Məhkəmə qərarları › İş №1(102)-2432/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2432/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2432/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 1(106)-412/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Hacıqabul Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 1(071)-9/2023 nömrəli hökmü ilə (hakim Z.Hüseynov) xx.xx.XX il tarixdə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, XXXX qeydiyyatda olan və yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 21 sentyabr 2022ci il tarixdən hesablanmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Hacıqabul Rayon M əhkəməsinin 27 aprel 2023-cü il tarixli 1(071)-9/2023 nömrəli qərarı ilə isə Məhkum barəsində Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 228-ci maddəsinin “Qeyd” hissəsi tətbiq edilməklə, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci mаddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş hökm və qərardan dövlət ittihamçısı apellyasiya protesti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2023-cü il tarixli qərarı ilə, (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), M.Ə.Bağırov və E.İ.Əliyevdən ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 1(071)-9/2023 nömrəli hökmü və Hacıqabul Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 1(071)-9/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı irəli sürülmüş ittihama əsasən o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd siqaretin gümüşü rəngli kağız kəsiyi büküm ündə təmiz çəkisi 0,690 qram narkotik vasitə olan heroini əldə edib əynində olan boz rəngli şalvarının qabaq sağ cibində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı XXXX yaşayış evinin yaxınlığında saxlanılaraq Hacıqabul RPŞ-nə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd edilən narkotik vasitə onun üzərindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq texniki cəhətdən saz və atəşə yararlı olan bir ədəd HQ-5584 nömrəli, 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1972-ci ildə istehsal olunmuş, AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah olan “Kalaşnikov” konstruksiyalı avtomatı əldə edib yaşadığı XXX yaşayış evinin yaşayış olmayan alt mərtəbəsində zirzəmi tipli yerdə ikinci otaqda taxta şkafın arxasında ağ kisəyə bükülmüş vəziyyətdə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 18:50-də Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilən zaman həmin odlu silah yaşadığı XXXXX yaşayış evinin yaşayış olmayan alt mərtəbəsində zirzəmi tipli yerdə ikinci otaqda taxta şkafın arxasında ağ kisəyə bükülmüş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi (27 aprel 2023-cü il tarixli 1(071)-9/2023 saylı qərar) Məhkum qanunsuz olaraq əldə edib saxladığı odlu silahı könüllü surətdə təhvil verdiyi haqqında nəticəyə gəlib, sonuncu barəsində Cinayət Məcəlləsinin 228-ci maddəsinin “Qeyd” h issəsi tətbiq etməklə Məhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad etməklə cinayət işi üzrə icraata həmin hissədə xitam vermiş, həmçinin 27 aprel 2023-cü il tarixli, 1(071)-9/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilmiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi razılaşmışıdr. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutların tədqiqinə dair Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuş, nəticədə Məhkum qanunsuz olaraq bir ədəd odlu yivli silahı əldə edib yaşadığı evdə saxladığına dair on a istinad edilən cinayət əməlini törətməsinin tamamilə təsdiq olunduğunu, lakin Məhkum qeyd olunan həmin odlu silahı könüllü surətdə təhvil verməsi kimi işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, əsasız olaraq CM-nin 228-ci maddəsinin "Qeyd” hissəsini tətbiq etlməklə onu cinayət məsuliyyətindən azad etmiş, apellyasiya instansiya məhkəməsi də öz növbəsində qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymaqla, birinci instansiya məhkəməsi tərəfindən onun CM-nin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini qüvvədə saxlamaqla cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamışdır. Məhkəmə koll egiyası yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmiş, guya onun əməlində odlu silahı könüllü surətdə təhvil vermə kimi işdə olan digər sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2023-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddə də təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların tədqiqinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin pozulduğunu, bunun nəticəsində Məhkum odlu silahı könüllü surətdə təhvil verməsi kimi işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlindiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 4 16.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestinə diqqət etdikdə müəyyən olunur ki, dövlət ittihamçısı məhkəmələrin Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinib cəzalandırlması ilə bağlı yekun qənaətləri ilə razılaşmış, protest müəllifi Məhkum barəsində Cinayət Məcəlləsinin 228-ci maddəsinin “Qeyd” hissəsi tətbiq etməklə onun CM-nin 228.1-ci maddəsi ilə cinayət məsuliyyəti ndən azad edilməsini mübahisələndirmişdir, Cinayət işinin materiallarından görünür ki, kassasiya protestində iddia olunanların əksinə olaraq, Məhkum qanunsuz olaraq əldə edib saxladığı odlu silahı könüllü surətdə təhvil verməsi, göstərmiş olduğu təşəbbüsə görə barəsində Cinayət Məcəlləsinin 228-ci maddəsinin “Qeyd” hissəsi tətbiq edilməsi və onun Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi birinci instansiya məhkəməsində tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Belə ki, Hacıqabul Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin AİÜ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən rəhbərliyinə ünvanlanmış 21 sentya br 2022-ci il tarixli raportun, eyni şəxs tərəfindən qəbul edilmiş eyni tarixli "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarın, əməliyyat qrupunun yaradılması haqqında 21 sentyabr 2022ci il tarixli əmrin və baş əməliyyat müvəkkili XXX tərəfindən tərtib edilmiş «əməliyyat qrupunun təşkil edilməsi haqqında» eyni tarixli protokolun məzmunundan görünür ki, əməliyyat tədbirinin keçirilməsinə əsas Məhkum üzərində narkotik vasitələrin olması barədə məlumat olunmuş, qeyd olunan məlumatı yoxlamaq məqsədi ilə elə həmin gün, yəni 21 sentyabr 2022-ci il tarixdə "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərar qəbul edilmiş və bu məqsədlə Hacıqabul Rayon Polis Şöbəsinin ƏİÜ-nin rəis müavini XXXX rəhbərliyi ilə CAB-nin AİÜ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əm əliyyat qrupu təşkil olunmuşdur. Məhkum 21 sentyabr 2022-ci il tarixdə məhz satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, və daşıma cinayətini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Məhkum əynində olan boz rəngli şalvarının sağ cibində bir ədəd siqaretin gümüşü kağız bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bir ədəd kağız bükümə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Məhkum üzərindən aşkar edilmiş kütləni Hacıqabul şəhəri ərazisində yerdən tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını, həmçini n 19 il bundan əvvəl zibillikdən tapdığı Kalaşnikov markalı avtomatı yaşadığı evdə saxladığını və təqdim edə biləcəyini demişdir. Əməliyyat-axtarış tədbirini keçirmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrinə görə, Məhkumla bağlı daxil olmuş əməliyyat məlumatı yalnız onun qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması ilə bağlı olmuş, Məhkum evində qanunsuz olaraq odlu yivli silah olan “Kalaşnikov” konstruksiyalı avtomatı saxlaması barədə onlarda hər hansı məlumat olmamış, qeyd olunan məlumatı polis əməkdaşlarına Məhkum vermiş, məhz Məhkum yaşadığı evdə silah saxlamasını bildirdikdən sonra o, onun evinə baxış keçirilmiş, göstərilən halla bağlı məlumatı verilmədiyi təqdirdə, onun yaşadığı evə baxış keçirilməyəcəkdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinin “Qe yd” hissəsinə əsasən, bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Təsvir olunanlardan müəyyən olunur ki, Məhkum cinayətin predmetini könüllü olaraq – iradəsinə təsir edən kənar amillər olmadan və gələcəkdə həmin predmetə istədiyi kimi sərəncam vermək imkanı olduğu halda (həmin əşyanın saxlanıldığı yer barədə məlumat verməmək, 21 sentyabr 2022-ci il tarixdən sonra da həmin əşyanı saxlamaq imkanını olduğu halda) təqdim etmiş, Məhkum onun yaşadığı ünvanda odlu silahın saxlanılması barədə könüllü olaraq məlumatın verilməsinə qədər, polis əməkdaşlarında başqa mənbədən odlu silahı məhkum tərəfindən əldə edilməsi, gəzdirməsi, daşıması və saxlaması barədə hər hansı məlumat ol mamış (qeyd olunan məlumat sonuncunun etirafı nəticəsində əldə edilmiş), sonuncunun evinə baxış və götürmə istintaq hərəkətinin keçirilməsinin əsasının məhz Məhkum odlu silahın könüllü təqdim edilməsi ilə bağlı göstərmiş olduğu təşəbbüsdən irəli gəlmiş (əməliyyatçı Şahid1 ifadəsindən görünür ki, qeyd olunan məlumat verilmədiyi təqdirdə sonuncunun evinə baxış keçirilməyəcəkdi) o, ilk olaraq CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və bu cinayəti törədərkən evində saxladığı odlu silahdan istifadə etməmiş, həmin cinayətlərlə onun sonradan ittiham olunmuş və CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət arasında heç bir bağlılıq olmamışdır. Məhkəmələrin Məhkum hərəkətlərinin Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəanın təsiri altına düşmə si haqqında qənaətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin qərarın 14-ci bəndində göstərilmişdir ki, CM-nin 228.1 və 228.4-cü maddələrində sadalanan predmetləri könüllü surətdə təhvil vermə dedikdə, həmin predmetləri istədiyi kimi sərəncam vermək imkanına malik olan şəxsin motivindən asılı olmayaraq, bu predmetlərin təqdim edilməsi və ya onların saxlandığı yer barədə məlumat verməsi başa düşülməlidir. Göstərilən predmetlərin həm şəxsin öz təşəbbüsü ilə, həm də digər şəxslərin məsləhəti əsasında el əcə də müəyyən növ silahı təhvil verməni vətəndaşların öhdəliyi qismində müəyyən edən müvafiq hakimiyyət orqanlarının tövsiyyəsinə görə təhvil verilməsi onları könüllü təhvil vermə hesab olunur. Həmin predmetləri könüllü surətdə təhlil verən şəxs CM-nin 228.1-228.4-cü maddələrində qeyd edilən bütün növ əməllərə görə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi faktiki hallar müəyyən edilərkən (kassasiya protestində göstərilənlərin əksinə olaraq) məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayətprosessual normalara, o cümlədən CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə əməl olunduğundan, məhkəmə kollegiyası nə işin faktiki hallarının müəyyən edilməsi, nə də ki, müəyyən olunmuş hallara cinayət qanunu normasının tətbiqi məsələləri üzrə apellyasiya məhkəməsinin gəldiyi nət icəni, yəni Məhkum hərəkətlərinin Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəanın təsiri altına düşməsi haqqında qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür (birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin qərarlarında bütün sübutlar ətraflı təsvir edilib onların həqiqi məzmununa uyğun olaraq şərh edildiyindən, kollegiya hazırki qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır). Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası k assasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2023-cü nömrəli qərarı dövlət ittihamçısı tərəfindən veril miş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar