Məhkəmə qərarları › İş №1(102)-2427/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2427/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2427/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Musayev Qeys Ərzuman oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məh kəməsinin 25 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Q.Ə.Musayev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Neymanov İslam Əkrəm oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Vüqar İkram oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxx 1978-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, evli, himayəsində üç azyaşl ı uşaqları olan, əvvəllər Cəlilabad Rayon Məhkəməsinin 15 iyul 2009-cu il tarixli hökmü ilə CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsinə görə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 93 və 93-1-ci maddələrinə əsasən onun cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1,81 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib 03 avqust 2021-ci il tarixdə Cəlilabad şəhəri ərazisində həmin heroinin 1,17 qramını tanışı Təqsirləndirilən şəxs1 40 manat müqabilində qanunsuz olaraq satmış və 16 avqust 2021-ci il tarixdə Cəlilabad şəhəri ərazisində qalan heroinin 0,640 qramını tanışı Təqsirləndirilən şəxs2 10 manat müqabilində qanunsuz olaraq satmış, Cəlilabad RPŞ-nin əməkdaşla rının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 07 avqust 2021-ci il tarixdə saat 19:45-də Cəlilabad şəhəri, Qurtuluş prospektində Təqsirləndirilən şəxs1 saxlanılıb Cəlilabad RPŞ-yə gətirilərək onun üzərinə şəxsi axtarış zamanı əynindəki şalvarın arxa sağ cibindən 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 1,17 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, eləcə də 16 avqust 2021-ci il tarixdə saat 21 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, Cavadxan küçəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən ağ kağız bükülüyə bükülmüş şəffaf se llofan bükülünün içərisindən 01 ədəd bükümdə, təmiz çəkisi 0,640 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Məhkum təkrarən, istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda, təmiz çəkisi - 2,811 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, 16 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində bacısı X2 Azərbaycan Respublikası DİN-in “102” Xidmətinin zəng mərkəzinə şikayəti əsasında aparılan ilkin araşdırma ilə əlaqədar Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Cəlilabad RPŞ-yə gətirilən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən orada onun üzərində şəxsi axtarış aparılan zaman göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə 2,811 q ram həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi Məmmədov Ramin Hafis oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 14 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilədək endirilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Q.Ə.Musayev kassasiya şikayəti verərək, həmin qərarın dəyişdirilərək məhkumun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilərək ona həmin maddənin sanksiyası həddində ədalətli cəzanın təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İşin müəyən edilmiş faktiki hallarına, araşdırılmış bir sıra sübutlara və Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi Q.Ə.Musayev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən iş üzrə sübutlar hərtərəfli və obyektiv araşdırılmamış, Məhkumun əməlləri düzgün tövsif edilməmiş, həmçinin təqsirli bilindiyi maddələrlə cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmamışd ır. Belə ki, Məhkum ona istinad olunan ittiham üzrə özünü təqsirli bilməmiş, özünü yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək hər iki məhkəmə instansiyasında barəsində olan cinayət işinə baxılarkən verdiyi ifadələrində göstərmişdir ki, hələ 2000-ci ildən 1 saylı psixiatriya və Lənkəran şəhər psixiatriya xəstəxanasında müalicə olunmuş, bədənində ağrılar olduğundan narkotik vasitələr istifadə etməyə başlamış, buna görə müalicə həkimi ona tərkibində narkotik vasitə olan dərman preparatlarını qəbul etməsi üçün resept vermişdir. Məhkum üzərindən aşkar olunaraq götürülmüş heroinin çəkisi 0,66 qram olmasına baxmayaraq məhkəmə-kimyəvi ekspertizasının rəyində həmin narkotik vasitənin miqdarının 2,81 qram olması göstərilmiş və bunu da ibtidai araşdırma orqanı şəxsi axtarış aparılması zamanı istifadə olunmuş elektron tərəzinin düzgün işləməmsi ilə əlaqəlndirmişdir. İş materiallarında olan mühəndistexniki ekspertizasının 20 aprel 2022-ci il tarixli 2074 saylı rəyindən də görünür ki, həmin tərəzinin tədqiqatı aparılmış və nəticədə tərəzinin düzgün işləmədiyi müəyyən olunmuşdur. Hüquqlarını müdafiə etdiyi şəxs isə həmin rəylə qəti şəkildə razılaşmayaraq etiraz etməsinə baxmayaraq təkrar ekspertiza keçirilmədən ədalətsiz qərar qəbul edilmişdir. Həmçinin iş üzrə əməliyyat-axtarış tədbirlərində iştirak etmiş və şahid kimi dindirilmiş polis əməkdaşları ilə Məhkum arasında üzləşdirmə aparılmış və sonuncu üzləşdirmə zamanı ilkin olaraq həmin polis əməkdaşlarının yanında çəkilən narkotik vasitənin miqdarının 0,66 qram olduğunu və tərəzinin düz işləməsini bildirmişdir. Bundan başqa, Məh kum ifadələrində 03 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 40 manata 1,17 qram, Təqsirləndirilən şəxs2 isə 16 avqust 2021-ci il tarixdə 10 maata 0,640 qram heroini satmadığını da bildirmiş və bunu həmin şəxslərlə üzləşdirmə zamanı da onların üzünə demişdir. Odur ki, qeyd olunanları nəzərə alınaraq şikayət müəllifi hüquqlarını müdafiə etdiyi şəxsin ilk dəfə məhkum olunmasını, himayəsində üç azyaşlı uşaqlarının olmalarını, ailədə yeganə qazanc gətirən şəxs olmasını qeyd edərək, Məhkum əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ədalətli cəzanın cəza təyin olunmasını xahiş edir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüqu qi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən müdafiəçi Q.Ə.Musayev həmin şikayətində sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək Məhkum əməlinin düzgün tövsif edilməməsini və nəticədə ona ağır cəzanın təyin olunmasını iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.15-ci və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin et dikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Q.Ə.Musayevin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsi ndə məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqd a Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya sının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsin ə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsin i də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyy ən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbi t edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid bir i digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit ed ilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda mə hkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqi qiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqedən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qa nuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarı nın Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İn san Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi digər Qərarlarında həmçinin dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə Qərarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirlənd irilən şəxsin xeyrinə həll edilməlidir. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, çoxsaylı şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, maddi sübutlarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdi q edilir. Bu sübutların əlaqəli şəkildə təhlilindən görünür ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi, yəni onun istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlayaraq və daşıyaraq həmin heroinin bir hisssəini əvvəl Təqsirləndirilən şəxs1, sonradan isə təkrarən Təqsirləndirilən şəxs2 satması, qalan 2,811 qram hissəsini isə satış məqsədilə özündə saxlaması həmin sübutlarla tam təsdiq edilir. İş materiallarından göründüyü kimi, məhkəmələrin iş üzrə bu haqda gəldikləri nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-ni n 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunub qiymətləndirilmiş və məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, məhkum olunmuş digər şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna isə yol verməmişlər. Bütün bunlara baxmayaraq, məhkumun müdafiəçisi Q.Ə.Musayev kassasiya şikayətində Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin ümumi çəkisi 0,66 qram olmasını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamasını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə satmamasını iddia edərək onun əməlinin CM-nin 234.4.2 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə toplanmış sübutlar bu tələbin əsassız olmasına dəlalət edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə ittiham hökmü çıxararkən, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmlə razılaşaraq yekun qərar qəbul edərkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə məhkum edilmiş digər şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdiyi etirafedici ifadələrinə, həmçini n şahidlər Şahid1, Xin, Şahid13 və Şahid12 ifadələrinə, məhkəmədə tədqiq olunmuş 16 sentyabr 2021-ci il tarixli "Şəxsi axtarış və götürmə" haqqında protokola, məhkəmə kimyəvi ekspertizasının 17 sentyabr 2021-ci il tarixli 19/938 saylı, məhkəmə-narkoloji ekspertizasının 01 noyabr 2021-ci il tarixli 1175 saylı rəylərinə, maddi sübutlara, sübut əhəmiyyətli sənədlərə istinad edib Məhkum CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə, həmin cinayət əməllərinə aidiyyətinin və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına əsaslanmış və sonuncunun göstərilən maddələrlə ilə təqsirli bilinib cəzalandırılmalı ol masına dair mötəbər və qanuni olan yekun nəticəyə gəlmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış yuxarıda sadalanan sübutlar Məhkum yuxarıda göstərilən çəkidə narkotik vasitə olan heroini əldə etməsinə, saxlamasına və daşımasına, bu vasitənin bir hissəsini iki nəfər şəxsə satmasına, qalan hissəsini isə satış məqsədilə üzərində saxlamasına və daşımasına dəlalət edir. Bu qənaəti ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin obyektiv və subyektiv cəhətləri təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazır lama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur, cinayət qanunvericiliyinin qeyd olunan normalarına əsasən isə şəxsin əməlinin CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi üçün aşağıdakı qeyd olunan üç şərt eyni vaxtda mütləq mövcud olmaldır: - şəxs CM-nin 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə etməlidir; - şəxs maddələrin dispozisiyasında göstərilən əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olmalıdır. - əməl təkrar törədilməlidir. Hazırkı iş üzrə məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 234.4.2 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş əməllərin obyektiv və subyektiv cəhətlərinə münasibətdə iş üzrə müəy yən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal (mübahisəsiz) ondan ibarətdir ki, Məhkum məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, həmin dövriyyəsi məhdudlaşdırılmış vasitənin - heroinin ümumi çəkisi isə külli miqdar təşkil etmişdir. Yuxarıda qeyd olunduğu kimi, bu hallar iş üzrə toplanmış sübutlarla tam təsdiq olunur. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qayda ları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq ded ikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün Ali Məhkəmənin Plenumu tərəfindən qəbul edilmiş həmin Qərarda əksini tapan izah və tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, iş üzrə müəyyən olunmuş faktiki hallar, bu halların arxasında duran sübutlar Məhkum əməllərinin CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Beləliklə Məhkum qanunsuz olaraq ona istinad olunan miqdarlarda narkotik vasitəni məhz sa tış məqsədilə əldə edərək üzərində saxlaması və daşıması obyektiv olaraq təkcə başqa sübutlarla təsdiq olunan iş üzrə digər təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə deyil, həmçinin dövriyyəsi müvafiq icazə olmadan qadağan edilmiş bu vasitənin miqdarı, onun qablaşdırılması üsulu ilə, habelə məhkumun özünün də həmin maddələrdən istifadə etməsini və narkomaniya xəstəliyindən əzab çəkməsini təsdiq edən məhkəmənarkoloji ekspertizasının rəyi ilə də sübuta yetirilir. Müdafiəçinin kassasiya şikayətinin hüquqlarını müdafiə etdiyi şəxsin üzərindən şəxsi axtarış zamanı 0,66 qram narkotik vasitənin aşkar olunaraq götürülməsi, lakin məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə həmin narkotik vasitənin çəkisinin 2,811 qram olaraq müəyyən edilməsi, ilkin olaraq narkotik vasitənin çəkildiyi elek tron tərəzinin məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə düzgün işləməməsinin müəyyən edilməsi, lakin Məhkum bu rəylə razı olmaması ilə bağlı dəlilinə cavab olaraq məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı vəzifəsində işləyir. Məhkum tanımır, onunla ədavət və düşmənçiliyi olmamışdır. 16 sentyabr 2021-ci il tarixdə təyin olunmuş əməliyyat-istintaq qurupunun üzvü olarkən Məhkum ailə üzvlərini öldürməklə hədələməsi barədə daxil olmuş məlumat əsasında o, sonuncunun yaşadığı gedərək onu Cəlilabad RPŞ-nə dəvət etmiş və Məhkum da onlara etiraz etməyərək şöbəyə gəlmişdir. Məhkum şöbəyə gələn zaman üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis şöbəsində Məhkum onun tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş və üzərində axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Şəxsi axtarış zamanı Məhkum təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. O, da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə şəffaf sellofana bükülmüş halda qara rəngli, yaş halda narkotik vasitə olan “heroinə” bənzər maddəni təqdim edərək, həmin maddəni 5-6 gün əvvəl Cəlilabad şəhərinin ərazisindən tapdığını bildirmişdir. Daha sonra Məhkum təqdim etdiyi həmin 1 ədəd bükümdə narko tik vasitə olan “heroinə” bənzər kütlə tərəfindən özünə məxsus Çin istehsalı olan “Digital Pocket Scale” markalı 0,01 qramdan 200 qramadək çəki müəyyən etmə qabiliyyətinə malik boz rəngli elektron tərəzidə çəkilən zaman elektron tərəzi həmin bükümün çəkisinin 0,66 qram olmasını göstərmişdir. Bundan sonra həmin narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Azərbaycan Respublikası ƏN-nin MEM-nin Lənkəran Regional Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 sentyabr 2021-ci il tarixli 19/938 nömrəli rəyində Məhkum üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdən ibarət narkotik vasitəyə bənzər kütlənin təmiz çəkisinin 2,811 qram olduğunu görüb o, y uxarıda göstərilən tərəzinin düzgün işləmədiyini müəyyən etmişdir. Həmin elektron tərəzini o, müstəntiqə təqdim etmişdir. Cinayət işinin materiallarında olan, baxış keçirilməsi və götürmə haqqında 20 mart 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Cəlilabad rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Şahid13 16 sentyabr 2021-ci il tarixdə Məhkum üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə narkotik vasitə olan olan “heroini” çəkdiyi “Digital Pocket Scale” markalı 0,01 qramdan 200 qramadək çəki müəyyən etmə qabiliyyətinə malik 1 ədəd boz rəngli elektron tərəzini ibtidai araşdırma orqanına təqdim etmiş və Cəlilabad RPŞ-nin İB-nin müstəntiqi XX tərəfindən həmin tərəziyə baxış keçirilərək götürülmüş, 30 mart 2022-ci il tarixdə tərəzinin işlək və saz vəziyyətdə o lubolmamasını, həmçinin düzgün işləməsini müəyyən etmək üçün məhkəmə-texniki ekspertizasının keçirilməsi qərara alınmışdır. Bu qərara əsasən keçirilmiş məhkəmə mühəndis texniki-ekspertizasının 20 aprel 2022-ci il tarixli, 2074 nömrəli rəyindən görünür ki, ekspertə təqdim edilmiş “Digital Pocket Scale” markalı elektron tərəzinin tədqiqatı aparılmış və tərəzinin düzgün işləmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin Məhkum iş üzrə digər məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaması və üzləşdirmə istintaq hərəkəti zamanı bu halı hər iki digər məhkumların üzünə deməsi ilə bağlı dəlilinə də münasibət bildirməyi lazım bilir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 10 gündür ki, narkotik tərkibli maddə qəbul edir, lakin narkoloji kabinetdə qeydiyyatda olmamış, tanışlarından kimsə narkotik vasitə qəbul etməmişdir. 03 avqust 2021-ci il tarixdə saat 18 radələrində o, Cəlilabad şəhəri, Qurtuluş prospektində üzdən tanıdığı “Məhkum” adlı şəxslə rastlaşmış və ondan şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin istəmiş, Məhkum da üstündə bir bükümdə, təxminən 1,5 qram olan heroin olduğunu və 40 manata sata biləcəyini demişdir. O, da Məhkumla razılaşmış və cibindən 40 manat pul çıxarıb Məhkuma vermiş, bunun müqabilində sonuncu ona 1 ədəd şəffaf bükümdə narkotik vasitə olan heroin satmış, o, isə aldığı heroini şalvarının cibinə qoyaraq ara-bir özü istifadə e tmək məqsədi ilə gəzdirmiş, lakin istifadə etməmişdir. 07 avqust 2021-ci il tarixdə saat 19 radələrində Cəlilabad şəhəri, Qurtuluş küçəsində piyada gedərkən Cəlilabad RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib ondan üzərində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və ya qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşlar. O, da səmimi olaraq üstündə 1 (bir) bükümdə narkotik vasitə olan heroin olmasını, həmin vasitəni isə Məhkum adlı şəxsdən 40 manata aldığını və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları müvafiq sənədləşmə işi aparılması üçün onu Cəlilabad RPŞ-yə dəvət etmiş və onlarla birlikdə o, RPŞ-nə gəlmişdir. Sonra ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquqları izah edilmiş, onun istəy i ilə Cəlilabad rayon Vəkil Bürosunun vəkili Tağı İbrahimov ona müdafiəçi təyin edilmiş və üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Bu zaman əynindəki tünd boz rəngli şalvarının arxa sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim edərək onun içərisində narkotik vasitə - heroin olmasını etiraf etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılsa da qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Polis əməkdaşlarına təqdim etdiyi bir büküm narkotik vasitə olan ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdlır. Bundan sonra protokol tərtib edilmiş, iştirakçılara oxunmuş, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Veri lmiş suallara cavab olaraq o, bildirmişdir ki, Məhkum adlı şəxsi əvvəllər Cəlilabad şəhərində 2-3 dəfə görmüş, lakin harada yaşaması və kimliyi barədə məlumatı olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 da ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək 16 avqust 2021-ci il tarixdə, saat 20 radələrində 10 manat müqabilində Məhkum şəxsi istifadəsi üçün narkotik vasitə olan heroini almasını etiraf etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ilə Məhkum arasında üzləşdirmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs1 ifadəsində Məhkum şəxsi istifadəsi üçün 03 avqust 2021-ci il tarixdə narkotik vasitə olan heroini 40 (qırx) manata alması barədə göstərdiklərini bir daha Məhkum ü zünə qarşı deyərək ifadələrini təsdiq etmiş, həmçinin Təqsirləndirilən şəxs2 da Məhkum ilə üzləşdirilərkən sonuncudan şəxsi istifadəsi üçün 16 avqust 2021-ci il tarixdə heroin alması barədə göstərdiklərini təkrarlamışdır. Bütün təsvir edilənlərdə görünən odur ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməməsi barədə müdafiəçi Q.Ə.Musayevin kassasiya şikayətində irəli sürdüyü dəlillər yalnız ehtimallar üzərində qurulmuş, həmin dəlillər toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmur və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri Məhkum məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmiş dəlillər kimi qiymtləndirilməklə onlar qəbul edilməz sayılmalıdır. Buna görə məhkəmə kollegiyası o qənaətə gəlir ki, araşdırılmış sübutlara qanu na müvafiq qaydada qiymət verən məhkəmələr Məhkum törətdiyi əməlləri CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş və bu nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi onun qəbul etdiyi qərarın ləğv edilməsini şərtləndirən CPM-nin 416.1.2 və 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməmişdir. Məhkum barəsində cəza tədbiri seçilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiya məhkəməsi bu məsələni həll edərkən məhkum tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun himayəsində iki azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş hal), ondan aşkar edilərək götürülmüş narkotik vasitənin miqdarının 2,8 qram olmaqla külli miqdar hesab edilən miqdandan cüzi olaraq çox olmasını, Məhkum “isterik tipli şəxsiyyət pozuntusu” xəstəliyindən əzab çəkməsini, habelə iş üzrə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və ona təqsirli bilindiyi CM-nin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş ən aşağı həddə (həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyini məsələsinə münasibət bildirərkən həm də cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsinin izah və tövsiyələrini də kifayət qədər nəzərə almışdır. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial əd alətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası C əzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəa larının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumun un sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə izah edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməli n Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onları n ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, kassasiya icraatı zamanı məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi mümkünlüyü o halda nəzərdən keçirilə bilər ki, cəza təyin edən məhkəmə tərəfindən CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq sübutlarla təsdiq olunan cəzanı yüngülləşdirən hər hansı hal nəzərə alınmasın, yaxud da CM-nin 61-ci maddəsində nəzərdə tutulmamış hansısa hal cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmış olsun. Hazırki cinayət işinin materiallarından apellyasiya instansiyası tərəfindən bu kimi nöqsanlara yol verilməsi müəyyən edilmədiyindən, digər tərəfdən isə müdafiəçi Q.Ə.Musayev da ona təyin edilmiş cəzanın yüngülləşdirilməli olması ilə bağlı kassasiya şikayətində heç bir əsaslandırma aparmadığından məhkəmə kollegiyası təhlili edilən məsələ ilə bağlı da birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni düzgün sayır və ümumilikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1-ci maddəsində sadalanan hər hansı pozuntuya yol verilmədiyini qeyd edərək kassasiya şikayətinin hər hansı hissədə təmin edilməsi üçün əsaslar görmür. Bütün təsvir edilənlərdən çıxış edən məhkəmə kollegiyası məhkumun müdafiəçisi Q.Ə.Musayevin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və Məhkum əməlinin başqa cür tövsif edilməsi, ona təyin olunmuş cəzanın isə yüngülləşdirilməsi üçün əsaslar görməyərək həmin şikayətin təmin edilməməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi Q.Ə.Musayevin, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, müdafiəçi Q.Ə.Musayevin kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2023-cü il tarix li qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar