Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2433/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Allahverdiyev Asif Yusif oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məh kəməsinin 15 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi A.Y.Allahverdiyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2023-cü il tarixli hökmü ilə (hakimlər Əkbərov Məhəmməd Hüseyn oğlu (sədrlik edən və məruzəçi) Qəniyev Faiq Əsəd oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1977-ci il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbayc an Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmamış və bir yetkinlik yaşına uşaqları olan, əvvəllər məhkum olunmamış, 03 aprel 2013-cü il tarixdən 13 iyun 2022-ci il tarixədək İran İslam Respublikasının Azərbaycan Respublikasında səfirliyində gözətçi işləmiş, Cəlilabad rayonunun Cəlayır kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında, nömrəsiz fərdi yaşayış evində yaşamış, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejiml cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum şəxsiyyəti məlum olmayan şəxsdən 02 (iki) ədəd bükümdə şəxsi istehlak miqdarından artı q miqdarda, ayrıayrılıqda 4.625 qram və 5.642 qram olmaqla, yəni təmiz çəkisi 10.267 qram çəkidə psixotrop maddə metamfetamini naməlum vaxtda və şəraitdə şəxsi istifadə məqsədilə əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 may 2022-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə baş İdarəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 10.267 qram çəkidə psixotrop maddə metamfetamin əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən ayrı-ayrılıqda 4.625 qram və 5.642 qram olmaqla iki ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Mehrəliyev Vüsal Bəhram oğlu tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 20 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı E.E.Bayramova kassasiya protesti, Məhkum müdafiəçisi A.Y.Allahverdiyev isə kassasiya şikayəti verərək aşağıdakılar xahiş etmişlər: - dövlət ittihamçısı E.E.Bayramova - həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini; - müdafiəçi A.Y.Allahverdiyev - Məhkum təyin edilmiş cəzanın yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul olunmasını. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq ed ilmiş Siyahıya, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, habelə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək Məhkum tərəfindən törədilmiş cinayətin subyektiv cəhətinə aid olan işin faktiki hallarını mübahisələndirən dövlət ittiham çısı E.E.Bayramova kassasiya protestini belə əsaslandırmışdır ki, apellyasiya instansiyasi məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayarkən yalnız həmin hökmə əsaslanmış, hökmdə qeyd olunanları qərarında əks etdirməklə apellyasiya protestində göstərilən dəlillərə münasibət bildirməmiş və bununla da gəldiyi nəticədə haqlı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyəyə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarına görə cinayət məsuliyyətin cəlb edilmiş şəxslərin törətdikləri əməllərin düzgün tövsif edilməsi üçün ilk növbədə başqa sübutla rla yanaşı narkotik vasitənin miqdarı, onların çəkilib xırda bağlamalara bükülməsi və işin digər hallarının nəzərə alınmalıdır. Hazırkı cinayət işi üzrə məhkəmələr isə Məhkum əldə etdiyi psixotrop maddə olan metamfetaminin külli miqdarda - 10.267 qram çəkidə olmasını, onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələri satışı ilə məşğul olması barədə polis orqanına daxil olmuş əməliyyat məlumatını nəzərə almamışlar. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə bağlı həyata keçirilmiş tədbiri müsbət nəticə verdiyi halda məhkəmələr tərəfindən ilkin araşdırma zamanı toplanmış sübutlara tənqidi formada yanaşmalarını əsaslandırmamış, bu hal da iş üzrə işin faktiki hallarına uyğun olmayan yekun aktların qəbul edilməsinə dəlalət edən qərar qəbul edilməsi kimi şəx simdə nəticəyə gəlməyə əsas yaradır. Eyni zamanda, kassasiya protestinin müəllifi qeyd etmişdir ki, məhkəmələr tərəfindən nəzərə alınmalı olan hal ondan ibarət olmalı idi ki, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli cinayət olmaqla satış məqsədilə külli miqdarda psixotrop maddəni əldə edildiyi, saxlanıldığı, daşıdığı andan başa çatmış hesab edilir və bunun üçün narkotik vasitənin satışının həyata keçirilməsi tələb edilmir. Bundan əlavə məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər də Məhkum külli miqdarda psixotrop maddəni satış məqsədilə əldə etməsi barədə ifadələr vermişlər ki, həmin ifadələr də daxil olmuş əməliyyat məlumatının məzmunu ilə uyğunluq təşkil edir. Narkomaniya xəstəliyindən əzab çəkməyən və bu xəstəliyə görə məcburi müalicəyə ehtiyacı olmay an Məhkum əldə etdiyi psixotrop maddə metamfetaminin çəkisi isə 10,267 qram təşkil etmişdir ki, bu həmin maddənin şəxsi istehlak miqdarından təxminən 68 dəfə, külli miqdarından təxminən 5 dəfə artıq olmuşdur. Dövlət ittihamçısı E.E.Bayramovanın fikrincə bu hal da Məhkum qeyd olunan maddəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edir. Sonuncu psixotrop maddəni öz şəxsi ehtiyacı üçün əldə etdiyini bildirsə də, iş üzrə toplanmış digər sübutlarla həmin xüsusat öz təsdiqini tapmır, məhkəmələr isə məhkum olunmuş şəxsin ifadələrinə tənqidi yanaşaraq onun göstərdiyi halların öz müdafiəsi üçün gətirdiyi dəlillər üzərində qurulmasını nəzərlərindən qaçırmışdır. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı E.E.Bayramova sonda onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Məhkum müdafiəçisi A.Y.Allahverdiyev kassasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi cinayət əməlini CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif etməklə ona həmin maddənin ən yuxarı həddində cəza təyin etmiş və bu zaman onun ilk dəfə məhkum edilməsini, himayəsində azyaşlı uşaqlarının və yaşlı və xəstə valideynlərinin olmalarını nəzərə almamışdır. Buna görə Məhkum təyin olunmuş cəzanı ağır hesab edən kassasiya şikayətinin müəllifi həmin cəzanın yüngül cəza ilə əvəz edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya protestinə və kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında digər proses iştirakçıları ilə yanaşı Məhkum də qanuna müvafiq qaydada və müddətdə məlumatlandır ılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi A.Y.Allahverdiyevin rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olm aması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı E.E.Bayramovanın kassasiya protestinin məzmunundan göründüyü kimi, sonuncu tərəfindən verilmiş həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verməmiş, məhkəmənin qəbul etdiyi qərarın əsasını yolverilməz sübutlar təşkil etmiş və məhkumun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələr ində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum müdafiəçisi A.Y.Allahverdiyev isə hüquqlarını müdafiə etdiyi şəxsə həddindən artıq ağır cəzanın təyin olunmasını iddia edir və bu cəzanın yüngülləşdirilməsi haqqında qərarın qəbul edilməli olmasını 416.1.21-ci maddələrində müəyyən edilmiş hallarla əlaqələndirir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz süb utlar təşkil etdikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.E.Bayramovanın kassasiya protestini və müdafiəçi A.Y.Allahverdiyevin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti nə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predm eti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qər ar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Ko llegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edi lmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirlil iyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılm ış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli a raşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məc əllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materia lın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessua l qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yə ni, qanuni yolla əldə olunmuş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2023-cü il tarixli hökmündən verilmiş apellyasiya protestinə və məhkumun apellyasiya şikayətinə məhkəmə istintaqı aparmadan baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi qərarında ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının gəldiyi nəticədən fərqli olaraq kassasiya qaydasında mübahisələndirilən həmin qərarında Məhkum ona elan olunmuş ittiham üzrə törətdiyi cinayə tin obyektiv cəhətinə aid olan hərəkətləri etməsi barədə qənaətə gəlmiş, lakin araşdırılmış sübutlara əsasən psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsini, yaxud da həmin maddəni satmasını müəyyən etməyərək törətdiyi əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi haqqında birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Eyni zamanda məhkəmə araşdırılmış sübutların Məhkum həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübh ə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Əvvəla, yalnız ehimal xarakteri daşıyan kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum satış məqsədi olmadan ümumi çkisi 10,267 qram olan psixotrop maddəni – metamfetamini qanunsuz olaraq əldə etməsinə, daşımasına və saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Məhkəmələrin iş üzrə gəldikləri bu nəticənin əksinə olaraq isə, dövlət ittihamçısı hesab edir ki, Məhkum əldə edərək üzərində gəzdirdiyi və daşıdığı psixotrop maddənin həmin maddə üçün müəyyən edilmiş şəxsi istehlak miqdarından təxminən 68 dəfədən, külli miqdarından isə təxminən 5 dəfə çox olması məhkum olunmuş şəxsin ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsinə dəlalət edir. Lakin, iş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təhlili Məhkum üzərində aşkar edilərək götürülmüş psixotrop maddənin yalnız miqdarına görə sonuncunun həmin maddəni satış məqsədilə əldə etməsi, daşıması və saxlaması barədə fikir yürütmək üçün əsas vermir, bunu təsdiq edən başqa sübutları isə ibtidai araşdırma orqanı məhkəmələrə təqdim etməmiş, dövlət ittihamçısı da öz kassasiya protestində belə mötəbər və təkzib edilməz sübutlara istinad etməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası araşdırılmış sübutların bir qisminə hazırki qərarda da müraciə t etməyi zərur bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək ümumiyyətlə ona istinad olunan psixtorop maddəni əldə etmədiyini, saxlamadığını və daşımadığını bildirsə də ibtidai araşdırma zamanı özünü həmin ittiham üzrə qismən təqsirli bilmiş və həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən göstərmişdir ki, o, tutulmazdan əvvəl bir-iki dəfə psixotrop maddə olan metamfetamindən istifadə etmiş, 10 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsində piyada hərəkət edərkən zibil yeşiklərinin yanında iki bükümdə metamfetamin aşkar edərək həmin bükümləri götürmüş və tapdığı psixotrop maddəni sonradan istifadə etmək məqsədi lə üzərində saxlayaraq daşımışdır. Həmin tarixdə saat 11 radələrində o, ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi "Mitsubishi Pajero" markalı 77-BF- 821 dövlət qeydiyyat nömrəli yanında olan polis əməkdaşları tərəfindən saxlanılmış və onuncular özlərini təqdim edib onun narkotik vasitələin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinməsi barədə məlumat verərək ona özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməyi təklif etmiş o, da bu təklifə etiraz etməmişdir. Baş İdarəyə gəldikdən sonra ona müdafiəçilərin siyahısı təqdim olunmuş, o, siyahı ilə tanış olduqdan sonra siyahı üzrə hər hansı vəkil tərəfindən onun hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra o, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qis mində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Daha sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı, üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. O, buna da etiraz etməmiş və müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində dövriyyəsi qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifə əsasən o, üzərində psixotrop maddə metamletamin olduğunu bildirib, əynində olan boz rəngli gödəkçənin sağ yan cibində olan 02 ədəd sellofan bükümü, əynində olan göy rəngli cins şalva rın sol yan cibindən "Redmi" markalı mobil telefonunu, şalvarının sağ yan cibindən 01 ədəd avtomobil açarını, o cümlədən 20 manat pulu masanın üzərinə qoymaqla təqdim etmiş, həmin bükmülərdə isə psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. Şifahi sorğu zamanı o, üzərində aşkar edilərək götürülmüş psixotrop maddəni tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Şəxsi axtarışın sonunda onun təqdim etdiyi 2 bükümdə metamfetamin zərfə qablaşdırılaraq həmin zərf və şəxsi axtarışın aparılması haqqında protokol iştirakçılar, o cümlədən onun tərəfindən imzalanmış, aşkar edilmiş avtomobilin açarı və 20 manat pul onun özünə qaytarılmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə Məhkum aşkar edilmiş psixotrop maddənin polis əməkdaşları tərəfindən cibinə qoyulm ası barədə ifadələr versə də, onun bu ifadələri ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla təkzib edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 10 may 2022-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Abşeron rayonu, Masazır qəsəbəsi, A.Qurbanov küçəsi, nömrəsiz fərdi evdə yaşayan Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Məhkum müəyyən edilib ifşa olunması istiqaməti ndə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 10 may 2022-ci il tarixli qərar qəbul edilmiş, bunun üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik isə ona həvalə edilmişdir. ünvan 2 ünvanının yaxınlığında Məhkum bənzər şəxs "Mitsubishi Pajero" markalı 77-BF- 821 dövlət qeydiyyat nömrəli avtomobilin yanında olan zaman saxlanılmış, əməliyyat qrupunun üzvləri özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra onun X1 olması müəyyən edilmiş və o, müvafiq istintaq hərəkətlərinin keçirilməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Məhkum müdafiəçilərin siyahısı təqdim edilmiş və o, siyah ı ilə tanış olduqdan sonra siyahı üzrə hər hansı vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Məhkum hüquqlarının müdafiə edilməsi məqsədi ilə "Yusifbəyli və partnyorları Vəkil Bürosunun vəkili Əhmədov Rasim Sabir oğlu dəvət olunaraq ona təqdim olunmuş, o, da hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş, həmçinin ona müdafiəçisi ilə konfendisianal ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Məhkum şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Məhkum buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxsə CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmiş, o, da hüquqlarının ona aydın olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə 10 may 2022-ci il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs bu haqda qəbul edilmiş qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Məhkum üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan boz rəngli gödəkçənin sağ yan cibində olan 02 ədəd sellofan bükümü, göy rəngli cins şalvarın sol yan cibindən "Redmi" markalı mobil telefonunu, şalvarının sağ yan cibindən 01 ədəd avtomobil açarını və 20 manat məbləğində pulu masanın üzərinə qoymaqla təqdim etmiş, 02 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu qeyd etmişdir. Təqdim edilən 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açı ldıqda həmin sellofan bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Məhkum üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd "Redmi" markalı mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüş, aşkar edilmiş avtomobilin açarı və 20 manat məbləğində pul Məhkum özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Məhkum aşkar edilmiş psixotrop maddə metamfetamini Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsində yerləşən zibil yeşiklərinin yanında yerdən tapdığım, şə xsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. İş materiallarından görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ifadələrinə analoji ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. 10 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və həmin istintaq hərəkətinin aparılmasını özündə əks etdirən videgörüntülərdən görünür ki, Məhkum üzərində şəxsi axtarış aparılarkən o, əynində olan qara boz rəngli gödəkçəsinin sağ yan cibindən 2 ədəd bükümlərə qablaşdırılmış, psixotrop maddə metamfetaminə bənzər maddələri polis əməkdaşlarına təqdim etmiş və hə min maddələri tapdığını və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 10 may 2022-ci il tarixli 6/2694 saylı rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində "Məhkumun üzərindən aşkar edilmiş..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 02 (iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,625 qram və 5,642 qram olmaqla ümumi təmiz çəkisi 10,267 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş 02 ədəd bükümlərdə olan metamfetaminlər xarici görünüş və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Ambulator məcburi narkoloji ekspertizasının 11 may 2022-ci il tarixli 2775 saylı rəyində ekspertlər belə nəticəyə gəlmişlər ki, müayinə zamanı Məhku m psixostimlyatorlardan istifadə halları olmuş, lakin, hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Kassasiya protestində bu rəyə istinad edilərək həmin rəyin də Məhkum onda aşkar edilmiş psixotrop maddəni satış məqədilə əldə etməsini təsdiq edən sübutların biri olması iddia olunsa da, protest müəllifi nəzərə almamışdır ki, məhkumun əvvəllər bir-iki dəfə metamfetamindən istifadə etməsi barədə ibtidai araşdırma zamanı verdiyi ifadələri nəinki məhkəmə-narkoloji ekspertizası üzrə tədqiqatın nəticələri, həmçinin iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 20 may 2022-ci il tarixli 1655/K nömrəli rəyi ilə təsdiq edilmişdir. Göstərilən rəyə görə isə, Məhkum götürü lmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. Göründüyü kimi, Məhkum psixotrop maddə olan metamfetamindən istifadə etməsi təsvir edilən sübutlarla təsdiq olunur və bu baxımdan həmin sübutlar onun üzərindən aşkar edilərək götürülmüş maddəni onun məhz şəxsi istifadəsi üçün əldə edməsi, saxlaması daşıması kimi mühüm halı inkar etmir. Kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası toplanmış və araşdırılmış sübutların fonunda həmçinin qeyd etməyi zəruri bilir ki, hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdikləri ifadələrinin məzmununa görə də, onlar istinad etmədikləri sübutlarla təsdiq olunmayan Məhkum narkot ik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının yoxlanılması üçün yalnız sonuncunun barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində iştirak etmiş, lakin məhkum olunmuş şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına, yaxud da onun üzərində aşkar edilərək götürülmüş psixotrop maddəni satmaq niyyətində olmasına dair hər hansı sübut əldə etmələrini bildirməmiş və bununla bağlı ibtidai araşdırma orqanına və məhkəməyə belə sübutları təqdim etməmişlər. Bundan başqa, ibtidai araşdırma orqanının 27 iyul 2022-ci il tarixli ***-**** saylı tapşırığına verilmiş 12 avqust 2022-ci il tarixli 007-10377-122 saylı cavab məktubundan da görünür ki, Məhkum əvvəllər və hal hazırda narkotik vasitələrin və psixotrop ma ddələrin satışı ilə məşğul olmasını, belə maddələrdən və vasitələrdən istifadə etməsini görə biləcək şahidlərin dairəsinin, cinayətin digər iştirakçılarının, narkotik vasitələrin qəbulu və satışında şübhəli bilinən şəxslərlə əlaqəsinin müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır. Həmçinin ibtidai araşdırma zamanı Məhkum götürülmüş “Redmi” markalı mobil telefona da baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyətli hər hansı məlumat aşkar edilməmişdir. Bütün təsvir edilmiş sübutların fonunda məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tam haqlı olaraq Məhkum onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin məhz satış məqsədilə əldə etməsini müəyyən etməyərək on a qarşı irəli sürülmüş ittiham üzrə CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqqında yekun məhkəmə aktlarını qəbul etməkdən imtina etmişlər. Göründüyü kimi, Məhkum satış məqsədilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı CM-nin 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi haqda ibtidai araşdırma orqanının gəldiyi nəticə və kassasiya protestinin bununla bağlı dəlilləri yalnız ehtimallara və mülahizələrə söykənmiş, toplanmış və araşdırılmış hər hansı sübutla təsdiq olunmur və bu nəticə apellyasiya protestinə və apellyasiya şikayətinə baxılması zamanı da apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı yoxlanılaraq araşdırılmış mötəbər sübutların məcmusu ilə təkzib edilmşdir. Birinci instansiya mə hkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında bütün bu sübutlar ətraflı təsvir olunmuş və məhkəmələr bununla kifayətlənməyərək hər bir sübutu ayrı-ayrılıqda və məcmu şəklində qiymətləndirərək Məhkum yalnız CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlaması və daşımasının tam sübuta yetirilməsini hesab etmiş, onun bu əməli satış məqsədilə törətməsinə dair isə heç bir sübut əldə olunmamışdır. Kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, cinayət işinin materiallarına əsasən, ibtidai araşdırma orqanı tərəfindən birinci instansiya məhkəməsinə araşdırılması üçün müstəsna olaraq həmin orqanın topladı ğı sübutlar təqdim olunmuş, məhkəmə iclaslarında da yalnız bu sübutlar tədqiq edilmiş və bu iclaslarda dövlət ittihamını müdafiə etmiş prokurorlar həmin sübutlardan hansınınsa yolverilməz olmasını, yəni CPM-nin 125.2-ci maddəsində sadalanmış pozuntularla əldə edilməsini mübahisələndirilməmiş və onların sübutlar siyahısından xaric edilməsi barədə təşəbbüs irəli sürməmişlər. Halbuki, CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmələr də təqdim olunmuş sübutları tədqiq və təhlil etdikdən sonra məhz onların əsasında Məhkum ittiham olunduğu cinayəti törətməsi zamanı onun əldə edərək üzərində saxladığı və daşıdığı psixotrop maddəni satm aq məqsədində olması kimi halı müəyyən etməyərək iş üzrə yekun məhkəmə aktlarını qəbul etmişlər. Belə olan məhkəmə kollegiyası hesab edir, istər birinci instansiya məhkəməsinin hökmünün, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını yolverilməz sübutlar təşkil etməsi, bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nn 416.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsi barədə fikir yürütmək üçün heç bir əsas yoxdur. Bundan başqa, satılacaq psixotrop maddənin müqabilində Məhkum kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilibyetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Hazırki cinayət işinin materiallarından göründüyü kimi, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi məhkəmə iclaslarında cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmələri üçün bərabər şərait və imkanlar yaratmış və cinayət işinə baxarkən yalnız ittiham tərəfinin təqdim etdiyi sübutları araşdırmış, bu araşdırmaların nəticəsi olaraq isə Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsif ilə bağlı eyni qənaətə gəlmişlər. Həmçinin cinayət işi üzrə törədilmiş əməlin predmeti olan psixotrop maddənin külli miqdarda olması əsası ilə Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülsə də, iş üzrə ibtidai araşdırma yekunlaşdıqdan sonra tərtib edilmiş ittiham aktına əsasən iş baxılması üçün məhkəməyə göndərilərkən ibtidai araşdırma orqan ı tərəfindən təqsirləndirilən şəxsin göstərilən maddə ilə təqsirli bilinməsi üçün sübut kimi sonuncunun ifadələri ilə yanaşı şahidlərin ifadələri, axtarış və götürmə haqqında protokol, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri təqdim olunmuş, işə həm birinci, həm də apellyasya instansiyası məhkəməsində baxılarkən isə dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmələrə ittihamın təsdiq olunmasına dəlalət edən heç bir əlavə sübut təqdim etməmiş və buna görə də məhkəmələr yalnız təqdim olunmuş sübutların araşdırılması, təhlili və onların qiymətləndirilməsi ilə kifayətlənmişlər. Buna görə məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Məhkum əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn məhkəmə lər qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əməl etməklə əsaslı olaraq bütün şübhələri onun xeyrinə həll etmişlər. Belə ki, təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin I-III hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələr ində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəl i və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cə hətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsi sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005 -ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlar ının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, CM-nin 234.2- ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və ya psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alın malıdır. İş materiallarından (əldə edilmiş sübutlardan) göründüyü kimi, Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – psixotrop maddənin dövriyyəsi ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi (həmin maddəni qanunsuz olaraq əldə etməsi və üzərində saxlayaraq daşıması) və bu maddənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, məhkumun ona istinad edilən əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlinin predmeti olan psixotrop maddədən – metamfetamindən istifadə etməsi və onun əldə edilməsi zamanı müəyyən risklərlə üzləşə biləcəyinə görə bu maddəni bir dəfəyə külli miqdarda əldə edib saxlaması da ağlabatan görünür. Məhkum CM-nin 234.4.3-cü m addəsi ilə irəli sürülmüş ittiham isə yalnız psixotrop maddənin külli miqdarda olmasına və özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı onun üzərində axtarışın və götürmənin aparılmasında iştirak etmiş şəxslərin ifadələrinə əsaslanır ki, bu ifadələrin məzmunundan da Məhkum üzərində aşkar edilmiş maddəni məhz satış məqəsədi ilə əldə edərək saxlaması və daşıması görünmür, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlar isə əldə edilməmişdir. Məhz əldə olunmuş və araşdırılmış bütün sübutların fonunda məhkəmələr Məhkum istinad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətin olmasının təsdiq edilməsi ilə (psixotrop maddəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması) bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmamış, məhkum olunmuş şəxs tərəfindən yalnız külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlaması və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə də əsaslı olaraq sonuncunun həmin əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini mümkün bilmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Məhkum əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn məhkəmələr qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əməl etmişlər. Belə ki, CPM-nin 349.5-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmənin hökmü (apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yekun qərarı-m.k.) əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istin taqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə isə, məhkəmənin ittiham hökmü (həmin hökmün apellyasiya qaydasında yoxlanılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yekun qərarı-m.k) ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta ye tirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, məhkəmələr həm də bu normaların tələblərindən çıxış edib işin faktiki hallarına (araşdırımış sübutlara) əsaslanaraq Məhkum psixotrop maddəni məhz satış məqsədilə əldə edərək saxlamasını və daşımasını müəyyən etmədiklərindən ehtimal xarakterli qərar qəbul etməkdən imtina edib bütün şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edərək onun cinayət əməlinin CM-nin 234.1-ci mad dəsi ilə tövsif edilməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materiallarında apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya protesti ilə ehtiva olunan CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15 maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Məhkəmə kollegiyası Məhkum apellyasiya şikayəti ilə eynilik təşkil edən onun müdafiəçisi A.Y.Allaherdiyevin kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə bağlı ilk növbədə qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalan dırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-nin 8.05-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiy ətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələbləri ndən, Aazərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun h üquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn hal ların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin yuxarıda göstərilən tələblərinin mənasın hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi ) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın.Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsini n və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbay can Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ci nayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirə n hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbəd ə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 25-ci bəndində məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaları tövsiyə edilmişdir. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keç irmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il Vahid Konvensiyası, “Psixotrop maddələr haqqında” 1971-ci il və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın gös tərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14 -cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutların obyektiv araşdırılmasını təmin etdiyindən, hökmdən verilmiş apellyasiya şikayətində isə bununla bağlı tələb irəli sürülmədiyindən apellyasiya instansiyası məhkəməsində cəza təyini ilə bağlı təkrar araşdırmaya ehtiyac olmamış və məhkəmə tərəfindən məhkumun apellyasiya şikayətinə əsasən onun haqqında cəza tədbirinin seçilməsinə dair məsələlər üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-ediləməməsi də yoxlanılmışdır. Müdafiəçi A.Y.Allahverdiyevin də kassasiya şikayətinin məzmun undan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, məhkumun hökmdə istinad olunmuş əməli törətməkdə təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər sonuncu tərəfindən mübahisələndirilməmişdir. Məhkum barəsində seçilmiş cəza tədbirinin həddindən artıq ağır olması barədə kassasiya şikayətinin heç bir sübuta əsaslanmayan dəlili ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, yuxarıda göstərildiyi kimi, işin digər halları ilə yanaşı cinayətin törədilməsində təqsirli bilinmiş şəxsin haqqında bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə əsas ola bilən hallar da, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız müvafiq sübutlara əsasən müəyyən edilməlidir. Məhkum törə tdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyata şəraitinə təsirini, CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, onun himayəsində azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş hal), yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi, habelə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. O, ki qaldı Məhkum himayəsində qoca və xəstə valideynlərinin olmalarına və bu halın da cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması barədə kassasiya şikayətinin dəlilinə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlili irəli sürərkən müdafiəçi A.Y.Allahverdiyev hər hansı sübuta istinad etməmiş və təhlil edilən halı təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, yuxarıda göstərildiyi kimi, CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə əsasən, iş üzrə cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halların olması da müvfaiq sübutlar vasitəsilə təsdiq olunmalıdır. Eyni zamanda məhkəmə kollegiyası onu da vurğulayır ki, kassasiya ic raatı zamanı məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi məsələsi o, halda nəzərdən keçirilə bilər ki, ilk növbədə cəza təyini məsələsini həl edən birinci və ya apellyasiya instansiyası məhkəmələri müvafiq sübutlarla təsdiq edilən və cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilən hər hansı halı nəzərə almasınlar, yaxud da CMnin 61.1-ci maddəsində nəzərdə tutulmamış hallara aid olmayan hər hansı halı cəzanı ağırlaşdıran hal kimi qiymətləndirib bu halı nəzərə almış olsunlar. Hazırki işin materiallarından və qəbul edilmiş yekun məhkəmə aktlarından məhkəmələrin bu kimi çatışmazlıqlara yol vermələri görünmür. Beləliklə, Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün əsaslar görməyən və bununla bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci mad dəsində nəzərdə tutulmuş pozuntuya da yol verilməsini müəyyən etməyən məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, kassasiya şikayətinin təmin olunması və kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi A.Y.Allahverdiyevin çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti və kassasiya protesti təmin edilməməklə Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tuta raq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti və kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2433/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2433/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver