əməkdaşları tərəfindən qırmızı zolaqdan keçməyə dəvət edildikləri halda dərhal müdaxilə edib köməklik edəcəyini bildirməklə, Şahid2 və Şahid1 xx.xx.2022-ci il tarixdə saat 03:14-də ölkə ərazisinə daxil olarkən həmin dövrə ümümi dəyəri 51.000 manat olan, 585 əyarlı 600 qram qızıl-zinət əşyalarını verdiyi məsləhət və məlumatlar əsasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazində yerləşən Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal1” gömrük postundan yəni, Azərbaycan Respublikasının gömrük sərhə ddindən gömrük nəzarətindən kənar keçirməyə nail olmaları ilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ölkəyə qaçaqmalçılıq yolu ilə 51.000 (əlli bir min) manat dəyərində qızıl-zinət əşyaları gətirilməsində köməkçi qismində iştirak etmiş, bunun qarşılığında 2022-ci ilin sentyabr ayında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Şahid2 Şahid1 vasitəsilə Şahid3 aldığı 1200 manat pul vəsaitini ünvan 3 ünvanında yerləşən “Porto” otelində Şahid2 alaraq, həmin pul vəsaitini şəxsi ehtiyacalarına sərf etməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar etdiyi hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü üçün birbaşa yolla maddi nemət olan 1200 (bir min iki yüz) manat pul vəsaitini rüşvət qismində almış, hə min hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin nüfuzuna, əməyin düzgün təşkili, icra intizamının təmini və ona nəzarətin həyata keçirilməsi üzrə həmin dövlət qurumunun fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və xidmət üzrə ümumi himayədarlığa görə özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyaları gətirmək üçün verəcəkləri rüşvət qismi ndə maddi nemət olan pul vəsaiti qarşılığında həmin qızıl-zinət əşyalarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməyə dair məsləhətlər verməsi və köməklik etməsi barədə Şahid3, Şahid1 vasitəsilə Şahid2, sonuncu vasitəsi ilə 2022-ci ilin avqust ayında özünə müraciəti ilə əlaqədar qeyd olunan rüşvət təklifini təkrarən qəbul edərək, Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gələrkən qızıl-zinət əşyalarının qanunsuz yolla keçirilməsinə dair məsləhət və məlumatlar verməklə, yəni Şahid2 Türkiyə Respublikasının istanbul şəhərindən Azerbaycan Respublikasının Bakı şəhərinə gələrkən əl baqajında hər hansı çemodan, el yükü və sair bu kimi heç bir əşya götürməməsi, yalnız baqaj yükü götürməsi, qızıl-zinət əşyalarını üz ərində geyindiyi geyimlərin altında və ya alt paltarlarında gizlətməsi, baqaja verdiyi yükünə qızıl qoymaması, nəticədə bunkerdə, yəni baqaj yüklərinin rentgen qurğusu vasitəsilə yoxlama yerində baqaj yükləri yoxlanışdan keçdikdən sonra üzərində qırmızı lent vurulmadığı halda, yenidən gömrük yoxlamasına cəlb olunmayacağı barədə məsləhətlər verməklə, həmçinin hər hansı səbəbdən gömrük xidməti əməkdaşları tərəfindən qırmızı zolaqdan keçməyə dəvət edildikləri halda dərhal müdaxilə edib köməklik edəcəyini bildirməklə, Şahid2 və Şahid1 xx.xx.2022-ci il tarixdə saat 03:14-də ölkə ərazisinə daxil olarkən həmin dövrə ümümi dəyəri 68.000 manat olan, 585 əyarlı 800 qram qızıl-zinət əşyalarını verdiyi məsləhət və məlumatlar əsasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazində yerləş ən Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal1" gömrük postundan yeni, Azerbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar keçirməyə nail olmaları ilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ölkəyə təkrarən qaçaqmalçılıq yolu ilə 68.000 (altmış səkkiz min) manat dəyərində qızıi-zinət əşyaları gətirilməsində təkrarən köməkçi qismində iştirak etmiş, bunun qarşılığında 2022-ci ilin oktyabr ayında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Şahid2 Şahid1 vasitəsilə Şahid3 aldığı 1500 manat pul vəsaitini ünvan 3 ünvanında yerləşən “Porto" otelində Şahid2 alaraq, həmin pul vəsaitini şəxsi ehtiyacalarına sərf etməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar etdi yi hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü üçün birbaşa yolla maddi nemət olan 1500 (bir min beş yüz) manat pul vəsaitini təkrarən rüşvət qismində almış, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin nüfuzuna, əməyin düzgün təşkili, icra intiqamının təmini və ona nəzarətin həyata keçirilməsi üzrə həmin dövlət qurumunun fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui- istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və xidmət üzrə ümumi himayədarlığa görə özü v ə üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyaları gətirmək üçün verəcəkləri rüşvət qismində maddi nemət olan pul vəsaiti qarşılığında həmin qızıl-zinət əşyalarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməyə dair məsləhətlər verməsi və köməklik etməsi barədə Şahid3, Şahid1 vasitəsilə Şahid2, sonuncu vasitəsi ilə 2022-ci ilin avqust ayında özünə müraciəti ilə əlaqədar qeyd olunan rüşvət təklifini təkrarən qəbul edərək, Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gələrkən qızıl-zinət əşyalarının qanunsuz yolla keçirilməsinə dair məsləhət və məlumatlar verməklə, yəni Şahid2 Tü rkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gələrkən əi baqajında hər hansı çemodan, əl yükü və sair bu kimi heç bir əşya götürməməsi, yalnız baqaj yükü götürməsi, qızıl-zinət əşyalarını üzərində geyindiyi geyimlərin altında və ya alt paltarlarında gizlətməsi, baqaja verdiyi yükünə qızıl qoymaması, nəticədə bunkerdə, yəni baqaj yüklərinin rentgen qurğusu vasitəsilə yoxlama yerində baqaj yükləri yoxlanışdan keçdikdən sonra üzərində qırmızı lent vurulmadığı halda, yenidən gömrük yoxlamasına cəlb olunmayacağı barədə məsləhətlər verməklə, həmçinin hər hansı səbəbdən gömrük xidməti əməkdaşları tərəfindən qırmızı zolaqdan keçməyə dəvət edildikləri halda dərhal müdaxilə edib köməklik edəcəyini bildirməklə, Şahid2 və Şahid1 xx.xx.2022-ci il tarixdə saat 16:50 -də ölkə ərazisinə daxil olarkən həmin dövrə ümümi dəyəri 126697,10 manat olan, 585 əyarlı 1502,25 qram qızıl-zinət əşyalarını verdiyi məsləhət və məlumatlar ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazində yerləşən Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal1” gömrük postundan yəni, Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar keçirməyə nail olmaları ilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ölkəyə təkrarən qaçaqmalçılıq yolu ilə 126697,1 (bir yüz iyirmi altı min altı yüz doxsan yeddi manat on qəpik) manat dəyərində qızıl-zinət əşyaları gətirilməsində təkrarən köməkçi qismində iştirak etmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaq ədar etdiyi hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü üçün birbaşa yolla maddi nemət olan pul vəsaitinin verilməsi təklifini təkrarən qəbul etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin nüfuzuna, əməyin düzgün təşkili, icra intizamının təmini və ona nəzarətin həyata keçirilməsi üzrə həmin dövlət qurumunun fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının dəyişdirilməsi və Məhkum CM-in 308.2 və 311.3.2-ci maddələri ilə nəzərdə tutulan əməllərinin CM-nin 178.2.3-cü maddəsinə tövsif edilməsi və həmin maddə ilə, həmçinin CM-in 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələri ilə ədalətli cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı müdafiəçi V.Quliyevin və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edi r ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar