Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2426/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənk əran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmündən verilmiş apellyasiya şikayətinin hərəkətsiz saxlanılması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Bağırov Abdul Madar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2023-cü il tarixli 1(099)-63/2023 nömrəli (hakimlər: Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşifq Vaqif oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx -cü il tarixdə Lənkəran rayonu Havzava kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, xxx qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 iyul 2022-ci il tarixdən hesablanması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması, ərazi narkoloji dispanserdə qeydiyyata alınması haqqında yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Bağırov Abdul Madar oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2023-cü il tarixli 1(106)-518/2023 nömrəli (hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə müdafiəçi Bağırov Abdul Madar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin hərəkətsiz saxlanılması, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə məhkum olunmasına dair cinayət işinin materialları Lənkəran Ağır Cinayətlər Məhkəməsinə qaytarılması və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386-cı maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddətin təyin edilməsi qərar alınmışdır. Yuxarıda qeyd olunan 21 iyul 2023-cü il tarixli qərardan məhkumun müdafiəçisi Bağırov Abdul Madar oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2023-cü il tarixli 1(099)-63/2023 nömrəli hökmündən apellyasiya şikayəti poçt vasitəsilə 17 iyun 2023-cii il tarixində yox, 12 iyun 2023-ci il tarixində, saat 17:02:53-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bunu “Azərpoçt" MMC-in 8 saylı poçt şöbəsi tərəfindən verilmiş ********* nömrəli Məxaric Qəbzinin üzərindəki poçt ştampı da təsdiq edir. Odur ki, göstərilənlərə əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmündən verilmiş apellyasiya şikayətinin məhkəmə tərəfindən icraata qəbul olunması və ilkin məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş e dir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsində olan cinayət işinin materiallarını və bu iş üzrə mübahisələndirilən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının kassasiya şikayətinin hərəkətsiz saxlanması barədə 21 iyul 2023-c ü il tarixli qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiy ası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmündən müdafiəçi tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti müdafiəçiyə münasibətdə 13 iyun 2023-cü il tarixdə bitməsinə baxmayaraq ötürülmüşdür. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmündən müdafiəçi Ba ğırov Abdul Madar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin göndərilməsi barədə zərfin üzərindəki poçt ştampında 17 iyun 2023-cü il tarixi göstərilmişdir. Beləliklədə, hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunub-olunmamasının müəyyənləşdirilməsi ehtiyacı yaranmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan, 384.2-ci maddəsində isə göstərilir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəll ənin 358.2-ci maddəsinə görə, məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 391.4-cü maddəsinə əsasən, bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin v ə ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət buraxılmaqla verildiyindən və buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırılmadığından apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2023-cü il tarixli qərarı ilə hərəkətsiz saxlanılmışdır. Göründüyü kimi, Məhkum müdafiəçisi tə rəfindən verilmiş sözügedən apellyasiya şikayəti qanunla nəzərdə tutulan prosessual müddət ötürməklə verməklə yanaşı, ötürülmüş müddətin bərpası üçün ərizə ilə müraciət etməmişdir. Kassasiya şikayətinə əlavə edilmiş “Azərpoçt" MMC-nin 8 saylı poçt şöbəsi tərəfindən verilmiş ********* nömrəli Məxaric Qəbzınə gəldikdə isə kollegiya bildirir ki, yuxarıda qeyd edildiyi kimi kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Bu baxımdan kassasiya instansiya məhkəməsi sübutlar toplamaq, tədqiq edərək qiymətləndirmək səlahiyyətinə malik deyil. Qeyd edilən sübutlar buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırıldığı halda təqdim edilməli və aşağı instansiya məhkəməsi tərəfindən tədqiq olunaraq qiymətləndirilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Məhkum müdafiəçisi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmündən qanunla müəyyən olunmuş müddəti buraxmaqla apellyasiya şikayəti verdiyindən və qərarı çıxarmış apellyasiya instansiyası məhkəməsi qarşısında buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmadığından, apellyasiya məhkəmə kollegiyasının apellyasiya şikayətini hərəkətsiz saxlanılması barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Bununla da, apellyasiya instansiyası məhkəməsi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş və həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən hər hansı bir pozuntuya yol verməmişdir. Belə olan ha lda, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq və dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Bağırov Abdul Madar oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmündən verilmiş apellyasiya ş ikayətinin hərəkətsiz saxlanılması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2426/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2426/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver