Məhkəmə qərarları › İş №1(102)-2435/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2435/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2435/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Məmmədov Mübariz İsfəndiyar oğlunun iştirakları ilə, Bakı Ağır Cinayə tlər Məhkəməsinin 6 may 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may 2024-cü il tarixli hökmü ilə (hakimlər Əsgərova-Məmmədova Leyla Səyavuş qızı (sədrlik edən və məruzəçi), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, fər di əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli hökmü ilə CM-in 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-in 70ci maddəsinə əsasən həmin cəza 4 (dörd) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, 17 iyul 2020-ci il tarixdə sınaq müddəti başa çatdığından həmin məhkumluğu ödənilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü ilə CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə, CM-in 69.3cü maddəsinə əsasən isə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 (on beş) il müddətə, CM-in 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq həmin cəza Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq 15 (on beş) il 6 (altı) ay müddətə, CM-in 69.3-cü maddəsinə əsasən isə onun 17 iyul 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək həbsdə olduğu müddət bu cəzadan çıxılmaqla qəti olaraq cəz asını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 (on beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum onun üçün aşkar surətdə 14 yaşına çatmayan zərər çəkmiş şəxsin köməksiz vəziyyətdə olmasından istifadə edib onu rüsvay edəcəyi hədəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 2023-cü ilin aprel ayının ortalarında 7 aprel 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə “Lalafo.az” saytında tanış olmuş, Zərərçəkmiş şəxs “İphone” markalı mobil telefonu satmaq adı ilə ilkin ödəniş kimi 74 manat pul almış, mobil telefonu və ya aldığı ilkin ödənişi geri qaytaracağına inandırıb 2023-cü ilin may ayının əvvəllərində istintaqla dəqiq m üəyyən edilməyən tarixdə sonuncunun yaşadığı Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığından öz motosikleti ilə götürərək yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış binasının damına aparmış, orada Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur etmiş, zərər çəkmiş şəxs etiraz etdikdə onu rüsvay edəcəyini bildirib köməksiz vəziyyətdə olmasından istifadə edərək zor tətbiq etmə hədəsi ilə sonuncu ilə arxa keçəcək nahiyəsi vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq təqsirkar üçün aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri edərək cinsi ehtirasını pozğun formada təmin etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Tağıyev Eldar Qara oğlu tərəf indən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə) 30 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə ona qarşı şikayətlərinin olmamasını, onun Zərərçəkmiş şəxs qarşı cinsi təcavüz etmədiyini, istintaq zamanı isə qərəzli olaraq həqiqətə uyğun olmayan ifadələr vermələrini bildirmişlər. Həmçinin məhkəmə-tibbi ekspertizasının rəyi ilə də onun ibtidai araşdırma orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi müəyyən edilməmiş, beləliklə də həmin ittihamı təsdiq edən sübutlar əldə edilməmişdir. İşə baxan məhkəmələr isə toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməyərək onun barəsində ədalətsiz yekun məhkəmə aktları qəbul etmiş və bunun da nəticəsində o, qanunsuz və əsassız olaraq məhkum edilmişdir. Qeyd olunan dəlillərə əsaslana raq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və mə hkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum tərəfindən verilmiş həmin şikayətin əsas dəlili ondan ibarətdir ki, o, ibtidai araşdırma orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini onun tərəfindən törədilməsi sübuta yetirilməmiş, bu cinayətə onun aidiyyəti olmamış, məhkəmələr isə bununla bağlı sübutlara, xüsusən də zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin məhkəmə iclasında verdikləri ifadələrə düzgün hüquqi qiymət verməmiş, nəticədə də onun həmin ittiham üzrə cinayəti törətməkdə təqsirli bilinməsi haqqında ədalətsiz yekun məhkəmə aktları qəbul edilmişdir. Bununla da, Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi haqqında tələbini CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini kassasi ya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgün lüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhk əməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və süb utlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predme tini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvens iyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilm əsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən tələbləri həmçinin hər bir insanın və ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də onlara qarşı törədilmiş cinayətlər nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakimə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayət törətmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini, onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildikdə barələrində ittiham hökmləri çıxarılmaqla cəzalandırılmalarını, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinin tələblərinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlı qlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırıl mış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanı n) 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsini n 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllər in dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hə r bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunların isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Belə ki, həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan da vranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllər i törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21ci maddəsi), şəxsin təqsiri CP M-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prinsipi təmbit edilmiş CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün t əqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutlar ı bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-in 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərin in olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 138.1-ci maddəsində əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqi bi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yo xlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsin də təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutara q; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyin ə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkə mə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004- cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci m addəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşd ırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq Məhkum apellyasiya instansiyası məhk əməsinin qərarının qeyri-obyektiv və ədalətsiz sayılması haqda kassasiya şikayətində istinad etdiyi dəlillərinin və həmin qərarın ləğv edilməsi haqqında tələbinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarına əsasən həmin məhkəmələrin müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum istintaqla müəyyən edilməmiş tarixdə onun üçün aşkar surətdə 14 yaşına çatmayan - 7 aprel 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs köməksiz vəziyyətdə olmasından istifadə edib onu rüsvay edəcəyi hədəsi ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə ola raq seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum təqsirli bilinərək məhkum olunduğu cinayət CM-in 150.3.3-cü maddəsində seksual xarakterli zorakı əməllər on dörd yaşına çatmayan zərər çəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və zərər çəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi kimi təsbit edilmişdir. Təhlil göstərir ki, bu əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, qəsd etdiyi ictimai münasibətlərin mühümlüyü faktiki olaraq zorlama cinayətinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri ilə eynilik təşkil edir. Bununla belə, zorlamada cinayətinin törədilməsi nəticəsində zərər çəkmiş şəxs qismində yalnız qadınlar ( yetkinlik yaşına, yaxud da on dörd yaşına çatmamış qızlar) çıxış etdikləri halda, seksual xarakterli zorakı hərəkətlər həm qadınlara və kişilərə, həm də hər iki cinsdən olan yetkinlik yaşına və ya on dörd yaşına çatmamış uşaqlara qarşı edilə bilər, lakin təqsirkarların məsuliyyəti cinayət qanunvericiliyinin müxtəlif normalarında müəyyən edilsə də, bu cinayətlərin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin hüquqları, onların cinsi toxunulmazlığı və cinsi azadlığı eyni dərəcədə pozulmuş olur. Cinayət Məcəlləsinin 149 və 150-ci maddələrindən görünür ki, seksual xarakterli zorakılıq hərəkətlərinin tövsifedici və xüsusi tövsifedici əlamətləri də zorlama cinayətinin analoji əlamətləri ilə üst-üstə düşür. Cinayət işinin materiallarından görünür ki, Məhkum məhkəmə iclasında özünü ona elan olun muş ittiham üzrə yuxarıda şərh edilən əməlləri törətməkdə təqsirli bilməsə də, onun həmin əməlləri törətməsi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai araşdırmanın bütün dövrü ərzində həm sərbəst şəkildə, həm də Məhkumla üzləşdirilərkən psixoloqun iştirakı verdiyi ifşaedici ifadələri ilə, sonuncunun qanuni nümayəndəsi Qanuni nümayəndə təkcə ibtidai araşdırma zamanı deyil, həmçinin birinci instansiya məhkəməsinin məhkəmə iclasında da verdiyi ifadələri, iş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş müxtəlif məhkəmə ekspertizalarının rəyləri ilə, zərər çəkmiş şəxsin ifadələrinin yerində yoxlanılması haqqında 5 oktyabr 2023-cü il tarixli protokolla, ən əsası isə öz məzmununa görə məhkum olunmuş şəxsin Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakı əməlli törətməsini etiraf etməsinə dair həm sonuncu ilə, həm də onun anası və qanuni nümayəndəsi Qanuni nümayəndə ilə apardığı telefon danışıqları və çoxsaylı telefon yazışmaları ilə, habelə cinayət işinə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cinsi toxunulmazlığa və cinsi azadlığa qarşı cinayətlərin, o cümlədən seksual xarakterli zorakılıq əməllərinin törədilməsinə dair cinayət işlərinin istintaq və məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, bu kimi cinayətlər bir qayda olaraq təqsirkarla zərər çəkmiş şəxsin təklikdə olduqları şəraitdə törəd ilir, belə əməlləri törətmiş şəxslər isə istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməsini inkar edərək özlərinin təqsirsiz olmalarını bildirirlər, adətən belə cinayət əməllərinin törədilməsini görən, yəni bu cinayətlərin bilavasitə şahidləri olmur və təqsirkara qarşı irəli sürülmüş ittiham əsasən zərər çəkmiş şəxsin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə və qanuni yolla əldə edilmiş digər sübutlara əsaslanır. Bu kimi işlər üzrə şahid qismində dindirilmiş şəxslər isə, o cümlədən azyaşlı uşaqların valideynləri və ya digər yaxın qohumları əsasən cinayətin törədilməsi və onun halları barədə məlumatları zərər çəkmiş şəxsin söylədiklərindən alır və cinayət təqibinin müxtəlif mərhələlərində bu haqda ifadələr verirlər. Həmçinin belə işlər üzrə ibtidai araşdırmaların və məhkəmə baxışlarının əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, zərər çəkmiş şəxsin verdiyi ifadələr əsas sübutlardan biri kimi qəbul edilərək ittihamın əsasına o halda qoyula bilər ki, sonuncunun təqsirkara qarşı qərəzli olması, ona böhtan atması və bununla da yalan ifadələr verməsi toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmiş olsun. Təhlil edilən cinayətlər azyaşlı uşaqlara qarşı törədildikdə isə, həmçinin bu yaşda olan zərər çəkmiş şəxslərin psixi və psixoloji durumunun, onların yalan danışmağa meylli olub-olmamalarının yoxlanılması və verdiyi ifadələrinin digər sübutlarla uzlaşıb-uzlaşmamasının müəyyən edilməsi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hazırkı işə üzrə Məhkum ona qarşı irəli sürülm üş ittiham üzrə təqsirsiz olması barədə kassasiya şikayətinin dəlillərinə məhz yuxarıda təsvir edilmiş təfsirdən çıxış edərək cavab verilməsini məqsədə uyğun hesab edir. Yuxarıda qeyd edildiyi kimi, Məhkum həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsini qəti şəkildə inkar etmiş və göstərmişdir ki, o, “Lalafo.az” saytında öz telefonunu 250 manata satışa qoymuş və bundan sonra Zərərçəkmiş şəxs dayısının arvadının şəxsiyyət vəsiqəsinin şəklini ona göndərərək onun adından telefonu almaq istədiyini bildirmiş və bunun ilkin olaraq 40 manat ödəniş etmiş, qalan pulu isə hissə-hissə ödəyəcəyini vəd etmişdir. O, Zərərçəkmiş şəxsin həqiqətən qadın olmasına inanaraq onun təklifi ilə razılaşmış, telefonu isə ona pul tam həcm də ödənildikdən sonra sonuncuya verməsini nəzərdə tutmuşdur. Bu haqda razılığa gəlmələrinə baxmayaraq Zərərçəkmiş şəxs ödənişi gecikdirdiyinə görə ondan şübhələnməyə başlamış, sonradan onunla danışan şəxsin oğlan olduğunu bilmişdir. O, Zərərçəkmiş şəxsdən valideynlərinin olub-olmaması ilə maraqlanmış, sonuncunu isə ilk dəfə onun oxuduğu məktəbin yaxınlığında ondan 20 ABŞ dolları məbləğində pulu alarkən görmüşdür. Daha sonra o, Zərərçəkmiş şəxslə telefonla danışarkən və onunla yazışarkən, sonuncu özü ona gah 30 manat, gah da 60 manat pulun müqabilində görüşməyi təklif etmiş, lakin o, sonuncu ilə razılaşmamış, onu yaşadığı evin damına aparmamış və onunla cinsi əlaqədə olmamışdır. Sonradan Zərərçəkmiş şəxsin anası onların yazışmalarını aşkar edərək ilk olaraq oğlunun adından, sonra isə özünün adından ona SMS-lər yazaraq onu Zərərçəkmiş şəxsə qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham etmiş, daha sonra isə şikayət ərizəsi ilə polis orqanlarına şikayət etmişdir. Lakin cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırmanın ilk mərhələsindən başlayaraq sonunadək iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs psixoloqun iştirakı ilə dindirilərkən ardıcıl olaraq Məhkum verdiyi ifadələrini qəti şəkildə təkzib edərək sonuncunun onu aldadıb yaşadığı evin damına aparmasını, orada ona qarşı seksual xarakterli hərəkət etməsini, özünün heç vaxt başqa şəxslərlə cinsi əlaqədə olmamasını, Məhkum da bununla bağlı heç bir təklif etmədiyini bildirmiş və bu haqda da sonradan anasına məlumat vermişdir. İşə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkə n Zərərçəkmiş şəxs bu ifadələrindən imtina etsə də, məhkəmələr haqlı olaraq onun həmin ifadələrini Məhkum məsuliyyətdən yayındırılmasına xidmət edən ifadələr kimi qiymətləndirmiş və zərər çəkmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrinə üstünlük verərək onun məhz həmin ifadələrini yekun məhkəmə aktlarının əsasına qoymuşlar. Məhkəmə kollegiyası hesab edir ki, bununla məhkəmələr hər hansı qanun pozuntusuna yol verməmiş və heç bir qərəzlilik nümayiş etdirməmişlər, çünki Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı, o cümlədən Məhkumla üzləşdirilərkən verdiyi ifadələri yuxarıda göstərilən sübutlarla təsdiq olunmuş, kompleks ambulator məhkəmə-psixoloji və məhkəmə-psixatrik ekspertizasının 13 sentyabr 2023-cü il tarixli 2612 saylı rəyi ilə isə onun yalan danışmağa meylli olması, onda ki məsə böhtan atmaq, baş vermiş hadisələri düzgün qavramamaq xüsusiyyətinin olması və əqli inkişafında gerilik müəyyən edilməmiş, Məhkum isə Qanuni nümayəndə ilə telefon yazışmaları zamanı sonuncunun oğluna qarşı ona elan olunmuş ittihamda göstərilən hərəkəti etməsini faktiki olaraq etiraf etmişdir. Məhz bu məzmunda onun Qanuni nümayəndə SMS-lər yazması, Zərərçəkmiş şəxs isə anasına ona qarşı törədilmiş əməl barədə məlumat verməsi hər ikisini şikayət ərizələri polis orqanına müraciət etmələrinə sövq etmiş, həmin ərizələrdə də Məhkum ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihamda göstərilən əməli törətməsi əksini tapmışdır. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, iş üzrə toplanmış sübutlarla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və ya onun anasının Məhkum qa rşı qərəzli olmaları və buna görə ibtidai araşdırma zamanı onun barəsində həqiqətə uyğun olmayan ifadələr vermələri müəyyən edilmir və bununla bağlı məhkum olunmuş şəxsin kassasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. Təsvir olunmuş və birinci instansiya məhkəməsinin tədqiq etdiyi, apellyasiya instansiyası məhkəməsinin isə CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirdiyi sübutlardan, cinayət qanunu normasının tələblərindən və CM-in 150-ci maddəsində nəzərdə tutulmuş cinayətə verdiyi təfsirdən çıxış edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi, yəni on dörd yaşına çatmamış azyaşlı Zərərçəkmiş şəxsa qarşı seksual xarakterli zorakı əməl törətməsi iş üzrə ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən toplanmış və tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla tam təsdiq edilir və bu sübutlar iş üzrə başqa nəticəyə gəlməyə heç bir əsas vermir. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm ibtidai araşdırma orqanı, həm də birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum təqsirli olması barədə nəticəyə gəlib bu nəticəni əsaslandırarkən yolverilməz sübutlardan istifadə etməmiş və əsaslandıqları sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağ labatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları təmin edilmişdir. Həm təsvir edilən, həm də iş üzrə qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların fonunda məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq həmin dəlilləri onun özünün cinayət məsuliyyətindən kənarda qalmasına yönəlmiş dəlillər kimi dəyərləndirilir və buna görə də ka ssasiya müraciətinin təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək hesab edir ki, işə baxan məhkəmələr CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən təqsirli bilindiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, ibtidai araşdırma zamanı qanuni üsullarla əldə olunmuş və sonradan məhkəmə iclasında tədqiq edilmiş sübutların inkar edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmələr tam qanuni olaraq Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini tör ətməsi barədə mötəbər nəticəyə gələrək onun bu əməlini CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə istər CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416.1-cı maddəsində göstərilən hallardan hər hansı biri müəyyən edilmir və buna görə Məhkum təqsirliliyi və onun əməlinin hüquqi tövsifi ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır. Kassasiya şikayətində Məhkum həm təqsirli bilindiyi CM-in 150.3.3-cü maddəsi ilə, həm də CM-in 66.5-ci maddəsinə əsasən cinayətləri məcmusu üzrə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sür mədiyindən, apellyasiya instansiyası məhkəməsi isə onun barəsində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edərkən müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının tətbiqində də pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq ona təyin edilmiş cəzaların yüngülləşdirilməsi və ya həmin cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirərək və bu şikayətin təmin edilməsi haqda Məhkum və onun müdafiəçisi M.İ.Məmmədovun, göstərilən şikayətin təmin edilməməsi b arədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2024-cü il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2024-cü il tarixli qərarı kas

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar