Məhkəmə qərarları › İş №1(102)-243/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-243/2020

02.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-243/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının, Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından Məhkum v erdiyi kassasiya şikayətinə mahiyyəti mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.Ə.Abdullayev, hakimlər E.İ.Əliyev və C.C.Nəbiyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1969-cu ildə ünvan2 anadan olmuş, orta təhsilli, dul qadın, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan2 yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxxxx 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.Ə.Camalov, hakimlər Ə.Ə.Novruzov və R.M.Cəfərovdan ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi X3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il ta rixli hökmü dəyişdirilmiş, Məhkum hökmlə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) il 6 (altı) aydan 6 (altı) ilə endirilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza Məhkum Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təyin olunmuş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış, Məhkum qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədəhökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsas ən Məhkum 2017-ci ilin aprel ayında hazırda istintaq tərəfindən şəxsiyyətini müəyyən etmək mümkün olmamış “X80” adlı ünvan4nın vətəndaşı ilə tamah niyyəti, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilib Azərbaycan Respublikasına gətirilməsi haqqında qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitə olan 95,668 qram heroini, 75,758 qram tiryəki və 50,29 qram həşiş qətranını əldə edərək ünvan2nə daşımış, bundan sonra narkotik vasitə heroini 0,041 qram, 0,114 qram, 0,085 qram, 0,102 qram, 0,022 qram, 0,024 qram, 0,010 qram, 0,042 qram, 0,028 qram, 0,017 qram, 0,011 qram, 0,081 qram, 0,0 34 qram, 0,037 qram, 0,013 qram, 0,019 qram, 0,014 qram, 0,016 qram, 0,012 qram, 0,011 qram, 0,025 qram, 0,012 qram, 0,013 qram, 0,010 qram, 0,011 qram, 0,012 qram, 0,016 qram, 0,012 qram, 0,013 qram, 0,012 qram, 0,012 qram, 0,014 qram, 0,012 qramdan ibarət bükümlərə bölmüş və 4 (dörd) bükümdə 0,041 qram, 0,114 qram, 0,085 qram, 0,102 qram narkotik vasitə heroini ünvan2 xx xxxx 2017-ci il tarixdə, saat 11 radələrində ünvan3nin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirində şərti alıcı qismində iştirak edən X4 40 (qırx) manata satmış, digər narkotik vasitələri - 95,326 qram heroini, 75,758 qram tiryəki və 50,29 qram həşiş qətranını xx xxxx 2017-ci il tarixdə saat 10 radələrinədək ünvan3nin əməkdaşları tərəfindən keçirilən axtarış və götürmə istintaq hərəkəti keçirilənədək yaşadığ ı ünvan2 evində saxlamışdır. Bundan başqa o, 2017-ci ilin iyun ayında ünvan10nda istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq soyuq silah hesab edilən tiyəsinin uzunluğu 145 mm., dəstəyinin uzunluğu 132 mm. olan süngü bıçağı əldə etmiş və ünvan3nin əməkdaşları tərəfindən keçirilən axtarış və götürmə istintaq hərəkəti keçirilənədək yaşadığı ünvan2 evində saxlamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumkassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ona hökmlə cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin 8 il 6 aydan 7 ilə endirilməsinə baxmayaraq, məhkəmələr tərəfindən onun məsuliyyətini yengelləşdirən hallar, o cümlədən özünün və övladığının ağır böyrək xəstəliyindən əziyyət çəkmələri, hal-hazı rda həmin xəstə övladının baxımsız qalması nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarının dəyişdirilməsini, ona apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəs i belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən onun məsuliyyətini y üngülləşdirən halların nəzərə alınmadığını, bu səbəbdən həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticə ləri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar hərəkətləri törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə bilvasitə tədqiq edilmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar hərəkətlərinin faktiki məzmunu, bu hərəkətlərin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmas ını istisna edən halların olmaması barədə qənaətlərini, eləcə də apellyasiya instansiyası məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının qanuniliyini, əsaslılığını və ədalətliliyini şübhə altına almaq üçün əsas görmür. Narkotik vasitələrin qaçaqmalçılığı hadisəsi üzrə Məhkum hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində cinayətin icra edilməsi ikimi tövsif edilməsinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakı dəlillərə görə hesab edir ki, Məhkum bu əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, məhkəmələr maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.1 və 34.2- ci maddələrinin müqayisəsindən görünür ki, CM-in 34.2-ci maddəsində təsbit olunmuş “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı 2 nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təf sir olunmalıdır (“qabaqcadan əlbir olan bir qrup şəxs”in məhz birgə icraçılığı ehtiva edən iştirakçılığın növü olması – bu “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycabn Respublikası Ali Məhkəməsinin x xxxx 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərindən də irəli gələn qənaətdir). Cinayətin icra edilməsi (bilavasitə törədilməsi) dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi (cinayət hərəkətsizliklə törədildikdə bunu təşkil edən davranış) başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 206.2-ci maddələrinin dispozisiyalarına görə malların və yaxud CM-in 206.2-ci maddəsində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normaları hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirdikdə görünür ki, baxılan işdə narkotik vasitələrin (CM-in 206.2-ci maddəsində göstərilmiş predmetin) qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini yaradan hərəkətlər narkotik vasitələrin Azərbaycan Respublikasına gömrük sərhədindən (İran islam Respublikası ilə Azərbaycan Respublikası arasında olan dövlət sərhədindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi də həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. Lakin, hazırki iş üzrə müəyyən olunmuş hallardan görünür ki, Məhkum istintaqla şəxsiyyəti dəqiq müəyyən edilməyən “X80” adlı ünvan4nın vətəndaşının gömrük nəzarətindən kənar İran islam Respublikasınından Azərbaycan Respublikasına keçirməli olduğu narkotik vasitələri “X80”nin Azərbaycan Respu blikasının ərazisində qoyduğu yerdən götürüb, pulunu həmin yerə qoyacağını qabaqcadan vəd etmiş, lakin özü həmin vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və yaxud kənar keçirməmiş, bu əməli “X80” təkbaşına icra etmişdir (irəli sürülmüş ittihamda belə qaçaqmalçılığın bir neçə icraçı tərəfindən yerinə yetirilməsi təsvir edilməmişdir). Qeyd olunanlar Məhkum sözügedən əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin obyektiv cəhətini səciyyələndirən əlamətlərin olmadığını, onun əməlinin əsassız olaraq həmin maddə ilə tövsif olunduğunu (məhkəmələrin məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən CPM-in 416.0.15-ci maddəsində təsbit olunmuş pozuntuya yol verdiklərini) gö stərir. Məhkum hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar – narkotik vasitələri (Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin nəzərdə tutduğu predmeti) təhvil alacağını qabaqcadan vəd edərək onları artıq gömrük sərhədindən keçirildikdən sonra Azərbaycan Respublikasının ərazisində razılaşdırılmış yerdən götürüb ünvan2nə daşıması Cinayət Məcəlləsinin 32.5-ci maddəsində köməkçini xarakterizə edən əlamətlərlə uzlaşdığından, mübahisələndirilən qərar bu hissədə dəyişdirilməklə məhkumun şərh olunan hərəkətləri narkotik vasitənin qaçaqmalçılığında köməkçilik kimi qiymətləndirilməli və onun əməli daha ağır məsuliyyət müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən (ağır cinayətdən), daha yüngül məsuliyyət müəyyən edən, CM-in 15-ci maddəsində az ağır cina yət kimi təsnif edilən 32.5,206.2-ci maddələrinə tövsif edilməli və Məhkum həmin maddələrə əsasən cəzalandırılmalıdır. Məhkum Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmasına gəlincə, məhkəmə kollegiyası hesab edir ki, bu ittiham üzrə Məhkum ümumiyyətlə təqsirliliyi sübuta yetirilmədən məhkum edilmişdir. Belə ki, bu ittiham üzrə ittiham aktında, hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında təsvir edilmiş faktiki hallardan görünür ki, Məhkum evində soyuq silah hesab edilən süngü-bıçaq aşkar edildiyi o, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Lakin, Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin dispozisiyasından göründüyü kimi, soyuq silahı saxlama (yəni şəxsin yaşadığı evdən soyuq silahın aşkar edilməsi) özüözlüyündə cinayət məsul iyyəti yaratmır. İttihamda Məhkum soyuq silahı qanunsuz olaraq əldə etməsi də qeyd olunsa da, bu əməl sadəcə soyuq silahın aşkar olunması faktından irəli gələn (ehtimal edilən) hərəkət kimi təsvir edilmiş, Cinayət-Prosessual Məcəllənin 223.3.2-ci maddəsinin ziddinə olaraq həmin cinayət əməlini xarakterizə edən, o cümlədən onun törədilmə vaxtına, yerinə, üsuluna dair və s. məlumatlar ittiahamda, hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilməmiş, məhkəmə aktlarında bu ittihamı təsdiq edən kifayət qədər sübutlar gətirilməmişdir. Odur ki, Məhkum Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə məhkum olunmasına dair hissədə birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, həmin hissədə Cinayət-Prosessual Məcəllənin 39.2-ci ma ddəsində göstərilən əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) cinayət işi üzrə icraata xitam verilməli, Məhkum müstəsna olaraq 32.5,206.2, habelə 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkum Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddələrilə cəza təyin edilərkən iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar (ilk dəfə məhkum olunması, dul olmaqla himayəsində iki övladının olması, Bakı İstintaq Təcridxanasından verilmiş xasiyyətnamədə müsbət xarakterizə olunması, şəkərli diabet, ürəyin işemik xəstəliyi, sol böyrəyin daşı və kistası kimi xəstəliklərdən əziyyət çəkməsi) və cəzanı ağırlaşdıran halların olmaması, eləcə də CM-in 58.3-cü maddəsinin təsbit etdiyi digər hallar nəzərə alınmalı, ona 4 (dörd) il 6 (altı) ay mü ddətə azadlıqdan məhrum etmə cəzası, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş cəza da diqqətə alınmaqla cinayətlərin məcmusu üzrə qəti cəza təyin olunmalıdır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan çıxış edərək, cəzaların qismən toplanılması yolu ilə Məhkum qəti cəza qismində 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı yuxarıda təsvir edilən qaydada qismən ləğv edilməli və dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxx 2018-cı il tarixli qərarı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilsin, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.2-ci maddəsində göstərilən əsasla (təqsirliliyinin sübu ta yetirilməməsinə görə) həmin hissədə cinayət işi üzrə icraata xitam verilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilsin, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif olunmuş əməli həmin maddədən Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddələrinə tövsif edilsin, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddələri ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza ilə Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunm uş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılsın, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar