Məhkəmə qərarları › İş №1(102)-2432/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2432/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2432/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(105)-166/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1986-cı il tarixində Sumqayıt şəhərində, anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30, mənzil 72-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 32, mənzil 41də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 21,695 qram çəkidə narkotik vasitə olan heroini, külli miqdarda yəni 2,164 qram çəkidə psixatrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 03:00-da Sumqayıt ŞPİ-nin PPXT-nun əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 32-nin qarşısında saxlanılaraq 1-cü PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd ağ rəngli sellofan bükümdə ayrıayrılıqda çəkiləri 3,480 qram, 8,950 qram, 9,265 qram ümimilikdə, külli miqdarda 21,695 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd ağ rəngli kağız bükümdə külli miqdarda 2,164 qram çəkidə psixat rop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

3. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X7 və X2 ibarət məhkəmə tərkibində) 20 dekabr 2023-cü il tarixli, 1(124)-235/2023 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və onun 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni xx.xx.2022ci il tarixdən hesablanması, Məhkum narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi na rkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, məhkumun əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişlər.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət məhkəmə tərkibində) 12 mart 2024-cü il tarixli, 1(105)-166/2024 nömrəli qərarı ilə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-235/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli hökmünün apellyasiya şikayətlərinə münasibətdə dəyişdi rilmədən saxlanılması, apellyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır.

6. Qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum kassasiya şikayətinin dəlilləri qismində qeyd etmişdir ki, birinci instansiya və apellyasiya instansiya məhkəmələri onun işinə qanunsuz və ədalətsiz şəkildə baxmışlar. Hər iki məhkəmə yekun məhkəmə qərarında müvafiq sübutlara istinadlar etsə də, faktiki olaraq o sübutların heç biri onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq etməmişdir. Qeyd etdiklərinə əsasən məhkəmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(105)166/2024 nömrəli qərarının ləğv edilməsini, barəsində təyin edilmiş cəza müddətinin azaldılmasını xahiş etmiş dir.

8. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

9. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydas ında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edi lməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini və təyin edilmiş cəzanın həddini və həcmini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

16. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müra ciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(105)-166/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmələrin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə, yəni qanunsuz olaraq, 21,695 qram çəkidə narkotik vasitə olan heroini və 2,164 qram çəkidə psixatrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib üzərində daşıması və saxlaması barədə nəticəyə gəlmələrinə həlledici şəkildə həmin narkotik vasitənin və psixotrop maddənin kütləsinin külli miqdar təşkil etməsi və narko tik vasitənin 3 bükümə, psixatrop maddə metamfetaminin isə 1 bükümə qablaşdırılması səbəb olmuşdur.

18. Lakin, məhkəmələr Məhkum narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması haqqında nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarında (hazırkı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2024-cü il 1 4 iyun tarixli 8 nömrəli qərarı) ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərlərindən qaçırmışlar.

19. Plenumun həmin qərarında (9-cu bəndinin 2-ci abzasında) isə məhkəmələrə izah olunmuşdur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”.

20. Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur.

21. Qeyd edilən izaha görə, aşkar edilmiş narkotik vasitənin və psixot rop maddənin kütləsinin külli miqdar təşkil etməsi və yaxud onun bir neçə bükümdə olması narkotikin və ya psixotrop maddənin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz.

22. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Məhkum götürülmüş 21,695 qram çəkidə narkotik vasitə olan heroinin 3 büküm və 2,164 qram çəkidə psixatrop maddə metamfetaminin isə 1 büküm olduğu müəyyən edilsə də, Məhkum digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün psixotrop maddəni və narkotik vasitəni xırda bükümlərə qablaşdırması, onda psixotrop maddənin hazırlanması, çəkilməsi üçün avadanlığın o lması kimi hallar müəyyən edilməmişdir.

23. Məhkəmələrin Məhkum satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması haqqında yekun qənaətləri onların istinad etdikləri sübutlarla da uzlaşmır.

24. Belə ki, Məhkum istər məhkəmə istintaqı zamanı, istərəsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində heç vaxt satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddə əldə etmədiyini, saxlamadığını və daşımadığını bildirmişdir. 25. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 iyun 2022-ci il tarixli protokola əsasən Məhkum aşkar edilib-götürülmüş psixotrop maddə metamfetamin 1 bükümdə, narkotik vasitə isə 3 bükümdə olsa da, Məhkum həmin psixotrop maddə metamfetaminin və narkotik vasitənin ona mənsub olduğunu bildirsə də, onlar ın satışı və ya qanunsuz dövriyyəsi ilə məşğul olmadığını bildirmişdir.

26. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarından heç biri (Şahid1, Şahid3 və Şahid2 Müşfiq oğlu) Məhkum psixotrop maddəni və narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər. Onlar əməliyyat-axtarış tədbirinin gedişində baş verənlərə dair məlumatlar verməklə müstəsna olaraq Məhkum üzərindən psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər.

27. Məhkum ilə bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi barədə polis əməkdaşının xidməti raportunda və yuxarıda adları qeyd olunan polis əməkdaşlarının ifadələrində Məhkum narkoti k vasitələrin satışı ilə də məşğul olması qeyd edilsə də, ibtidai istintaq zamanı müstəntiq tərəfindən müvafiq məlumatların əldə edilməsi barədə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıq verilmiş, lakin Sumqayıt ŞPİ-nin rəisinin 28 avqust 2022-ci il tarixli məktubundan da göründüyü kimi Məhkum gerçəkdən də narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edə biləcək məlumatlar əldə edilməmişdir.

28. Bununla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4419 saylı rəyindən görünür ki, Məhkum OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dis panserində qeydiyyata alınması məsləhət görülür.

29. Göründüyü kimi, Məhkum satış məqsədinin olmasına dair məhkəmələrin qənaətləri onda aşkar edilmiş psixotrop maddənin və narkotik vasitənin külli miqdar təşkil etməsi və psixotrop maddənin 1 bükümdə, narkotik vasitənin isə 3 bükümdə olması kimi xüsusatlardan irəli gələn ehtimal, subyektiv xarakterli mülahizədir.

30. Təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri isə ehtimal üzərində qurmaq olmaz (CPM, maddə 351.2).

31. Təsvir olunanlardan görünür ki, məhkəmələr Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların ziddinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etməklə mübahisələndirilən məhkəmə qərarlarının kassasiya qaydasında dəyişdirilməsini təl əb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər.

32. Odur ki, (Məhkum psixotrop maddəni və narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması, daşıması müəyyən edilmədiyindən) onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində - 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

33. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısnın çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(105)-166/2024 nömrəli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir.

34. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(105)-166/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Mə hkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(105)-166/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar