Məhkəmə qərarları › İş №1(102)-2427/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2427/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2427/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cu maddəsi ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 16 iyul tarixli, 1(107)-300/2024 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (X6 (sədrlik edən və məruzəçi), Bilal Məmmədov və Xaliq Məmmədovdan ibarət tərkibdə) 2024-cü il 17 aprel tarixli, 1(091)-51/2024 nömrəli hökmü ilə, xx.xx.1993-cü il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olmuş, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ci nayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və dərhal məhkəmə iclas zalından azad olunmuş, bəraət alması ilə əlaqədar Məhkum cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmuşdur. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5 (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Elman İsayevdən ibarət tərkibdə) 2024-cü il 16 iyul tarixli, 1(107)-300/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, hökm ləğv edilmiş, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (be ş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2022-ci il tаrixdən xx.xx.2022-ci il tаrixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün müddət, eyni zamanda həmin tаrixdən xx.xx.2024-ci il tаrixədək 1 (bir) il 3 (üç) ay 25 (iyirmi beş) gün olmaqla ümumilikdə 1 (bir) il 3 (üç) ay 27 (iyirmi yeddi) gün həbsdə saxlandığı müddət bir günə bir gün hesablanmaqla hazırki hökmlə təyin edilmiş cəzadan çıxılmış və Məhkum üzərində qəti olaraq 4 (dörd) il 2 (iki) ay 3 (üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İŞİN HALLARİ: İttihama əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 12,209 qram çəkidə psixotrop maddə metamfetamini və 0, 354 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Göyçay rayonu, Çayarxı kəndi ərazisinə qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 21 dekabr 2022-ci il tarixdə saat 16:30-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 2 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli idman şalvarının sol yan cibindən üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,257 qram, 2,957 qram və 3,995 qram olmaqla ümumilikdə külli miqdarda 12,209 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetam in və bir ədəd bükümdə 0,354 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, "əməliyyat axtarış tədbiri"nin gedişatı uydurma və yalandan ibtidai istintaqa aparılmış prosessual hərəkətlər qanunsuz olmaqla təqsirləndirilən şəxs Məhkum üzərində narkotik vasitənin, “Şəxsi axtarış, baxış və götürmə” zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin inzibati idarəsində aşkar edilməsi və həmin cinayət işi ilə bağlı prosessual hərəkətlər qeyri qanuni və əsasızıdır. Qanunsuz aparılmış prosessual hərəkətl ər, məhkəmə aidiyyatının ilkin pozulması, uydurma ittiham yeni hökmün əsasını təşkil etmişdir. Apellyasiya məhkəməsi İttiham aktıni skrin edərək öz qərarına köçürmüş, yeni hökm çıxarmişdir. Şəki Apellyasiya Məhkəməsi ittiham hökmlü mövqeyi saxlayaraq sanki ittiham aktını təsdiq etmişdir. Şəki Apellyasiya Məhkəməsi protestə baxarkən müdafiə tərəfinin dəlillərinə və təqdim etdiyi sübutlara qiymət verməyərək bir daha ədalət mühakiməsinə kölgə salmışdır. Məhkum edilmiş şəxs Məhkum Göyçay rayonu Bığır kəndində daimi qeydiyyatdadır və orda yaşayır. İcraatda olan cinayət işində əlaqəli olmuş və Şəki Ağır cinayətlər məhkəməsində bəraət almış Yusif Babayev ifadəsində bildirmişdir ki, 17 dekabr 2022-ci il tarixdə Məhkum adlı tanışının yaşadığı Göyçay rayonu Bığır kəndində olarkən Baş Mütəşəkkil Cina yətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşaraq əvvəl Göyçay rayon Polis Şöbəsinə aparmışlar. Təqribən 2 saat Göyçay Rayon Polis şöbəsində saxlanmışlar. Göyçay Rayon Polis şöbəsində üzərlərinə baxış və axtarış aparılarkən ancaq özünə məxsus olan mobil telefon bir ədəd aşkar olunmuş, sonra həmin günü 21 dekabr 2022-ci ildə Məhkum, Şahid5 və Yusif Babayev birlikdə Bakı şəhərinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Bakı şəhərinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tərtib olunmuş 21 dekabr 2022-ci il tarixli qərarın (əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında) 3-cü bəndində qeyd olunanları nəzərinizə çatdırıram. Məhkum olduğu yer müəyyən edilsin, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat v asitələrinin müşahidəsi aparılsın, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstü yoxlanılsın, üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitələrinə, yaşayış yerlərinə dərhal baxış keçirilsin və polis orqanına gətirilsin kimi qeyd olunmuşdur. Əməliyyat qrupuna Göyçay rayon Polis şöbəsinin əməliyyatçıları cəlb olunmuşdur. Əməliyyat-axtarış tədbiri Göyçay rayon inzibati ərazisində baş vermiş və həmin əməliyyat tədbirində Göyçay rayon Polis şöbəsinin əməkdaşı X7 və digər istintaqdan gizlədilən əməkdaşlarında iştirakı olsa da təqsirləndirilən şəxs Məhkum Göyçay rayon Polis şöbəsinə aparılsa da ittiham aktında Baş idarəyə aparılması qeyd olunmuşdur. Məhkum edilmiş şəxs Məhkum cəlb qərarında qeyd olunmuş 21 dekabr 2022-ci il saat 16:30 və Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-197/2023 saylı 03 oktyabr 2023cü il tarixli hökmü ilə bəraət almış X9 rayonu Bığır kəndində 21 dekabr saat 17:35 dəqiqədə saxlanması kimi qeyd olunmuşdur. Hər iki şəxsin saxlanması vaxtlarının aralarında olan müddət 1 saat 5 dəqiqə olduğunu nəzərə alsaq məhkum edilmiş şəxs Məhkum Göyçay rayon Polis idarəsi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin arasındakı məsafədə Azərbaycan Respublikasının inzibati rayonları İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarından keçməklə 217 km-dir və ya digər alternativ yol isə Kürdəmir, Hacıqabul inzibati rayonlardan keçməklə 254 km-dir. Göyçay rayon və Bakı şəhəri Nərimanov rayonu arasındakı ən yaxın məsafə ilə yolun qət edilmə vaxtı 3 saat 6 dəqiqədir. Bu məlumat internet resurslarında google map proqramında vardır. Nəzərə alsaq ki, ancaq Göyçay ra yon Polis şöbəsinin inzibati binasında saxlanmış məhkum edilmiş şəxs Məhkum və Şahid5 21 dekabr 2022-ci ildə 2 saatı müddətdə saxlanması və Göyçay şəhərindən Bakı şəhəri Nərimanov rayonu arasındakı məsafənin qət edilmə vaxtı 3 saat 6 dəqiqə olduğundan təqsirləndirilən şəxsin və şahidin Bakı şəhəri Nərimanov rayonunun inzibati ərazisində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çadırıldığı vaxtdan 21 dekabr 2022-ci il saat 16:30 dəqiqədən hesablanmaqla Göyçay rayon polis şöbəsində saxlanma və məsafənin qət edilmə müddətini toplamaqla 5 saat 6 dəqiqə sonra yəni 21 dekabr 2022-ci ilin 21:36 dəqiqədə şahidin Bakı şəhəri Nərimanov rayonunun inzibati ərazisində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çatmalı idilər. Məhkum azadlığının faktiki məhdudlaşdırıldı ğı vaxtdan, yəni 21 dekabr 2022-ci il tarixdə saat 16:30-dan tutulmuş hesab edilir. 21 dekabr 2022-ci il tarixli qərarlara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Məhkum barəsində 21 dekabr 2022-ci il tarixdə saat 21:45-də şəxsi axtarış və götürmə, Şahid5 üzərində isə baxış prosesi aparılmışdır. Müdafiə tərəfi qeyd etmişdir ki, Göyçay rayonu inzibati ərazisində məhkum edilmiş şəxs Məhkum azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 21 dekabr 2022-ci il tarixdə saat 16:30-dan tutularaq 21 dekabr 2022-ci il tarixdə saat 21:45-də şəxsi axtarış və götürmə prosessual hərəkəti arasındakı təxminən 5 saat 15 dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə ba ğlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində şübhəli şəxs qismində tutulmuş Məhkum tamamilə polisin nəzarəti altında idi”. Müdafiə tərəfi 21 dekabr 2022-ci il tarixdə saat 21:45- də şəxsi axtarış və götürmə prosessual hərəkətləri həmin gün 21 dekabr saat 23:19 dəqiqədə başlayaraq 23:35 dəqiqədə bitmişdir. Məhkum edilmiş şəxs Məhkum Göyçay rayonu, Çayarxı kəndinin ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları və Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Göyçay rayon Polis şöbəsinə deyil, oradan 3 saat 6 dəqiqə vaxt sərf etməklə hər iki yolları nəzərə almaqla 217 və 254 km uzaqlıqda olan Bakı şəhəri Nərimanov rayonunun inzibati ərazisində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin inzibati bina sında üzərinə baxış keçirilmişdir. Eyni zamanda məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları təqsirləndirilən şəxsin üzərinə dərhal aşkar olunduğu yerdə, o cümlədən təqsirləndirilən şəxsin aşkar olunduğu yerə ən yaxın olan Göyçay rayon Polis şöbəsində, eyni zamanda Göyçay rayonundan Bakı şəhəri istiqamətində olan digər inzibati rayonlarinın (İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Hacıqabul) Polis şöbələrində təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməməsinin səbəbini izah edə bilməmişlər. Müdafiə tərəfi hesab etmişdir ki, məhkum edilmiş şəxs Məhkum polis əməkdaşları tərəfindən saxlanıldığı andan Bakı şəhərində Nərimanov rayon inzibati ərazisində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış keçir ilənə kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi baxımından hüquqları pozulmuş, müdafiə hüququ təmin olunmayaraq polisin nəzarətində olmuş, İttiham tərəfi isə həmin dövr ərzində ittihamın əsasını təşkil edən narkotik vasitə olan metamfetamin və marixuana bitkisini onun üzərinə qoyulmasına dair müdafiə tərəfinin dəlillərini təkzib edən heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkum edilmiş şəxs Məhkum üzərində aşkar olunmuş narkotik vasitənin məhkum edilmiş şəxsə məxsus olmasına müdafiə tərəfi şübhə ilə yanaşır. Bundan başqa qeyd edilmişdir ki, məhkum edilmiş şəxs və işdə adı keçən şahid ifadəsində polis əməkdaşları tərəfindən əvvəlcə Göyçay rayon Polis şöbəsinə aparıldığını, oradan isə Bakı şəhərinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıl dığını göstərmişdir, bunu cinayət işində şübhəli şəxs, sonradan şahid kimi status almış Şahid5 da təsdiq etmişdir. Bununla əlaqədar məhkəmə tərəfindən Göyçay rayon Polis şöbəsinə 21 dekabr 2022- ci il tarixdə Göyçay rayon Polis şöbəsinə gətirilən şəxslərin qeydiyyatı kitabından həmin günə aid olan qeydlərin surətinin məhkəməyə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli sorğu verilmişdir. Sorğuya cavab olaraq Göyçay rayon Polis şöbəsinin xx.xx.2024cü il tarixli məktubunda Məhkum barəsində hər hansı araşdırma aparılmadığı, eyni tarixli digər məktubda isə Məhkum 20-23 dekabr 2022- ci il tarixdə Göyçay rayon Polis şöbəsinə "Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı"nın 20-23 dekabr 2022-ci il tarixlərə gətirilmədiyi üçün gətirilən şəxslərin qeydiyyatı kitabı nda həmin şəxsin qeydiyyatının aparılmadığı göstərilmişdir. Nəyin ki, məhkum edilmiş şəxs Məhkum, digər şəxs Şahid5 haqqında məlumatlar qeydə alınmamışdır. Bununla bağlı müdafiə tərəfi qeyd etmeyi zəruri hesab edir ki, "Şəhər, rayon, xətt polis orqanların gətirilmiş şəxslərin qeydiyyatı kitabı" xx.xx.2022-ci il tarixə aid qeydlərin surətinin verilməsinə dair sorğusuna polis orqanı tərəfindən Məhkum barəsində araşdırma aparılmamasına dair iki dəfə formal cavabla kifayətlənməklə, həmin kitabın surətinin məhkəməyə təqdim edilməsi, Məhkum və Şahid5 həmin gün saxlanılan Şəki Ağır Cinayətlər məhkəməsinin hökmü ilə bəraət alan Yusif Babayevin də polis əməkdaşları tərəfindən əvvəlcə Göyçay rayon Polis şöbəsinə aparılmasına dair ifadəsini daha inandırıcı hesab edərək bəraət hökmü çıxartmışdır. Şəxs i axtarış və götürülmə aparılması prosessual hərəkətin qeydə alınması video çəkilişin 13-cü dəqiqəsində təhqiqatçısı, polis baş leytenantı X2 qolunun bilək hissəsində olan mexaniki saat 23:32 dəqiqə kimi görünür ki, həmin çəkiliş” şəxsi axtarış və götürülmə aparılması haqqında” protokola və video çəkilişə uyğun gəlmir. Şəxsi axtarış və götürülmə aparılması prosessual hərəkətin qeydə alınması video çəkilişin 13-cü dəqiqəsinin artıq video çəkilişin sonuna 3 dəqiqə qalmış qeydə alınırsa demək ki, video çəkiliş yəni Şəxsi axtarış və götürülmə aparılması prosessual hərəkəti 21 dekabr 2022-ci il saat 23:19-cu dəqiqədə başlamışdır. Lakin video görüntü 16 dəqiqə 45 saniyə davam edir. Bundan başqa videogörüntünün 13 dəqiqədə təhqiqatçısı, polis baş leytenantı X2 qolunun bilək hissəsində olan qolund a olan saatda 23:32 dəqiqə görünür, təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən keçirilən ”şəxsi axtarış və götürülmə aparılması haqqında” prosessual hərəkətin 13-cü dəqiqəsi onun qolundakı mexaniki saata uyğun olaraq saat 21:58-ci dəqiqəni görsətməliydi. Şəxsi axtarış baxış və götürülmə aparılması haqqında protokol isə 22:05 -dən 22:35 dəqiqəyə kimi qeyd olunmuşdur. Buda şəxsi axtarış və götürülmənin saxta və etibarsız olduğunu sübuta yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı 21 dekabr 2022-ci il də video çəkilişdə X3 tərəfindən tez-tez qolundakı saatına baxaraq prosessual hərəkətin vaxtın diqqət edir və Şəxsi axtarış baxış v ə götürülmə prosessual hərəkətin saat 22:02 dəqiqdə qurtardığını elan edir. Lakin qolundakı saat 23:32 dəqiqə görünür. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 16 iyul tarixli, 1(107)-300/2024 nömrəli qərarının ləğv edilməsini və Məhkum barəsində bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum və müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cu maddəsi ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 16 iyul tarixli hökmünün dəyişdirilmə dən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan fak tları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkumun əməl inin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsas lanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmal ıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsi ndə və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən nə birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırmanın və sübutların qiymətləndirilməsi ilə bağlı həmin məhkəmənin mövqeyini, nə də özünün araşdırması nəticəsində əldə etdiyi məlumatları nəzərə almamış, yalnız istintaq orqanı tərəfindən toplamış sübutları rəhbər tutmaqla ittiham hökmü çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi çıxardığı hökmdə belə bir suala cavab verməm işdir ki, Məhkum Göyçay rayonu ərazisində tutulmasına baxmayaraq hansı səbəbdən daha yaxın olan bir necə polis şöbələrinə deyil, məhz 200 km-dən artıq məsafə qət edərək Bakı şəhərinə aparılmışdır. Belə bir təcrübənin yolverilməzliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” qərarının artıq mövcud olmasına baxmayaraq, həmin qərarda ifadə edilmiş həmin məhkəmənin Presedent hüququnu görməzdən gəlmək, hökmdə çoxsaylı normativ aktlara, Presedent hüququna istinad edilməsinə baxmayaraq, məhz bu qərara istinad edilməməsini qanuni və əsaslı hesab etmək mümkün deyil. Halbuki birinci instansiya məhkəməsi bəraət hökmü çıxararkən məhz həmin qərara istinad etmiş və həmin Presedent hüququna əsasən şəxs barəsində bəraət hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi heç bir inandırıcı əsaslandırma aparmadan məhkəmələr qarşısında verilmiş ifadələri deyil, yalnız ibtidai istintaq zamanı verilmiş ifadələri rəhbər tutmaqla və həmin ifadələri ittiham hökmünün əsas sübutu kimi qəbul edərkən CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinin tələblərinə də əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən polis şahidlərin ifadələrindən Məhkum təqsirli bilərkən istifadə etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kobiaşvili Gürcüstana qarşı” xx.xx.2019-cü il tarixli qərarında polis şahidlərlə bağlı göstərilmişdir: “Bəzi sübutların yaranma mənbəyinin həqiqiliyinə şübhə yarandıqda, həmin şübhələr digər mənbələrdən alınmış sübutlarla aradan qaldırıla bilər. Məhkəmə qeyd edir ki, ərizəçinin şəxsi axtar ışı barədə mötəbər hesabatın olmaması şəraitində həmin halı təsdiq edən hər hansı başqa mötəbər sübut iş materiallarında mövcud olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, prosesdə iştirak edən şahidlərdən birinin ziddiyyətli ifadələri və ikinci şahidin inandırıcı olmamasına dair toplanmış materiallar məhkəmə iclasında ətraflı tədqiq edilməmişdir. Polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifa dələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Bundan fərqli olaraq ərizəçinin dostlarının ifadələri subyektiv mülahizə xarakterli, şübhə doğuran ifadələr kimi rədd edilmişdir (bax: 26-cı bənd). Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi (yuxarıda 61-ci bəndə bax). Bu hal da yerli məhkəmələr tərəfindən nəzərə alınmamışdır.” İşə baxılarkən məhkəmə tərəfindən Presedent hüququnun bu tələbləri də nəzərə alınmamışdır. Bundan əlavə, Məhkum üzərinə Polis idarəsində baxış keçirilərkən həmin baxış zamanı sonradan hazırkı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 da iştirak edir, baxış protokolunda onun stasusu “İştirakçı” kimi qeyd edilmişdir. Lakin bu m əsələyə məhkəmə tərəfindən CPM-in 236-ci maddəsinin tələbləri qaydasında heç bir münasibət bildirilməmişdir. Eyni zamanda, E.Məmmədov məhkəmədə verdiyi ifadəsində onun tutulmasının səbəbi kimi başqa bir cinayət işi üzrə polisin ondan şübhələnməsi nəticəsində tutulmasını, məhz bu səbəbdən polis əməkdaşları tərəfindən Bakı şəhərinə aparıldığını, lakin həmin cinayət işi ilə onun heç bir əlaqəsinin olmaması müəyyən edildiyindən, üzərinə narkotik vasitə qoyularaq rəsmiləşdirildiyini bildirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin bu halı araşdırılmamış, həqiqətən də həmin vaxt E.Məmmədovun istinad etdiyi cinayət işinin araşdırılmasının aparılıb-aparılmaması, E.Məmmədovun və Şahid5 həmin iş üzrə dindirilib-dindirilməməsi məsələlərinə heç bir qiymət verilməmişdir. Qeyd edil ənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni apellyasiya baxışına təyin eidlməli, Məhkum həbsdə saxlanmasına əsas olan məhkəmə hökmü ləğv edildiyindən və onun həbsdə saxlanması üçün hər hansı bir məhkəmə qərarı olmadığından Məhkum məhkəmə iclas zalında dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası C inayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2024-cü il tarixli, 1(107)-300/2024 nömrəli hökmü ləğv edilsin və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilsin. Məhkum məhkəmə iclas zalında dərhal azad edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar