Məhkəmə qərarları › İş №1(102)-2434/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2434/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2434/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum1, Məhkum2 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5 iştirakları ilə, Məhkum2 və Məhkum1 Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)-1513/2023 nömrəli qərarından Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum2 xx xxxxxxxx 1991-ci ildə Tərtər rayonunun Qaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Tərtər rayonu, Köçərli kəndində qeydiyyatda olan və Bakı şəhə ri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 15, ev 84, mənzil 2-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Məhkum1 xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2019 cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

3. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 2022-ci ilin fevral ayının 16-da qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti məlum olmayan “Vəli” adlı İran İslam Respublikası vətəndaşı və Məhkum2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uygun olaraq, İran İslam Respublikasının vətəndaşı «Vəli» adlı şəxs vasitəsilə Yasamal rayonunun ərazisində yerləşən ASAN xidmət mərkəzinin yaxınlığında əvvəlcədən təyin edilmiş yerdə gizlədilmiş narkotik vasitələri onun götürəcəyindən Məhkum2 məlumatı olaraq, “Vəli” adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə müəyyən edilməsi mümkün olmayan mənbədən və məlum olmayan vaxtda əldə edərək müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşən ASAN xidmət mərkəzinin yaxınlığında əvvəlcədən təyin edilmiş yerdə yerləşdirdiyi külli miqdarda - təmiz çəkisi 1350 qram tünd qəhvəyi rəngli qətrana bənzər maddə kütlələri xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda təmiz çəkisi 2023,256 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini, üzərində “Methadone 20...Faran" yazılan olan 10 ədəd blisterdə ümumilikdə 100 ədəd bozumtul- qəhvəyi rəngli, səthlərində “F/M20” yazısı həkk olunmuş qəhvəyimtil-boz rəngli dairəvi dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi təmiz çəkisi 2 qram təşkil edən külli miqdarda narkotik vasitə olan metadonu Məhkum2 ilə birgə həmin yerdən götürüb əldə edərək, sonradan «Vəli» adlı şəxsin tapşırığına əsasən ona narkotik vasitə verəcəyi şərtilə məlum olmayan şəxslərə satmaq niyyəti ilə deyəcəyi yerə qoymaq üçün daşıyaraq Məhkum2 ilə qabaqcadan əlbir olub razılaşmaqla, sonuncunun idarə etdiyi "Toyota Prius’’ markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, həmin narkotik vasitə heroinin təmiz çəkisi 3,875 qram olan hissəsini bir ədəd bükümdə ayırıb Məhkum2 vermiş, 4,381 qram olan hissəsini bir ədəd bükümdə ayırıb əynindəki şalvarın sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 21:20 dəqiqədə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı hər ikisi ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Yasam al rayon Polis idarəsinin 28-ci Polis bölməsinə gətirilmiş, orada Məhkum1 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən külli miqdarda - bir ədəd bükümdə təmiz çəkisi 4,381 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Məhkum2 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin sağ yan cibindən külli miqdarda - bir ədəd bükümdə təmiz çəkisi 3,875 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Məhkum2 idarə etdiyi "Toyota Prius” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa sol oturacağının alt hissəsində olan 1 ədəd selofan torbanın içərisindəki 2 ədə d bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 740 qram və 610 qram olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 1350 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər maddə kütlələri xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 1 ədəd bağlamada külli miqdarda - təmiz çəkisi 2015 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində “Methadone 20...Faran" yazıları olan 10 ədəd blisterdə ümumilikdə 100 ədəd bozumtul-qəhvəyi rəngli, səthlərində “F/M20” yazısı həkk olunmuş qəhvəyimtil-boz rəngli dairəvi dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi təmiz çəkisi 2 qram təşkil edən külli miqdarda narkotik vasitə olan metadon aşkar edilərək götürülmüşdür.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X5 və X3 ibarət məhkəmə tərkibində) 24 may 2023-cü il tarixli, 1(101)-144/2023 nömrəli hökmü ilə Məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 16 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, CM-in 93.1.2-ci maddəsinə əsasən, Məhkum1 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürü lməsi, Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 16 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, CM-in 93.1.2-ci maddəsinə əsasən, Məhkum2 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

5. Hökmdən məhkum edilmiş şəxs Məhkum1, onun müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət məhkəmə tərkibində) 22 noyabr 2023-cü il tarixli, 1(103)1513/2023 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum1, onun müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-144/2023 saylı, xx.xx.2023- cü il tarixli hökmünün məhkum edilmiş şəxs Məhkum1, onun müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)-1513/2023 nömrəli qərarından Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

8. Məhkum1 kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına istinadlar edərək, onun işinə məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələbləri pozulmaqla baxıldığ ını, əsassız və qanunsuz sübutlar əsasında ittiham edildiyini qeyd edərək, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)-1513/2023 nömrəli qərarının ləğv edilməsini, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir.

9. Həmçinin Məhkum2 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına, cinayət işinin faktiki hallarına, məhkumun özünü təqsirli bilməməsinə dair ifadəsinə, birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin gəldikləri nəticələrə istinadlar edərək qeyd etmişdir ki, məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələbləri pozulmaqla cinayət işinə baxıldığından, əsassız və qanunsuz sübutlar əsasında ittiham hök mü çıxarıldığından, hüquqlarını müdafiə etdiyi şəxs Məhkum2 barəsində olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM-in) 416.1.1, 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrinə əsasən bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.

11. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum2 və onun müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdilər.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum1 kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanunili yi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassa siya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Məhkum2 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, məhkumun əməlində cinayət tərkibi əlamətlərinin mövcud olmadığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydası nda ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

20. Həmçinin, Məhkum1 kassasiya şikayətində onun barəsində bəraətverici əsaslarla qərar qəbul edilməsini iddia etsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

21. Bununla belə, kollegiya kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)-1513/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

22. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

23. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

24. Bu tələb Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

25. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

26. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

27. Azərbayca n Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

28. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

29. Kassasiya şikayətlərindən görünür ki, müdafiəçi və məhkum, cinayət işi materiallarında məhkumların əməllərinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsini təsdiq edən sübu tların mövcud olmadığını, onların əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduqlarını iddia etməklə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə Məhkum2 və Məhkum1 təqsirliliyinin sübuta yetirirlməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

30. Bu isə onu göstərir ki, müdafiəçi və Məhkum1 kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

31. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

32. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

33. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirliliyinin sübuta yetirirlməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almağa və müdafiəçinin və Məhkum1 məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndir ilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

34. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətlərinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxslərin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum2 və Məhkum1 hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onların təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

35. Həqiqətən də, kassasiya şikayətlərində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxslərin müdafiə hüququ gözlənilməklə həyata keçirilmi ş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum2 və Məhkum1 təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum2 və Məhkum1 ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, həmçinin şahid ifadələri, «şəxsi a xtarış aparılması və götürmə» haqqında 16 fevral 2022-ci il tarixli protokol, eyni tarixli avtomobilə baxış keçirilməsi haqqında protokol, məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2023-cü il tarixli, 6/975 nömrəli rəy, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

36. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətlərində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətlərində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətlərində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

37. Təsvir edilənlərdən görünür ki, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumların cinayət işinə əməllərində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmə si səbəbindən yeni məhkəmə baxışına təyin edilməsi üçün əsas yoxdur.

38. Bununla yanaşı, məhkəmə kollegiyası cəza məsələsini müzakirə edərək birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin Məhkum2 münasibətdə cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmır və hesab edir ki, təyin olunmuş cəza cinayətin ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır.

39. Kassasiya məhkəmə kollegiyası Məhkum2 barəsində olan cəzanı yüngülləşdirən halları, həmçinin cəzasını ağırlaşdıran halların isə mövcud olmamasını nəzərə almaqla, daha az müddətə cəmiyyətdən təcrid edilməklə təyin edilmiş cəzanın daha ədalətli olacağını hesab edir.

40. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respubl ikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır

41. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzər ə alınır”.

42. Kassasiya şikayətinin iş materialları ilə müqayisəli təhlilindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamış, məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilməmişdir.

43. Məhkəmə kollegiyası məhkumun şəxsiyyətini, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini qiymətləndirərək hesab edir k i, cəzanın məqsədinin təmin edilməsi üçün məhkum barəsində təyin edilmiş cəza endirilməlidir. Bu cəza vasitəsi ilə onun islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.

44. Məhkəmə kollegiyası törədilmiş əməllərin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir.

45. Qeyd olunanları yuxarıda sadalanan cinayət-hüquqi normaların konteksdində və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxla dıqda, aşağı instansiya məhkəməsinin məhkuma cəzanın qeyd edilən normaların tələblərini düzgün nəzərə alınmaması ilə təyin edildiyi müəyyən edilir.

46. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı Məhkum2 cəza təyini ilə bağlı hissədə dəyişdirilməli, Məhkum2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən azaldılmaqla, məhkum tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və təqsirkarın şəxsiyyətinə adekvat olaraq cəza təyin edilməsi məqsədəmüvafiqdir.

47. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən v erilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)-1513/2023 nömrəli qərarı Məhkum2 münasibətdə cəza təyini hissəsində dəyişdirilməlidir.

48. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)-1513/2023 nömrəli qərarı Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Məhkum2 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının hə ddi 8 (səkkiz) il müddətinə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar