Məhkəmə qərarları › İş №1(102)-2436/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2436/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2436/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum CM-in 177.2.1, 177.2.3 və 232.1-ci maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 yanvar tarixli, 1(105)-50/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2023-cü il 19 oktyabr tarixli, 1(012)-217/2023 nömrəli hökmü ilə (X4), xx xxxxx 1995-ci il tarixdə Lənkəran şəhəri, Cil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Atyalı qəsəbəsi nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il 8 ay müddə tinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 232.1-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq o, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələrində ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 2 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, ona qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Məhəmmədəli Rzayevdən ibarət tərkibdə) 2024-cü il 23 yanvar tarixli, 1(105)-50/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılm ışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirləndirilmişdir ki, o, tanışı Təqsirləndirilən şəxs ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 25 oktyabr 2022-ci il tarixdə saat 2 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını qırıb pəncərəni gərib açma yolu ilə birlikdə evə qanunsuz daxil olaraq, həmin evdən 1500 manat dəyərində 1 ədəd LG markalı televizoru gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 oktyabr 2022-ci il tarixdə saat 2 radələrində Zərərçəkmiş şəxs1 Abşeron r ayonu, Atyalı qəsəbəsində yerləşən fərdi yaşayış evindən oğurluq etmək niyyəti ilə həmin evin həyətyanı sahəsinə hasardan keçmə yolu ilə daxil olub, həyətyanı sahədə olan nərdivandan istifadə edərək evin ikinci mərtəbəsinin sağ yan pəncərəsindən evə daxil olmuş və həmin evdən Zərərçəkmiş şəxs1 məxsus yataq otağının dolabında olan 1 ədəd 12 kalibrli "Winchester” markalı, 1300 defender modelli, L-2939578 nömrəli yivsiz ov silahını və 5 ədəd "Cheddite” markalı, 12 kalibrli, 70 mm-lik ov patronlarını talamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmələr tərəfindən onun ailə vəziyyəti yəni yeni ailə qurması nəzərə alınmamaışdır. Məhkum göstərilənlərə əsasən cəzasının yüngülləşdirilməsi ba rədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum atasının müharibədə şəhid olduğunu, əməlindən peşman olduğunu, zərərçəkmişlərlə barışdığını, onlara vurulan ziyanı ödədiyini qeyd edərərək cəzasının yüngülləşdirilməsini və cəza çəkdiyi rejimin ümumi rejimli olması barədə qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 yanvar tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci mad dəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırı lması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirməmiş, yalnız ona təyin edilmiş cəzanın ağırlığını və cəzaçəkmə müəssisənin yüngülləşdirilməsini mübahisələndirərək apellyas iya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cin ayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual q anun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində əməllərinin tövsifini mübahisələndirməsə də, məhkəmə kollegiyası məhkum tərəfindən cinayət əməllərinin törədilib-törədilməməsi məsələsini cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayaraq belə nəticəyə gəlir ki, məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməllər cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmiş və məhkəmələr məhkumun əməllərinin tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növü və həddi, eləcə də məhkumun cəzaçəkmə müəssisəsinin növü ilə bağlı qeyd etməyi vacib hesab edir ki, məhkum eyni mə sələni apellyasiya instansiyası məhkəməsində işinə baxılarkən də qaldırmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun apellyasiya şikayətində irəli sürdüyü dəlillərə əsaslandırılmış cavablar verilmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkum əvvəlllər də qəsdən cinayət əməli törətdiyindən və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətdiyindən cinayətlərin residivi onun cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmış və ona CM-in 65.2-ci maddəsinin imperativ tələblərinə uyğun ədalətli cəza təyin edilmişdir. Məhkuma cəza təyin edilərkən onun cəzanı yüngülləşdirən hallar nəzərə alınmış və məhkuma qanunun imperativ tələbləri nəzərə alınmaqla aşağı həddlərdə cəza təyin edilmişdir. Eyni zamanda, məhkumun cəzaçəkmə müəssisənin növü də CM-in 56.1.3-cü maddəsin in tələblərinə uyğun təyin edilmişdir. Həmin norma imperativ norma olduğundan, məhkəmənin işə mahiyyəti üzrə baxarkən iş üzrə hər hansı halı nəzərə almaqla cəzaçəkmə müəssisəinin növünü dəyişmək, cəzaçəkmə rejimini yüngülləşdirmək və ya ağırlaşdırmaq səlahiyyəti qanunda nəzərdə tutulmamışdır. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə, Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əs asən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2023-cü il 19 oktyabr tarixli, 1(012)-217/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 232.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 yanvar tarixli, 1(105)50/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə, Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar